II. Kitab - Yaradılışı İnkar Etmə Aldanması

Təkamül Nəzəriyyəsi Aldanması

Təkamül nəzəriyyəsi, canlıların varlığını və mənşəyini təsadüflərlə izah edə bilmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan bir fəlsəfə və dünya görüşür. Bu fəlsəfənin mənbəyi qədim zamanlara, antik Yunanıstana qədir uzanır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr mütləq, vasitəli və ya bir başa şəkildə təkamül düşüncəsini qəbul edib və müdafiə edirlər. Eyni vəziyyət bu gün də bütün din əleyhdarı olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir, hamıya qəbul etdirilmək üçün elmi bir görkəm almışdır. XIX əsrin ortalarında sözdə elmi bir nəzəriyyə olaraq irəli sürülmüş, ancaq müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, bu günə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə, nəzəriyyənin özünə böyük ümid bağladıqları "elm" hər keçən gün nəzəriyyəni qaçılmaz sonuna daha da yaxınlaşdırmışdır.

Müraciət olunan bütün elmi metodlar hər dəfə belə bir nəzəriyyənin heç bir həqiqi tərəfinin olmayacağını sübut etmişdir: Laboratoriya təcrübələri və təxmini hesabları, canlılığı meydana gətirən amin turşularının təsadüflərlə əmələ gəlməyəcəyini qəti bir şəkildə ortaya qoymuşdur. Ən kiçik canlı vayidi olan hüceyrə isə,- təkamülçülərin iddia etdiyi kimi-ibtidai və nəzarətsiz dünya şərtlərində təsadüflər nəticəsində əmələ gəlmək bir bir yana, hətta XX əsrin milyonlarla dollarlıq, texnologiya möcüzəsi laboratoriyalarında belə sintezlənə bilməmişdir. Bundan başqa illərlə davam edən paleontoloji işlərdə olan skeletlər arasında, təkamül nəzəriyyəsinin növlərindən inkişaf etmiş növlərə, mərhələ-mərhələ təkamülləşdiyini göstərməsi lazım olan ara-keçid növlərinə heç bir yerdə təsadüf olunmamışdır.

Nəticədə, təkamülçülər, böyük bir cəhdlə təkamül nəzəriyyəsinə dəlillər toplamağa çalışarkən, şəxsən öz əlləri ilə təkamül deyilən bir şeyin olmayacağını sübut etmişdir.

Bu gün müdafiə olunduğu şəkildə təkamül düşüncəsini ilk ortaya atan adam, həvəskar ingilis bioloqu olan Charles Darwindir. Darwin təkamülçü fikirlərini 1859-cü nəşr etdirdiyi "Həvlərin mənşəyi" (The origin of Species) adlı kitabında ortaya atdı. Darwinin bu kitabında iddia edildiyinə görə, yaşayan bütün canlılar ortaq bir mənşəyə sahibdir və təbii seleksiya yolu ilə bir-birindən törəmişlər. Mühitə ən yaxşı şəkildə uyğunlaşanlar bu xüsusiyyətlərini gələcək nəsillərə ötürürdü, beləcə, bu yararlı dəyişmələr zamanla toplanaraq növü əgdadlarından tamamilə fərqli bir canlıya çevirirdi. İnsan isə, təbii seleksiya mexanizminin ən inkişaf etmiş məhsulu idi. Qısaca, bir növün mənşəyi digər bir növdür.

Charles Darwin

Charles Darwin

Darwinin irəli sürdüyü fantaziyalar xüsusilə bəlli siyasi və ideoloji görüşlərə sahib olan dairələrdə böyük rəğbətlə qarşılandı. Nəzəriyyə olduqca populyar olmuşdu. Çünki o dövrdəki mövcud bilik səviyyəsi Darwinin xəyal etdiyi ssenarilərin yalan olduğunu göstərmək üçün hələ kifayət deyildir. Belə ki, Darwinin fəriyələrini irəli sürdüyü dövrdə genetika, mikrobiologiya, biokimya kimi elm sahələrinin heç biri ortada yox idi. Dediyimiz bu elmlər Darwinin müddəalarından daha əvvəl kəşf edilmiş olsaydı, Darwin nəzəriyyəsinin elmi cəhətdən tamamilə əsassız olduğunu görəcək və belə mənasız bir iddia ortaya atmayacaqdı. Çünki növləri müəyyən edən məlumatlar genlərdə mövcuddur və təbii seleksiyanın genlərdə dəyişikliklər əmələ gətirərək yeni növlər əmələ gətirməsi mümkün deyildi.

Darwinin kitabının əks-sədası davam edərkən, Astraliyalı botanik Mendel 1865-ci ilində irsiyyət qanunlarını kəşf etdi. Mendelin əsrin sonuna qədər çox bilinməyən kəşfləri 1900-cu illərin əvvəlində genetika elminin ortaya çıxması ilə məna qazandı. Yenə eyni illərdə genlər və xromosomların quruluşu kəşf edildi. 1950-cu illərdə genetik məlumatı saxlayan DNT molekulunun kəşfi isə nəzəriyyəni böyük bir böhrana saldı. Çünki DNT-dəki nəhəng məlumatı qaynağı, təsadüflərə əmələ gəlmələrlə izah oluna bilməzdi.

Bu cür elmi inkişaflara birlikdə davam edən qazıntılar, ibtidai növlərin mərhələ-mərhələ təkamülləşdiklərini isbat edəcək ara-keçid növlərini indiyə kimi ortaya çıxartmamışdır.

Bütün bu irəliləyişlərin, elmi əsası olmadığı ortaya çıxan Darwinin nəzəriyyəsini tarixin tozlu vəflərinə qoyması lazım idi. Ancaq müəyyən dairələr israrla nəzəriyyəni yeni tərzdə təqdim etməyə və hər nə şəkildə olursa-olsun elmi platformaya oturtmağa çalışırdılar. Bütün bu cəhdlər nəzəriyyənin ardından elmi qayğılardan ziyadə ideoloji bir qrup hədəflərin olduğunu göstərməsinə görə olduqca mənalı idi.

Bu inkişafla bərabər, getdikcə çıxılmaz vəziyyətdə nəzəriyyənin hər nə bahasına olursa-olsun qüvvədə qalması lazımlığına inanan bəzi dairələr vaxt itirmədən yeni bir model uydurdular. Bu yeni modelin adı- neo-Darwinizm idi. buna görə, canlıların genlərindəki mutasiya deyilən kiçik dəyişikliklərlə növlər təkamülləşir və təbii seleksiya metodu ilə güclü olanlar həyatda qalır. Ancaq canlıların meydana gəlməsi üçün kiçik dəyişimlərin kifayət etmədiyi, bundan daşqa neo-Darwinizmin irəli sürdüyü mexanizmlərin elmə zidd olması anlayışınca təkamülçü yeni model axtarışlarını davam edirdilər. Və "sıçramalı təkamül nəzəriyyəsi" adını verdikləri yeni iddia ortaya ataraq heç bir elmi və məntiqi əsası olmayan bir model irəli sürdülər. Buna görə canlılar birdən-birə, heç bir ara-keçid növləri olmadan başqa bir növə çevrilirdilər. Başqa sözlə o günə qədər heç bir təkamül əcdadları olmayan növlər bir anda meydana gəlirdi. Əslində bu yaradılışın tərifi, ancaq təkamülçülərin bunu qəbul etmələri mümkün deyildi. Bu həqiqəti, ağla gəlməz ssenarilərlə gizləməyə çalışırdılar. Məsələn, tarixdəki ilk quşun necə olduğu izah olmayan bir şəkildə bir sürünən yumurtasından ortaya çıxmış ola biləcəyi söylənirdi. Eyni nəzəriyyəyə görə, etobur quru heyvanları, keçirdikləri ani və əhatəli bir dəyişikliklə birdən-birə böyük bir binalara çevrilə bilərdi.

Tanınan bütün genetik, biofizik və biokimya qanunlarına zidd olan bu iddialar ancaq qurbağaların zahzadələrə döndüyünü bildirən uşaq nağılları qədər elmi idi. amma neo-Darwinist nəzəriyyənin düşdüyü böhran qarşısında sıxıntıya düşən bəzi təkamülçü paleontoloqlar, bundan yaxa qurtarmaq üçün neo-Darwinizmdən daha da gülünc və əsassız olan bu nəzəriyyəyə sarıldılar.

Bu modelin tək hədəfi, neo-Darwinist modelin izah edə bilmədiyi, qazıntılar nəticəsində tapılmayan, ara-keçid formaları boşluqlarını açıqlamaq idi. Ancaq tapılmayan skelet boşluqlar, "quşların sürünən yumurtalarından anidən çıxdıqlarını" irəli sürərək ya da oxşar iddialarla izah etmək, başlı-başına ağılsızlıqdır. Çünki bir növün başqa bir növə çevrilməsi üçün, genetik biliyin də çox böyük miqdarda və faydalı bir dəyişiklik lazımdır. Lakin heç bir mutasiya genetik məlumatı inkişaf etdirməz, ona yeni bir məlumat əlavə etməz. Mutasiyalar sadəcə genetik məlumatın azalmasına və pozulmasına yol açırlar. "Sıçramalı" təkamül nəzəriyyəsi müdafiəçilərinin xəyal etdikləri "qrosmutasiyaları" isə, genetik məlumatda "qros", yəni böyük azalma və pozuqluqlar əmələ gətirirlər.

Sıçramalı təkamül nəzəriyyəsi, ilk baxışda da başa düşüldüyü, geniş bir xəyalın məhsulu idi. Amma bu açıq həqiqətə baxmayaraq, təkamül müdafiəçiləri bu nəzəriyyəyə etiba\r etməkdən çəkinmədilər. Çünki Darwinin irəli sürdüyü təkamül modelinin, skelet edilməməsi onları belə etməyə məcbur edirdi. Darwin növlərin yavaş-yavaş dəyişdiklərini irəli sürmüşdü. Bu isə, tarixdə yarı quş, yarı sürünən kimi, əcaib varlıqların yaşamasını labüd edərdi. Ancaq təkamülçülərin bütün araşdırmalarına və tapılan yüz minlərlə skeletə baxmayaraq, bu cür "ara-keçid formaları"nın tək bir dənəsinə belə rast gəlinmişdi.

Təkamül nəzəriyyəsi tərəfdarları, sıçramlı təkamül modelinə bu böyük "skelet süqutunu" ört-basdır edə bilmək ümidi ilə ət atdılar. Ancaq başda da vurğuladığımız kimi bunun bir fantaziya olduğu son dərəcə aydındı və çox qısa zamanda özünü sərf etdi. Sıçramalı təkamül modeli, heç bir zaman əsaslı bir model kimi irəli sürülmədi, amma mərhələli təkamül modelinə uymadığı aydın bəlli olan vəziyyətlərdə bir çıxış yolu olaraq istifadə edildi. Günümüzdə təkamül nəzəriyyəsi tərəfdarları, canlılardakı hamısı mürəkkəb quruluşlara sahib olan-göz, qanad, ağ ciyər, beyin və s. kimi orqanların mərhələli təkamül modelini çox açıq şəkildə təkzib etdiyini gördüklərinə görə, bu məsələlərdə sıçramalı təkamül modelinin fantastik izahlarına arxalanmaq məcburiyyətində qalırlar.

Təkamül Nəzəriyyəsini Doğru Edən Hər Hansı Bir Skelet Qalıqları Vardırmı?

Təkamül nəzəriyyəsi, bir növün başqa bir növə çevrilməsini milyonlarla illik bir zaman müddəti içərisində yavaş və mərhələli olaraq baş verdiyini deyir. Bu iddianın məntiqi nəticəsi isə, bu keçid dövrü zamanı "ara-keçid növü" adı verilən əcaib canlıların yaşamış olmasını labüd edirdi. Təkamülçülər, bütün canlıların mərhələli olaraq bir-birindən əmələ gldiklərini iddia etdikləri üçün də, bu ara-keçid növlərinin və saylarının milyonlarla olması lazımdı.

Əgər həqiqətən bu cür canlılar yaşamışlarsa, skelet tapıntıları qeydlərində bunların qalıqlarına da təsadüf edilməsi labüddür. Çünki bu fikrə görə, ara-keçid növlərinin sayının, bu gün bildiyimiz heyvan növlərindən belə artıq olması və dünyanın 4 bir yanında skeletləşmiş olaraq tapılması lazım gəlir.

Daqwindən sonra sıx bir şəkildə bu skelet qalıqları axtarıldı, fəqət təkamül nəzəriyyəsi tərəfdarları üçün acı nəticə verdi. Bu dünyada heç bir yerdə, nəbir qitədə, nə də okeanın dərinliklərində tək hüceyrəli orqanizmlərdə kompleks onurğasızlar arasındakı hər hansı bir ara-keçid növünə təsadüf edilmədi.

Əslində Darwin də bu ara-keçid növlərinin yoxluğunun fərqində idi. Fəqət yenə də ən böyük ümidi ara-keçid növlərinin gələcəkdə tapılması idi. Ancaq bu ümidli gözləməsinə baxmayaraq, nəzəriyyənin ən böyük müəmmasının bu mövzu olduğunu görürdü. Buna görə belə yazmışdı:

Əgər həqiqətən növlər o biri növlərdənyavaş inkişafla törəmişsə, nəyə görə saysız ara-keçid növünə rast gəlmirik? Nəyə görə bütün təbiət qarışıq bir halda deyil, tam olaraq müəyyən edilmiş və yerlə yerində? Saysız ara-keçid növü olmalı, fəqət nə üçün yer üzünün sayılmayacaq qədər çox təbəqələrində onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə bağlantılarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş bir proses ortaya çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.55

Darwin narahatçılığında haqlı idi. Çünki təkamülçülərin bütün nə Darwinin zamanında, nə də Darwindən sonra dünyanın heç bir yerində- nə bir qitədə, nə də okeanın dərinliklərində- bu ara-keçid növlərinə təsadüf edilmədi. Tanınmış ingilis paleontoloqu (skelet mütəxəssisi) Derek W. Ager bir təkamül nəzəriyyəsi tərəfdarı olmasına tərəfdarı olmasına baxmayaraq bu həqiqəti belə etiraf edir:

Sualımız belədir: Skelet qeydlərini araşdırdığımız zaman, növlər ya da siniflər səviyyəsində olsun, davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; mərhələli təkamüllə inkişaf edən deyil, ani olaraq yer üzərində əmələ gələn qruplar görürük.56

Skelet qeydlərindəki bu boşluqlar, kifayət qədər skelet qalıqları tapılmadığı və bir gün axtarılan skeletləri əldə ediləcəyi kimi bir fərziyyə ilə də açıqlana bilməz. Bir başqa təkamülçü paleontoloq T. N. George, bunun səbəbini belə açıqlamaqdadır:

Skelet tapıntıları zəifliyini ortadan qaldıracaq bir izahat vermək artıq mümkün deyildir. Çünki əlimizdəki skelet tapıntıları son dərəcə zəngindir və yeni kəşflərlə yeni növlərin tapılması qeyri-mümkün görsənir.57

hamamböceği ve trilobit fosili

The theory of evolution claims that species continously evolve into other species. However, when we compare living things to their fossils, we see that they have remained unchaged for millions of years.

A 320-million-year-old cockroach fossil (left).

A 360-million-year-old trilobite fossil (below).

Yer Üzündə Həyat Anidən Bütün Müxtəlifliyi Ilə Ortaya Çıxmışdır

Yer təbəqəsi və skelet qeydləri araşdırılarkən, canlı həyatın birdən-birə ortaya çıxdığı görülür. Canlı varlıqların skeletlərinə təsadüf edilən ən dərin yer təbəqəsi, 530-520 milyon il yaşında olduğu hesablanan "kambreyen" təbəqəsidir.

Kambreyen dövrünə aid təbəqələrdə tapılan canlılar, heç bir təamül əcdadları olmadan birdən-birə skelet tapıntılarında müəyyən olurlar. Kompleks varlıqlardan meydana gələn geniş bir canlı mozaykası heyrətləndirici bir şəkildə anidən ortaya çıxmışdır. Buna görə də, geologiya ədəbiyyatında bu möcüzəvi hadisə, "Kambreyen Partlayışı" kimi tanınır.

Bu təbəqədəki canlıların çoxunda, göz kimi son dərəcə inkişaf etmiş orqanlar ya da həzm sistemi, qan dövranı kimi yüksək təşkilatlanmaya sahib olan orqanizmlərdə görülən sistemlər vardır. Skelet qeydlərində bu canlıların əcdadı olduğuna dair hər hansı bir işarəyə təsadüf edilməz. Eerth Sciences jurnalının redaktoru Richard Monestarsky, canlı varlıqların birdən-birə ortaya çıxışlarını belə bildirir:

Bu gün gördüyünüz olduqca kompleks heyvan növləri anidən ortaya çıxmışdır. Bu an Kambreyen Dövrün ilk əvvəllərinə ilk kompleks varlıqlarla dolması bu təkamül partlayışı ilə başlamışdır. Bu gün dünyanın hər tərəfinə yayılmış heyvan sinifləri erkən Kambreyen Dövrdə var idi və yenə bu gün olduğu kimi bir-birlərindən çox fərqlidirlər. 58

Archaeopteryx fosili Coelacanth balığı fosili

The Most Cherished Pieces of Evidence of Evolution are Proven to be Invalid

A one hundred and thirty-five million-year-old Archaeopteryx fossil, the alleged ancestor of birds, which is said to have evolved from dinosaurs (left). Research on the fossil showed it, on the contrary, to be an extinct bird that had once flown but later lost that ability.

A four hundred and ten million-year-old Coelacanth fish fossil (below). Evolutionists claimed that it was the transitional form proving the transition of this fish from water to land. the fact that more than forty living examples of this fish have been caught in the last fifty years reveals that this is still a perfectly ordinary fish and that it is still living.

Dünyanın necə olur ki, birdən-birə belə minlərlə heyvan çeşidi ilə dolub sualına cavab tapmayan təkamülçü qaynaqlar, Kambreyen Dövrünün əvvəlinə, içində həyatın başlanğıcının əmələ gəldiyi və "bilinməyənin baş verdiyi" 20 milyon illik xəyali bir dövr "təkamül boşluğu" olaraq anlandırılır. Ancaq bu günə qədər heç kim, bu təkamül boşluğunun nə olduğunu izah edə bilməmişdir.

Kainatın Ən Gözə Çarpan Dəlilləri Uyğunsuz Oldu

1984-cü ildə, Çinin Yannan ərazisinin cənub hissəsindəki Cheng Jiangda böyük miqdarda kompleks onurğasız kəşf edildi. Bunların arasında olan və bu an soyların tükəndiyi bilinən trilobitlər ən azından bu gün var olan onurğasızlar qədər komplaeks quruluşlu idilər.

İsveçli təkamülçü paleontoloq Stefan Benqtson, bu vəziyyəti belə izah edir.

Əgər canlılıq tarixində hər hansı bir hadisə, insanın yaradılışının başlanğıcına bənzədiləcəksə, o da çoxhüceyrəli orqanizmlərin ekologiya və təkamüldə baş rolda olduqları okean yaşamındakı ani fərqləşmə dövrüdür. Darwini təəccübləndirən və utandıran bu hadisə bizi də hələ də təəccübləndirir. 59

Bəli həqiqətən də bu kompleks canlıların heç bir əjdadı və ya keçid formasına sahib olmadan anidən ortaya çıxışları bu gün də təkamülçülər üçün olduqca heyrətləndirici və can sıxıcıdır, eyni ilə 135 il əvvəl Darwin üçün olduğu kimi. Çünki təkamülçülər 135 il sonra belə bir problemə bir çarə tapa bilmək mövzusunda Darwindən daha irəli gedə bilməmişlər.

Göründüyü kimi skelet qeydləri canlıların kainatın iddia etdiyi kimi sadədən mürəkkəbə doğru bir proses izlədiyini deyil, bir anda və ən mükəmməl halda ortaya çıxdıqlarını göstərir. Ara növlərin yoxluğu yalnız Kambreyon dövrünə məxsus deyildir. Təkamülçülərin iddia etdikləri və onurğasızlar-balıqlar-amfibiyalar-sürünənlər- quşlar-məməlilər arasında irəriləyən təkamül szemini təsdiqləyəcək tək bir ara növü belə indiyə qədər tapılmamışdır. Hər canlı növü, skelet qeydlərindən anidən və bu günki əskiksiz şəkildə görünməkdədir.

Başqa sözlə, canlılar təkamüllə əmələ gəlməmiş, yaradılmışdır.

Təkamül Saxtakarlıqları Rəsimlərindəki Aldatmalar

Təkamül nəzəriyyəsinə dəlil axtaranların ən çox müraciət etdikləri qaynaq skelet qeydləridir. Diqqətli və tərəfsiz olaraq araşdırılarkən bu skelet qeydlərinin, təkamülçülərin iddialarının əksinə təkamül nəzəriyyəsini dəstəklədikləri deyil, çürüdükləri görünür. Ancaq skeletlərin ümumiyyətlə təkamülçülər tərəfindən toqquşdurularaq izahat vermələri və ictimai rəyə də tərəfli bir şəkildə əks etdirmələri səbəbi ilə bir çox adam skelet qeydlərinin həqiqətən təkamül nəzəriyyəsini dəstəklədiyini düşünməkdədir.

çizimlerdeki aldatmacalar
Yarı insan yarı maymun sahtekarlığı

Continuously running into such skilfully drawn half-man half-ape creatures in books or other publications, the public becomes convinced that man evolved from the ape or some similar creature. These drawings, however, are outright forgeries.

Skelet qeydlərindəki bəzi kəşflər hər növ şərhə açıq olması təkamül nəzəriyəsi tərəfdarlarının ən çox işlərinə yarayan məsələdir. Tapılan skeletlər çox vaxt sağlam bir diaqnoz verilməsi üçün kifayət deyildir. Bunlar əskik və dağılmış sümük parçalarında əmələ gəlir. Bu səbəblə, əldəki şərh etmək və bunları istənilən istiqamətdə istifadə etmək asandır. Necə ki, təkamülçülər tərəfindən skelet qeydlərinə əsaslanaraq edilən rekanstruksiyalar tamamilə spekulativ (saxtakar) olaraq təkamülçü fikirləri təsdiqləyəcək şəkildə edilir. İnsanlar əyani yolla (görmə vasitəsilə)daha asan təsirləndikləri üçün məqsəd onları xəyal gücü ilə rekonstruksiyası edilmiş varlıqların keçmişdə həqiqətən yaşadığına inandıra bilməkdir.

Təkamülçü tədqiqatçılar, çox vaxt yalnız bir diş və ya bir çənə sümüyü parçası ya da balaca bir qol sümüyündən yola çıxaraq insan oxşarı xəyali varlıqlar çəkər və bunu sensasiyalı bir şəkildə insan təkamülünün bir halqası olaraq ictimai rəyə təqdim edirlər. Bu rəsmlər çox insanın zehnində var olan "ibtidai insanlar" imicinin əmələ gəlməsində böyük rol oynamışdır.

Sümük qalıqlarına əsaslanaraq görülən bu işlərlə sadəcə olaraq əldəki obyektin çox ümumi xüsusiyyətləri ortaya çıxa bilər. Lakin əsl müəyyənedici təfərüatlar zaman içində asanlıqla yox olan yumşaq toxumalardır. Bu səbəblə yumşaq toxumaların saxta şərhlərlə, rekonstruksiya edən adamın xəyalında hər şey mümkündür. Hardvard Universitetindən Ernest A. Hooton bu vəziyyəti belə açıqlayır:

Yumşaq qismlərin təkrar inşası çox risqli bir işdir. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altlarındakı sümüklə heç bir əlaqələri yoxdur. Məsələn, bir Neandertal kəllə sümüyünü eyni izahla bir meymuna və ya bir filosofa bənzədə bilərsiniz. Qədim insanların qalıqlarına əsaslanaraq edilən canlandırma heç bir elmi dəyərə sahib deyildi və cəmiyyəti bəlli düşüncə istiqamətinə sövq etmək üçün istifadə edirdilər. 60

Saxta Skelet Düzəltmə Işləri

Təkamül nəzəriyyəsinə skelet qeydlərində heç bir məqsədə uyğun dəlil tapmayan bəzi təkamülçülər axırda öz dəlillərini özləri saxtakarlıqla düzəltmə üsuluna əl atdılar. Təkamül saxtakarlıqları adı altında ensiklopediyalarda belə yazılan bu işlər, təkamül nəzəriyyəsinin güclə qüvvədə saxlamağa çalışılan bir ideologiya və həyat fəlsəfəsi olduğunun ən gözəl sübutudur. Bu saxtakarlıqların ən məşhurları bunlardır.

Piltdown Adamı Saxtakarlığı

Piltdown adamı sahtekarlığı

False fossil: Piltdown Man

Həvəskar bir paleontoloq olan Charles Dawson, 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı bir çuxurda, bir çənə sümüyü və bir kəllə sümüyü parçası tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə "Piltdown Adamı" adı verildi, 500 min illik bir yaş təyin edildi və müxtəlif muzeylərdə insan təkaülünə dəqiq bir dəlil olaraq nümayiş edildi. 40 ildən çox elmi məqalələr yazıldı, izahlar edildi və rəsmlər çəkildi, insanın təkamülünə əhəmiyyətli bir dəlil olaraq verildi. Ancaq 1949-cu ildə skeleti bir kərə daha araşdıran mütəxəssislər, bunun süni bir skelet olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldiyini aşkar etdilər.

Flor metoduna əsaslanaraq aparılan araşdırmalar, kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu ortaya çıxartdı. Orannqutana aid olan çənə sümüyündəki dişlərin isə süni olaraq köhnələşdirildiyi, skeletin yanında olan ibtidai vasitələrin polad alətlərlə yrnulmuş adi bir təqliq olduğu başa düşüldü. Oarley, Clark və Weinerin elədikləri elədikləri təfərüatlı analizlərlə bu saxtakarlıq 1953-cü ildə dəqiq olaraq ortaya çıxarıldı. Kəllə sümüyü 500 il yaşında bir insana, çənə sümüyü də yeni ölmüş bir meymuna aiddir. Dişlər, insana aid olduğu təəsüratı vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş və növbələnmiş, oynaq yerləri də köhnələşdirilmişdi. Daha sonra da bütün parçalar, köhnə görünmələri üçün potasyundixromat ilə ləkələndirilmişdi. Bu ləkələr, sümüklər turşuya batrılarkən yox olurdu. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Gros Clark bu vəziyyət qarşısında təəccübünü gizlədə bilmirdi:

Dişlər üzərində köhnəlmiş təəsüratını vermək üçün, süni olaraq oynanmış olduğu o qədər açıqdır ki, necə olur ki, bu izlər diqqətdən qaçmış ola bilər? 61

Nebraska Adamı Saxtakarlığı

1922-ci ildə Amerikan Təbiət Tarixi Muzeyinin müdiri Henry Fairfeild Osborn, Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında, Plieocen dövrünə aid bir azı dişi skeleti tapdığını açıqladı.

İddiaya görə, bu diş insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox dərin elmi mübahisələr başlamışdı, bəziləri bu dişi Pitekantrops erectus olaraq şərh edirdilər, bəziləri isə bunun insana daha yaxın olduğunu söyləyirdilər. Böyük mübahisələr yaradan bu skeletə "nebraska Adamı" adı verildi. "Elmi" adı da latınca qoyuldu: "Hesperopithecus Haraldsooki".

Bir çox məşhur alim Osbornu dəstəklədi. Bu tək dişə əsaslanaraq Nebraska Adamının kəllə sümüyü və vücudunun rekonstruksiyası şəkilləri çəkildi. Hətta daha da irəli gedərək ailəlikləşəkilləri nəşr edildi.

nebreska adamı sahtekarlığı

The above picture was drawn based on a single tooth and it was published in the Illustrated London News of 24th July 1922. However, evolutionists were extremely disappointed when it was revealed that this tooth belonged neither to an ape-like creature nor to a man, but to an extinct species of pig.

Insanlarla Meymunlar Ortaq Əcdaddanmı Əmələ Gəldilər

Təkamül nəzəriyyəsinin iddiasına görə insanlar və indiki meymunlar ortaq əcdada sahibdirlər. Bu ibtidai varlıqlar zamanla təkamül edərək bir qismi indiki meymunları təkamülün digər bir qolunu izləyən başqa bir qrup da indiki insanlarını əmələ gətirmişlər.

Meymunlarla insanların sözdə ilk ortaq əcdadlarına təkamülçülər, "Cənubi Afrika meymunu" mənasını vrər. "Austrolopithecus" adını verirlər. Həqiqətdə nəsli kəsilmiş qədim meymun növündən başqa bir şey olmayan Aistrolopith ecisların müxğəlif növləri tapılır. Bunların bəziləri iri quruluşlu, bəziləri daha kiçik, daha narın quruluşlu canlılardır.

İnsan təkamülünün bir sonrakı mərhələsini də də təkamülçülər, "homo", yəni insan olaraq sinifləndirirlər. İddiaya görə homo seriyasındakı canlılar, Austalopithecuslardan daha inkişaf etmiş, indiki insandan o qədər fərqli olmayan canlılardır.

İnsan məkamülünün bir sonrakı mərhələsini də təkamülçülər, "homo", yəni insan olaraq sinifləndirirlər. İddiaya görə homo seriyasındakı canlılar, Australopithecuslardan daha inkişaf etmiş, indiki insandan o qədər fərqli olmayan canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə, homo sapiens (düşünən inçan), yəni indiki müasir insanın əmələ gəldiyi irəli sürülür.

İşin əsl tərəfi isə belədir: Təkamülçülərin ortaya atdıqları bu xəyali ssenaridə Australopithecus adını verdikləri canlılar nəsilləri kəsilmiş həqiqi meymunlar, homo seriyasındandakı canlılar keçmişdə yaşamış, bu gün isə nəsli kəsilmiş irqlərə mənsub insanlardır. Təkamülçülər bir "insan təkamülü" sxemi əmələ gətirmək üçün müxtəlif meymun və insan skeletlərini böyüklüklərinə görə ard-arda düzülmüşdülər. Lakin elmi həqiqətlər, bu skeletlərin qətiyyən bir təkamül prosesini göstərmədiyini və insanın əcdadları olaraq göstərilən bu canlıların bir qisminin həqiqi meymun, bir qismində həqiqi insan olduqlarını göstərmişdir.

İndi xəyali insan təkamülü sxeminin ilk pilləsini əmələ gətirən Austrolorithecusları araşdıraq. Austrolorithecuslar: Nəsli kəsilmiş meymunlar təkamülçülərin iddiası, Austrolorithecusların indiki insanların ən əsas əcdadı olduqlarıdır. Bunlar üz və kəllə quruluşları bu gün müasir meymunlara bənzəyən beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim bir növdür. Ancaq təkamülçülərin iddialarına görə, bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm bir xüsusiyyət aşkar olunmuşdur- iki ayaqlı olmaları.

Meymunlarla insanların hərəkət şəkli tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə, iki ayaqlı olaraq məhdud bir hərəkət qabiliyyətinə sahibdirlər və nəticədə əyilmiş şəkildə olan bir skeletə sahibdirlər.

Təkamülçülərə görə, Austrolorithecus adlı bu canlılar iki ayaqları üzərində əyilmiş halda yerimə qabiliyyətinə sahibdirlər. Bu məhdud iki ayaqlı qaçış hərəkəti belə təkamülçüləri bu canlıların insanın əcdadı olduqları yönündə cəsarətləndirməyə kifayət etmişdir.

Lakin təkamülçülərin Austrolorithecusların iki ayaqlı olduqlarına dair iddialarını çürüdən ilk dəlil, yenə də təkamülçü tədqiqatçılarının özlərindən gəldi. Austrolorithecusların skeletləri üzərində aparılan təfərüatlı araşdırma, təkamülçülər tərəfindən belə, bunların həddən artıq meymuna bənzədiyinin qəbul olunmasına yol açmışdı. 1970-ci illərin ortalarında Austrolorithecus skeletləri üzərində təfərüatlı anatomik araşdırmalar aparan təkamülçü Charles E. Oxnard Austrolorithecusların skelet quruluşlarını indiki oranqutanların skeletinə bənzədirdi:

Austrolorithecusların çiyin, bilək, ayaq, dirsək və əlləri kimi anotomik nahiyələri üzərində aparılmış bir çox müqayisə edilməli anotomik araşdırma mövcuddur. Bütün bunlar bunu söyləyir: Bu skeletlərin müasir insana olan yaxınlığı həqiqət olmaya bilər. Bütün skelet parçaları həm insandan, həm də şimpanze və qarillalardan fərqlidir. Austrolorithecuslar qrup olaraq araşdırılarkən özlərinə xas bir növ oranqutana oxşarlıq göstərirlər.62

Ancaq təkamülçülər üçün əsas xəcalət qaynağı, Austrolorithecusların iddia edildiyi kimi iki ayaqlı və əyilmiş olaraq yeriyə bilməyəcəklərinin başa düşülməsi oldu. İki ayaqlı ancaq əyik olaraq yeridiyi iddia edilən Austrolorithecusun belə bir quruluşa sahib olması fiziki olaraq son dərəcə səmərəsiz olacaqdı və nisbətsiz olaraq yüksək bir enerjiyə ehtiyac olacaqdı. Necə ki, 1996-cı ildə kompüter mütəxəssisi Robin Crombton apardığı araşdırmalarda bu cür bir qarışıq yerişin mümkün olmadığını göstərdi. Cromrtonun gəldiyi nəticə bu idi: Bir canlı ya tam dik, ya da tam 4 ayağı üzərində yeriyə bilər. Bu ikisinin arasında bir yeriş şəkli, enerji istifadəsinin həddən artıq dərəcədə artması səbəbi ilə mümkün deyil. beləcə, Austrolorithecusların iddia edildiyi kimi həm əyilmiş, həm də iki ayağı üzərində yeriyə bilməyəcəyi ortaya çıxmış oldu.

Austrolorithecusların iki ayaqlı olmadıqlarına dair bəlkə də ən mühüm işi isə 1994-cü ildə skeletləşmiş canlılar üzərində iki ayaqlılıq araşdırmaları İngiltərə Liverpool Universiteti, İnsan anatomiyası və Hüceyrə biologiyası bölümündə vəzifəli tədqiqatçı anotomist Fred Spoor və qrupu gördü. Qulaq ilbizindəki şüursuz tarazlıq mexanizmindən yola çıxaraq araşdırmalar aparan elm adamları Austrolorithecusların insan bənzəri olduqlarına dair iddianın sonu gəlmiş oldu.

Homo Seriyası: Həqiqi Insan Irqləri

Xəyali insan təkamülünün bir sonrakı pilləsi isə, "homo", yəni insan seriyasıdır. Bu seriyadakı canlılar indiki insandan çox fərqli olmayan sadəcə olaraq bəzi irqi fərqlilikləri olan insanlardır. Təkamülçülər bu fərqlilikləri şişirtməyə çalışaraq bəhs edilən insanları indiki insanın bir "irqi" olaraq deyil, ayrı bir "növü" kimi izah etmişdilər. Lakin bir azdan da görəcəyimiz kimi homo seriyasındakı insanların hamısı əslində normal bir insan irqindən başqa bir şey deyildir. Təkamülçülərin xəyali sxeminə görə homo növünün öz içindəki xəyali təkamülü belədir: əvvəl homo crektus, sonra arxaik homosapiens və neandertal insanı, sonra da ero-maqnon adam və indiki insan əmələ gəlir.

Homo seriyasındakı yuxarıda saymış olduğumuz "növ"lərin hamısı, hər nə qədər təkamülçülər əksini iddia etsələr də həqiqi insanlardan başqa bir şey deyildir. Birinci təkamülçülərin ən əsas növ saydıqları homo erectusunu araşdıraq.

Homo crektusun ibtidai bir növ olmadığını göstərən ən təsir edici dəlillər, ən qədim homo crektus qalıqlarından olan "Turkana uşağı" skeletdir. Turkana uşağı skeletinin sahibinin 12 yaşında bir uşaq olduğu və böyüdüyü zaman 1,83 boyda olacağı ehtimal edilməkdədir. Bu skeletin sahibinin dik skelet quruluşu indiki insandan fərqli deyil!

Uzun və incə olan skelet quruluşu indiki tropik bölgələrdə yaşayan insanların skelet quruluşuna tamamilə uyğundur. Bu skelet, homo crektusun ən mühüm dəlillərindəndir. Təkamülçü paleontropoloq Richard leakey homo crektus və indiki insanı belə müqayisə edir:

Hər hansı bir adam fərqlilikləri görə bilər: kəllə sümüyünün şəkli, üzün forması, qaş çıxıntısının qalınlığı və s. ancaq ərazilərdə yaşayan insan irqlərinin bir-birləri arasındakı fərqliliklərdən daha artıq deyildir. Belə bir fərqlilik cəmsiyyətlər bir-birlərindən uzun müddət ayrı saxlanıldıqları zaman ortaya çıxar.63

Yəni Leakey bunu deyir ki, homo crektus və bizim aramızdakı fərqlilərdən artıq deyildir. Homo crektusun bu kəllə xüsusiyyətləri, qidalanma şəkli, genetik köç, digər insan irqləri ilə müəyyən bir zaman qarışma nəticəsində ortaya çıxdırdı.

Homo crektusun "ibtidai" bir növ olmadığının başqa bir güclü dəlili bunların 27 min illik güclü və hətta 13 min illik skeletlərinin tapılmış olmasıdır. Elm olunmasında böyük əks səda oyandıran və hətta elmi bir jurnal olmayan- Timeda belə nəşr olunan bir məqaləyə görə Yava adasında yaşının 27 min illik olduğu müəyyən olunan homo crektus skeletləri aşkar olmuşdur. Avstraliyada Kow bataqlığında isə 13 min illik homo sapiens- homo crektusun xüsusiyyətlərini daşıyan bəzi skeletləri aşkar olunmuşdur. Bütün bu skeletlər, homo crektusun zamanımıza olduqca yaxın tarixlərə qədər həyatını davam etdirmiş olduğunu və bunların bildiyimiz insanın tarixə həkk olunmuş bir irqdən başqa bir şey olmadıqlarını göstərməkdədir.

Arxaik Homo Sapiens və Neandertal Adamı

Arxaik homo sapiens, xəyali təkamülün sxeminin indiki insandan bir öncəki pilləni əmələ gətirir. Əslində bu insanlar haqqında təkamülçülər tərəfindən söylənəcək bir şey yoxdur, çünki, bunlar indiki insandan ancaq çox kiçik fərqlərlə ayrılıqlar. Hətta bəzi tədqiqatçılar, bu növün təmsilçilərinin zamanımızda hələ yaşadıqlarını söyləyərək avstraliyalı Aborigen yerlərini nümunə göstərirlər. Aborigen yerləri də eyni bu növ kimi qalın qaş çıxıntılarına, içəri doğru əyik bir çənə quruluşuna və bir az daha bir beyin zəcminə sahibdirlər. Bundan başqa çox yaxın bir keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların yaşamış olduqlarına dair ciddi tapıntılar ələ keçirilmişdir.

Təkamülçülər arxaik homo sapiens növünə ən mühüm nümunə olaraq Hollandiyada neonder vasitəsində olan və neandertal adamı adı verilən insan-fosillərini göstərir. Zəmanəmizdəki bir çox tədqiqatçı, Neondertal insanını indiki insanın bir alt növü olaraq müəyyən edərək "homo sapiens neandertalensis" deməkdədir. Bu irqin indiki insanla bərabər, eyni anda və ərazidə yaşadığı dəqiqdir. Kəşflər, Neandertalların ölüləri basdırdıqlarını, müxtəlif müsiqi aləti düzəltdiklərini və eyni dövrdə yaşamış homo sapiens sapienslərlə

bərabər inkişaf eğmiş bir mədəniyyəti bölüşdürdüklərini aydın göstərməkdədir. Neandertal skeletlərinin tamamilə müasir olan kəllə sümüyü və skelet quruluşları da hər hansı bir saxtakarlığa açıq deyildir. Bu mövzuda ciddi bir alim sayılan New Mexico Universitetindən Erik Trinkous belə yazılır:

Neandertal qalıqları və müasir insan sümükləri arasında edilən təfərüatlı müqayisələr bunu göstərirlər ki, neandertalların anatomiyasında, ağıl səviyyə və ya danışma qabiliyyəti kimi xüsusiyyətlərində heç bir şey yoxdur. 64

Bunlara əlavə olaraq neandertalların indiki insana görə, bəzi üstünlükləri aşkar edilir. Neandertalların beyin həcmləri indiki insanın beyin həcmindən daha böyükdür və bunlar vücud olaraq daha sağlam quruluşlu və əzələ gücünə görə bizdən daha çox güclüdürlər. Yenə Trinkaus deyir: Neandrtalların özünə xas olan quruluşu, gövdə və üzv sümüklərinin ümumən şişirdilmiş şəkildə quruluşlu olmasıdır. Bütün yaxşı qorunmuş sümüklər, müasir insanlar tərəfindən nadir halda sahib ola biləcək bir gücə işarə edir. Bundan başqa bu xüsusiyyət yetkin kişilərdə deyil, yetkin qadınlarda, yaşlılarda və hətta uşaqlarda belə görünə bilər.

Qısaca, neandertallar, sadəcə olaraq zamanla asimlyasiya olmuş xüsusi bir insan irqidir.

Bütün bunlar, təkamülçülərin çəkdikləri "insan təkamülü ssenarisinin də tamamilə bir xəyal məhsulu olduğunu, insanların hər zaman insan, meymunların da hər zaman meymun olduqlarını göstərməkdədir".

Canlılıq Təsadüflərlə Əmələ Gələ Bilməz

Təkamül nəzəriyyəsi canlılığın, ibtidai dünya şərtlərində təsadüflər nəticəsində meydana gələn bu hüceyrə ilə başladığını irəli sürər. Ancaq XXI əsrə girərkən belə bir çox tərfdən sirriliyni qoruyan hüceyrənin varlığını təbii şərtlərinə və təsadüflərlə əlaqələndirmənin necə bir ağılsızlıq olduğunu göstərmək üçün hüceyrənin quruluşunu sadə bənzətmələrlə izah etməyə çalışaq.

Bir canlı hüceyrəsi, bütün çalışma sistemləri, xəbərləşməsi, çatdırılması və idarə olunması ilə böyük bir şəhərə bənzər bir mürəkkəblik dərəhəsinə sahibdir. Hüceyrənin sərf etdiyi enerji əmələ gətirən stansiyalar, həyat üçün zəruri olan zülallar və hormonları əmələ gətirən fabrik, istehsal olunacaq bütün məhsullarla əlaqədar məlumatların yazılı tapıldığı bir məlumat bankası, bir yerdən digərinə xammal gəliri işə yaranacaq parçalara ayıran inkişaf etmiş laboratoriyalar və neftayırma zavodları, hüceyrənin içndə qoyulacaq və xaricə göndəriləcək materialların giriş-çıxış nəzarətini edən mütəxəssisləşmiş hüceyrə pərdəsi proteinləri bu mürəkkəb quruşun yalnız bir hissəsini əmələ gətirirlər.

Quruluşu və ibarət olduğu mexanizmlərlə bu dərəcə kompleks bir varlıq olan hüceyrənin nəinki ibtidai dünya şərtlərində əmələ gəlməsi, hətta müasir texnologiyaya belə süni olaraq sintezlənməsi mümkün olmasıdır. Hüceyrənin təməl maddəsi olan aminlərdən və bunların əmələ gətirdiyi proteinlərdən nəinki hüceyrə, mitondri, ribosom və s. kimi hüceyrənin tək bir orqanı belə əmələ gətirilə bilməz. Buna görə də təkamül nəzəriyyəsinin təsadüfən əmələ gəldiyini iddia etdiyini ilk hüceyrə yalnız bir xəyal və fantaziya məhsulu olaraq qalmışdır.

Proteinlər Təsadüfə Meydan Oxuyur

Hüceyrəni indi bir kənara qoyaq. Çünki nəinki hüceyrənin, hüceyrəni əmələ gətirən minlərlə növ qarışıq protein molekullarından birinin belə təbii şərtlərdə əmələ gəlməsi ehtimal oluna bilməz.

Proteinlər, müəyyən sayda və növdə olan amin turşuların xüsusi bir sıra ilə düzülmələrindən əmələ gələn nəhəng molekullardır. Bu molekullar canlı hüceyrələrin təməl maddələrini əmələ gətirirlər.

Ən adiləri təqribən 50 amin turşusundan əmələ gələn növləridə vardır. Canlı hüceyrələrində olan və hər birinin xüsusi bir vəzifəsi olan proteinlərin quruluşlarındakı tək bir amin turşusunun belə əskilməsi və ya yerinin dəyişməsi, ya da zəncirə artıq bir amin turşusu əlavə olunması o proini işə yaramaz bir molekul yığını halına gətirir. Hətta amin turşularının "təsadüfən əmələ gəldikləri" iddiasına uyğun bir sübut ya da açıqlama verməkdən aciz olan Molekulyar Təkamül Nəzəriyyəsi, proteinlərin əmələ gəlməsi nöqtəsində tamamilə süqut etməkdədir.

Proteinlərin funksional quruluşunun heç bir şəkildə təsadüfən meydana gəlməyəcəyi, hər kəsin anlaya biləgəyi adi ehtimal hesabları ilə rahatlıqla görülə bilər.

Məsələn, birləşməsində 288 amin turşusu olan və 12 fərqli amin turşusu növündən əmələ gələn ortaq ölçüdəki bir protein molekulunun tərkibində olan amin turşuları 10300 fərqli şəkildə düzülə bilər. Ancaq bu düzülmələrdən yalnız "1"-i bəhs edilən proteini əmələ gətirir. Yerdə qalan bütün düzülmələr heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli belə ola biləcək mənasız amin turşusu zəncirləridir. Başqa sözlə yuxarıda nümunə verdiyimiz protein molekulundan yalnız birinin təsadüfən meydana gəlmə ehtimalı "10300"də "1" ehtimaldır. Bu 1-in yanına 300 ədəd sıfırın gəoməsi ilə əmələ gələn "astronomik" sayı da "1" ehtimal isə praktikada baş verməsi mümkün olmayan bir ehtimaldır. Bundan başqa 288 amin turşulu bir protein, canlıların quruluşunda tapılan digər minlərlə amin turşusu nəhəng proteinlərlə müqayisə edilərkən, olduqca sadə bir quruluş sayıla bilər. Eyni ehtimal hesablarını bu nəhəng molekullara tətbiq edərkən isə bu "mümkün olmayan" kəlməsinin belə kifayət etmədiyini görürük.

Birinin belə təsadüfən əmələ gəlməsi mümkün olmayan bu proteinlərdən təqribən 1 milyon ədədinin təsadüfən uyğun bir şəkildə bir yerə gəlib əskiksiz bir insan hüceyrəsini meydana gəlməisi isə, milyardlarla kərə belə mümkün deyil. Qaldı ki, 1 hüceyrə heç bir zaman üçün bir protein yığınından ibarət deyildir. Hüceyrənin içində, proteinlərin yanında nuklin turşuları, karbohidratlar, vitaminlər, elektrolitlər kimi başqa bir çox kimyəvi maddə istər quruluş, istərsə iş baxımından müəyyən bir nisbət, uyğunluq və layihə çərçivəsində yer alırlar. Hər biri də bir çox fərqli orqanın içində təməl olaraq vəzifə yerinə yetirirlər.

Göründüyü kimi təkamül, yeganə "izahi" olan təsadüf nəzəriyyəsi ilə, deyil hüceyrə, hüceyrədəki milyonlarla proteindən tək birinin əmələ gəlməsini belə izah etmək acizdir.

Türkiyədə, təkamülçü düşüncəsinin gndərlərindən biri olan Prof. Dr. Əli Dəmirsoy da "irsiyyət və təkamül" adlı kitabında canlılıq üçün ən lazımlı maddələrdən biri olan Sitokrom-C-nin təsadüfən əmələ gəlmə ehtimalını belə ifadə etməkdədir.

Özündə bir Sitokrom-C-nin düzülüşünü əmələ gətirmək üçün ehtimal sıfır deyiləcək qədər azdır. Yəni canlılığın əgər müəyyən bir düzülüşə ehtiyacı varsa, bu bütün kainatda bir dəfə əmələ gəlməsində bizim izah edə bilməyəcəyimiz qeyri-təbii güclər və fəaliyyətlər göstərmişlər. Bu sonuncunu qəbul etmək elmi məqsədə uyğun deyildir. O zaman 1-ci fərziyyəni xırdalamaq lazımdır.65

Dəmirsoy, üstdəki şəkillərdən sonra, "elmi məqsədə daha uyğun" olduğu üçün qəbul etdiyi bu ehtimalın nə cür həqiqətdən kənar olduğunu belə etiraf edir:

...Sitokrom-C-nin müəyyən amin turşusu düzülüşünü təmin etmək, bir meymunun çap makinasında heç səhv etmədən insanlıq tarixini yazma ehtimalı qədər azdır. 66

Canlılarda bir protein molekulunun meydana gəlməsi üçün yalnız uyğun amin turşularının uyğun sırada düzülmələri kifayət deyildir. Bununla belə, proteinlərin quruluşunda olan 20 növ amin turşusundan hər birinin də yalnız sol əlli olması lazımlıdır. Kimyəvi olaraq eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla iki fərqli növü var. Bunların aralarındakı fərq, üç ölçülü quruluşların bir-biri ilə zidd olmasından qaynaqlanır. Eyni insanın, sağ və sol əlləri arasındakı fərqlilik kimi... təbiətdə hər iki cins amin turşusu bərabər miqdarda olmaqla və hər iki qrupdan amin turşusu da br-biri ilə mükəmməl bir şəkildə birləşmə əmələ gətirə bilir. Ancaq aparılan araşdırmalar çox maraqlı bir həqiqəti ortaya çıxarmışdır. Canlıların quruluşunda olan proteinlər yalnız sol əlli amin turşularından əmələ gəlməkdədir. Və proteinin tərkibinə qatılan, hətta 1 sağ əlli amin turşusu o proteini işə yaramaz hala gətirməkdədir.

Bir an üçün təkamülçülərin dediyi kimi canlılığın təsadüflərlə əmələ gəldiyini fərz edək! Bu vəziyyətdə yenə təsadüflərlə əmələ gəlmiş olması lazım olan ami turşularından təbiətdə sağ və sol əlli olmaqla bərabər miqdarda aşkar olunacaqdır. Proteinin necə olur ki, bunların içindən yalnız sol əllərini seçdiklərini və necə aralarına heç bir sağ əlli amin turşusu qarışmadığı təkamül nəzəriyyəsi tərəfdarlarının heç bir izahat verə bilmədikləri mövzulardan biri olaraq qaldı. Bu vəziyyət təkamülün fanatik bir müdafiəçisi olan Vritannica Elm Ensiklopediyasında belə ifadə edilir:

Yer üzərindəki bütün canlı orqanizmlərdə amin turşularının hamisi, proteinlər kimi mürəkkəb polimenlərin quruluş blokları, eyni simmetriya tipindədir. Adətən tamamilə sol əllidirlər. Bu, bir baxıma, milyonlarla kərə havaya atılan bir dəmir pulun həmişə eyni tərəfi üzərinə düşməsinə heç yazı gəlməməsinə bənzəyir. Molekuları necə sol əlli, ya da sağ əlli olduğu tamamilə dərk edilə bilməz. Bu seçim başa düşülməyəcək bir şəkildə, yer üzündə qayağına bağlıdır.67

Bir proteinin meydana gələ bilməsi üçün, lazımlı amin turşuları növlərinin, lazım olan sayı və sıralamada lazımi 3 ölçülü quruluşda düzülmələri kifayət etməz.

Bunun üçün eyni zamanda, birdən artıq qola sahib olan amin turşusu molekullarının yalnız müəyyən olunmuş qolları ilə bir-birlərinə bağlanmaları lazım gəlir. Bu şəkildə edilən bir bağa "peptid əlaqəsi" adı verilir. Proteinlər, ancaq və ancaq "peptid" əlaqələri ilə birləşmiş amin turşularında əmələ gəlirlər.

Aparılan araşdırmalar öz aralarındakı təsadüfi birləşmələrin ən çox 50%-nin peptid əlaqəsi ilə olduğunu, yerdə qalanının isə, proteinlərdə mövcud olmayan fərqli əlaqələrlə birləşdiklərini ortaya qoymuşdur. Buna görədə, proteini eyni tlə əmələ gətirəcək amin turşularının yalnız sol əllər arasından seçilmələrinin məcburiliyi kimi, hər amin turşusunun da gzündən əvvəlki və sonrakı ilə yalnız və yalnız peptid əlaqəsi ilə birləşmiş olması lazımlığını da ayrıca hesaba qatmaq şərtdir. Çünki, təbii şərtlərdə sağ əlli amin turşularını xüsusi olaraq aıraraq amin turşusunun bir-biri ilə peptid əlaqə qurması üçün, əlbətdəki, bri nəzakət mexanimi yoxdur.

Bu vəziyyətdə, 500 amin turşulu təqribən bir protein molekulunun uyğun çeşid və sıralamada düzülmələri ehtimalı ilə bərabər, ibarət olduğu amin turşularının hamısının yalnız sol əlli olması və bu amin turşularının hər birinin də yalnız peptid əlaqəsi qurması ehtimallarını də nəzərə adığımızda gələcəyimiz nəticə ehtimalı belə əldə edirik.

Uyğun düzülmə ehtimalı = 1/20500 = 1/10650
Sol əllilik ehtimalı = 1/2500 = 1/10150
Peptid əlaqə ehtimalı = 1/2499 = 1/10150
Cəmi = 1/10950 yəni

Göründüyü kimi 500 amin turşulu bir protein molekulunun meydana gəlmə ehtimalı 1-in yanında 950 sıfrın gəlməsi ilə əmələ gələn və ağlın qavrama sərhədlərinin çox xaricində olan astronomik bir sayda, "1" ehtimalıdır. Bu yalnız kağız üzərində olan bir ehtimaldır. Praktikada isə, belə bir ehtimalın həyata keçmə şansı "0"-dır. Riyaziyyatda isə, 1050-nin üzərindəki bir sayı statistik olaraq həyata keçmə ehtimalı "0"olan bir saydır.

500 amin turşulu bir protein molekulunun təsadüfən əmələ gəlmə mümkünsüzlüyü bu ölçülərə gəlib çatarkən, istəniz zehninizin daha irəli ölçüləri ilə biraz daha çətinləşdirək: həyatı bir protein olan "hemoqlobin" molekulunda yuxarıdakı nümunə proteindən daha artıq, 574 amin turşusu olur. İndi diqqət edin!

Vücudumuzdakı milyardlarla qırmızı qan hüceyrələrindən yalnız birində tam "280.000.000" (280 milyon) hemoqlobin molekulu vardır. Nəinki, bir qırmızı qan hüceyrəsini, onun tək proteinin belə tərcümə-yanılma metodu ilə meydana gələ bilməsi üçün dünyanın zənn edilən ömrü kifayət etmir. Bütün bunlardan ortaya çıxan nəticə, təkamül nəzəriyyəsinin, hətta tək bir proteinin əmələ gəlməsi mərhələsində çıxış yolu olmayan bir vəziyyətə girirdilər.

10 950 =

100.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.000.
000.000.000.000.000.000.000.000.000.000.000.000.000

The probability of an average protein molecule comprising five hundred amino acids being arranged in the correct proportion and sequence in addition to the probability of all of the amino acids it contains being only left-handed and being combined only with peptide bonds is "1" divided by 10950. We can write this number, which is formed by putting 950 zeros after 1, as follows:

Canlılığın Ortaya Çıxmasına Cavab Tədqiqatları

Bütün bu həqiqətlər qarşısında tərəfli və qəsdən bir qeydsizlik göstərən təkamülçülər hadisəyə məntiqli bir izahat verə bilməyəcəklərini bildiklərindən hər zaman olduğu kimi göz boyama üsullarını davam etdirməyə və inkişaf etdirməyə boşladılar.

Canlılığın necə olur ki, cansız maddələrdən əmələ gəldiyi məsələsinə sözdə təkamülçü bir açıqlama vermək məqsədi ilə bir qrup laboratoriya təcrübələri apardılar. Bunların arasında təkamülçülərin ən çox etibar etdikləri təcrübə, 1953-cü ildə Amerikalı tədqiqatçı Stanley Miller tərəfindən aparılan və Miller Təcrübəsi ya da Urey-Miller Təcrübəsi olaraq adlandırılan təcrübədir.

Stanley Miller amin turşularının əmələ gələ biləcəklərini sübut etmək məqsədilə ibtidai dünyanın əmələ gəlmə mərhələsində mövcud olduğu ehtimal edilən ancaq daha sonralar həqiqi olmadığı bilən-bir atmosfer mühitini laboratoriyada qurdu, və işlərinə başladı.

Təcrübəsində ibtidai atmosfer olaraq istifadə etdiyi qarışıq-amonyak, metan, hidrogen və su buxarından əmələ gəlirdi.

Miller metan, amonyak, su buxarı və hidrogenin təbii şərtləri altında bir-biri ilə reaksiyaya girməyəcəklərini bilirdi. Bunları bir-biriləri ilə reaksiyaya girmək üçün xaricdən enerji gücləndirməsi etmək lazım olduğunu da bilirdi. Bu səbəblə bu enerjinin ibtidai atmosfer mühitində ildırımlardan qaynaqlanmış ola biləcəyini irəli sürdü. Bu fərziyəyə əsaslanaraq da apardığı təccrübələrində süni bir elektrik boşalma qaynağından istifadə etdi.

Miller bu qaz qarışığını bir həftə boyunca 100 C istilikdə qaynatdı. O biri tərəfdən də bu isti mühitə elektrik cərəyanı verdi. Həftənin sonunda Miller bankının dibində olan qarışıqdakı kimyəvi maddələri ölçdü və proteinlərin quruluşlarını əmələ gətirən gətirən 20 növ amin turşusundan 3-nün sintez olduğunu müşahidə etdi.

Təcrübə təkamülçülər arasında böyük bir sevinc yaratdı və çox mühüm bir nailiyyət kimi təqdim edildi. Bu təcrübənin öz nəzəriyyələrini qətiyyətlə isbat etdiyinə inanan təkamülçülər bundan aldıqları cəsarətlə o an ssenari hazırlamaq işinə girişdilər. Miller, sözdə amin turşularının öz-özünə əmələ gələ biləcəklərini sübut etmişdir. Buna əsaslanaraq, sonrakı mərhələlər ona uyğun izah edildi. Ssenarilər ibtidai atmosferdə meydana gələn amin turşuları daha sonra təsadüfən nəticətində uyğun düzülmələrdə birləşmiş və proteinləri əmələ gətirmişlər. Təsadüfən bu proteinlərin bəzilərində özlərini "hər necəsə", bir şəkildə əmələ gəlmiş hüceyrə pərdəsinə bənzər quruluşların içinə yerləşdirərək ibtidai hücyrəni əmələ gətirişlər. Hüceyrələrdə zamanla yan-yana gəlib birləşərək canlı orqanizmləri əmələ gətirmişdilər. Ssenarilərinin ən böyük sübutu isə Miller təcrübəsi idi.

Lakin Miller təcrübəsi uyğunsuzluğu bir çox nöqtədən sübut olunmuş bir göz boyamadan başqa bir şey deyildir.

Miller Təcrübəsinin Uyğunsuzluğu

Haradasa, əlli yaşına girən bu təcrübə, bir çox tərəfdən uyğunsuzluğu sübut olunduğu halda, bu gün hələ canlılığın sözdə öz-özünə əmələ gəlməsi haqqındakı ən böyük sübut olaraq təkamülçü ədəbiyyatda yerini qoruyur. Lakin, Miller təcrübəni inadlı və tək tərəfli təkamül məntiqi ilə deyil, elmi metodla qiymətləndirdiyində, vəziyyətin təkamülçülərə görə heç də o qədər ümid verici olmadığı görülür. Çünki, hədəfini ibtidai dünya şərtlərində amin turşularının öz-özünə əmələ gələcəklərini sübut etmək olaraq göstərən təcrübə, bir çox yöndən bu hədəflə tutarsızlıq göstərməkdədir. Bunlar aşağıdakılardır:

Miller təcrübəsində, "soyuq tuzaq" (cold trap) adlı bir mexanizm istifadə edərək amin turşuları əmələ gəldikləri anda mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə, amin turşuları əmələ gətirən mühitin şərtləri, bu molekulları əmələ gəldikləri an məhv edərdi.

Halbuki, ultra bənövşəyi şüalar, müxtəlif kimyəvi maddələr, yüksək oksigen miqdarı və s. kimi ünsürlərdən ibarət olan ibtidai dünya şərtlərində, bu növ şüurlu sistemin olduğunu düşünmək belə mənasızdır. Bu mexanizm olmadan, hər hansı bir növ amin turşusu əldə edilsə belə bu molekullar eyni mühitdə o an parçalanacaqdır.

Millerin təcrübəsində canlandırmağa çalışdığı əsas atmosfer mühiti həqiqi deyildir. Miller süni mühitdə olması lazım olan azot və karbondioksidə əhəmiyyət vermirdi, bunların yerinə metan və amonyak istifadə etməyə üstünlük verirdi.

Bəs təkamülçülər nə üçün ibtidai atmosferdə daha çox metan (CH4), amonyak (NH3) və su buxarının (H2O) olduğu mövzusunda israr etmişdilər? Cavab sadədir: Amonyak olmadan, bir amin turşusunun sintez olması mümkün deyildir. Kevin M. Kean Discover jurnalında nəşr olunan məqalədə bu vəziyyəti belə bildirir:

Miller və Urey dünyanın keçmiş atmosferinə metan və amonyak qarışdıraraq oxşatmağa çalışdılar. Onlara görə dünya metal, qaya və buzun homogen bir qarışığı idi. Lakin son işlərdə o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi qəbul olunmuşdur. Beləcə o dövrdəki kimyəvi atmosferin daha çox azot (N2), karbondioksid (CO2) və su buxarından (H2O) əmələ gəlməsi lazım gəlirdi. Lakin bunlar orqanik molekulların əmələ gəlməsi üçün amonyak və metan qədər uyğun deyildilər. 68

Uzun sürən bir səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.

Millerin təcrübəsini uyğunsuz edən digər bir mühüm nöqtə də, amin turşuların əmələ gəldiyi irəli sürülən dövrdə, atmosferdə amin turşularını hamısını parçalayacaq sıxlıqda oksigen aşkar olunması idi. bu miqdardakı oksigen isə amin turşularının əmələ gəlməsinə qəti olaraq mane olacaqdır. Bu vəziyyət, oksigen diqqətə alınmadan aparılmış olan Miller təcrübəsini tamamilə uyğunsuz etdi. Əgər təcrübədə oksigen istifadə olunsaydı metan, karbondioksid və suya, amonyak isə azot və suya çevriləcəkdi.

Digər tərəfdən, hələ ozon təbəqəsi olmadığından çox sıx miqdarlardakı ultrabənövşəyi şüalarına qarşı müdafiəsiz olan günya üzərində hər hansı bir orqanik molekulun yaşaması da mümkün deyildir.

Miller təcrübənin nəticəsində sadəcə olaraq canlılıq üçün lazımlı olan amin turşuları əldə edilməmiş, bunlardan daha çox miqdarda canlıların quruluş və funksiyalarını pozucu xüsusiyyətlərə sahib olan orqanik turşular da əmələ gəlmişdi. Amin turşularının, təcrid edilməyib də bu kimyəvi maddələrlə eyni mühitdə saxlanılmaları halında isə, bunlarla kimyəvi reaksiyaya girib parçalanmaları və fərqli birləşmələrə çevrilmələri qaçılmazdır. Bundan başqa amin turşular da çıxmışdı. Sadəcə olaraq bu amin turşularının varlığı, təamül nəzəriyyəsini öz məntiqi içində belə çürüdürdü. Çünki, sağ əlli amin turşuları canlı quruluşunda istifadə olunmayan və proteinlərin quruluşuna qarışdıqları zaman yararsız hala gətirən amin turşularıdır.

Nəticə olaraq Millerin təcrübəsindəki amin turşuların əmələ gəldiyi mühit canlılıq üçün əlverişli deyil, əksinə ortaya çıxacaq işə yarayan molekulları parçalayıcı, yandırıcı bir turşu qarışığı xüsusiyyətindədir.

Əslində bu təcrübə ilə təkamülçü, bir mənada təkamül nəzəriyyəsini öz əlləri ilə çürütmüşdülər. Çünki təcrübə amin turşularının təsadüfən deyil, ancaq bütün şərtləri xüsusi olaraq tənzimlənmiş nəzarətli bir laboratoriya mühitində, ağıllı müdaxilələr nəticəsində əldə edilə biləcəyini nəzərə çatdırmışdır.

Yəni canlılığı ortaya çıxaran güc, şüursuz təsadüflər deyil, ancaq yaradılış ola bilər. Bu səbəblə də hər mərhələsi, bizlərə Allahın varlığını və gücünü sübut edən bir dəlildir.

Möcüzə Molekulu DNT

Canlılığın mənşəyini təsadüflərlə izah etmə cəhdinə olan təkamül nəzəriyyəsi hüceyrənin quruluşunun ən təməlindəki bu molekulların varlığına belə tutarlı bir izah verməmişkən, genetika elmindəki irəliləmələr və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi, nəzəriyyə üçün yeni bir çıxılmaz vəziyyət əmələ gəlirdi.

1955-ci ildə James Watson və Francis Criekin DNT haqqındakı gördükləri işlər, biologiyada yeni bir cığır açdı. Bir çox elm adamı, genetika mövzusuna yönəldi. İllərlə davam edən araşdırmalar nəticəsində bu gün, DNT-nin quruluşu böyük ölçüdə aydınlaşdı.

dna

The molecule called DNA contains the complete construction plan of the human body.

Burada DNT-nin quruluşu və işi haqqında çox təməl bir çox məlumat vermək yerinə düşərdi:

Vücuddakı 100 trilyon hüceyrənin hər birinin nüvəsində olan DNT adlı molekul, insan vücudunun əskiksiz bir quruluş planından ibarətdir. Bir insana aid bütün xüsusiyyətlərin məlumatları, xarici görünüşündən iç orqanların qürülüşlarına qədər DNT-nin içində xüsusi bir şifrə sistemi ilə yazılıdır. DNT-dəki məlumat, bu molekulu əmələ gətirən 4 xüsusi düzülüş sırası ilə kodlanmışdır. Nuklein adı verilən bu molekullar, adlarının baş hərfləri olan A, T, G, C ilə ifadə edilirlər. İnsanlar arasındakı bütün quruluş fərqləri, bu hərfin düzülüş sıraları arasındakı fərqdən əmələ gəlir. Bir DNT molekulunda təqribən 3,5 milyard niklein, yəni 3,5 milyard hərf var.

Bir orqana yada bir proteinə aid olan DNT üzərindəki məlumatlar, gen adı verilən xüsusi hissələrdə yer tutur. Məsələn, gözə aid məlumatlar bir cərgə xüsusi gendə ürəyə aid məlumatlar bir cərgə başqa gendə olur. Hüceyrədə protein hazırlanması da bu genlərdəki məlumatlar istifadə edilərək həyata keçirilir. Proteinlərin quruluşunu əmələ gətirən amin turşuları, DNT-də yer tutan üç nukleinin ard-arda sıralanması ilə ifadə edilmişdir. Burada diqqət edilməsi dazım olan bir nöqtə vardır. Bir geni əmələ gətirən nukleidlərdə meydana gələcək bir sıralama xətası, o geni tamamilə işə yaramaz hala gətirəcəkdir. İnsan vücudunda 200 min gen olduğu nəzərə alınarsa, bu genləri əmələ gətirən milyonlarla nukleinin doğru sıralamada təsadüfən əmələ gələ bilmələrinin mümkünsüzlüyü daha yaxşı başa düşülür. Təkamülçü bir bioloq olan Salisbury bu mümkünsüzlüklə əlaqədar olaraq bunları deyir:

Orta böyüklükdəki bir protein molekulu, təqribən 300 amin turşusundan ibarətdir. Buna nəzarət edən, DNT zəncirində isə, təqribən 1000 nuklein olacaqdır. Bir DNT zəncirində 4 növ nuklein olduğu xatırlanarsa, 1000 nukleinlik bir cərgə, 4 1000 fərqli şəkildə ola biləcəkdir. Kiçik bir loqarifma hesabı ilə olan bu rəqəm isə, ağlın qavrama sərhəddinin çox xaricindədir.69

41000-də bir, "kiçik bir loqarifma hesabı" nəticəsində, 10620-də bir mənasına gəlir. Bu say 1-in yanına 620 sıfır əlavə olunması ilə əldə edilir. 1-in yanında 12 sıfır 1 trilyonu ifadə edərkən, 620 sıfırlı bir rəqəm həqiqətən də qavranması mümkün olmadan bir saydır.

Prof. Dr. Əli Dəmirsoy da bu mövzuda bu etirafı etmək məcburiyyətində qalır:

Tərkibində bir proteinin və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə şansı ehtimallarının çox xaricində olan bir ehtimalıdır. Hətta müəyyən bir protein zəncirinin ortaya çıxma şansı astronomik deyiləcək qədər azdır.70

Bütün bu imkansızlıqlarla yanaşı, DNT çox çətin reaksiyaya girən bir quruluşa sahibdir. Çünki, DNT cüt zəncirdən əmələ gəlmiş sıx bir spiral şəklindədir. Bu baxımdan da canlılığın təməli olması düşünülə bilməz.

Bundan başqa, yalnız bir qrup maddələrin yardımı ilə bərabərləşə bilərkən, bu maddələrin sintezi də ancaq DNT-dəki məlumatlar istiqamətində baş verir. Hər ikisi də bir-birindən asılı olduğuna görə, bərabərləşmənin meydana gələ bilməsi üçün ikisinin də eyni anda mövcud olmaları lazımdır. Ya da ikisindən birinin daha əvvəl "yaradılmış" olması zəruridir. Amerikalı mikrobioloq Homer Jacobson, bu mövzuda belə deyir:

İlk insanın ortaya çıxdığı zaman, çoxalma planlarının, ətrafdan maddə və enerji təmin etmənin, böyümə sırasının və məlumatları böyüməyə çevirəcək mexanizmlərin hamısına aid əmrləri o anda birlikdə olmaları lazım gəlir. Bunların hamısının kombinasiyası isə təsadüfən baş verə bilməz.71

Yuxarıdakı idealar 1955-ci ildə, yəni James Watson və Trancikes Crick tərəfindən DNT-nin quruluşunun aydınlaşdırılmasından iki il sonra yazılmışdır. Ancaq elmdəki bütün inkişaflara baxmayaraq, bu məsələ təkamülçülər üçün həllini tapmayaraq qalır. Qısaca, çoxalmada DNT-yə duyulan ehtiyac, bu çoxalma üçün bəzi proteinlərin mövcud olma zəruriliyi və bu proteinlərin də DNT-dəki məlumatlara görə hazırlanma məcburiyyəti, təkamülçü fikirləri çox konkret bir şəkildə çürütməkdədir.

Məsələn, Alman alimlərindən Junker və Scherer də kimyəvi təkamül üçün lazımlı olan molekulların hamısının sintezinin ayrı-ayrı şərtlər tələb etdiyini və nəzəri olaraq belə əldə edilmə üsulu bir-birindən fərqli bir çox maddənin bir yerə gəlmə şansının heç olmadığını belə açıqlayır:

İndiyə qədər kimyəvi təkamül üçün lazımlı molekulların əldə edəcəyi bir təcrübə bilinməkdədir. Buna görə də, müxtəlif molekulların müxtəlif yerlərdə çox uyğun şərtlərdə hazırlanıb, hidroliz və fotoliz kimi zərərli təsirlərə qarşı qorunub, yeni bir reaksiya sahəsinə daşınması lazım gəlir. Burada təsadüfən söz gedə bilməz, çünki belə bir hadisənin öz-özünə baş vermə ehtimalı yoxdur. 72

Qısacası, təkamül nəzəriyyəsi, molekulyar səviyyədə baş verdiyi iddia edilən təkamül əmələ gəlmələrindən heç birini sübut edə bilməmişdir. RNT molekulunun necə olur ki, özünə bir hüceyrə pərdəsi tapdığı daha sonra hüceyrə orqanlarını necə ortaya çıxardığı kimi bir çox sual cavabsız gözləməkdədir.

Buraya qədər bildiklərimizdən qısaca nəticə çıxarsaq, nə amin turşuları, nə də bunlardan meydana gələn və canlıların hüceyrələrini əmələ gətirən proinlər, "ibtidai atmosfer" adı verilən mühitlərdə heç bir şəkildə hazırlana bilməmişlər. Bundan başqa, proteinlərin inanılmaz mürəkkəblikdəki kimyəvi quruluşları, sağ əl, sol əl xüsusiyyətləri, peptid bağlarının əmələ gəlməsindəki çətinliklər kimi faktorlar, proteinlərin gələcəkdə də bu cür təcrübələrdə hazırlanmalarının mümkün olmadığını göstərməkdədir.

Qaldı ki, proteinlərin təsadüfi bir şəkildə əmələ gəldikləri bir an üçün fərz edilsə, belə bu heç bir şey ifadə etməz, çünki proteinlər tək başlarına heç bir məna ifadə etməzlər. Çünki, proteinlər özlərini çoxaltmırlar. Ancaq DNT və RNT molekullarında şifrlənmiş məlumat sayəsində protein sintezi edilə bilər. DNT və RNT olmadan bir proteinin çoxaldılması mümkün deyildir. DNT-də şifrəli olaraq qeyd edilmiş 20 ayrı növ amin turşusunun müəyyən bir şəkildə sıralanması, vücuddakı hər bir proteinin qürülüşünü müəyyən edir. Lakin, əvvəlki bölmələrdə də izah etdiyimiz kimi DNT və RNT-nin təsadüflərlə meydana gəlməsi ehtimal xaricindədir.

Yaradılış Həqiqəti

Təkamül nəzəriyyəsinin bütün sahələrdə süqut etməsindən sonra müasir dövrdə mikrobiologiyanın mühüm alimləri, yaradılış həqiqətini qəbul etmiş və hər şeyin bilikli bir Yaradıcı tərəfindən üstün bir yaradılışla yaradıldığını müdafiə etməyə başlamışdılar. Necə ki, bu çox vacib bir həqiqətdir. "Ancaq şüurla" hadisələri dəyərləndirə bilən bu elm adamları aralarında (İntellegent Design) "Elmli Dizayn" adını verdikləri bir görüşü inkişaf etdirmişdilər. Bhs edilən elm adamlarının öndə gedən adlarından Michael J. Behe, Yaradıcının mütləq varlığını qəbul etdiyini və bu həqiqəti rədd edənlərin içinə düşdükləri çıxılmaz vəziyyəti belə dilə gətirir:

Hüceyrəni əmələ gətirmək üçün həyata keçirilən bütün cəhdlər, çox açıq bir şəkildə, bağıra-bağıra tək bir nəticə verirdi: "Dizayn!" bu nəticə o cür aydın idi ki, elm tarixindəki ən mühüm kəşflərdən biri olaraq görülməli idi... Bu qələbə, on minlərlə insanın "Evreka" çığırtıları ilə bu böyük kəşfi qeyd etmələrinə yol açmalı idi... Amma, heç bir sevinc ifadə edilmədi. Əksinə, hüceyrədə kəşf edilən mürəkkəbliyin qarşısında, utancaq bir səssizlik hakim oldu. Mövzu xalqa açıq bir mühitdə gündəmə gətirilərkən, çox elm adamı bundan narahat olurlar. Şəxsi dialoqlarda isə bir az rahatdırlar, çoxu kəşf etdikləri açıq həqiqəti qəbul edir, amma sonra yerə baxıb başlarını aşağı salırlar və heç bir şey olmamış kimi davranmağa davam edirlər. Bəs nə üçün? Nə üçün elm dünyası kəşf etdiyi böyük həqiqətə sahib çıxmır? Nə üçün ortaya çıxan dizayn intellektual əlcəklərlə kənarından tutulur? Çünki, şüurlu bir dizayn qəbul etmək, istər-istəməz onları Tanrının varlığını qəbul etməyə çağırırdı.73

Bu gün bir çox adam, Allaha inanmaqdansa, elm adı ilə bir çox cəfəngiyyatı əvvəldən qəbul etmək məcburiyyətində qaldığının fərqində belə deyil. "Səni yoxdan Allah var etdi" cümləsini kifayət qədər elmi hesab etməyənlər ilk canlının milyardlarla il öncə "ibtidai dəniz" adı verilən bir maye qarışıma düşən ildırımlarla ortaya çıxdığına inana bilirlər...

Lakin, canlılığı əmələ gətirən tarazlıqlar, bu kitabın digər bölümlərində də ələ alındığı kimi, o cür həssas və sayına görə də o qədər çoxdur ki, bunların "təsadüfən" əmələ gəldiklərini irəli sürmək, ağılsız bir fikirdir. Bu məntiqsizliyin içindən bir cür çıxıb qurtulmalar nə qədər çalışsalar çalışsınlar, göylərdə və yerdə Allahın varlığının dəlilləri tamam açıqdır və əsla inkar edilməzdir.

Allah göylərin, yerin və ikisi arasındakıların Yaradıcısıdır.

Onun varlığının dəlilləri bütün kainatı sarıb əhatə etmişdir.

sarı laleler

Qeydlər

55. Charles Darwin, The Origin of Species: By Means of Natural Selection or the Preservation of Favoured Races in the Struggle for Life, London: Senate Press, 1995, s. 134.

56. Derek A. Ager. "The Nature of the Fossil Record". Proceedings of the British Geological Association, vol. 87, no. 2, (1976), s. 133.

57. T. N. George. "Fossils in Evolutionary Perspective", Science Progress. vol. 48, (January 1960), s. 1, 3

58. Richard Monestarsky, Mysteries of the Orient, Discover, Nisan 1993, s.40.

59. Stefan Bengston, Nature 345:765 (1990).

60. Earnest A. Hooton, Up From The Ape, New York: McMillan, 1931s. 332.

61. Stephen Jay Gould, Smith Woodward's Folly, New Scientist, 5 Nisan 1979, s. 44.

62. Charles E. Oxnard, The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt, Natura, Sayı 258, s 389.

63. Richard Leakey, The Making of Mankind, London: Sphere Books 1981, s. 116.

64. Eric Trinkaus, Hard Times Among the Neanderthals, Natural History, Sayı 87, Aralık 1978, s.10; R. L. Holoway, "The Neanderthal Brain: What Was Primitive?", American Journal of Physical Anthrophology Supplement, Sayı 12, 1991, s. 94.

65. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları 1984, s. 61.

66.Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları 1984, s. 61.

67. Fabbri Britannica Bilim Ansiklopedisi, Cilt:2, sayı 22, s. 519.

68. Kevin McKean, Bilim ve Teknik, (Discover'dan tercüme) Sayı 189, s. 7.

69. Frank B. Salisbury, Doubts About the Modern Synthetic Theory of Evolution, s. 336.

70. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara: Meteksan Yayınları 1984, s. 39.

71. Homer Jacobson, Information, Reproduction and the Origin of Life, American Scientist, Ocak 1955, s. 121.

72. Reinhard Junker, Siegfried Scherer. "Entstehung Gesiche Der Lebewesen". Wegel, 1986. s. 89

73. Mıchael J.Behe, Darwin's Black Box, New York: Free Press, 1996, s. 232-233.