-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İngiltərə dərin dövləti bir ölkəni dağıtmaq və ya parçalamaq istədiyi zaman, əvvəlcə o ölkədə incəsənətin, elmin, mədəniyyətin olmadığı, zövqsüz, çirkli, davakar, sevgi və nəzakəti bilməyən insanlardan ibarət olan mühit yaradır. Bu zaman belə ölkələri dağıtmaq çox asan olur. "Baxın, İslamı yaşayan bu ölkələr belə fəlakətin içinə sürüklənirlər, bu ölkələri dağıdıb yenidən quraq" deyirlər. Suriyada və İraqda həmişə eyni taktikanı tətbiq etdilər. İndi də Türkiyəyə eyni şeyi tətbiq etmək istəyirlər. İncəsənətin, gözəlliyin, qadın azadlığının, sevincin, elmin olmadığı, insanların yaşama sevincinin qalmadığı, içinə qapanıq bir ölkə yaratmaq istəyirlər. Biz buna elmlə, irfanla imkan vermədik və verməyəcəyik. Quranın parlaq, müasir, keyfiyyətli, nəzakətli, sevgi və həyat dolu ruhunu həyatımızla göstəririk və bütün Türkiyəyə, dünyaya bu gözəl Quran əxlaqının hakim olmasını istəyirik.
Adnan Oktar
Münafiq böyük olduğunu hiss etdirmək istəyər, süni hörmət arxasınca gedər. Buna görə də, dini yaşayırmış təəssüratı verməyə çalışar, təqvalı müsəlman təqlidi edər. Bunu edərkən də özünü haşa Peyğəmbərdən, Allahdan daha böyük görər. Münafiqin qəribə cəhəti, açıq-aydın küfr əhlinin yanına getmək, küfr əhli ilə yaşamaq varkən bütün vaxtını müsəlmanlarla mübarizə aparmağa ayırmasıdır. Peyğəmbərə və Peyğəmbərin yanındakı sadiq səhabələrə düşmən olar, onlarla mübarizə aparar. Gecə-gündüz müsəlmanlar əleyhinə fəaliyyət göstərər, hətta ölümü gözə alar. Lakin münafiq müsəlmanlarla mübarizə apararkən daxilən də həmişə zəifləyər. Şeytan onu ələ keçirdiyi üçün çox hüzursuzdur, dəli dana kimidir, nə edəcəyini, kimə necə sataşacağını bilməz. Buna görə də, münafiqlərin yanına küfr əhli də yaxınlaşmaz.
Adnan Oktar