-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
İnsan Allahın fərqinə vardığı andan etibarən digər məsələlərin hamısı əhəmiyyətini itirər. Məktəb, iş, həyatın hər sahəsi zərurətdən ötrü maraqlandığı məsələlər halına gələr. Sonsuz güc sahibi varlıq səni alır, buraya gətirir, yeməyini, içməyini, danışmağını, nəfəs almağını təmin edir. O zaman əsas məsələ nə olar? Səni buraya gətirən olar. Yemək yeyər, lakin ağlı həmişə özünü bura gətirəndə olar. Allahı unudan insanın isə ağlı yox olar, nuru qalmaz, şüuru qapanar. İnsanları anormal hala gətirən Allahı unutmalarıdır. O zaman aqressiv, davakar, sevgisiz olurlar.
Adnan Oktar
Peyğəmbərimiz (s.ə.v) Zeyd ilə birlikdə Taifə getdiyi zaman küfr əhli və münafiqlərin alçaqcasına hücumu ilə qarşı-qarşıya qalmış, təxminən 2,5 km boyunca alçaqlar tərəfindən daşlanmışdır. Peyğəmbərimiz (s.ə.v)-in küfr əhlinin və münafiqlərin Taifdəki alçaq hücumlarından sonra gözəl duası belədir: "Allahım! Gücümün çatışmazlığını, çarə və vasitələrimin acizliyini, insanların gözündə dəyərsiz görünməyimi Sənə bildirirəm. Ey Mərhəmətlilərin ən Mərhəmətlisi, Sənsən zəiflərin Rəbbi və Sənsən mənim Rəbbim! Məni Səndən uzaq olan və məni gördükcə sifətini turşudan kobud insanların əlində qoyma. Üzərimə çökən bu müsibət və bəla həqiqətdə Sənin mənə qarşı qəzəbindən irəli gəlmirsə, heç qəm çəkmərəm. Mən, Sənin nuruna sığınıram! O nura ki, qaranlıqlar onun sayəsində açılmış, dünya və axirət işləri onunla düzəlmişdir. Mənim üçün Sənin bağışlamağın, qəzəbindən daha genişdir. Həmçinin hər şey Sənin rizan üçündür. Bütün qüvvət və qüdrət təkcə Sənin əlindədir".
Adnan Oktar