İslamı seçən insanın müsəlmanlığı necə yaşayacağına heç kim qarışa bilməz. İnsanın dini necə yaşadığı özünün məsuliyyətidir.
Hədislərin işarələrinə görə təqribən 2019-2021-ci illərdə dünya çox mühüm hadisələrlə qarşılaşacaq, çox gözəl dəyişikliklər görəcəyik inşaAllah.
Gənclər də, qadınlar da istədikləri kimi geyinməlidir. Kimsənin kimsəyə təzyiq göstərməsi düzgün olmaz. Dində məcburiyyət yoxdur.
Türkiyə, İran və Rusiya ittifaq etdikdə həm bu ölkələr, həm də bütün bölgə hüzurlu və rahat olar. İsrail və İslam ölkələri də bu ittifaqa daxil olacaq.
Dəccaliyyət İslam aləmini məhv edir. Dəccaliyyəti tam zərərsizləşdirəcək olan mehdiyyətdir. Hal-hazırda bu iki qüvvə mübarizə aparır.
Atatürk İngiltərə dərin dövlətinə qarşı çox qətiyyətli olduğu üçün dəfələrlə sui-qəsd cəhdinə məruz qalmışdır.
Müsəlmanlar birlik olsa, İslam aləmi birləşmiş olsa heç bir terror təşkilatının təsiri ola bilməz. İslam aləmi parça-parça olduğu üçün bu fitnələr davam edir.
Münafiqdə səbir və təvəkkül şeytanın təsiri ilə ləğv olmuşdur. Buna görə də hadisələr ona çox pis təsir edər, əsəb tutması keçirər.
Münafiqin ən nəzərə çarpan xüsusiyyətlərindən biri, içində ağlasığmaz narahatlıq olması və sinirlərinin həmişə gərgin olmasıdır.
İngiltərə dərin dövləti öz əsgərlərinə, öz insanlarına qarşı da mərhəmətsizdir. İngilis əsgərlər üzərində ağlasığmaz təcrübələr aparıblar.
Dəccaliyyətlə mübarizə aparmaq, tək-tək müsəlman ölkələrin bacara biləcəyi iş deyil. İslam aləminin birləşib Dəccalın fəlsəfəsinə Quran ruh u ilə cavab verməsi lazımdır.
Təhsil sistemindəki əsas problem darvinist, materialist tədris proqramı olmasıdır. Anti-darvinist təhsil verilmədikcə bəlalar bitməz.
Quranda qadının döyülməsi deyə bir hökm yoxdur.
Dəccal Mehdi və İsa Məsihə qarşı hücuma keçər, lakin hər dəfə müvəffəqiyyətsizliyə düçar olar.
İngiltərə dərin dövlətinin gücünün çatmadığı sistem Xızır, Mehdi və İsa Məsihdir. Bu şəxslər metafizik olaraq qalib yaradılmışdır.
Marks da, Lenin də əslində İngiltərədə yetişmişdir. Kitablarının və fikirlərinin dünyaya yayılmasını İngiltərə dərin dövləti təşviq etmişdir.
Üst ağılın İngiltərə dərin dövləti olduğunu söyləmədikcə bu quruluşa qarşı elmi mübarizə tam təsirli olmaz. Ziyalılarımız açıqca söyləsinlər.
Münafiqliyin əhəmiyyətini gündəmə gətirməyimizdən sonra xalqımız da münafiqlik təhlükəsini gördü.
Terrora və şiddətə hər cəhətdən qarşı bir insanam. Mübarizə təkcə sülh, sevgi, elm və irfanla olar.
“Dində məcburiyyət yoxdur”. İnsanlara din zorla və təzyiqlə yaşadılmaz. Təzyiq və məcbur etmək Qurana görə haramdır.
Rəcm (daşlayaraq öldürmə) Quranda yoxdur. Bütpərəst adətdir. Peyğəmbərimiz (s.ə.v) belə şey deməyib.