-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Düşüncə tənbəli olan insan ağıllı ola bilməz, dərin düşünə bilməz, belə olduqda da nəşəsi, sevinci gedər, mühakimə qabiliyyəti pozular. Allah ilə həmişə kəskin yaxınlıq və sevgi bağını mühafizə etmək və Allaha həmişə güvənmək, ağılda istiqaməti tam doğru tutdurmağa imkan verir. İnsan o zaman düz, sağlam yolda gedər. Amma bu yolda gedərkən təbii ki, imtahan olacaq. İnsanlar Allahı sevəndə və güvənəndə heç bir çətinliklə qarşılaşmayacaqlarını düşünürlər. Bu doğru olmaz. Allahı sevmək demək çətinliyin aradan qalxması demək deyil. Ən çətin mühitlərdə Peyğəmbərlər olur. Məsələn, Hz. Həmzəni Allah çox sevir amma şəhid olaraq alır, Hz. Əlini də Allah çox sevir amma onu da şəhid olaraq alır. Möminin qarşısına mütləq çətinliklər çıxacaq, imtahanın şərti budur.
Adnan Oktar
Şəhidlərimizi Allah nuru ilə bürüsün. Onları yüksək mərtəbələrindən dolayı təbrik edir, sevgi ilə anır, təqdir edir və alqışlayırıq. Allah da təqdir, təbrik etsin. Allah Quranda şəhidlərin sevinc içində olduqlarını bildirmişdir. Möminlər üçün şəhidlik seviniləcək mübarək məqamdır. (Ali İmran surəsi, 169-170-171: Allah yolunda öldürülənləri əsla “ölülər” hesab etməyin. Xeyr, onlar öz Rəbbi dərgahında diridirlər, onlara ruzi verilir. Allahın Öz lütfündən onlara bəxş etdikləri ilə sevinc içindədirlər. Onlara, arxalarınca gəlib hələ çatmayanlara müjdələməyi istəyirlər ki, onlar üçün heç bir qorxu yoxdur, kədərlənməyəcəklər də! Onlar, Allahdan neməti, lütfü (bolluğu) və həqiqətən Allahın möminlərin savabını puç etməyəcəyini müjdələyirlər.)
Adnan Oktar
MÜSƏLMANIN ÜZÜNDƏN NUR AXAR, MÜSƏLMAN NUR KİMİ, İŞIQ KİMİ OLAR. Rəftar, baxım, səliqə, üslub, bunlarla insan gözəlləşər, ətlə sümüklə əsələn, donqar olar, amma əlindən üzündən nur axar, işıq saçılar, yanında olmaqdan xoşbəxt olarsan, ürəyinə fərahlıq gələəsələn, bəzi xanımlar da var, özünü bəyənmir içinə qapanır, içindəki nuru görə bilmir. Halbuki, o İMANIN NURUYLA HƏRƏKƏT ETSƏ, AĞILI İLƏ HƏRƏKƏT ETSƏ, DÜNYALAR GÖZƏLİ OLAR. Gözəl təmizliyi ilə, baxımılığı ilə, keyfiyyəti ilə, ağılı ilə, zəkası ilə, dünya gözəli olar.
Adnan Oktar
Münafiq murdarlıq qoxusunu yaxşı alır. Peyin qurdu kimi murdarlığı dərhal anlayar. Ən murdar kim baxar, satqın, əxlaqsızlıq etməyə uyğun, aciz, kompleksli, oynaq, iradəsiz, havadan nəm alan tipləri təsbit edər, onları "gəl bizə" deyə çağırar. O murdarlıq gedəndə də möminlərdə fərahlıq olur. Hər gedən münafiq, münafiqlər üçün çox böyük bəladır. 2, 4, 8, 16 olaraq qat-qat murdarlıqları artar, murdarlıq yığıldıqca onun içində boğularlar.
Adnan Oktar
Bəzi insanlar ənənəçi İslamı tanıdıqları üçün Quranın kafi olduğunu eşitdikləri zaman, Qurandakı azadlığı tanıdıqları vaxt təəccüblənirlər. İslamda musiqi, rəqs, incəsənət olmaz, müsəlman dediyin həmişə ağlayar, baxımsız olar, kasıb yaşayar, içinə qapalıdır deyə bilirlər. Müsəlmanların coşğulu həyatının olması, gözəl, baxımlı, zəngin olmaları bu insanları təəccübləndirir. Zənginliyin, gözəlliyin və sevincin təkcə küfr əhlinin haqqı olduğunu, müsəlmanın dünyada süründüyünü, gözəlliklərə təkcə cənnətdə qovuşacağını zənn edirlər. Halbuki Allah bütün nemətləri möminlər üçün yaratmışdır. Küfr əhli zəngin olduğu zaman heç kim bu necə olur deyə soruşmur. Mömin zəngin olduğu zaman bu necə olur deyə qəribə qarşılayırlar. Dünyadakı bütün gözəlliklər Əraf surəsi, 32-ci ayədə bildirildiyi kimi; "bunlar dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə təkcə onlarındır".
Adnan Oktar