-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Zalımlıq edən hər kim olarsa Allah hidayət versin, hidayət vermirsə həlak etsin. Demək olar hər yerdə ağla gələn tək çözüm qınama, müharibə və qarşıdurma olur. Zalımlar cəzalandırılsın, ədalət yerini tapsın. İsrailin də zalımları, varsa Fələstinin də zalımları haqq etdikləri hüquqi qarşılığı alsın. Amma hədəf həmişə sülh, hüzur, qardaşlıq və dostluq olsun. Əvvəlcə dostluq, qardaşlıq istəyək. O gözəl torpaqlar musəvilərin, xristianların, müsəlmanların birlikdə, dostca yaşadığı yerlər olsun. Aralarda tikanlı tellər, nəhəng divarlar olmasın. Sevinc içində halaylar çəkilsin, zeytun ağacları əkək, hər yeri bağ-bağça edək, gənclər xoşbəxt olsun. Hədəfimiz həmişə gözəllik, yaxşılıq, sülh və dostluq olsun.
Adnan Oktar
Xüsusən Yaxın Şərq ölkələrində və dünyanın bir çox yerində qadına çox yanlış və qəribə baxış prizması vardır. "Qadını müəyyən yolla tələyə salarsan, evə apararsan, namusunu ləkələyərsən, ondan sonra da qəzəblənər evinə göndərərsən" anlayışı geniş yayılıb. Sonra yenə ürəyin istəsə, yenə çağırarsan gəlməzsə ölümlə təhdid edərsən, döyməklə təhdid edərsən, kimi yanlış məntiqləri var. Bu, çox böyük vicdansızlıq və zülmdür. Qadın Allahın yaratdığı ən gözəl, ən müqəddəs varlıqdır. Həmçinin qadın, ağlı, ehtirası, imanı ilə gözəldir. Qadını qorxudursan, alçaldırsan, mərhəmətsizcə yaxınlaşırsan, bundan sonra da qadından şikayət edirsən. Qadınların əvvəlcə axirətini qorumaq lazımdır. Qadını 20-30 il müddətinə deyil, əbədi sevməlisən. Əbədiyyən sevəcəyinə görə əvvəlcə imanına diqqət yetirməyin, cənnətə getməsinə səy göstərməyin lazımdır. Şərəfli, namuslu yaşamasını təmin etməlisən. Qadının şərəfini, namusunu əlindən alsan, hörmət etməsən heç bir mənası qalmaz. Qadının hörmət edilməsi lazım olan mübarək varlıq olduğunu bilməli və buna görə hərəkət etməlisən. O zaman qadının gözəlliyini Allah sənə açar.
Adnan Oktar