-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Təvəkkülü artırmağın yolu Allahı heç vaxt unutmamaqdır. Allahı düşünməyin iki cəhəti var. Bir cahil düşünmə forması var, yeməyini yeyər Allaha həmd edər, televiziyada Suriyadakı hadisələri izləyər, lakin bu ona heç təsir etməz. Onu təkcə qızının toyu, ertəsi gün ödəyəcəyi qəbzlər maraqlandırar. Lotereya bileti alar; "Allah bağışlayar" deyib keçər. Məktəblərdə darvinizmin, materializmin öyrədilməsini çox normal qarşılayır, lakin 5 vaxt namazını da qılır. Bir də Allahın mövcudluğunun möhtəşəm güc olaraq dünyaya hakim olduğunu görüb, heyranlıq içində qalıb Allahı diqqətlə təqib etmək vardır. Bunda Allah ilə kəskin diqqətlə əlaqə vardır. Allahın istədiyi də budur. Normal ağlın normal nəticəsi budur. Allah ilə ağıllı əlaqə yaradıldığı zaman insan çox rahat yaşayar. Yorucu olan əxlaqsızlıqdır, adamlıq dinidir. Çünki bunların çoxlu lazımsız qaydaları var. Cahil cəmiyyətin qaydaları, ənənələri, adətləri insanın taqətindən çox üstündür. Dünya həyatı ilə boğuşma da işə düşdükdə bir çox insanın həyatı yaşanmaz hala gələr.
Adnan Oktar
Münafiqlərdə şiddətləri getdikcə artar, lakin Allah; "sizə dilləri ilə çirkinlik etməkdən başqa heç bir zərər verə bilməzlər" deyir. Həqiqətən də tarixdəki bütün münafiqlərin donuz kimi bağırmalarından başqa, ağızlarından murdarlıq axmasından başqa heç nə edə bilməyiblər. Sonunda da həmişə rəzil olublar, alçaldılıblar. Allah onları rüsvay vəziyyətə salmışdır. İnsan içinə çıxa bilməyəcək, heç kimin üzünə baxa bilməyəcək vəziyyətə gəliblər. Hər yerdə şərəfsiz, ləyaqətsiz, İngiltərə dərin dövlətinə xidmət etmiş alçaqlar olaraq yaşayarlar. Möminlər isə güclü, sağlam, şən, dinamik, böyük cəmiyyət olaraq həmişə gümrahdırlar.
Adnan Oktar
Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
Adnan Oktar
Allah sevgisi ən mühüm mövzudur. Allahı sevməkdəki əsas məsələ insanın özünü sıxmamağıdır. İnsanlar şirkə ağlasığmaz dərəcədə meyllidir. Şirkə qarşı beyni həmişə qorumaq, çox səmimi olmaq lazımdır. Diqqət şirk mövzusunda olmalıdır. Səmimiyyət də zövqlüdür, enerji tələb etməz. Səmimiyyət dünyanın ən şirin, ən ləzzətli nemətlərindən biridir. Allah sevgisi insanların bir hissəsində əskik olduğu üçün insanların bir-birinə sevgisi də az olur. Yerinə həsəd, kin, nifrət, qəzəb gəlir. Bilavasitə Allahı çox sevsələr insanların hal-hazırda dünyada yaşadıqları həyat tam fərqli olar, dünya açıq-aydın cənnət kimi çox rahat olacaqları bir yer olar. Dünya miqyasında bir çox insan Allaha qarşı nankor olduğu üçün, Allah da onları hiss etdirmədən əzir. Onlar öz aləmlərində Allahı aldatdıqlarını zənn edirlər, Allah isə onları hiss etdirmədən əzir. Bütün gözəlliklərin tək mənbəyi Allahdır. Sevginin tək mənbəyi Allahdır. Övladını, arvadını, pişiyini, quşunu çox sevdiyin zaman Allahı sevdiyini bilmir bir çox insan. Bütün təsvir Allaha məxsusdur.
Adnan Oktar
Şəhidlərimizi Allah nuru ilə bürüsün. Onları yüksək mərtəbələrindən dolayı təbrik edir, sevgi ilə anır, təqdir edir və alqışlayırıq. Allah da təqdir, təbrik etsin. Allah Quranda şəhidlərin sevinc içində olduqlarını bildirmişdir. Möminlər üçün şəhidlik seviniləcək mübarək məqamdır. (Ali İmran surəsi, 169-170-171: Allah yolunda öldürülənləri əsla “ölülər” hesab etməyin. Xeyr, onlar öz Rəbbi dərgahında diridirlər, onlara ruzi verilir. Allahın Öz lütfündən onlara bəxş etdikləri ilə sevinc içindədirlər. Onlara, arxalarınca gəlib hələ çatmayanlara müjdələməyi istəyirlər ki, onlar üçün heç bir qorxu yoxdur, kədərlənməyəcəklər də! Onlar, Allahdan neməti, lütfü (bolluğu) və həqiqətən Allahın möminlərin savabını puç etməyəcəyini müjdələyirlər.)
Adnan Oktar
Sevgisiz, estetikadan uzaq, baxımsız, dağınıq, əzik, özünə qapanan bir dünya ilə, musiqi yox, sənət yox, demokratiya yox, coşğu yox, həyəcan yox, elə o şəkildə İslam hakim olmaz. Allah belə qorxunc bir sistemi də bizə fərz etməz. Allah belə qorxunc şeyləri bizdən qaldırmışdır. İnsanlar özləri icad edirlər bu qorxunc sistemləri, dəhşət verici sistemləri.
Adnan Oktar