Sevgi - terroru, anarxiyanı, eqoist olmağı, xəsisliyi ortadan qaldırar.
Mehdi (ə.s), sadəcə, sevgini coşğu ilə həyata keçirən insandır. Bütün dünyanın ehtiyacı olan sevgini coşğu ilə dünyaya yayan insandır.
Mehdi (ə.s) sevgi insanıdır. Elə qatı, despot, dediyim dedik bir insan deyil. Evində olan bir insan. Sadəcə sevgini vurğulayan “nöqtə istinad” olan insandır. Yoxsa idarə etməyə, siyasətə qarışmır Mehdi (ə.s).
Allahın Özünü gördüyü kimi Allahı görmək mümkün deyil. Çünki haşa Allah olmaq lazımdır, Onu sonsuza qədər bilməyəcəyik. Amma təcəlli olaraq cənnətdə, məsələn, bir gözəl gənc görünüşündə Allah təcəlli edir.
Dini çimərlikdə də yaşamaq olar, diskotekada da, hər yerdə yaşamaq olar. Diskotekanın içində məscid yeri düzəldərsən, gənclər namazını qılar, sonra gedər yenidən əylənər. Çimərlikdə üzər xanımlar, gedər namazını da qılar.
“Haqqəl yaxın” dərəcədə iman hər kəsdə olmaz. Çox nadir olar. O zaman hər kəs Mehdi (ə.s) hökmündə olar, hər kəs İsa Məsih hökmündə olar. Elə bir şey olmur. Təslim olmuş olurlar. Amma Allah onu iman olaraq qəbul edir.
Yasdan bir şey çıxmaz. Yas çox passiv bir hərəkətdir; ancaq ağlayırsan yaxud üzülürsən yaxud qəmgin olursan. Yas həll yolu deyil, İsrail və Fələstini barışdırmaq həll yoludur. Sülh üçün də hər iki tərəflə əlaqə qurmaq həll yoludur. Bir tərəfə qəzəbli olub əlaqə qurmasan sülh olmaz.
Boş yere insanlar acı çəkir. İttihad-ı İslamı qəbul etsələr, Mehdiyyəti qəbul etsələr hər yer cənnətə dönəcəkdir. Allaha qarşı müqavimət göstərdikləri üçün Allah böyük əzab verir.
Allah nə istəyirsə o yerinə yetirilər. Allaha qarşı müqavimət göstərmənin sonu fəlakətdir.
Müsəlmanların başına bir imam, lider təyin edilməlidir, ağlımız bizə bunu göstərir. Baş olmayanda bədən parçalanar. Baş da İmam Məhəmməd Mehdi (ə.s)-dır. Bu ümmət Mehdi (ə.s) xaricində kimsəni qəbul etməz.
Barışı istəmək fərzdir. Sülhü istəmək fərzdir.
Prezident sistemi Türkiyəyə görə deyil; riskli olar, bölünməyə gətirib çıxarar Allah qorusun.
Kürd səsverməsi halal, amma PKK səsverməsi isə haram səsdir. O bəla gətirər. Bərəkət gətirməz. Kürd səsverməsi nur kimidir. Türk, çərkəz, laz onsuz da millətimin gözəl nümayəndələridir.
Məhkəmələrin güclü olduğu ölkə etibarlı ölkədir, rahat yaşanacaq ölkədir. Məhkəmələr zəifdirsə, o ölkə də zəifdir. Yaxın Şərq ölkələrinin böyük bir hissəsində məhkəmələr pis vəziyyətdədir.
Dünyanın hər tərəfində qadınlar əzilir, insanlar bunu seyr edir. Mehdiyyət ilə bu bəla aradan qaldırılacaq. Mehdi (ə.s) bu bəlanı aradan qaldıracaq. Qadınların baş tacı olduğu sistem, qadınların olduqca azad olduğu sistem mehdiyyətdədir.
Məclisin ən azından yarısının qadın olması lazımdır. Qadınlara da olduqca çox azadlıq verilməsi lazımdır. Kişi suverenliyi vardır, bu, açıq-aşkar görülür. Qadınlar xeyli üstündür, çox qiymətli, ağıllı, sadə, saf və bəzəkli, gözəl varlıqlardır. Onlar dünyanın bəzəyidir.
Şeytanın gücünü qıracaq güc Moşiyah Mehdi (ə.s)-dadır. Allah o gücü, o imkanı ona vermişdir.
Fələstin-İsrailin dost və qardaş olması üçün Moşiyah Mehdi (ə.s)-dan başqa yol yoxdur. Moşiyah Mehdi (ə.s)-ın vaxtı gəlmişdir.
Əgər MHP olmasaydı, Türkiyə indi kommunist idi. Dəqiq getmişdi. O aslanlar bədənlərini Səddi-Zülqərneyn kimi sipər edib vətəni, milləti qurtardılar, maşAllah.
Münafiqin ən böyük idealı müsəlmanlardan tez bir zamanda ayrılmaqdır. Çünki uzaqdan vurmaq üçün mənzil qazanması lazımdır. Amma ayrılarkən də təbii, ilk hücumunu müsəlmanların anlayacağı bir tərzdə etməz. Anlamayacağı şəkildə etməyə çalışar. Özünü müsəlman, mömin kimi tanıdaraq ayrılmaq meylindədir.
Münafiqlərin gözlərində nifrət olar, yəni pis bir enerjisi olar. O, nifrəti gizlətmək istəyər, amma bacarmaz.