-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Allah sevgisi ən mühüm mövzudur. Allahı sevməkdəki əsas məsələ insanın özünü sıxmamağıdır. İnsanlar şirkə ağlasığmaz dərəcədə meyllidir. Şirkə qarşı beyni həmişə qorumaq, çox səmimi olmaq lazımdır. Diqqət şirk mövzusunda olmalıdır. Səmimiyyət də zövqlüdür, enerji tələb etməz. Səmimiyyət dünyanın ən şirin, ən ləzzətli nemətlərindən biridir. Allah sevgisi insanların bir hissəsində əskik olduğu üçün insanların bir-birinə sevgisi də az olur. Yerinə həsəd, kin, nifrət, qəzəb gəlir. Bilavasitə Allahı çox sevsələr insanların hal-hazırda dünyada yaşadıqları həyat tam fərqli olar, dünya açıq-aydın cənnət kimi çox rahat olacaqları bir yer olar. Dünya miqyasında bir çox insan Allaha qarşı nankor olduğu üçün, Allah da onları hiss etdirmədən əzir. Onlar öz aləmlərində Allahı aldatdıqlarını zənn edirlər, Allah isə onları hiss etdirmədən əzir. Bütün gözəlliklərin tək mənbəyi Allahdır. Sevginin tək mənbəyi Allahdır. Övladını, arvadını, pişiyini, quşunu çox sevdiyin zaman Allahı sevdiyini bilmir bir çox insan. Bütün təsvir Allaha məxsusdur.
Adnan Oktar
Məni çox sevsəniz, məndən qorxsanız, Qurana uysanız, səmimi olsanız, davamlı ağlınız, ürəyiniz Məndə olsa və tövbə etsəniz, Allaha həmd etsəniz, Allahın böyüklüyünü söyləsəniz ‘Allahu əkbər', Məni tənzih etsəniz deyir Cənab Allah ‘SubhanAllah', "Əksik, nöqsan sifətlərdən münəzzəhsən Ya Rəbbim, mükəmməlsən" şəklində Məni tərifləsəniz deyir Cənab Allah, Mənim şanımı təqdir etməyə var gücünüzlə cəhd göstərsəniz sizə müsibət üz etməz deyir Allah. Rahatlayarsınız, deyir. Burada bir sirr var.
Adnan Oktar