-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Bəziləri cansıxıcı həyat istəyir. Gənclərin şən olmasını, həyat dolu olmasını istəmir. Sevincdən xoşlanmır. Həyatı qaraltmaq, ölü, dözülməz hala gətirmək istəyirlər. Bunlar incəsənətə, qadın azadlığına, azadlığa, mehribanlığa, dostluğa, yoldaşlığa, hər şeyə qarşıdırlar. Hər kəs özləri kimi olsun istəyirlər. Güləni acıladığı, əylənəni bədbəxt etdiyi bir həyatın tərəfdarıdırlar. Özləri bədbəxt olduqları üçün insanları da özləri kimi etmək istəyirlər. Tək kəlmə sevgidən, dostluqdan, sevincdən, incəsənətdən bəhs etmirlər. Dostluğu, yoldaşlığı bilmədikləri üçün hər kəsə qarşı olurlar. Belə insanlar AKP-ni də avtoritar, qadağanedici, azadlıq əleyhinə olan bir partiya kimi göstərmək istəyir, AKP və Tayyib hocama da tələ qururlar. Tayyib hocam azadlıq istəyən, gənclərin sevincindən yana olan, müasir dindardır. Lakin bu insanlar AKP-ni gözəlliyə, sevincə, incəsənətə, elmə qarşı kimi göstərirlər və buna görə də, sahil bölgələrində AKP-nin səs itirməsinə səbəb olurlar.
Adnan Oktar
MÜSƏLMANIN ÜZÜNDƏN NUR AXAR, MÜSƏLMAN NUR KİMİ, İŞIQ KİMİ OLAR. Rəftar, baxım, səliqə, üslub, bunlarla insan gözəlləşər, ətlə sümüklə əsələn, donqar olar, amma əlindən üzündən nur axar, işıq saçılar, yanında olmaqdan xoşbəxt olarsan, ürəyinə fərahlıq gələəsələn, bəzi xanımlar da var, özünü bəyənmir içinə qapanır, içindəki nuru görə bilmir. Halbuki, o İMANIN NURUYLA HƏRƏKƏT ETSƏ, AĞILI İLƏ HƏRƏKƏT ETSƏ, DÜNYALAR GÖZƏLİ OLAR. Gözəl təmizliyi ilə, baxımılığı ilə, keyfiyyəti ilə, ağılı ilə, zəkası ilə, dünya gözəli olar.
Adnan Oktar
Raket istehsal etmək üçün ayrı pul, raketə qarşı müdafiə sistemi üçün ayrı pul xərclənilir. İnsan öldürmək üçün raket atırlar, o raketə qarşı müdafiə sistemi qurulduğu zaman sevinirlər. İnsan öldürmək üçün heç bir sistem olmasa da buna xərclənən pul insanları xoşbəxt etmək üçün xərclənsə daha gözəl olmazmı? İnsanlar müharibəyə, davaya, təcavüzkarlığa alışıblar. Halbuki bunların heç birinin olmaması lazımdır. Tanklar, toplar, təyyarələr, bombalar bütün pul bunlara xərclənir, insanlar yaralanır, parçalanır, hər yerdə aclıq var. Bu rəzalətə nə ehtiyac var? Hər yer qan gölü oldu, yüz minlərlə insan şikəst oldu. Şeytana tabe olmaq məcburiyyətində deyilik ki. Hər kəs dost olsun, yoldaş olsun, sülh içində yaşayaq.
Adnan Oktar