logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 yanvar 2018

avatar

Adnan Oktar

Müsəlmanların arasında zənginlik, məqam, mövqe meyar deyil. Mənim dostlarım səmimi imanla hərəkət edən insanlardır. Çox az yuxu yataraq bütün maddi imkanlarımızla canımızı ortaya qoyaraq Allah yolunda səy göstəririk. Biz bunun təqdirini insanlardan gözləmirik, lakin diqqətlə baxan insan bizim birliyimizin gecə-gündüz səyini görər. Bir qəpik pul almadan, hər dəqiqə Allahın dinini yaymaq üçün səy göstərir, eyni zamanda da küfr əhlinin və münafiqlərin hücumları ilə mübarizə aparırıq. Bütün maneə olma cəhdlərinə baxmayaraq, şövqlə İslamdan bəhs etməyə davam edirik.
A9 TV; 1 yanvar 2018
638
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah atomda cazibə yaradır. Kainatda cazibə var. Bütün səma cisimləri bir-birini cəzb edər. Allah insanda da cazibə yaradır, bu çox əhəmiyyətli möcüzədir. Sitatlar
Allah atomda heyrətamiz sənət yaradır. 15 milyard ildir ki, atom heç bir qida almadan heyrətamiz enerji ilə fırlanır, orbitindən heç vaxt çıxmır, atomlar bir-biri ilə toqquşmurlar. İnsan tək bir maya zülalını araşdırsa, içində tam fərqli nəhəng aləm olduğunu görər. Məhz Allah bu sənəti düşünüb-düşünmədiyimizə baxır. İnsan çörək arası dönər yeyir və heç nə düşünmür. Allahın bu böyük sənətinə baxmayaraq, heç nə düşünmədən yaşayan insan, əslində hər cür bəlaya layiq olmuş olur. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah insanların tam olmayacaq dedikləri vaxtda qurtuluşu yaradar. Hz. Musa və yanındakılar dənizin kənarına gəlir, ələ keçirildikləri düşündükləri anda Allah onları xilas edir. Bu, imtahanın bir hissəsidir. Mehdi də insanların; "artıq çox gecikdi, artıq Mehdi zühur etməyəcək” dedikləri dövrdə zühur edəcək. Xüsusilə münafiqlər "mehdiyyət yoxdur, olsaydı zühur edərdi” deyə ümidsizlik yayacaqlar, lakin mütləq mehdiyyət haqq olaraq zühur edəcək. (Xalq tam zühurdan ümidini kəsdiyi anda Mehdi zühur edəcəkdir! Onun dövründə yaşayıb ona kömək edənlərə necə xoşbəxtdirlər! MEHDİYƏ DÜŞMƏNÇİLİK BƏSLƏYİB, MEHDİYƏ VƏ ONUN ƏMRİNƏ QARŞI ÇIXANLARIN VƏ MEHDİNİN DÜŞMƏNLƏRİNDƏN OLANLARIN VAY HALINA! (Şeyx Məhəmməd ibn İbrahim Numani, "Qeybəti Numani", səh. 301) Sitatlar
Allah Quranda münafiqlərin alçaldılmasını bildirmişdir. Ayəyə görə münafiqlərin alçaldılması möminlərə maddi və mənəvi şəfadır. Müsəlmanlar hər münafiq hücumunda daha sağlam, daha gümrah, daha güclü olarlar. Münafiqlər isə fiziki cəhətdən də, əqli cəhətdən də, maddi cəhətdən də çökərlər. Sitatlar
Allahın rizasının ən çoxu vicdana həmişə vəhy edilər. Vicdana fasiləsiz vəhy olması möcüzədir. İnsan tək buraxılmayıb. Allah nə istədiyini insana həmişə hiss etdirər. Sitatlar
Bərzaninin ağıllı, ziyalı, dinamik, darvinizmə materializmə qarşı şüurlu, fəaliyyət və inanc sahibi bir gənclik yetişdirməsi lazımdır. Şüurlu, imanlı gənclik strukturu olmadan PKK-ya qarşı müvəffəqiyyətli olması çox çətin olar. Sitatlar
Bir insanın xilas olması üçün çox səmimi olması kifayətdir. Allah bizim sadəcə səmimi olmağımızı istəyir. Səmimi olan qulu Allah mütləq doğruya çatdırar, çünki Allah mərhəmətlidir, sevəndir, şəfqətlidir. Bizim xilas olmağımızı istəyər. Biz sadəcə çox səmimi olmalıyıq. Sitatlar
Cəhənnəmin mövcudluğu insanın təhsili üçün lazımdır. Cəhənnəmin mövcudluğu eyni zamanda cənnət əhlini motivasiya edər. Gözəllik müqayisə ilə olar. Hər kəsin gözəl olduğu mühitdə gözəlliyin dəyəri o qədər bilinməz. Cəhənnəm müqayisə olması üçün xüsusi olaraq yaradılıb. Sitatlar
Cənnətdə dünyadakı kimi səbəb-nəticə əlaqəsi yoxdur. Musiqi dinləmək üçün musiqi alətinin olması şərt deyil. Bir fincan da mahnı söyləyə bilər, ağaclar da. İnsan bir şeyi istədiyi zaman həmin anda olar. Dünyada ayaqqabı insanın ayağını qorumaq üçün mövcuddur, cənnətdə isə təkcə bəzək olaraq ayaqqabı geyinilər. Sitatlar
Dünyanın 5-dən böyük olması üçün mütləq İslam Birliyinin olması əsas şərtdir. Buna görə də, Tayyib hocamın israrla İslam Birliyi çağırışı etməsi doğru və gözəldir. Sitatlar
Elçilərin ətrafında onları çox sevən insanlar olması tarix boyu bütün münafiqlərə çox təsir etmişdir. Firon kitabələrində belə Musanın ətrafında onu çox sevən insanların olması qeyd olunmuşdur. Allahın elçiləri insanlara çox sevdirməsinə münafiqlər həmişə həsəd aparmışdır. Sitatlar
Fələstin və İsraili barışdırıb normal yaşamalarını təmin etmək lazımdır. Bu torpaqların sülh yurdu halına gəlməsi lazımdır. O divarlar, polislər, əsgərlər olmadan yaşanılan torpaqlar olması üçün səy göstərməyimiz lazımdır. Sərt, davakar üslubdan həmişə qaçmaq lazımdır. Münaqişədən bir nəticə çıxmaz. Sevgi və qardaşlıqla həll yolu tapmaq lazımdır. Sitatlar
Hədiyyə insanların qəlbini fərəhləndirən gözəllikdir. Xüsusilə qadınlar hədiyyəni çox xoşlayarlar. Mütləq maddi dəyərinin olmasına ehtiyac yoxdur. Hədiyyə, o insanın gözəl əxlaqını və səxavətini göstərdiyi üçün gözəl sevgiyə səbəb olar. Sitatlar
Quranda təbəqə ayrı-seçkiliyi yoxdur. Fəhlə, kəndli, komandir, çəkməsilən, prezident, nazir, əsgər, məmur, hamısı birlikdə namaz qılarlar. Hər kəs hər kəsin hamisidir. Hər kəs mövqeyi nə olsa da, bir-birini qorumaqla məsuldur. Heç kimin heç kimə maddi üstünlüyü yoxdur. Üstünlük təkcə təqva, yəni Allaha yaxınlıq və gözəl əxlaqladır. Sitatlar
Şirk insanı dəli edər, həm mənəvi, həm də maddi cəhətdən çökdürər. Bir saniyə belə olsa şirkə düşməmək lazımdır. İnsanların psixoloji tarazlığının pozulmasının səbəbi şirk və romantizmdir. Şirkə heç vaxt düşməmək insana xoşbəxtlik gətirər. Sitatlar
Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur