-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Allah münafiqi müsəlmanlar ibrət alsınlar və əylənsinlər deyə xüsusi yaratmışdır. Ağlı alınmışdır, lakin içinə şeytanın zəkası yeridilmişdir. Ayədə; “danışdıqları zaman dinləyərsən” deyə bildirilir, lakin ağlagəlməz dərəcədə axmaqdır. Münafiq həyatı boyu it kimi alçaldılar, eşşək kimi çalışar, sonunda yarasa kimi səslər çıxardaraq qaçar. Geridə gəncliyini, həyatını, müsəlmanlara zənginliyi qoymuş olar. Axmaqlığını boynuna taxıb donuz kimi qaçar. Münafiq axmaqlığı, 20 il sınaqdan keçirilmiş təsdiqlənmiş, qeydiyyatdan keçmiş axmaqlıqdır. Allah münafiqin enerjisini, zəhmətini, həyatını, malını, hər şeyini alar möminlərə verər. Geriyə münafiqin fosili qalar, o fosildən də Allah möminləri xilas edər.
Adnan Oktar
Allah sevgisi ən mühüm mövzudur. Allahı sevməkdəki əsas məsələ insanın özünü sıxmamağıdır. İnsanlar şirkə ağlasığmaz dərəcədə meyllidir. Şirkə qarşı beyni həmişə qorumaq, çox səmimi olmaq lazımdır. Diqqət şirk mövzusunda olmalıdır. Səmimiyyət də zövqlüdür, enerji tələb etməz. Səmimiyyət dünyanın ən şirin, ən ləzzətli nemətlərindən biridir. Allah sevgisi insanların bir hissəsində əskik olduğu üçün insanların bir-birinə sevgisi də az olur. Yerinə həsəd, kin, nifrət, qəzəb gəlir. Bilavasitə Allahı çox sevsələr insanların hal-hazırda dünyada yaşadıqları həyat tam fərqli olar, dünya açıq-aydın cənnət kimi çox rahat olacaqları bir yer olar. Dünya miqyasında bir çox insan Allaha qarşı nankor olduğu üçün, Allah da onları hiss etdirmədən əzir. Onlar öz aləmlərində Allahı aldatdıqlarını zənn edirlər, Allah isə onları hiss etdirmədən əzir. Bütün gözəlliklərin tək mənbəyi Allahdır. Sevginin tək mənbəyi Allahdır. Övladını, arvadını, pişiyini, quşunu çox sevdiyin zaman Allahı sevdiyini bilmir bir çox insan. Bütün təsvir Allaha məxsusdur.
Adnan Oktar