Din həyatın hər yerindədir. "Dini siyasətə qarışdırma" demək doğru söz olmaz. Doğru olan "səmimi olmayan şəkildə dini siyasətə qarışdırma" olmalıdır. Yaxşılıq etmək, kasıbı qorumaq, dürüst olmaq, ədalətli olmaq dinin vəsfidir. Səmimi dindar olan siyasətçi bütün bu dəyərləri qoruyar. "Dini siyasətə alət etmə" deyərək dini həyatın kənarına çıxarmağa çalışmaq doğru olmaz. Allahdan, dindən bəhs edən insanı dini siyasətə alət etməklə ittiham etmək səhv dünyagörüşüdür. Biri heç dindən, Allahdan bəhs etmirsə "bax bu dini siyasətə alət etmir" demək doğru deyil. İnsanın məqamı, mövqeyi nə olursa olsun Allahı, dini xatırlayar, dindən bəhs edər və bu bir gözəllikdir. Heç dindən bəhs etməyənə "dünyəvi" demək düzgün dünyagörüşü olmaz.
Tayyib hocam çalışqan və dürüst insandır. Səmimi olaraq söyləyirəm, Türkiyənin hüzuru və etibarı üçün millətin başında olmasında fayda olan insandır.
İnsanları, bitkiləri, heyvanları, bütün təsviri yaradan Allahdır. Biz hər sevdiyimizdə Allahı sevirik. Bütün sevgilər Allahadır. Sevgini də, həyəcanı da yaradan Allahdır.
Lağ etmək sevgini və dostluğu qıracaq davranışdır. Lağ edən özünü böyütməyə çalışar amma lağ edən insan böyüməz alçalar.
Əsas olan ruhumuzu inkişaf etdirməkdir. Allahın böyüklüyünü yaxşı düşünəcəyik, səmimi olacağıq, həqiqi inkişaf və zənginlik o zaman meydana gələr.
Biz quluq. Mülkü Allah hamımıza vermişdir. Allah malın yığılıb toplanmasını istəmir. Malın paylanması Allahın əmridir. Mömin, hər qadını öz qızı və hər uşağı öz uşağı kimi qorumaqla məsuldur. Quranda vəlayət sistemi vardır. Vəlayət sistemi, hər kəsin bir-birini öz bacı-qardaşı kimi qorumasıdır. Məhəllədə bir xəstə varsa bütün məhəllə sahib çıxar, biri yeməyini hazırlayar, biri xəstəxanaya aparar, biri yanında qalar. Olması lazım olan budur.
Gənc qızların üzərində inanılmaz təzyiq olar. Ailəsində təzyiq görər, evlənməyə məcbur edirlər, orada təzyiq görür. Elə çirkin sistem var ki, döyülsə belə səsini çıxarmamağını deyirlər. Qadına layiq görülən bu həyat çox qorxuncdur.
İnsan səmimi olanda normal insan olar. Allahın böyüklüyünü qavrayanda da metafizik varlığa çevrilər. Allahın böyüklüyünü qavrayan insan, Allahın diləməsiylə, yenilməz gücə çevrilər.
Çətinliklərdə insanların təxmin etmədiyi çox böyük sirr vardır. Çətinliklər insanı həm fiziki, həm də ruhən gücləndirər. Nə qədər əzab çəksən, nə qədər çətinlik yaşasan o qədər qüvvətli olarsan, o qədər bərəkətlənərsən.
İran da, İsrail də bir-birinə qarşı mehriban və sülhsevər üslubla yaxınlaşsın. Gərəksiz yerə müharibə yaşanmasın. Çox qan tökəcək, çox can yanacaq hadisəyə sürüklənməkdən şiddətlə qaçmaq lazımdır.
Bu əsrdə münafiqlər 1400 ildir, Peyğəmbərimizin dövründən bu günə qədər elədikləri bütün xainliklərin qarşılığını qanunla və hüquqla alacaqlar.
Uşaq sevgisi olmayanların məscidə girməsinə qadağa qoyulmalıdır. Uşaqlara məscidlərdə pis davranan olanda dərhal lazımlı tədbirlər alınsın.
Allahın sənətini heyrətlə izləmək lazımdır. İnsan necə sevgilisini görəndə gözlərinə, saçlarına, paltarına baxır, təqdir edir. Allahın yaratdığı gözəllikləri də tək-tək araşdırmaq lazımdır. Hüceyrədəki gözəlliklər, dənizdəki gözəlliklər, atomdakı gözəlliklər hamısını tək-tək görmək lazımdır. Sevgilinin sənətini gördükcə daha çox aşiq olarsan.
Hər ağrını Allah xüsusi olaraq yaradar. Təsvir niyə ağrısın? Diz ağrımaz, Allah ağrını möcüzə olaraq yaradar. Ağrıları, acıları, çətinlikləri heç sayaraq bütün diqqətini Allaha verəcəksən. Dişinə, başına, dizinə, çəkinə, sənədinə diqqətini verərsən çox bulanıq həyat yaşayarsan. Diqqətin tam olaraq Allahda olarsa, hər şeyin gözəl olar.
Allah ilə əlaqə aramsız diqqətlə davam edərsə, Allah o insanı gözəl yaşadar və xoşbəxt edər.
Münafiq şeytan olduğu üçün, şeytan da Allaha din ilə mübarizə etməyə söz verdiyi üçün şərəfsizliyinə heç vaxt son verməz. Münafiqlə elmi mübarizə ibadətdir və hər zaman davam edər.
Küfrü yaradan Allah əksini də yaradır. İnsanlar küfrlə dünyanın necə qorxunc olduğunu gördülər. İndi sıra Mehdiyyətdə. Normalda insanların qorxu hiss etmədən hüzur içində yaşamaları lazımdır. İnsanların üzərindəki bu qorxunu qaldıracaq sistemə Mehdiyyət deyirik. Allahın izni ilə 3-5 il içində Mehdiyyəti görəcəyik.
Dünya bir cür qorxu tuneli kimidir, içində gəzərkən insanlar bir çox zahirən qorxuducu, narahat edici şeylərlə qarşılaşar. Amma sonunda onların hamısı keçər, gedər. Dünya həyatı da elədir. Allaha güvənəcəksən. Bu dünyadan xeyirlə çıxacağını biləcəksən.
Tayyib hocamın bu ölkəyə etdiyi və qabaqcıl olduğu xidmətlərin böyük hissəsini gənclər bilmir. Əvvəlki dövrləri də bilmədikləri üçün qiymətini tam başa düşmürlər. Ona görə bütün qardaşlarımız bu gözəl xidmətləri, vətən üçün edilənləri həmişə izah eləsinlər. Həmişə gündəmdə saxlasınlar.
Qadınların xoşbəxt olmadığı bir dünyanı Allah rahat buraxmaz. Allah qadınları dünyanın ən gözəl varlığı olaraq yaratmış. Ən gözəl yaratdığı varlığı əzməyə çalışsan Allah səni əzər.
Təzyiq göstərmək, insanı şirkə və Allah qorusun, münafiqliyə itələyər. Din azadlıq içində yaşanar. Məcbur etməklə din yaşanmaz. Zorla insanın başını örtməsi, musiqi dinləməsini qadağan etmək və s. İrana yaraşmır. İranın dindar olması gözəldir amma dindar olmaq insanlara təzyiq göstərmək olmamalıdır. İstəyən istədiyi kimi yaşasın.