-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Mübahisə, qarşıdurma mədəniyyəti insanın şüurunu bir müddət sonra bağlayar. İnsan ruhunun rahatlamağa, incəsənətə, gözəlliyə, nəşəyə, sevincə ehtiyacı vardır. Gərginliyi azaldan, sevgini təşviq edən sözlər əhəmiyyətlidir. İnsanlar ən çox Allahın sənətini görməkdən zövq alarlar, iman həqiqətlərindən, Allahı sevməkdən güc taparlar. Hər gün yeni düşmənlər icad etmək şüuru dondurur. Bizim yeni düşmənlərə deyil, dostluğa, qardaşlığa ehtiyacımız vardır.
Adnan Oktar
Bəzi insanların şüur altında din üçün acı çəkmək lazımdır, gülməmək, əylənməmək lazımdır, yoxsa cənnətə gedə bilməzsiniz məntiqi vardır. Buna görə "din qarmaqarışıq şəkildə çətin olmalı ki, dində yaxşı yol gedə bilsin" məntiqi hakimdir. Bu minlərlə illik köhnəlmiş düşüncədir. Halbuki İslam dinləri həmişə cənnət azadlığını gətirər. Hz. İbrahimin gətirdiyi din də, Hz. Süleymanın gətirdiyi din də, Peyğəmbərimiz (s.ə.v)-in gətirdiyi din də, həmişə cənnət ruhu, cənnət azadlığı, cənnət gözəlliyi, cənnət keyfiyyəti, cənnət sevinci gətirər. Münafiq sistemlər də cəhənnəm dilemması, cəhənnəm nemətsizliyi, cəhənnəm əzabı gətirər. Peyğəmbərimiz (s.ə.v) Quran ilə birlikdə mümkün qədər azadlığı tanıdı və insanlara izah etdi. Allah, insanların ürəyində istədikləri azadlığı Quran ilə halal etdi. İnsanların üzərindəki təzyiqləri qaldırdı. Quran ilə birlikdə arxa arxaya azadlıq əmrləri gəlir. Allah insanların üzərindəki ağır zəncirləri qaldırır. Azadlıq artdıqca münafiqlər həm bu azadlığa çox həsəd aparırlar, həm də xalqa qarşı özlərinin üstünlük əldə etdiklərini düşünürlər. "Biz daha mühafizəkarıq, onlar (Peyğəmbər və səhabə) isə dini daha asan yaşayır, dinimizi dəyişdirirlər" deyə insanlara təsir etməyə çalışarlar. Münafiqlərin bütün mövzuları Peyğəmbərin dini necə yaşadığına dair öz ağıllarına görə tənqidlər olur. Peyğəmbərə haşa güvənmədiklərini hər sözləriylə ifadə edirlər. Allahın Peyğəmbərə bildirdiyi hər azadlıq hökmünü şübhə ilə qarşılayırlar. Bu alçaq və xain zehniyyətdə olanlar Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra gücləndilər və Ortodoks İslam anlayışının təməlini meydana gətirdilər. Qadının alçaldılması, qadının şeytan kimi olduğu, qadının döyülməsi lazım olduğu kimi dəhşət verici izahları İslam kimi dinə əlavə etdilər. Sonra gələn müsəlmanlar da bilmədən bunları sanki Allahın hökmü imiş kimi sahibləndilər. O gündən bu vaxta qədər gələn bu səhvi Quranda izah edilən həqiqi müsəlmanlığı izah edərək düzəldəcəyik inşaAllah.
Adnan Oktar
Münafiq getdikdən sonra, müsəlmanların mühiti daha çox keyfiyyətli hala gəlir. Münafiqlər murdarlıq kolleksiya edirlər. Murdarlıqdan ibarət kolleksiyalarına yeni əlavələr edərlər. Kolleksiyalarına ruh xəstələrini, əclaf, mənfəətçi insanları əlavə edərək lağım sahələrini daha da genişlədirlər. Müsəlmanlar bu təmizliyə sevinirlər və fərahlıq duyarlar. Münafiqlər da o lağım mühitlərində murdarlıq içində üzməyə davam edərlər. Münafiqlər ayrılmamış olsa ortaya çıxacaq təsvir çirkini təxmin belə edə bilmərik. Kabus kimidir, cəhənnəm kimidir. Onların olduğu mühitin dəhşət vericiliyi təxmin edilə bilməz. Allahın "möminlər tahirdir" deməsi budur. Allah murdar, alçaq, xaraktersiz, şərəfsiz münafiqləri möminlərdən təmizləyir. Beləcə möminləri bəladan qorumuş olur. Onların yerinə daha dindar, sadiq, gözəl, sağlam, dinc, təvazökar, ağıllı, çalışqan, sevgi dolu insanlar göndərir.
Adnan Oktar
Atatürk ziyalı, mütərəqqi, incəsənətdən, musiqidən, heykəldən, rəsmdən anlayan, vətənini, millətini Avropa səviyyəsindən daha da yüksəyə çıxartmağa qəti qərar vermiş, mədəni, nəzakətli, bilikli, dəyərli insanların meydana gətirdiyi vətən istəmişdir. Lakin bir sıra insanlar Atatürkü heç sevə bilməyiblər. Bunlar Türkiyəni dağıtmağa çalışan əxlaqsız kəslərdir. Halbuki bizim gənclərimiz çox üstün şəkildə Atatürkçü, ziyalı və ağıllıdır. Buna görə də, Atatürkün qurduğu cümhuriyyətə heç kim pislik edə bilməz.
Adnan Oktar
Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
Adnan Oktar