Bir insan təhsil almamış ola bilər, lakin arif olar. Arif olan insan müəyyən mənada alimdir, ağlı ilə hadisələri çox yaxşı dəyərləndirər.
İnsanlar ağılla, sevgi ilə, məhəbbətlə, eqoistlikdən xilas olmaqla xoşbəxt olar.
Sevgini qadağan edən, qadınların azadlığını, sevincini təzyiq altına alan bir sistemdə incəsənət də inkişaf etməz.
Sevginin, dostluğun, qardaşlığın yayıldığı cəmiyyətdə heç bir gənc qıza təcavüz edilməz, narahat edilməz.
"Çox yaxşı yerə gəlmək" Allah sevgisi ilə, imanla xoşbəxtlik vəsiləsi olar. Yaxşı dediyin yerdə sevgi ilə, imanla yaxşı xidmət etsən xoşbəxt olarsan. Xoşbəxtlik digər insanları xoşbəxt etdiyin zaman yaşanan duyğudur. Eqoist insan xoşbəxt ola bilməz.
Hz. Mehdi dövründə dünyada silah qalmayacaq, mövcud silahların hamısı sənayedə işlədiləcək.
İstirahətlə, məkan dəyişdirməklə xoşbəxtlik olmaz, həyatın dəyişməsi ilə xoşbəxtlik olar. İslama, dinə xidmət edən ən mükəmməl istirahət etmiş olar.
Peyğəmbərimiz (s.ə.v) mühüm mövzuları 3 dəfə təkrarlayardı. Təkrar, mövzunun başa düşülməsi baxımından əhəmiyyətlidir. Təbliğdə də, bu üsuldan istifadə edilməlidir.
Ülkücülər həqiqi dava adamlarıdır. Heç vaxt fərdi və ya ideoloji mənfəətə görə deyil, təkcə dövlət mənfəətinə görə hərəkət edərlər. Başbuğ Türkeş ülkücüləri çox gözəl dövlət tərbiyəsi ilə yetişdirdi. Onlar üçün prioritet olan hər zaman dövlətin davamiyyətidir.
Müxalifətin səsinin gur çıxması Türkiyədə demokratiyanın güclü işlədiyini göstərər, bundan narahat olmamaq lazımdır.
Təkamül ən ibtidai bütpərəst inancıdır. Hər şeyi təsadüflə izah edən batil dindir.
Biz, darvinizm gənclərə öyrədilməsin demirik, öyrədilsin, amma elm mövzusu olaraq deyil, keçmiş dövrlərin batil inancı olaraq öyrədilə bilər.
Darvinizm xurafatdır, bütpərəst inancıdır. Darvinizm gənclərə tarix dərsində “keçmiş dövrlərin batil dinləri” başlığı altında izah edilə bilər.
İslam aləminin Qədir gecəsi mübarək olsun, Allah təkrarlarına qovuşdursun inşaAllah.
Heç kim heç kimin yeməyinə, paltarına qarışma haqqına sahib deyil. İnsanlar bir çox səbəbdən ötrü oruc tutmaya bilər, buna heç kim qarışa bilməz.
Bütün insanlar sevgini, dostluğu, keyfiyyəti axtaracaq təhsillə yetişsə, belə ruh qazansalar dünya cənnət kimi olar.
Avropada incəsənət, keyfiyyət və təmizliyi gördükləri üçün dəstə-dəstə Avropaya getmək istəyirlər. Türkiyə incəsənətin və keyfiyyətin mərkəzi olmalıdır.
Gözəl əxlaqlı qadının sevgisi və sədaqəti çox güclüdür, sevdiyi üçün hər fədakarlığı gözə alar.
Qadın düşmənçiliyi, qadınların istədiyi kimi yaşaya bilməməsi çox qorxuncdur. Bütün insanların azad və rahat yaşaması əsas olmalıdır. Qadına baxan insan, çiçəyə, incəsənət əsərinə baxırmış kimi qoruma hissi, sevgi və hörmətlə baxmalıdır.
Əyləncəni, gözəlliyi, azadlığı təkcə kişilərə layiq görən zehniyyət çirkindir. Bu zehniyyət qadınları ikinci təbəqədən hesab edir, biz buna icazə verməyəcəyik.
Ərəblər, türkmənlər, kürdlər, bizim üçün hamısı birdir. Hamısı bizim qardaşımızdır.