-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Şəhidlərimizin varlığı millətimiz üçün qürurdur. Şəhid vermək ümidsizlik verən mövzu deyil. Biz Çanaqqalada 200 min şəhid vermiş millətik. Tək bir meydan müharibəsində on minlərlə şəhid verdik. Bizim üçün vətən, dövlət, bayraq, millət müqəddəsdir. Allaha, vətənə, dövlətə, millətə söz etdirmərik, əl uzatdırmarıq. Bu vətəndən tək bir qarış torpaq, tək bir çınqıl daşı vermərik. Kilometrlər boyu torpaq istəmələriylə bir qarış istəmələri arasında bizim üçün fərq yoxdur. Lazım olsa 83 milyon şəhid olar amma bu vətəni böldürmərik. Şəhid sayını əsas götürərək hökumətə zərər verməyə çalışmaq fitnədir. Lazım olsa on minlərlə şəhid verərik amma Türkiyəni böldürmərik. "Şəhid sayı çoxdur, bu mübarizədən əl çəkin" deyəcəyimizi düşünürlərsə yanılırlar. Vətənin, bayrağın, dövlətin, millətin qorunması üçün lazım olsa bütün millət şəhid olarıq.
Adnan Oktar
Terroru və PKK-nı aradan qaldırmaq üçün ən mühüm məsələ darvinist təhsilin dərhal dayandırılmasıdır. Orta məktəb və liseydən etibarən darvinist, materialist təhsil alan gənclərə bunun əvəzinə Allahın mövcudluğu, təkliyi və darvinizmin elmi dəlillərlə əsassızlığından bəhs edilməlidir. Gənclər orta məktəbdən etibarən əcdadlarının meymun olduğu, ilk əcdadlarının kommunal cəmiyyətlərdə yaşadığı şəklində elmə zidd təhsil alır. Bu təlqinlə yetişən insanları "terror, anarxiya, tezis, antitezis münaqişəsi"dir deyə yola gətirmək PKK üçün asan olur. Bu gəncləri elmlə, inandırma və təlqinlə tərbiyə etməliyik. Onlardakı bu təxribatı, təkcə belə yox edə bilərik. Dəccaliyyət darvinizmdən istifadə edir, bizim də buna qarşı antidarvinist təhsilə ehtiyacımız var. Darvinizmə qarşı Quran möcüzələrindən, iman həqiqətlərindən kitablarla, jurnallarla, konfranslarla həmişə bəhs edilməsi lazımdır. Türkiyənin dəccaliyyətə müqavimət göstərməsi təkcə Quranla olar.
Adnan Oktar