logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 5 fevral 2018

avatar

Adnan Oktar

Evlilik ibadətdir. İnsan evlənərək sonsuz axirət yoldaşını seçmiş olar. Allah eşqi üçün, sevgini, ehtirası və ən gözəl olan duyğuları tam olaraq yaşamaq üçün evlənilər.
A9 TV; 5 fevral 2018
1449
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin.
A9 TV; 11 fevral 2018
avatar

Adnan Oktar

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Quranda rəsm çəkmənin haram olduğuna dair ayə yoxdur. Rəsm çəkmənin haram olduğu, sadəcə xurafatdır. Rəsm nemətdir, gözəllikdir.
A9 TV; 29 yanvar 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir. Sitatlar
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir. Sitatlar
Allah Hakkaridə şəhid olan igidimizin şəhadətini mübarək etsin. Nə xoşbəxt ona. Onlar bizim quzumuzdur, igidimizdir, aslanımızdır. Axşam yeməyində Rəsulullah (s.ə.v) ilə birlikdədirlər nə gözəl. Allah bizə də şəhadət nəsib etsin. Sitatlar
Allah igidlərimizin şəhadətini qəbul etsin. Ailələrinə gözəl səbir nəsib etsin. Nə gözəl məqamları var, Allah bizə də o gözəl məqamı versin. Sitatlar
Allah yolundakı qətiyyətimin ən böyük səbəbi Allaha olan inancım və sevgimdir. Dünyada Allahdan başqa diqqət yönəldiləcək başqa heç bir məsələ yoxdur. Həyatı Onun üçün yaşamaq, Onun üçün sevmək və Onun üçün səy göstərmək lazımdır. Sitatlar
Allaha güvənən, təslim olan insan şirkə girməz. Xəstə insan əgər; "mən indi həkimə gedəcəyəm, mənə dərman verəcək o dərman məni sağaldacaq" desə şirkə girmiş olar. "Həkimə gedəcəyəm, verdiyi dərmanı Allah vəsilə edəcək və Allah istəsə sağalacağam" deməsi lazımdır. Sitatlar
Atatürkün dəyərinin tam bilinəcəyi kimi, Atatürkü yenidən gənclərə tanıdacaq əsaslı proqram hazırlanmalıdır. Atatürkün dəyəri gənclər tərəfindən yaxşı bilinsin. Atatürk tam dəliqanlı, ingilis tərbiyəsi ilə Osmanlı saray ədəbi və saray alicənablığının birlikdə olduğu çox ideal liderdir. Atatürkün bütün paltarları çox yaraşıqlıdır, hər danışığı olduqca nəzakətli və çox gözəldir. Atatürk çox ağıllı, çox məqsədəuyğun insandır. Allah Atatürkü türk millətinə nemət olaraq göndərmişdir. Atatürkün keyfiyyəti türk gəncliyinə qazandırılmış olsa, Avropanın ən mükəmməl ölkəsi olarıq. Atatürkü bundan sonra həmişə gündəmdə saxlayaq, ideal türk insanı olaraq çox yaxşı zehinlərə yerləşdirək. Sitatlar
Bir çox insan başqa yerlərə diqqətini yönəltdiyi üçün Türkiyənin qarşısında əsas qüvvənin və təhlükənin İngiltərə dərin dövləti olduğunu görmür. Yaxın Şərqdəki bütün fitnələrin, iğtişaşın təşkilatçısı İngiltərə dərin dövlətidir. Yaxın tarixdəki hadisələri diqqətlə təhlil etsələr bunu görərlər. Biz sənədləri ilə İngiltərə dərin dövlətinin üzərindəki pərdəni qaldırdığımız üçün, dəccaliyyəti ifşa etdiyimiz üçün heyrətamiz dərəcədə narahat oldular. Elmlə, irfanla, qanunla dəccaliyyətin bütün pərdələrini qaldırmağa davam edəcəyik. Sitatlar
Bir mövzuda hökm verərkən ədalətli olmaq üçün heç kimin təsiri altında qalmamaq lazımdır. Ədalət ağıl işidir. Ən ağıllı, ən səmimi, ən doğru nədirsə ədalət onu tapar. Türkiyədə 28 fevral düşüncəsində olan bəzi kəslər ədaləti öz kin və qəzəblərini göstərmək üçün silah kimi istifadə etmək istəyirlər. Ədalət belə çirkin yollara girməz, ədalət dürüst və ağıllıdır, İslam nuruyla nurlanmışdır. Sitatlar
Bu dövrdə canla-başla Allah üçün, Quran üçün, vətən üçün, millət üçün səy göstərən Tayyib hocama haqsızlıq etməyə cəhd etmək, işinə mane olmaq mənim inancıma görə fitnədir. Türkiyə olaraq prezidentin ətrafında millət olaraq möhkəm birləşək, dəccaliyyətin həmlələrini aradan qaldıraq. Qarışıqlıq olduğu dövrdə liderin ətrafında birləşmək, möhkəm birləşmək fərzdir. Belə dövrdə ediləcək tək şey birlik olmaqdır, çox möhkəm şəkildə bütöv millət olaraq möhkəm birləşməkdir. Türkiyə olaraq prezidentin ətrafında millət olaraq möhkəm birləşək, dəccaliyyətin həmlələrini aradan qaldıraq. İngiltərə dərin dövlətinin tərəfdarları əxlaqsızcasına Tayyib hocamı hədəf seçmiş vəziyyətdədirlər. Sitatlar
Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür. Sitatlar
Müsəlman çətinliklərlə, dərdlərlə yetişdirilər. Onlar olmazsa irəliləyə bilmərik, dərinlik qazana bilmərik. Müsəlmanın imanının inkişaf etməsi yaşadığı çətinliklərə əsaslanır. Allah hər imtahanı insanın tam dözə biləcəyi ölçüdə verər. Sitatlar
Quran müsəlmanlığı, səhabə müsəlmanlığı dünyaya sevinc, fərəhlik, keyfiyyət və incəsənət anlayışı gətirən mükəmməl dindir. Bu dini yox etmək istəyən kiçik azlıq var. Nə etsələr də, elmlə, irfanla, Quranla haqqı, həqiqəti izah etməyə davam edəcəyik, Allahın hökmlərini tam olaraq tətbiq edəcəyik inşaAllah. Sitatlar
İman sonsuz sevgidir. İmanı var amma sevgisi yoxdur, belə şey olmaz. Allaha sonsuz sevginin adıdır iman. Sitatlar
Mehdini gözləməyənlərin son dərəcə şövqsüz və bədbəxt halları olur. Mehdini gözləmək insanları ətalətə aparır deyirlər, halbuki özləri onsuz da ətalət içindədirlər. Mehdini gözləyənlər də son dərəcə canlı, şövqlü və çalışqandır. Əsas Mehdini gözləməmək, ona qarşı gəlmək ətalət gətirər. Sitatlar
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Allah ilə əlaqəsi olmayan həyat cansıxıcı həyatdır. İnsan restorana gedər, xizəklə sürüşər, avtomobil yarışlarında iştirak edər, lakin cansıxıcı həyatdan xilas ola bilməz, getdiyi hər yerdə sıxılar. Xoşbəxtliyin sirri sonsuz gözəl, sonsuz ağıl, sonsuz mərhəmət sahibi, sonsuz sənətkar olan Allaha tam bağlanmaqdır. O zaman insan kömürlükdə də yaşasa xoşbəxt olar. Quranın mahiyyəti insanları xoşbəxt etməyə əsaslanır və bu gözəlliklərin hamısı cansıxıcı həyatı aradan qaldırar. Sitatlar
Allah möminləri və sevdiklərini birlikdə yaradar. Allah sonsuz ağıllı, sonsuz tədbir sahibi, sonsuz gözəllik sahibidir. Allah mömini yaradarkən onunla birlikdə özünü sevən dostlarını da yaradar və onları bir-birindən heç ayırmaz. Hamısı birlikdə cənnətdən gələr cənnətə gedərlər inşaAllah. Sitatlar
Evlilikdə insan axirət yoldaşını seçmiş olar, gündəlik işlərini gördürmək və ya ehtiyaclarını etmək üçün evlənməzlər. Evlilik də ibadətdir. Sitatlar
Kitab əhlindən, yəni xristian və ya musəvi qadınla müsəlman kişi evlənə bilər. Qurana görə bu halaldır. Sitatlar
Qadın Allaha qul olaraq yaradılmış gözəl varlıqdır. Qadının əşya kimi istifadə edilmək üçün mövcud olduğunu zənn edənlərin məntiqi çox çirkindir. Qadın, cənnət yoldaşı olmaq, Allahın rizası ilə sevgini yaşamaq üçün evlənər. Primitiv məntiqlə hərəkət edənlər qadını əşya kimi görür. Sitatlar
Allahın rizasının ən çoxu üçün evlənmək olar. Peşəsinə, gəlirinə görə deyil, təqvasına, əxlaqına görə seçim edilər. Sitatlar
Gənc qızların bir hissəsi evlilik məsələsində maddiyyata görə düşünüb sanki dəliyə dönürlər. Evliliyə verdikləri əhəmiyyəti, haşa Allaha vermirlər. Sitatlar
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır. Sitatlar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur