-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Dəccaliyyət insanları düşünə bilməyəcək hala gətirən sistem yaradar. Səhər oyanıb tez küçəyə çıxır, iki saat növbədə gözləyir, iki saat yolda gedir, qutu kimi bir beton yığınının içinə girir, saatlarla kompüter başında fasiləsiz yazı yazır, axşam olur, yenə növbəyə daxil olur, saatlarla tıxacda qaldıqdan sonra evə qayıdıb ancaq yata bilir. Dəccaliyyət, görünüş etibarilə məcburi belə olması lazım olurmuş kimi bir sistem yaradaraq, insanların ruhunu, düşünmə qabiliyyətini əlindən alır. Quran əxlaqına görə yaşandığı zaman belə monoton, sıxıcı və çətin həyat olmaz.
Adnan Oktar
İnsanların çoxu funksionallığı əsas götürür. Geyim zövqü, keyfiyyət, incəsənət, gözəllik axtarışı demək olar ki, heç olmur. Bu dəhşətli vəziyyətdir. Əksər insan arasında gözəlliyi öldürmə anlayışı yaranmış vəziyyətdədir. Gözəlliyi istəyəni və baxımlı olanı günahkar kimi görürlər, digər tərəfdən gözəlliyi təqdir edəcək, bəyənəcək kəsləri də olmur. Bu zaman inkişaf etmək, yaxşı olmaq, gözəlləşmək üçün heç səy göstərmirlər. Yaxşılıq, gözəllik, incəsənət, sevinc, sevgi, nəciblik həyatlarından çıxdığı zaman isə boğucu, şizofrenik, eqoist və içinə qapalı xarakter yaranır.
Adnan Oktar
Allah sevilmədiyini hiss etsə, bilsə, görsə ( onsuz da görür, çünki ÖZÜ yaradır) bəla qapısını açır. İqtisadi böhran, anarxiya, terror, iztirablar, narahatlıqlar, kədər, bədbəxtlik, insanların çirkinləşməsi, pisləşməsi, xəstəliklər, bəlalar bütün dünyanı bürüməyə başlayır. İNSANLAR ALLAHI SEVMƏYƏ BAŞLAYANDA DA BƏRƏKƏT, BOLLUQ, GÖZƏLLİK, NUR, İŞIQ, FƏRAHLIQ, ƏDALƏT DÜNYAYA HAKİM OLMAĞA BAŞLAYIR. Bu da Allahın varlığının açıq dəlillərindəndir.
Adnan Oktar