Cənab Allah Quranda Mehdi (ə.s)-ı çox təfərrüatlı izah etmişdir, amma çox gizli şəkildə izah etmişdir. Məsələn, Süleyman (ə.s) hekayəsində izah etmişdir. Yusif surəsində Mehdi (ə.s)-ı, Zülqərneyn hekayəsində, Kəhf surəsində, dünya hakimiyyəti ilə əlaqədar surələrdə, ayələrdə izah etmişdir. Bir çox yerdə işarə etmişdir.
Hal-hazırda Mehdi (ə.s)-ın fəaliyyətləri gərgin olduğu üçün Cənab Allah Mehdi (ə.s)-ı gizlətməyə davam edir. Əks halda fəaliyyəti rahat olmaz. Fəaliyyətləri açıq olsa rahat olmaz.
Mehdi (ə.s)-ın üstündə pərdələr var. Allahın saldığı pərdələr var. Bir də Allahın Mehdi (ə.s)-ın vəsiləsilə bürüdüyü pərdələr var. Mehdi (ə.s)-ın ledüni pərdələri var. O YETMİŞ QAT PƏRDƏNİ ARALAYAN MEHDİ (Ə.S)-I GÖRƏ BİLİR.
Evdə siqaretin çəkilməsi orada yaşayan insanlara zülmdür.
Pis əxlaq insanın ruhunu yandırar.
Həsəd insanı məhv edər. Qısqanclıq insanı dəliyə çevirər, çirkinləşdirər.
Qurandan kənar haram yaratmaq şirkdir.
Məzlumlara ən gözəl kömək İslam Birliyi ilə olar. İslam Birliyi kökdən həldir.
Xəstəxanaların hotel kimi son dərəcə qəşəng və gözəl olması lazımdır.
Hədisin işarəsinə və Bədiüzzamanın şərhlərinə görə dəccal mikrobla bağlı bir xəstəlikdən öləcək.
Mehdiyyət çox balacalıqdan başladı, getdikcə inkişaf edir. İndi Mehdiyyət gənclik dövründədir, sonra yetkinlik dövrünə girəcək. Sonra hakimiyyət dövrləri gəlir, daha sonra da bitir. İsa Məsih (ə.s)-da da elədir.
Sevgisizlik, eqoistlik dünyanı cənginə alıb. Bunların yeganə dərmanı Qurandır.
Darvinist təhsil böyük fəlakət, uğursuzluq gətirər, böyük təxribat törədər.
Əsgər sevgisi Allah sevgisi ilə olar. Allah sevgisi üçün də əvvəl Darvinizm-materializmin yox edilməsi lazımdır. Darvinist, materialist yetişdirdiyin adama “əsgəri sev” desən əsgəri sevə bilməz, çətinlik çəkər. Allahı sevən, insanları sevər.
Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə bildirir: "Mehdi çətinliklərinizi aradan qaldıran vəlinizdir."
Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə bildirir: "Siz Mehdiyə görə insanların ən məsudusunuz."
İnşaAllah və maşAllah zikri Mehdiyyətin paroludur.
Həbsxanadakı heç bir məhkuma (Abdullah Öcalan da daxil) artıq əksik heçnə etmək olmaz. Qanuni olaraq təyin olunan nədirsə hər kəsə eyni şəkildə o tətbiq olunar.
Hal-hazırda dünya mənəvi cəhətdən komadadır. Kimsə sevinib gülə bilmir. Allah sevgisi olmadan Allah sevinc vermir. İqtisadi böhranın səbəbi də budur. Bədbəxtlər, xoşbəxtlikləri getdi. Sən Allahı sevməsən Allah insanı bu günə qoyar. Amma Mehdi (ə.s) zühur etdiyində hər kəs bir toy-bayram havasında olacaq, inşaAllah.
Din Allah rizası üçündür. Din Allah sevgisinə görədir. Haşa, dini çətinlik dərmanı kimi görmək olmaz. Rahatlamaq üçün, hüzur, dinclik tapmaq üçün din yaşanmaz. Dini Allah üçün yaşayarlar.
Dünyaya Marksist gözü ilə baxanlar hər şeyi o gözlə qiymətləndirirlər və əsl həlli görə bilmirlər. Məsələnin həlli birlik olmaqdadır.