HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
tənəffüs yolu - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
teneffus-yolu | Bütün Əsərlər
Bəzi kütlələrdə nifrət ruhu çox hakimdir. Qorxunc sevgisizlik və mərhəmətsizlik yayılmış vəziyyətdə. Sevginin televiziyada, radioda, qəzetlərdə gecə gündüz gündəmdə tutulması lazımdır. Sevgini, gözəlliyi izah edən insanlar olsun, yol yalnız sevgiyə açılsın, nifrətə yolu tamamilə bağlayaq. Nifrət ifadələri, yazıları qadağan edilsin.
Allah sevgisinin dərinləşməsinin yolu, Allahın böyüklüyünü və gücünü sözlə deyil feili dəlillərlə qavrayıb beynimizin inanmasıdır. Mömin Allahın böyüklüyünü qavrayaraq Allahı həm sevər, həm güvənər, həm də bağlanar. Başqa cür təvəkkül etmək üçün çalışırlar. Allahın gücünü anladığında isə təvəkkül etməmək mövzusu olmaz. Bu əsrdə Allahın böyüklüyünü anlamaq üçün çox-çox dəlil görürük. Atomlar, molekullar, bunların detalları, hamısı üzərindəki Allahın ağlı, Allahın gücünü və böyüklüyünü anlamaq üçün çox əhəmiyyətli məlumatlardır.
Tayyib hocamın yolu xeyir, üslubu xeyirdir. Qurana uyğun hərəkət edir, belə davam etsin və heç narahat olmasın, çox rahat olsun türk milləti onun arxasındadır.
Müvəffəqiyyətin tək yolu səmimiyyət və Allah haqqında həmişə müsbət düşünməkdir. Şəffaf ağıl, şəffaf sevgi, şəffaf iman və səmimi olmaq tək yoldur.
Məqalələr
Cənab Adnan Oktarın PKK problemi ilə bağlı qəti həll yolu təklifləri
Məqalələr
Peyğəmbərimiz (səv) insanlara tək doğru yolun Allahın yolu olduğunu bildirmişdir
Məqalələr
Həll yolu: Quran əxlaqı
Məqalələr
Nemətlərdən istədiyin şəkildə zövq almağın tək yolu imandır
Digər dillər
Quranda ittifaq yolundan başqa dostlar arasındakı problemlərin həll edilməsi elə də mümkün olmaz. Hər insanın özünə görə fərqli anlayışları var. Lakin Quranda ittifaq edilsə yol düz və doğru olar, münaqişələr aradan qalxar. Hüzurlu dostluq üçün Quranda ittifaq edilməsi əsas şərtdir. O zaman yol heç vaxt dolaşmaz.
Suriyanın ərazi bütövlüyünün qorunması mühüm məsələdir. Bunun üçün mütləq ilk növbədə, Suriya dövlətini və hökumətini tanıyaq. Suriya hökuməti; "bütün xarici ünsürlərin çıxmasını" istəsin və Türkiyə, Rusiya və İrana bu məsələdə kömək üçün dəvət etsin. Türkiyə də leqal surətdə müdaxilə etsin. Suriya məsələsinin bundan başqa həll yolu olması qeyri-mümkün görünür. Suriyada hal-hazırda sahibsiz dövlət, sahibsiz millət, sahibsiz torpaq var. PKK Amerika bayraqlarının arxasına sığınmış vəziyyətdədir. Türkiyə içəri daxil olduqda səhvən Amerika əsgərləri vurulsa, Allah qorusun çox böyük hadisə baş verər. Bölgəni PKK-dan təmizləməyin yeganə yolu Suriya dövlətini və hökumətini tanımaq, həmçinin Rusiya və İranla birlikdə hərəkət edərək birgə əməliyyat aparmaqdır. Bu əməliyyat da, təkcə Suriya dövlətinin dəvəti ilə ola bilər. Dolayısilə Türkiyə tezliklə Suriya dövlətini və hökumətini qanuni hesab etdiyini bəyan etmək məcburiyyətindədir.
Səmimi olmayanın qurtuluşu yoxdur. Səmimi olanın qurtuluşu qətidir. Allah; "ancaq səmimi qullarım xilas olar" deyə bildirir. Qurtuluşun tək yolu səmimiyyətdir.
Terroru bitirməyin yolu darvinist təhsili dayandırmaqdır. İnsanlara Allahın yaratmadığı, təsadüflərin məhsulu olduğu deyildikdə materializm və kommunizm sürətlə inkişaf edir. Kommunizmi qəbul edən PKK-nın ideologiyasını qəbul etmiş olur.
Ən kiçik təfərrüatı belə Allahın etdiyini düşünərək hərəkət etsən ağıllı və sabit olarsan. Mömin kəskin görüşlə dünyanı dəyərləndirər. Küfr əhli və münafiq hər şeyi özlərini etdiyini zənn edər, buna görə də, özünün həll yolu gətirdiyini zənn edər.
Cəsarət qazanmağın iki yolu var. Birincisi xalqın böyük hissəsinin tətbiq etdiyi, qorxduğu şeyin üzərinə getməkdir. Lakin bunda qorxu adətən yox olmaz, tam əksinə stress əmələ gələr. İkinci və əsas olan yol isə Allaha sığınaraq, hər yerdə Allahın təcəllisi ilə üz-üzə olduğunu bilməyin hüzuru içində olmaqdır. Həmçinin Allaha; “ey Rəbb, məni cəsur et, qorxuları üzərimdən al” deyə dua etmək lazımdır.
Cinayət hallarının azaldılması üçün yeganə yol Allahın göstərdiyi yoldur. Haqq dindən başqa, cinayəti tam olaraq aradan qaldıracaq həll yolu yoxdur. Haqq dinlər gözəl və elmi yolla cinayəti tamamilə aradan qaldırar.
İslam aləmi üçün Qurana yönəlmək, Quranla yaşamaqdan başqa xilas yolu yoxdur. Dəfələrlə söylədim, həmişə söyləyəcəyəm. İslam aləminin Qurana sarılmaqdan başqa xilas yolu yoxdur.
Qarşıdakı illərdə böyük hadisələr olacaq və insanlar Quran əxlaqının tətbiq olunmasından, mehdiyyətdən başqa həll yolu olmadığını görəcəklər.
Edam terrora həll yolu deyil. Terrorun ideologiyası, yəni həqiqi beyni aradan qaldırılmadan həmişə yeni liderlər və militanlar ortaya çıxar.
Qorxuları məğlub etməyin ən gözəl yolu Allaha tam təslim olmaq və qəflət içində olanlardan qəti şəkildə mənfi təsirə düşməməkdir.
Qadınların qorunması üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışaq, gənclərimizi də bu məsələdə şövqləndirək. Qadınları qorumaq igidlikdir, onların sağlamlığını, səhhətini, imanını qorumağı təşviq etmək lazımdır, buna da həll yolu mehdiyyətdir.
50
1
1
2
3
/ 3
1
1
2
3
50
/ 3
20