-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Gənclər üçün etibarlı əyləncə yerləri olmalıdır. Gənclər hara addım atsalar qorxu və narahatlıq yaşayırlar. Xüsusilə gənc qızların hüzur, güvən içində gedə biləcəyi yerlər olması əhəmiyyətlidir. Gənc qız; "ata mən bu yerə əylənməyə gedirəm" dediyi zaman, o yerdə namusunun, ləyaqətinin, şərəfinin, sağlamlığının güvəndə olduğuna əmin olunacaq yerlər olmalıdır. Sanki əmisinin, babasının evinə getmiş kimi güvənlə əylənə biləcəyi yerlər olmalıdır. Keyfiyyətli musiqi, sağlam qidalar, şən mühit və böyük təhlükəsizlik təmin olunmalıdır. Gənclər güvən içində bir-biri ilə tanış olar, söhbət edər, fikir mübadiləsi apararlar. Hazırda gənclər əyləncə məkanına getdiyi zaman insanlar cəsarətlərinə təəccüblənib; "gecə filan yerə gedib" deyirlər. Çünki əyləncə məkanlarının çoxu qapısında silahla insan vurulan, içəridə qadınların narahat edildiyi yerlər halına gəlib.
Adnan Oktar
AMERİKAN MEHDİSİ, İNGİLİS MEHDİSİ, BU MEHDİ, O MEHDİ OLMAZ. Hədislərdə Peyğəmbərimiz (s.ə.v)-in ifadə etdiyi, Peyğəmbərimiz (s.ə.v)-in soyundan, Əhli Beytindən, Hz. Fatimə (r.a) övladlarından Hz.Məhəmməd Mehdi (ə.s) vardır. Fiziki xüsusiyyətləri bildirilmiş, nə vaxt gələcəyi bildirilmiş, nə edəcəyi bildirilmiş, harada çıxacağı bildirilmişdir. O, təbii ki, mükəmməl bir insan olacaq.
Adnan Oktar
Ruhu zəif olan insanlarda Dəccalın hipnoz qüvvəsi üstün gəlir. Dəccal qarşısındakı insanları bu formada maqnetik təsir altına alır, onları idarə edə bilməyə başlayır. Zaman keçdikcə də bu insanlar robotlaşır, Dəccalın bütün əmrlərini sorğu-sualsız yerinə yetirməyə başlayırlar. Dəccal adamlarına; "buranı bombala, burada qarışıqlıq törət" dediyi zaman dərhal edirlər. Lakin üstün xarakterli, güclü ruha sahib, aurası güclü olan şəxslərə Dəccalın təsiri olmur. Məsələn, hz. İsa (ə.s)-ın aurası çox güclüdür, buna görə də, Dəccalın heç bir təsiri olmur. Hz. Mehdi (ə.s)-ın da aurası güclü olduğu üçün Dəccal zərər verə bilmir. Mehdi tələbələrinin də aurası yüksək olur. Allahın onları zər aləmində yaratması, auraları güclü olacaq şəkildə. Buna görə də, Dəccal Mehdi (ə.s) 313 tələbəsinə də qətiyyən təsir edə bilmir. Lakin şeytan və Dəccal münafiqləri çox sürətlə təsir altına ala bilir, ruhları, xarakterləri və şəxsiyyətləri çox zəif və gücsüz olduğu üçün. Papanın bu gün şeytanla bağlı verdiyi açıqlamalar Dəccalın bu təsirindən xəbərdar olduğunun dəlilidir.
Adnan Oktar