Mehdi (ə.s)-ın camaatının əsas xüsusiyyəti sevgidir― Allah onları sevir, onlarda Allahı sevirlər.
İnsan ancaq imanla gözəlləşə bilər. İman bir nurdur, işıq yaradar. İnsan imanla möhtəşəm bir varlığa çevrilər.
Hal-hazırda Misir məhv edilir. Misir sevgi ilə dirilə bilər. İmanla, Quran möcüzələri ilə, iman həqiqətləri ilə dirilər və bütün xalqı ələ ala bilər. Mehdiyyət olmadan, İsa Məsih (ə.s)-a olan sevgi olmadan bərəkət olmaz.
İsa Məsih (ə.s), Mehdi (ə.s) sevgisi Allah sevgisindən qaynaqlanar.
Din azadlıq, sevgi, gözəllik, sülh, sənət, estetika, cənnət kimi dünya deməkdir.
Sənət, sevgi olmayan bir yerdə dəhşət, acı, ümidsizlik varsa orada nə sənaye, nə zənginlik, nə də sevinc olar. Heç bir şey olmaz. İstədiyin qədər kömək et. Yəni ölüyə təzə qan verirsən, istəsən min litr qan ver, ölü dirilməz. Ölünün dirilməsi üçün Mehdi (ə.s), İsa Məsih (ə.s), İslam Birliyi olmalıdır. Bundan başqa yol yoxdur.
Qadınları doğru yola gətirməyə çalışmaq düzgün yanaşma deyil. Qadını düz yola gətirmək kiminsə vəzifəsi deyil. Qadınlar son dərəcə qürurlu, şərəfli, ağıllı varlıqlardır. Quranı da çox yaxşı anlayırlar. Qoyun, özləri qərar versinlər.
Mən İslamın fanatı olmağın tərəfdarı deyiləm. Avropa düşüncəsi ilə yanaşdıqda, səhabələrin yaşadığı, cənnət mənasında bir İslam anlayışını müdafiə edirəm. Dünya cənnətə bənzəməlidir. Cəhənnəmə bənzəyirsə, demək ki, nəsə düz deyil.
Tənqid olmalıdır, tənqid keyfiyyəti, gözəlliyi artırar. Doğrunu tapmaqda insan üçün faydalı olur.
Ticarətçilər çox zərər çəkirlər. Dövlət hər şeyi nizamlasın. Dövlətində köməyi olsun. Yəni qanuni qazancı olan hər kəsə dövlət kömək etsin.
Məzhəb, camaat ayrı-seçkiliyi etmədən hər kəsin iftarına getmək, dəvət edilən hər iftarı mütləq qiymətləndirməyə çalışmaq gözəl olar.
Ramazanın bir şirinliyi, özünəməxsus xoşluğu, gözəlliyi var. Hər gün bayram havası kimidir, insanın içində qəribəlik, hüzur olar.
Dövlətimiz sahibkarlara heç olmasa bir müddət ərzində, vəziyyətləri düzələnə qədər maddi dəstəkdə olsa çox gözəl olar.
Namazı insanlara ən asan şəkildə təqdim etmək lazımdır. Namazı çətinləşdirmək insanları namazdan uzaqlaşdırar. Asanlaşdırmaq Allahın əmridir, dinin buyruğudur.
Mursi Misirdə koalisiya hökuməti qurmağı təklif etsin. Bütün fikirlərlə əməkdaşlıq etsin. Müasir və bütün insanları razı salacaq bir siyasət çox yaxşı olar.
Misirin ən böyük əksikliklərindən biri Mehdi (ə.s)-dan heç bəhs etməmələridir. Allah Mehdi (ə.s)-dan bəhs edənə bərəkət verir.
Müsəlmanlar birdirlər. Eqoistliyi Allah qəbul etmir. Quran ayələri bütün müsəlmanları əhatə edən üslubdadır. Məsələn, Allah "Ey möminlər" deyərkən bütün dünya müsəlmanlarına xitab edir. Təkcə sünnilərə, şiələrə, vəhhabilərə xitab etmir, hamısına müraciət edir.
Gənclik imani cəhətdən güclü olaraq öyrədilməsə, demək olar ki, gələcək nəsillər üçün böyük bir fəlakət qapıdadır.
Günahsızların haqqını qorumaq hər insanın vəzifəsidir. Dindar, dinsiz fərqi yoxdur, ayrı-seçkilik qoymadan hər kəs qorumalıdır.
Misirdə bir tərəfdə müsəlman, imanlı insanlar var, bir tərəfdə də yenə iman edən, amma qatı dinçilikdən çəkinən insanlar var. Hər iki tərəfi Mehdi (ə.s) birləşdirəcək. Çünki mehdiyyət müasir, mehriban, dinc, gözəl bir İslam anlayışını ortaya qoyur. Mehdiyyət hər iki tərəfin qəbul edəcəyi sistemi ortaya qoyan insan və inancdır.
Heç kimin inancına qarışmaq olmaz. Dinsizin də, dindarın da, massonun da, kommunistin də və s. inancına qarışa bilməzsən. Hamısı ölkənin vətəndaşlarıdır.