Bütün kainatda ritm və ahəng var. Rəqs İslamda qadağan deyil, nemətdir, gözəllikdir.
Allah sevgisi və Allah qorxusu olmadığı zaman, insanlar yavaş-yavaş keyfiyyətdən, təmizlikdən, ədəbdən uzaqlaşır, heç nəyə diqqət göstərmirlər.
Turist sayının çoxalması üçün keyfiyyətin, incəsənətin, azadlığın yüksəlməsi əsas şərtdir. Azadlığın və incəsənətin olmadığı yerə heç kim getmək istəməz.
İnsan çox səmimi olsa Allahı çox sevsə Allah onun həyatını çox gözəl edər.
Bir qadının etibarlı, halala, harama diqqət etdiyini bilmək bir kişi üçün çox həyəcan verici, heyranlığını artıran gözəllikdir.
Qız dostlarımın gözəlliyinin əsas səbəbi iman, ağıl, təmizlik və gözəl əxlaqdır. Hər gözəlliyi Allah yaradar.
İnsanın yaradılış məqsədi sevgidir, insan yaradılış məqsədindən uzaqlaşdığı zaman cəhənnəmə düşmüş kimi olar.
Zəlzələlərin çoxalması Axırzamanın ən nəzərə çarpan əlamətlərindən biridir.
Ziddiyyətlərin olması imtahanın tələbidir və Allahın mövcudluğunun möcüzəvi dəlilidir. Ziddiyyətlər Allahın sənətlərindən biridir.
Hörmətli Devlet Bahçeli, rəhmətlik Başbuğ Türkeş kimi möhtərəm və dəyərli insandır. Tarix gələcəkdə onu qızıl hərflərlə xatırlayacaq.
Zorakılıq zorakılığı yaradar. Müsəlman hər zaman ağılla, elmlə, etidalla hərəkət etməklə məsuldur.
Sinaqoqlar, kilsələr müsəlmanlara əmanət olan məkanlardır. Bir müsəlman əsla ibadətgaha hücum etməz.
İngiltərə dərin dövlətinin ən hiyləgər siyasətlərindən biri cahil, ədəbi az olan təbəqələri asanlıqla hiddətləndirib təhrik etməkdir. Cahil insanların hərəkətləri əksəriyyətlə özlərinə zərər verən hala dönər. İngiltərə dərin dövləti bu təbəqələrin duyğularını təhrik etməyi çox yaxşı bilir. Bu kəslərin həssas olduğu mövzuları gündəmə gətirib küçəyə tökür, zorakılıq hadisələri yaradır, sonra da əzirlər. Yaxın Şərq xalqının çoxunun ağıllı davranmayacağını bilib romantikliyindən istifadə edir, necə təhrik edib yönləndirəcəklərini yaxşı hesablayırlar.
İngiltərə dərin dövləti fələstinlilərin 1900-cü ilin əvvəlindən bəri mərhələ-mərhələ torpaqlarından atmaq üçün incə siyasət izləyir və bu hiyləgər siyasətin təməlindən biri də fələstinlilərin üzərindəki təzyiqin çoxalmasını təmin etməkdir. Bunun üçün bir neçə insan təhrik edilib zorakılıq qızışdırılır və bu zorakılığa cavab olaraq da məzlum fələstinlilərin əzilməsi və köç etməsi məcbur edilir. Çıxılmaz vəziyyət yaranır.
Şişirdilmiş makiyaj deyə bir şey yoxdur, yaraşan makiyaj vardır. Qadınlar necə bəyənib sevirlərsə o cür makiyaj etsinlər. Heç kim qarışmasın.
Allah Öz yolunda səmimi olana mütləq bərəkət, bolluq, gözəllik verər.
İnsan ruhu həmişə gözəlliyi axtarar, ən gözəli görmək istəyər. Gözəllik, nur, təmizlik təbliğdə çox mühüm mövzulardır.
Allahı çox sevmək və Allaha çox diqqətlə yönəlmək səmimi xoşbəxtliyi və sevinci gətirər.
Türkiyə mehdiyyətin qalasıdır, dəccaliyyətin pəncəsi buna görə Türkiyəyə keçə bilmir.
İmanla bəzənmiş sevinc gözəldir. Sevinc Allah sevgisinin, imanın təzahürüdür.
Quranı kafi görməyib xurafat dənizinə dalan, bəlanın içinə dalmış olar. Quran azadlıqdır, sevincdir, həyatdır, keyfiyyətdir.