Biz millət olaraq əsgərik. BUNA GÖRƏ DƏ ƏSGƏR KİMİ DİQQƏTLİ, AYIQ-SAYIQ, HÜCUMA HAZIR OLMALIYIQ. Rahatca işimizi görə bilmirik, döyüş ab-havası vardır. Hal-hazırda ikinci qurtuluş savaşı gedir.
Bizim böyük ölkə, mərkəzi və lider olmağımız məcburən əsgər olmağımızı tələb edir.
Elm nemətdir, gözəllikdir, Allahın sənətini, Allahın bizi necə yaratdığını ortaya çıxarar, sübut edər və bizə göstərər. Bizim Allaha hayranlığımızı, sevgimizi, məhəbbətimizi artırar.
Elmi, elm adamlarını təşviq edək, qoruyaq. Hətta ən çox onların qayğısına qalaq.
Allah buyurur ki, "Sizə yalnız Qurandan sorğu-sual edəcəyəm", "Ondan imtahan olunacaqsınız". Xurafatçılar bu barədə yaxşı düşünsünlər. Allah buyurur ki, "başqa heç nədən sorğu-sual etməyəcəyəm".
Qarşıda Türkiyəni çox gözəl günlər gözləyir. Təbii ki, çətin və ağrılı günlər də olacaq. Böyük hadisələr bütün bölgədə baş verəcək. Amma sonda Mehdi- Muntazırı, Sahibüzzamanı görəcəyik.
Türkiyə bölgənin zəngin, güclü dövlətidir. Mənəvi zənginliyi ən əhəmiyyətli xüsusiyyətidir.
Avropa Birliyi dağınıq vəziyyətdədir. Dağıntıya "sizi alacağıq" deyirlər. Əslində elə Türk-İslam Birliyi sizi ― Avropanı alacaq.
Suriyalılar bizə çox əzizdir, hələ Osmanlı dövründən bacı-qardaşımız olublar. Xəritəyə baxsaz görərsiz. İngilislər o torpaqları Suriya adı altında Osmanlıdan aldılar. SURİYA DEYİLƏN YER YOXDUR. HƏLƏB, ŞAM HƏLƏ QƏDİMLƏRDƏN OSMANLI ƏRAZİSİ OLMUŞ. SURİYALILAR DA ƏZƏLDƏN ÖZ ÖVLADIMIZ , BACI-QARDAŞLARIMZ OLUBLAR.
Allah səni dünyaya yeyib-içməyə, yatıb dincəlməyə göndərməyib. Allah səni qul olmaq, dua etmək, İslamı yaşamaq, din Allahın olana qədər, fitnə yer üzündən qalxana qədər mübarizə etmək üçün göndərib.
Xristian-Müsəlman birliyi Mehdiyyətin bir xüsusiyyətidir. Əks təqdirdə İslamın dünya hakimiyyəti həyata keçməz. Mütləq İsa Məsih (ə.s.) və Hz. Mehdi (ə.s) tələbələri birlikdə hərəkət edəcək və bu şəkildə dünyaya hakim olacaqlar.
Təkrar Allahın bir metodudur. Qurana baxsaq təkrarın olduğunu görərik. Zikr: "Allah, Allah, Allah" təkrardır. "Allah Hay, Allah Hay, Allah Hay" deyə təkrar edirsən. Mükərrər ruhunu açar.
Cənabı Allah Nuh tufanında əmr edir ki, "Ey göy, suyunu tut, ey yer, sən də suyunu ud." Dərhal Allahın əmri yerinə yetir. Yağış dayanır və su çəkilir. Hal-hazırda da Nuh Tufanı vardır. DÜNYA MEHDİ (Ə.S)-I, İSA MƏSİHİN NÜZULUNU İSTƏYİR, ZÜHURUNU GÖZLƏYİR.
Mehdini görməyincə yer üzü rahat olmaz. Yer üzü iztirab çəkir, titrəyir. Mütləq Mehdi(ə.s)-ın gəlişini istəyir. Mehdinin mübarək əlini üzərində hiss etmək istəyir. YALNIZ MEHDİ (Ə.S)-IN GƏLİŞİNDƏN SONRA YER ÜZÜ SAKİTLƏŞƏR.
MARKSİST, KOMMUNİST SİSTEM DÜNYADAKI ƏN QƏDDAR SİSTEMDİR. Ən çox qan tökən, silahlı gücə sahib olan və insanların da başını ən çox bəlaya salan sistemdir. Dünya tarixi belə dinsizlik hərəkatı ilə qarşılaşmamışdır.
Marksist-Leninist, dialektik fəlsəfəyə inanırlar və onların dünyanın ən müasir fəlsəfəsi olduğunu düşünürlər. Dünya tarixinin indiyə kimi formalaşmış ən böyük dini, ən böyük ümmət birliyi olan dinidir.
Hz. İsa (ə.s) bütün Xristianları müsəlmanlığa çəkən ulul- əzm bir peyğəmbərdir. Allah tərəfindən göyə― başqa boyuta alınmışdır. Bizim qənaətimizə görə İsa Məsih 2002-ci ildə dünyaya yenidən endirilmişdir . Hal-hazırda vəzifəsini icra edir. Tez bir zamanda İsa Məsihi də görəcəyik, inşaAllah.
Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti məzhəbləri aradan qaldırmaqdır. Şiəlik, Vəhabilik, Bektaşilik, Aləvilik və digər məzhəbləri aradan qaldıracaq, eynilə Rəsulullah (s.ə.v)-in dövrü, Əshabi-kiram dövrü kimi olacaq. Bilavasitə Mehdi (ə.s) məzhəblərdən kənar bir şəxsdir. Müsəlmanlara Rəsulullah (s.ə.v) dövrünü yaşadacaq insandır.
Hz. Mehdi (ə.s) Allahın xəlifəsi olacaq. Allah onu dünyaya xəlifə olaraq göndərir. Bütün dünyanın lideri və imamı olacaq. O, sevgi, qardaşlıq, dostluq, ədalət düşüncəsini müdafiə edən, öz evindən dünyanı idarə edən, təvazökar, möhtərəm, mübarək insandır.
Bütün İslam aləminin bir lideri olmalıdır. Müsəlmanların rəhbərsiz olmasını təsəvvür etmək mümkün deyil, amma bu, anti-demokratik, anti-dünyəvi, gözünü qan bürümüş, əli qılınclı, hücuma hazır duran xurafatçı kimi deyil, sevgi, mərhəmət, şəfqət, ağıl, demokratiya, yaxşılıq, gözəllik, elm və sənətin ən yüksək nöqtəsinin tətbiq olunduğu, ən yüksək mədəniyyətin olduğu bir birlik olacaq.
Bu sistem münafiqliyə qarşı sədd deməkdir. Bizim azad yaşamağımıza vəsilədir. Xurafatçılıq olsaydı, lazımi sistem olmasaydı, biz burda İslamı təbliğ edə bilməzdik.