HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Rəy parçaları - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
rey-parcalari | Bütün Əsərlər
Namaz vaxtı gələn vəsvəsənin hökmü sıfırdır. Qardaşlarımız heç vaxt bu vəsvəsəyə fikir verməsinlər, namaza zərəri olmaz. Namazlarını qılıb çıxsınlar. Namazı çətinləşdirmək şeytanın işidir. Heç vaxt üzərində dayanmadan keçsinlər.
Vəsvəsəyə heç vaxt fikir verməmək lazımdır. Fikir vermədiyin müddətcə vəsvəsənin heç bir təsiri yoxdur.
Münafiq çox qısqancdır. İslama və müsəlmanlara qarşı dəlisov qəzəb bəsləyər. Müsəlmanların dağılmasını İslamın dayanmasını istəyər. Quranın əmr etdiyi məsələlərdən danışılmasını qətiyyən istəməz. Münafiqi izləyərək şeytanın hansı mövzulara çox fikir verdiyi başa düşülər. Münafiq hansı mövzuda narahat olursa, narahat olduğu o mövzunu misli ilə etmək lazımdır.
Hal-hazırda dünyada böyük fikir müharibəsi var. İngiltərə dərin dövləti mənfi fikirdən istifadə edərkən, mehdiyyət haqq olan fikri izah edərək qalib olar.
Vəsvəsəni ciddiyə almaq yersiz olar. Vəsvəsə fikir verilmədiyi anda bitər.
Hal-hazırda Türkiyə çətin dövrdən keçdiyi üçün siyasi fikir ayrılıqlarına deyil, ittifaqa ehtiyac var.
Darvinizm və materializmlə zehni korlanan insanların yeni fikir yaratması, cəmiyyəti inkişaf etdirməsi mümkün olmaz.
Ələvilər Quran müsəlmanıdırlar, anti-xurafatçıdırlar, sevgi insanıdırlar. Ələvilərin dəyərini bilməyənlərə qardaşlarımız heç vaxt fikir verməsinlər.
Sevgini, ehtirası unudan insanların həyatdan bezmiş zehniyyətlərinə heç fikir verməmək, dərinliyi, dostluğu, sevgini bilənlərə etibar etmək lazımdır.
Hər insan hər mühitdən, hər düşüncədən insanla görüşər, danışar, fikir alar. Bunu anormal qarşılamaq çox yanlışdır.
Söz azadlığı fikir üçündür, söymək üçün deyil.
Haqqıyla, sevgi ilə, şəfqətlə, mərhəmətlə, ağılla Allaha, İslama xidmət edirmi? Özünü nə dərəcədə Allaha həsr etmiş, nə qədər ağıllı, nə qədər hikmətlidir? Əsas bunlara fikir vermək lazımdır. Bunlar varsa ehtiras da vardır.
Fanatiklər Allah sevgisindən, dərin imandan çox bəhs etməzlər. Yazdıqları yazılar da ümumiyyətlə əsəb və nifrət ehtiva edir. Sevgini, şəfqəti izah edəcək dərəcədə gücləri, qabiliyyətləri olmur.
Tək cəmiyyət, tək fikir, tək düşüncə, tək hakimiyyət; o zaman zənginlik olmaz. Fikir zənginliyi olmalıdır, düşüncə zənginliyi olmalıdır.
Qanunlarda bir dəyişiklik edilməlidir. Fikir azadlığı təmin edilməlidir. Fikir azadlığının olmadığı yerdə, elm olmaz.
Monoton bir fikir sistemi yaxşı deyil, müxalif çıxanların olması, fikir zənginliyinin olması bir ehtiyacdır, gözəllikdir.
Müsəlmanda niyə fikir ayrılığı olsun. Quranda ittifaq et. Quranla yaşa. Qurana bağlı ol.
İddia adamlarında, siyasətçilərdə zəiflik olmaz, güc olar, qüdrət olar, ağıl olar, fikir olar.
QANUNİ BİR PARTİYAYA QEYRİ-QANUNİ HÜCUM EDİLMƏZ. HANSI FİKİR OLURSA OLSUN, HÜCUM EDƏRƏK, ŞİDDƏTDƏN İSTİFADƏ EDƏRƏK MƏĞLUB ETMƏYƏ CƏHD ETMƏK OLMAZ. Demokratik cəhətdən fikri mübarizə, elmlə qalib gələ bilərsən. Əgər bunu edə bilmirsənsə, hücumun faydası yoxdur.
Səadət Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası Türkiyənin dayaqlarıdır. Allah əskik etməsin. Bu partiyalar çox şüurlu, iradəli, qərarlı partiyalardır. Həm də fikir məktəbləridir, yəni sırf partiya deyil. Eyni zamanda əxlaq, fikir, hərəkat, inanc məktəbləridir.
21
1
1
2
/ 2
1
1
2
21
/ 2
20