-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Din gözəl əxlaqdır, sevgidir. Sevgini coşğuyla yaşamaqdır. İnsanları sevməkdir, Allahın yaratdıqlarına qarşı dərin məhəbbətdir. Çiçəkləri, böcəkləri, quşları bundan əlavə insanları coşğu ilə sevmək, qeybət etməmək, pis söz söyləməmək, insanları incitməmək, bu mövzuda süni olmamaq, dünyadan keçmək, insanların yaxşılığı, xoşbəxtliyi üçün səy göstərmək, Allahı coşğu ilə sevmək, cənnətdə sonsuza qədər Allahın təcəllisini görmək üçün güclü istək duymaqdır, Allah üçün yaşamaqdır.
Adnan Oktar
Dünyaya gəldiyimiz zaman nə olduğumuzu anlamağa çalışarıq. Bu təsvir nədir, bu səs nədir, toxunma necə olur, bunları kim bizə göstərir, kim eşitdirir, bu hissləri qəbul edən varlıq kimdir? Ucsuz-bucaqsız kosmosda niyə mövcuduq? Bunu düşündüyümüz zaman dərhal Yaradıcını görərik. O zaman Yaradıcının bizdən nə istədiyini düşünərik. Bu qədər zəhmət, bu qədər qayğı, bu qədər böyük və incə mühəndislik, bu qədər təfərrüat niyə var? İmtahan deyirik, bəs imtahan olunan insan nə üçün imtahan olunar? "Yaxşı olduğu aydın olar, gedib cənnətdə oturar", bu deyil. Quranı təhlil etdiyimiz zaman sevgidən başqa məqsəd olmadığını görürük. Dəccallar, fironlar, yaxşılıqlar, pisliklər, gözəlliklər, imtahanlar, əzablar, bunların hamısının məqsədinin saf sevgi olduğunu görürük. O zaman biz də bütün insanların dünyada sevgini, saf və həqiqi sevgi yaşamasını istəyirik. Allahın da insanları sevməsini istəyirik. Buna riza deyilər; Allahın rizası. Allahın rizasını qazanmaq, Allahın sevgisini qazanmaqdır. Həyatın bütün məqsədi sevgini qazanmaqdır. Axirətdə Allah möminlərdən; "Məndən razı oldunuzmu?" deyə soruşur. Əsas sual budur. Niyə oxuyursan? Allah rizası üçün. Niyə evlənirsən? Allah rizası üçün. Niyə işləyirsən? Allah rizası üçün. Niyə gözəl əxlaq göstərirsən? Allah rizası üçün. Bir hədəf var; Allahın sevgisi. Allahın rizasını qazanmaq məqsədi, Allahın sevgisini qazanmaqdır.
Adnan Oktar
Həqiqi demokratiya üçün cəhd göstərəndə İslamla qarşılaşmış olacağıq. Çünki İslamla həqiqi demokratiya eynidir. Azadlıq, sevgi, sülh, qardaşlıq, yaxşılıq, yardım etmək, dostluq, xoş niyyət, səmimiyyət, xoşluq, Allahdan qorxmaq, Allahı çox sevmək, gözəl olana məhəbbət, elm, sənət, estetika bunların hamısını əldə etsək İslam qarşımızda olacaq.
Adnan Oktar