logo HARUN YƏHYA

Ön Söz

Ön Söz

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in hədisi-şəriflərində Axırzaman və bu müqəddəs dövrdə yer üzünə ikinci dəfə gələn hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s) haqqında çox təfərrüatlı məlumatlar var. Hədislərdə hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl dünyanın vəziyyəti, hz. Mehdi (ə.s)-ın zühur yeri və əlamətləri, fiziki xüsusiyyətləri, üstün əxlaqı, tələbələri və fəaliyyətləri, hz. İsa (ə.s) ilə birlikdə nələr edəcəkləri, Axırzamanın digər əhəmiyyətli şəxsləri və bu kimi çoxlu sayda ətraflı məlumatlar bildirilir.

Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar bu müjdələrinin şübhəsiz reallaşacağı mövzusunda Əhli-sünnə alimləri arasında razılaşma vardır. Hədis imamları hz. Mehdi (ə.s) haqqındakı hədislərin "mütəvadir" olduğunu bildirmişlər. "Təvadür" sözünün mənası "doğru xəbər, doğruluğundan şübhə edilməyən və bir camaata bağlı doğru xəbər" deməkdir. (Büyük Lugat-Tür-Dav, 3003)

Hədis alimlərinə görə, bir xəbər çoxlu adamlar tərəfindən rəvayət edilirsə buna "mütəvadir" xəbər deyilir. Həm də hədis alimləri mütəvadir qəbul edilən hədislərin ravilərinin (hədisi nəql edən kəslər) araşdırılmayacağı və mütəvadir hədislə bağlı sorğu-sual edilməyəcəyi baxımdan həmfikirdirlər.

Dünyada demək olar ki, hər gün yaşanan yeniliklər, yaşadığımız dövrün “Axırzaman” olduğunun və "hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın vəzifə başında olduqlarının və onların vəsiləsi ilə yaşanacaq Qızıl əsrin yaxınlaşdığının" xəbərçisidir. Axırzaman əlamətləri hədislərdə "bir təsbehin dənələri kimi bir-birinin ardınca" sözləri ilə ifadə edildiyi kimi ard-arda baş vermişdir və hələ də həyata keçməkdədir. Axırzamanla əlaqədar hədislərin mütəvadir olduğunun ən əhəmiyyətli dəlillərindən biri də, yüzlərlə əlamətin bir-birinin ardınca, son 30 il ərzində təsdiqlənməsidir.

Mübarək Peyğəmbərimiz (s.ə.v)-in 1400 il bundan əvvəl xəbər verdiyi hadisələrin, həm də eynilə təsvir etdiyi şəkildə reallaşması, Allahın Peyğəmbərimiz (s.ə.v)-ə lütf etdiyi möcüzədir. Eynilə Rəsulullah (s.ə.v)-in söylədiyi şəkildə hicri 1400-cü ilin başlamasıyla bərabər Fəratın suyu kəsilmiş, İran-İraq müharibəsi baş vermiş, Kəbədə qanlı hücum olmuş, Ramazan ayında 15 gün ara verməklə ay və günəş tutulmaları olmuş, Əfqanıstan, İraq işğal edilmiş, Bağdad alova bürünmüş, Halley quyruqlu ulduzu çıxmış, İraqın Küveyti işğalı əsnasında neft quyularının yandırılması ilə şərqdən bir atəş görünmüş, 11 sentyabrda Amerikadakı əkiz qüllələrə hücum edilməsilə tozlu, tüstü, qaranlıq bir fitnə zühur etmiş, Şam və Misir məlikləri öldürülmüş, Azərbaycan işğal edilmiş, iki quyruqlu, digər ulduzlara əks istiqamətində hərəkət edən, çox parlaq olan Lulin quyruqlu ulduz görülmüş və bu şəkildə yüzlərlə əlamət təsdiqlənmişdir.

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Ön Söz Peyğəmbərimiz (s.ə.v) İslam Əxlaqının Hicri 1400-cü Illərdə Hakim Olacağını Müjdələmişdir 001-008 Hz. Mehdi (ə.s)-ı İnkar Edənlərin Vəziyyəti 009-012 Hz. Mehdi (ə.s)-ın Soyu (Nəsəbi) 013-021 Hz. Mehdi (ə.s)-ın Doğumu 022-025 Hz. Mehdi (ə.s) və İstanbul 026-034 Hz. Mehdi (ə.s)-ın Çixiş Zamani 035-041 Hz. Mehdi (ə.s)-ın Zühuru və Taninmasi 042-045 Xalqin Böyük Qisminin Əvvəldə Onu Taniya Bilməməsi 046-050 Zamani Gəldiyində Taninar 051-062 Hz. Mehdi (ə.s)-ın Adi 063-135 Hz. Mehdi (ə.s)-ın Fiziki Xüsusiyyətləri 136-225 Hz. Mehdi (ə.s)-ın Çixdiği Dövrün Ümumi Xüsusiyyətləri 226-264 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Böyük Hadisələr 265-276 Hz. Mehdi (əs)-ın Gəlişini Müjdələyən Mühüm Hadisələr 177-295 Hz. Mehdi (Əs)-ın Çixişini Xəbər Verən Təbiət Hadisələri 296-327 Hz. Mehdi (ə.s)-ın Çixişini Xəbər Verən Texnoloji İnkişaflar 328-350 Hz. Mehdi (ə.s)-ın Həyatindaki Bəzi Dövrlər 351-372 Hz. Mehdi (ə.s) Dünyaya Sülh və Dinclik Gətirəcək, Bütün İnsanlar Tərəfindən Çox Seviləcək 373-427 Hz. Mehdi (ə.s)-ın Gözəl Əxlaqi 428-460 Hz. Mehdi (ə.s)-ın Elmi 461-463 Mehdiyyətin Mənasi və Əhəmiyyəti Hz. Mehdi (ə.s) Tərəfindən Açiqlananacaqdir 464-470 Hz. Mehdi (ə.s) və Əhli-Kitab 471-475 Hz. Mehdi (ə.s) Dövründə Din Peyğəmbərimiz (s.ə.v) Dövründəki Kimi Yaşanacaq 476-494 Axirzamandaki Bəzi Cahil Müsəlmanlarin Vəziyyəti 495-538 Hz. Mehdi (ə.s)-ı Bizə Tanidan Digər Hədislər 539-545 Hz. İsa (ə.s) və Hz. Mehdi (ə.s) 546-598 Hz. Mehdi (ə.s)-ın Tələbələrinin Xüsusiyyətləri 599-610 Aralarindan Ayrilanlar da Olar 611-616 Hz. Mehdi (ə.s) və Axirzamandaki Əhəmiyyətli Şəxslər 617-644 Dəccal ilə Əlaqədar Əlamətlər 645-655 Hz. Mehdi (ə.s) Dövründə Qan Axidilmayacaq, İslam Əxlaqi Elmi İşlərlə Bütün Dünyaya Hakim Olacaq İslam Əxlaqinin Dünya Hakimiyyətini Müjdələyən Ayələr Böyük İslam Alimlərinin Mehdiyyətə İşarə Etdiyini Bildirdikləri Ayələr