Bədiüzzaman "əsir maddəsi var" deyir. Nikola Tesla da "əsir var" deyir. Hələ elm adamları bunu tapa bilməyiblər. Əsir deyilən bir maddə var, Bədiüzzamanın dediyi doğrudur.
CƏNNƏTDƏ, MADDƏNİN HƏR BİRİ CANLIDIR. İstədiyin şey olar . Məsələn, qaşığa "quş ol" desən, göz qırpımında quş olar, "yenə qaşıq ol" desən qaşıq olar. Bədiüzzaman "Xəyal sürəti ən yüksək işıq sürətindən də üstündür " deyir
Torpaq qapqara palçıqdır. İri-iri çiyələklər, “gəl-gəl” deyirlər, torpağın üstündə diri-diri, tərtəmizdirlər, maşAllah.
Hz. Mehdi (ə.s) Tövratı tamamilə rədd edən insan deyil. Tövratın, İncilin doğru olan hissələrini qəbul edəcək. Həqiqi Tövratı və İncili müdafiə edəcək, inşaAllah.
HZ. MEHDİ (Ə.S) GƏLMƏYİNCƏ HEÇ BİR ÖLKƏ TÜRKİYƏNİN LİDERLİYİNİ ƏSLA QƏBUL ETMƏZ. Çünki məzhəblər var, məzhəb fərqlilikləri vardır. Bir də qövmə bağlılıq hiddəti də var.
Saatın əqrəbini, dəqiqənin əqrəbini gözləmək mümkün olmur. Yəni çox diqqət versən də çətindir. Mehdiyyətin inkişafını da izləmək çox çətindir.
Həqiqətən çox gözəl dövrdəyik. Baxın, Mehdiyyət yavaş-yavaş hər kəsin gözü qarşısında inkişaf edir. Hələ 9-10 il var. Amma hər il getdikcə daha çox inkişaf edəcək. Addım-addım inkişaf etdiyi üçün insanlar fərqinə varmırlar. Hz. Mehdi (ə.s)-ı da buna görə fərq edə bilməyəcəklər.
Qadın dediyin uzaqdan baxınca gözəlliyinə heyran olmaqdır, qadına hörmət etməli, dəyər verməlisən. Möhtəşəm bir varlıq olaraq özünü göstərməsi lazımdır.
DÜNYANIN BƏLAYA DEYİL, SEVGİYƏ EHTİYACI VAR. ARTIQ QİYAMƏTƏ GƏLDİK, SONDUR. Dünya artıq çürüdü. Nə sənətçi çıxır, nə də şeyx gəlir. Teatr oyunları yoxdur, şəkil çəkə bilmirlər, keyfiyyətli rəsmlər yoxdur, keyfiyyətli heykəl düzəldə bilmirlər.
HƏSƏD EDƏNİNİZ ÇOX OLAR. BUNA GÖRƏ DƏ SAVABINIZ ÇOXALAR. ALLAH HƏSƏD EDƏNİN DƏ AĞILINI ALAR, DƏLİ OLARLAR . Ağlı yerində olmaz, ruhu bədəninə təzyiq edər.
Münafiq bir məngənənin içindədir, lakin bilməz. Münafiq çox azad fəaliyyətdə olacağını zənn edər. Yəni istədiyi fəaliyyəti, pisliyi edə biləcəyini zənn edər. Halbuki, münafiqin edəcəyi bütün hərəkətlər Allah tərəfindən kodlaşdırılmışdır, Allah Qatında yaradılmış və bitmişdir.
Münafiqi hirsləndirmək insana zövq verir.
Sevgi ilə dərmanın nə əlaqəsi var? Sevgi dərmanı satılmır, heç yerdə elə şey yoxdur. SÖHBƏTİN, COŞĞUNUN, HƏYƏCANIN DƏRMANI OLMAZ, BÜTÜN BUNLAR TƏKCƏ İMANLA YAŞANAR.
Bizi qısqananlar çoxdur. Bu da mənim xoşuma gəlir. Çünki QISQANILMAQ BƏYƏNİLMƏK, ÜSTÜNLÜK ƏLAMƏTİDİR.
Həkimləri döymək, bıçaqlamaq, qadınları bıçaqlamaq, xanımları vurmaq... Bunlar Mehdiyyətin yoxluğundan doğan faciələrdir.
Atatürkçülük bir din deyil. Ağılla, vicdanla hadisəyə baxışın adına Atatürkçülük deyilir. Buna görə bu mövzuda da ifrata varan, Atatürkçülüyü din kimi tanıdan bir üslub səhvdir.
Atatürk də xurafatçılığa qarşı idi, biz də qarşıyıq. Atatürk elmi və sənəti sevirdi. Biz də elmi və sənəti sevirik. O da Türk İslam Birliyini istəyirdi, biz də istəyirik. Ağılın yolu birdir. Ağılın yoluna Atatürkçülük deyilir.
İslamın izah edilməsində, yaşanmasında dünyəvilik son dərəcə vacib mövzudur.
Dünyəvilik prinsipi mühümdür. Quranın bir hökmüdür. Həqiqi İslamı yaşamaq, münafiqlərə imkan yaratmamaq, onların imkanlarının qarşısını almaq üçün bir nemətdir.
Hər biri ayrı padşahlıq sistemi qurmaq istəyir. Buna görə də Mehdi (ə.s)-ı qəbul etmək istəmirlər. Çünki Mehdi (ə.s) eqoizmlərini yerlə-yeksan edən bir şəxsdir . Məhz buna görə də şeytani müqavimət göstərirlər.
Bir sıra məqamlara görə xurafatçılar dünyanı dinsizlərin əlinə verdi. Təfsilatlara girməsəydilər dünya Müsəlman olacaqdı.