Sürünmək, səfil kimi yaşamaq, səliqəsiz geyinmək, özünə baxımlı olmamaq, pəjmürdə evlərdə yaşamaq, murdar yeməklər yemək, solğun rəngli geyimlər geyinmək, musiqiyə qulaq asmamaq, texnologiyanın imkanlarından istifadə etməmək, elmə qarşı gəlmək, sənətə qarşı gəlmək, sənətə mane olmağa çalışmaq, demokratiyanı dayandırmağa cəhd etmək, azadlığı aradan qaldırmaq din deyildir. Bunlar şeytani hərəkətlərdir.
"...və ona hər şeydə bir yol (səbəb) verdik." (Kəhf Surəsi, 84) Allah güc verdim demir, səbəb verdim deyir. Çünki hər şeyin səbəbi vardır. Bütün güc Allaha aiddir. Allah kiminsə gücü var deyə də buyurmur. "Hər birinə səbəb yaratdım", "Mən yaradıram" deyir.
Hal-hazırda PKK Yəcuc və Məcucdur. Faşizm, kommünist tərkibli hərəkatdır. Onsuz da hər bir kommunist hərəkatda faşist ruhu vardır. Hər faşist hərəkatın içərisində də kommunist ruh vardır. Qurandakı ifadəyə diqqət yetirsəz , Yəcuc və Məcuc bir-birinə çox bənzəyirlər, əkiz qardaş kimidirlər.
Qəddarlıq və zalımlıq tərəflərinə görə Hitler, Mussolini kimi faşistlər Məcuc, kommunistlər də Yəcucdur.
Mehdiyyətin çox vacib istiqaməti də onu əhatə edən məlumatdır. Xurafatçılarda isə boşboğazlıq çox olar. Çox asan mövzunu qarışıq ifadələrlə, ədəbi izahlarla çətinləşdirərlər .
Hz. Mehdi (ə.s) gözəlliyi, sülhü, qardaşlığı, səmimiyyəti əsas sayacaq, şiddəti deyil.
Kommunizmə qarşı təkcə fikri, elmi mübarizə ilə nəticə əldə etmək olar. Kommunizm dünya tarixinin ən böyük fəlsəfi, dəccal hərəkatıdır. Elmlə, mədəniyyətlə və fəlsəfə ilə məğlub etmək olar.
Kəhf Surəsində “inşaAllah və maşaAllah“ dünya hakimiyyətinin sirridir.
İnsan Qurana əməl etməsə ifrata varar. Cənabı Allah bildirir ki, onlara itaət etməyin. Anan, atan, baban da olsa itaət etməyin.
Mehdiyyətin və dəccaliyyətin zamanı 300 ildir. Bədiüzzamanla başlanan, hz. Mehdi (ə.s)-la yarılayan, hz. İsa Məsih (ə.s) ilə sona yaxınlaşan və qiyamətlə bitən son 300 ildir, inşaAllah. Hal-hazırda biz bu 300 ilin ortasındayıq, inşaAllah.
Dəccaliyyət dövründə insanlarda unutqanlıq geniş yayılır. Dəccalın sehrinin təsiri ilə beyinlərində unutqanlıq əmələ gəlir.
Allah Kəhf Surəsində Mehdiyyətinn şifrəsini verir. İnşaAllah, maşaAllah deyənlər dünyaya hakim olacaqlar.
Mehdi tələbələri çox nəzakətli, çox insansevər, etibarlı və hörmətli olacaqlar. Düşmənləri çox olacağına görə özlərini biruzə etməmək üçün bacara bildikləri qədər üstüörtülü, diqqəti cəlb etməyəcək şəkildə çalışacaqlar.
Mehdi tələbələrini ilk görənlər onlardakı əzəmətə, xarici görünüşünə, imiclərinə görə geri dönüb qaçmaq istəyəcəklər. Qaçacaqlar. İnsanlar onlardan qorxacaq, çəkinəcəklər. Əlbəttə ki, ilk başda belə olacaq, sonra çox sevəcəklər, inşaAllah.
Allahın Hadi isminin təcəssüm etməsi ilə Mehdiyyət ortaya çıxacaq. “Hadi” və “Mehdi” sözlərinin kökü də eynidir.
Mehdi gəncliyinin ən əhəmiyyətli vəsfi güclü imandır.
Hal-hazırda bütün insanlıq yatır, yuxu halındayıq. Həyat elədir. İnsanlar birdən-birə yuxudan oyanacaq. HAL-HAZIRDA DÜNYA DƏRİN VƏ KEYFİYYƏTLİ YUXUDADIR. Keyfiyyətli yuxu görürük. Birdən oyandıqda necə qəribə yuxu gördüyümüzü deyəcəyik. Halbuki, başqa yeni yuxuya dalacağıq.
"O gənclər" (Mehdi gəncliyi), "mağaraya sığınanda" (Kəhf Surəs , 10) Mağara insanlardan uzaq olmağı göstərir. Onun simvolik mənası da budur. Yəni özlərini insanlardan, eləcə də anasından, atasından, yaxınlarından təcrid edir, ayrılırlar.
Kəhf surəsi 110 ayədən ibarətdir, 18-ci surədir. 110 ilə 18-i bir-birinə vurduqda 1980 edir. Bu da hz.Mehdi (ə.s)-ın çıxış tarixidir. Peyğəmbərimiz (s.ə.v)-in göstərdiyi hicri 1400-cü il tarixi dəqiq 1980-cı ildir, hz. Mehdi (ə.s)-ın fəaliyyətə başladığı tarixdir.
Kəhf surəsi əvvəldən axıra qədər Mehdiyyəti bildirir. 110 ayənin hər biri Mehdiyyətin hekayəsi ilə bağlıdır. Yusuf surəsində də Mehdiyyətin hekayəsi üstüörtülü şəkildə bildirilir. Hz. Süleyman (ə.s) bölümündə də izah olunur. Zülqərneyn (ə.s) haqqında olan bölümdə də Mehdiyyət çox ətraflı izah olunur.
Mehdi gəncliyi ilə Kəhf gəncliyi eynidir, hər ikisi də gənclərdir.