HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Sülhməramlı Qüvvələr - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
sulhmeramli-quvveler | Bütün Əsərlər
Beynin müstəqil heç bir gücü yoxdur. Beyin yağ və ət parçasıdır. Bütün güc ruhdadır. Beyin qəssabda vardır görürsünüz, bir gücə sahib olmasının mümkün olmadığı açıqdır. Allahın üflədiyi ruh güc sahibidir.
Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
Allahdan başqa heç bir güc yoxdur. Yeganə təhlükə Allahın rizasını tərk etmək olar. Təhlükə olar deyə düşündüyün hər şey Allahın sənin beynində yaratdığı təsvirdir. Bütün güc Allaha məxsusdur. Təhlükə Allahı unutmaq, Allahdan üz döndərməkdir. O zaman (Allah qorusun) səni xilas edəcək heç bir güc olmaz.
Münafiq olmasa müsəlmanların mənəvi gücü anlaşılmaz. Münafiq müsəlmanların arasında olarkən küncdə dayanar, mübarizədən çəkinər. Müsəlmanların yanından ayrıldıqda birdən üzərinə şeytani iş görmə səyi gələr. Münafiqliklə mübarizə şeytanın ağlı ilə müsəlmanın ağlının toqquşmasıdır. Münafiq şeytani zəkadır. Münafiqə həmləyə keçəndə qəfildən şeytanın zəkası verilər. Əvvəllər axmaq olan münafiqə şeytanın zəkası verildiyi üçün güc kimi görünər. Halbuki şeytanın ağlı zəif olduğu üçün ağılsız və axmaqdır. Zəkası var, ağlı yoxdur. Münafiq də zəkalı kimi görünər, lakin hər həmləsi axmaqcadır. Buna görə də, münafiqlər mütləq məğlub olarlar.
Bu dövr müsəlmanların açıq, aşkar və qalibanə elmi mübarizə aparacağı illərdir. Hal-hazırda mehdiyyət açıq-açıq elmi mübarizə aparır. Gizlənən isə dəccaliyyətdir. Dəccaliyyət özü gizlənir möminlərin üzərinə münafiqlərini, şeytanlarını, əxlaqsız, dəyərsiz, ləyaqətsiz varlıqları salır. Lakin bunların möminlər qarşısında gücü olmaz. Çünki şeytanın gücü zəif yaradılmışdır. Dolayısilə münafiqin gücü də zəifdir.
Ruhun, ağlın və vicdanın gücü böyükdür. Şeytanın gücü isə zəifdir. İnsan vicdanına təslim olduğu zaman şeytanın o insan üzərində heç bir təsiri olmaz.
Şirk Allaha şərik qoşmaq, Allahdan başqa güc olduğunu düşünməkdir. Mömin hər zaman hər yerdə tək güc sahibinin Allah olduğunu bilməlidir.
Əziyyət, ehtirası və sevgini zəmində formalaşdırar. Cənnət həsrətini formalaşdırar. Cənnətin dəyərini bilmə gücü, gözəldən zövq almağın gücü olduqca güclənər. Əziyyət olmadığı zaman ağlın və sevginin inkişafında zəifləmə olar. Allaha sevgini ən yaxşı ifadə edən zəmin əziyyətdir.
İnsan zəifdir, sevgini mühafizə etməyə gücü çatmaz. Sevginin mühafizəsi üçün Sonsuz Güc olan Allah ilə heç vaxt qopmayan əlaqə lazımdır.
Mövhumatçı sistem məğlub olmağa məhkumdur. Lakin Quran müsəlmanlığını əzə bilmələri heç vaxt mümkün deyil. İngiltərə dərin dövləti də bunu bildiyi üçün müsəlmanları var gücü ilə Quran müsəlmanlığından uzaq saxlamağa çalışır.
Kommunizmdə din, ailə, əxlaq və dövlət yoxdur. Kommunal cəmiyyət anlayışı vardır. Qol gücü və dəhşət sistemidir, təzyiqə əsaslanar. Kommunizm qol gücü və zorakılıqla ictimai ədaləti təmin etmək iddiasındadır və buna görə mərhəmətsizdir. İslam da isə sevgi ilə ictimai ədalət təmin olunar.
Sevginin ən güclü təməli hörmət və dəyər verməkdir. Mən qadınlara çox hörmət edirəm və yüksək sevgi gücü ilə hamısını sevirəm.
Azadlıq, yaradıcı gücü və yazma gücünü artırar. Türkiyədə incəsənətin inkişaf etməməsinin səbəbi ictimai təzyiqdir.
Bütün gözəlliklər Allaha məxsusdur. Hər gözəlliyi yaradan və səmimi olanları bir yerə toplayan Allahdır. Bütün güc və qüvvətin sahibi Allahdır. Dəccaliyyətə qarşı Mehdiyə metafizik gücü nəsib edən də Allahdır.
Müxalif şərhlər zənginlik, güc, ayıq-sayıqlıq yaradar. Millətimizə də güvənc gətirər. Zərərli deyil, faydalıdır.
Darvinist-materialist təhsil olunca insanlarda müəlliflik gücü qalmır.
Ərəb Baharı deyilən hadisə Darvinizmin yıxılması ilə başladı. Oradakı rejimlərin gücü qalmadı. Yəni bütün Ərəb ölkələrində sosialist, kommunist rejimlər vardı. Darvinizmin yıxılması ilə xalq oyandı. O işdən sonra oradakı rejimlərin mənəvi gücü qalmadı. Xalqlar onlardan tezliklə xilas olmaq istədilər.
Polisimizi çox işlətmək olmaz. Yorğun düşməsinlər; diqqəti dağılar, gücü gedər, sağlamlığı pozular. İşçilər, məmurlar nə qədər işləyirlərsə o qədər işləsinlər.
Mehdi (ə.s)-a çox hiyləgərcəsinə tələ edəcəklər. Cinlər, şeytanlar, iblislər, dəccallar, qadın dəccallar, kişi dəccallar min bir oyun oynayacaqlar, amma Cənab Allahın gücünün qarşısında onların ağcaqanad qədər də bir gücü olmur təbii. Bütün güc Allahındır.
"ə ona hər şeydə bir yol (səbəb) verdik." (Kəhf Surəsi, 84) Allah güc verdim demir, səbəb verdim deyir. Çünki hər şeyin səbəbi vardır. Bütün güc Allaha aiddir. Allah kiminsə gücü var deyə də buyurmur. "Hər birinə səbəb yaratdım", "Mən yaradıram" deyir.
23
1
1
2
/ 2
1
1
2
23
/ 2
20