HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Sosial Şəbəkə Saytı - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
sosial-sebeke-sayti | Bütün Əsərlər
Məqalələr
Sosial media sevgisizlik və qəddarlıq arenası olmamalıdır
Digər dillər
Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in dövründə döyüşməyi bacarmırıq deyərək geridə qalmaq istəyirdilər. Onlara bu ərazinin yarısı sənin olacaq deyilsə qaça-qaça gedər, ən yaxşı mən döyüşərəm deyirdilər. Münafiq iyrənclik dərəcəsində eqoistdir. Peyğəmbərimiz (s.ə.v) bunların alçaq olduğunu bildiyi üçün qənimətlərdən pay vermirdi. Döyüşə gedirdilər, lakin qənimətlərdən pay ala bilmirdilər. Buna görə də, maddi mənfəət təmin edə bilməmək onlara çox təsir edirdi. Peyğəmbərimiz (s.ə.v) heyrətamiz dərəcədə ağılla bu axmaqlardan İslam üçün ən gözəl şəkildə istifadə edirdi.
Peyğəmbərimiz (s.ə.v) münafiqlərə qənimətlərdən heç vaxt pay vermirdi. Bu, münafiqlər üçün dəhşətli ürəkağrısı olurdu. Peyğəmbərimiz (s.ə.v) qat-qat varlanar və güclənərkən münafiqlər yolunmuş kaftar kimi, tükü yanmış donuz kimi, alnına axmaq damğası vurulmuş olaraq əsəbləri pozulmuş şəkildə sürünürdülər. Münafiqin axmaqlığı mömin üçün çox əyləndiricidir.
Münafiq öz aləmində müsəlmanlarla mübarizə aparmaq üçün Quran ayələri paylaşar. Şeytana dəstək vermək üçün ayələrdən nümunə verər, lakin bu zaman Qurandan paylaşım edərək müsəlmanlara xidmət etmiş olar. Allah beləliklə oyunlarını başlarına keçirdər.
Tayyib hocam əleyhinə ağlasığmaz çirkin paylaşım edən insanlar AKP-yə, hökumətə canıyanan insanlarmış kimi davranırlar. Bu tiplərin məqsədi hökumət ilə dindar cəmiyyətlərin arasını vurmaqdır. Bunun üçün fitnə törədirlər.
Münafiq xarakterini gündəmdə saxlamaq çox əhəmiyyətlidir. Münafiqlər əsil qaranlıq tərəflərini və nifrətlərini saxta hesablarında göstərərlər. Müsəlmanların arasında özünü küfr əhli ilə heç əlaqəsi yoxmuş kimi göstərən münafiq, saxta hesablarında haramları müdafiə edər, din əleyhinə yazılar yazar.
Digər dillər
Həqiqi hesablarında vətənpərvər, milliyyətçi, dindar görünən bəzi kəslər saxta hesabları ilə müsəlmanlar və millət əleyhinə fəaliyyət göstərirlər.
Digər dillər
Münafiqlər saxta hesablarında həmişə özlərini tərifləyərlər.
Digər dillər
Münafiqin internetdə bir öz həqiqi hesabı var, bir də dinsizliyini, alçaqlığını, kinini ortaya qoyduğu çox sayda saxta hesabı var. Münafiq öz hesabında istəməyərək İslamiyyəti dəstəkləyər, çox hiyləgər və namərdcəsinə bir üsul tətbiq edər, lakin əsil, münafiqin saxta hesabları çox əhəmiyyətlidir. Münafiq azğınlığını, namərdliyini, İslama və müsəlmanlara olan kinini saxta hesablarında qusar və axmaqcasına bunun görülmədiyini zənn edər.
Digər dillər
Münafiq özünü dindar göstərər, əsil dünyası isə kin, nifrət dolu və murdarlıq içindədir. Saxta hesablarında bu iyrənclikləri görünər.
Digər dillər
Münafiqlərin sosial media səhifələri şəxsiyyətsizliklərini izləmək baxımından çox əhəmiyyətlidir. İmani yazılar olduqda dərhal bunları silərlər.
Digər dillər
Münafiqin həqiqi üzü saxta hesablarında görünər. Həqiqi hesablarında dini şeylər paylaşarkən saxta hesabında hər cür əxlaqsızlığı edər. Münafiqin ən böyük axmaqlığı etdiyinin gizli qalacağını zənn etməsidir. Halbuki Allah hər anına şahiddir.
Digər dillər
Sosial media hesabları münafiqlərin küfr əhlinə necə şəxsiyyətsizcə tərəfdaşlıq etdiklərini və müsəlmanlara da necə qəzəb bəslədiklərini göstərər. Münafiqlər bir çox saxta hesablardan istifadə edərlər, bu saxta hesablarında alçaqlıqları, şəxsiyyətsizlikləri daha da təfərrüatlı görünər.
Digər dillər
Münafiqlərin sosial media hesabları güzgü kimidir. Mənfəətlərinə uyğun mövzulardan bəhs edər, İslamın xeyrinə olan heç bir mövzudan bəhs etməzlər.
Digər dillər
Münafiq sosial media hesablarında yalnız öz mənfəətinə xidmət edən paylaşımlar edər, müsəlmanlar üçün mühüm olan mövzulara heç toxunmaz. Soruşsalar; "Müsəlmanam, müsəlmanlar əleyhinə olanlara qarşıyam, darvinizmə qarşıyam" deyər, lakin sosial mediada bu yöndə heç bir şərh verməz.
Digər dillər
İnternet müsəlmanların İslama xidmət etmək üçün münafiqlərin isə alçaqlıq etmək üçün istifadə etdikləri vasitə olur. Saxta hesablarla namərdlik edirlər. Öz hesablarında millətçi, mühafizəkar insan kimi göründükləri halda, saxta hesablarında hər cür alçaqlıq, şəxsiyyətsizlik, iyrənclik hakim olur. Öz hesablarında dindar, alicənab üslubdan istifadə etdikləri halda, saxta hesablarında İslam, din düşməni, vətən xaini xarakter göstərirlər. Münafiq ağılsız olduğundan saxta hesablarının bəlli olmayacağını zənn edir, halbuki saxta hesablardakı ortaq xarakterdən dərhal bəlli olur.
Digər dillər
İnternet müsəlmanlara Dabbətül-ərz kimi xidmət edir, lakin münafiqlər üçün də qaranlıq ruhlarını yaşaya bildikləri bir sahə olur. Münafiqlərin çirkli ruhları çox yaxşı ifşa edilsə internet və sosial medianı fitnə üçün istifadə etmələrinin də qapısı bağlanmış olar.
Digər dillər
Münafiq xarakterli kəslərin gizli hesabları əhəmiyyətlidir. Bu gizli hesablarla bütün dünyanı bir-birinə qatıb fitnə törədirlər, buna diqqət yetirilməlidir.
Digər dillər
Münafiq cəmiyyət mikrobudur. Harada murdarlıq, əxlaqsızlıq, fitnə varsa, onu müdafiə edər. Bunun üçün də internet və sosial mediadan istifadə edər.
Digər dillər
Axırzaman münafiqləri internet, ağıllı telefon kimi sistemlərdən çox istifadə edirlər. Saxta hesablarla hər cür azğınlığı, fitnəni müdafiə edirlər. Münafiqlər açıq hesablarından ümumiyyətlə təbliğ etməzlər. Fitnə üçün gizli hesablarından istifadə edərlər. Buna çox diqqət yetirmək lazımdır.
Digər dillər
28
1
1
2
/ 2
1
1
2
28
/ 2
20