-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Alparslan Türkeşi unutdurmağa çalışanlara qarşı, tam əksinə rəftar göstərmək lazımdır. Hörmətli Bahçelinin soyadına Türkeş əlavə etdirməsi çox gözəl olar. Dövlət Bahçeli Türkeş. Əslində hər MHP liderinə Türkeş soyadı çox yaraşar. Ayrıca, hörmətli Bahçeli kimi MHP-nin başına keçən hər qiymətli şəxsə (Allah ömürlərini uzun etsin inşaAllah) Başbuğ ləqəbinin verilməsi hörmətli Türkeşin də Basbuğlar Başbuğu olaraq xatırlanması çox möhtəşəm olur. Beləcə hörmətli Türkeşin adı da, ruhu da qiyamətə qədər təsiredici şəkildə davam edər. Çünki tanımayan bilməz, Türkeş həqiqətən çox qiymətli insan. Onun verdiyi təhsilin Türkiyədə bu qədər təsiredici olması çox böyük möcüzədir. Hal-hazırda polis, xüsusi hərəkat polisi, jandarma, ordu, MİT kimi yerlərdə həmişə ülkücülük ruhu hakimdir. Bizim gənclər də o ruhu çox sevirlər. Mən MHP-li deyiləm, ülkücüdə deyiləm. AK Partiyalı da deyiləm, bütün partiyaları qucaqlayıram. Həm AKP-liyəm, həm CHP-liyəm, həm SP-liyəm, həm BBP-liyəm, hamısını çox sevirəm. Amma ülkücü ruhunu davam etdirmək lazımdır. Gənclərin çox sevdiyi inanc ülkücülükdür. Hər gənc sevə-sevə ülkücü olmaq istəyər. Həqiqətən bir qəhrəmanlıq ruhu, igidlik ruhu üzərində hakim olur. Çox gözəl tərbiyə şəkli, çox gözəl təhsil şəkli, gözəl məktəb, gözəl ideal ülkücülükdür. Daha çox ciddi qəbul edilməli və daha çox əhəmiyyət verilməlidir. Türkeşin unutdurulmağa çalışma riski çox dəhşətlidir, amma biz buna heç vaxt icazə vermərik onsuz da. Bu qədər əmək, çilə bir qələmdə əsla silinə bilməz. Milli fikirdəki, milli duruşdaki qiymətli, uca insanın qiymətinin bilinməməyi ola bilməz. Unutdurmağa çalışanlar özləri unudularlar. Ülkücüler Türkiyənin bölünməsinə qarşı polad mövqedir. Ülkücülərin olduğu yerdə əsla və əsla kimsə Türkiyəyə oyun oynaya bilməz. Möhtəşəm ağıl, möhtəşəm qərarlılıq, möhtəşəm əzm, cəsarət və ucalıq hakimdir ülkücülərdə. Yolları çox gözəldir. O coşğunu bütün gözəlliyi ilə yaşatmaq lazımdır.
Adnan Oktar
Allahı keyfiyyətli dərinliklə yadda saxlamaq lazımdır. İnsanlar yemək yeyib, Allaha şükür edir, pulunu verib çıxır. Bu cür olmaz. Allahın fövqəladə böyüklüyü və gücü var. Bunu çox yaxşı dərk etmək lazımdır, çox yaxşı düşünmək lazımdır. İnsanların böyük hissəsi Allahı orta böyüklükdə bilirlər. Belə deyil. Allah çox böyükdür. Lakin insanlar çox böyük anlayışını da tam dərk edə bilmirlər. Allah tək bir xalçadakı bütün iplikləri, bütün atomlarını, bütün neytronlarını, protonlarını bilir. Bu amansız ağıl deməkdir. Belə ağlın özünə kömək edə bilməyəcəyini, dişinin ağrısından, dizinin ağrısından xəbəri olmadığını zənn edir. Halbuki dişinin ağrısı da, dizinin ağrısı da xüsusi olaraq yaradılır. Ağrı öz-özünə bir sənətdir. Çox mürəkkəb sistemlə ağrı xüsusi olaraq yaranır. Ağrını yaradan, ağrını hiss etdirən, dərmanları yaradan Allahdır. Bu məsələni incə-incə çox düşünməyimizi və dərk etməyimizi istəyir Allah. Bunu dərk edə bilməsək sevgi və cənnəti dərk edə bilmərik. O zaman Allah o sevgi dərinliyini vermir, insanlar küt olur.
Adnan Oktar