-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir.
Adnan Oktar
Azadlıq, demokratiya, incəsənət, keyfiyyət ən az yemək içmək qədər insanların ehtiyacıdır. Əleyhinə olanların ən çox istifadə etdikləri vəsait bu dəyərlərin azalması olduğuna görə, daha çox azadlıq, daha çox demokratiya, daha çox incəsənət üçün ediləcək hər şey qurulan oyunları pozar. İnsanların sevincini əlindən alan mühafizəkar, katolik, qatı İslam anlayışının deyil, Quran müsəlmanlığının incəsənət, keyfiyyət, sevinc, demokratiya, azadlıq anlayışını təşviq etmək lazımdır. Bu edilsə bütün dünyanın İslamı qəbul etməsinə də Türkiyə qabaqcıl olar. Katolik, ənənəçi İslam anlayışı ilə İslam daxildən çökür, gizli-gizli ateizm, deizm inkişaf edir. Bunu dayandırmaq üçün katolik sistemin təzyiqinin qaldırılması, darvinist, materialist təhsilin dayandırılması, iman həqiqətlərinin və elmi gerçəklərin izah edilməsi, insanlara sevginin, dostluğun, sülhün təhsilinin verilməsi lazımdır.
Adnan Oktar