-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Tayyib hocam kimi müsəlmanlara sahib çıxan, İslam aləmini qorumaq məsələsində şövqlü olan, məzlum müsəlmanları qoruyan başqa lider yoxdur. Buna görə də, vətənpərvər, millətçi, mömin olan hər kəsin Tayyib hocamı dəstəkləməsinin lazım olduğu aydındır. Dindar, müsəlman kürdlər də Allah rizası üçün Tayyib hocamı dəstəkləməli olduqlarını imani fərasətlə bilərlər. Hüda partiyası, SP, BBP, MHP və AKP Tayyib hocamın şəxsinin ətrafında möhkəm birləşsin, seçkilərə də birlikdə girsinlər. Türkiyənin və İslam aləminin gələcəyi üçün bu çox əhəmiyyətlidir. CHP-nin müxalifəti də mütləq milli və yerli olmalıdır. Türkiyə üçün ən mühüm məsələ bütün partiyaların milli və yerli olmasıdır.
Adnan Oktar
Terroru və PKK-nı aradan qaldırmaq üçün ən mühüm məsələ darvinist təhsilin dərhal dayandırılmasıdır. Orta məktəb və liseydən etibarən darvinist, materialist təhsil alan gənclərə bunun əvəzinə Allahın mövcudluğu, təkliyi və darvinizmin elmi dəlillərlə əsassızlığından bəhs edilməlidir. Gənclər orta məktəbdən etibarən əcdadlarının meymun olduğu, ilk əcdadlarının kommunal cəmiyyətlərdə yaşadığı şəklində elmə zidd təhsil alır. Bu təlqinlə yetişən insanları "terror, anarxiya, tezis, antitezis münaqişəsi"dir deyə yola gətirmək PKK üçün asan olur. Bu gəncləri elmlə, inandırma və təlqinlə tərbiyə etməliyik. Onlardakı bu təxribatı, təkcə belə yox edə bilərik. Dəccaliyyət darvinizmdən istifadə edir, bizim də buna qarşı antidarvinist təhsilə ehtiyacımız var. Darvinizmə qarşı Quran möcüzələrindən, iman həqiqətlərindən kitablarla, jurnallarla, konfranslarla həmişə bəhs edilməsi lazımdır. Türkiyənin dəccaliyyətə müqavimət göstərməsi təkcə Quranla olar.
Adnan Oktar