Dəniz Canlılarından Fosil Nümunələri

bivalve, bivalves, fossil

Selakant

Dövr: Yura
Yaş: 145 milyon il
Ərazi: Zolnhofen formasiyası, Eyxştatt, Almaniya

bivalve, bivalves, fossil

Sardina

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Sardina balıqları sürü şəklində yaşayan balıqlardır. 54-37 milyon illik bu fosildə bir neçə sardinanın eyni anda birlikdə fosilləşdiyi görünür. Bu fosil sardina balıqlarının sahib olduqları bütün xüsusiyyətlərlə bir anda yaradıldıqlarının və on milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmadıqlarının dəlilidir.

Canlının fosili sardina balığının kəllə quruluşunu, bədəninin altındakı və üstündəki kiçik üzgəclərini, iki hissəyə ayrılmış quyruq formasını çox dəqiq şəkildə göstərir. Sardina balıqları da kainatdakı bütün canlılar kimi üstün güc və ağıl sahibi Rəbbimizin əsəridir.

Dəniz Ulduzu

Dövr: Ordovik
Yaş: 500 - 440 milyon il
Ərazi: Mərakeş

Dəniz ulduzları əksər hallarda dənizin dibində yaşayırlar, 7000 metr dərinlikdə yaşayan növlərinə rast gəlinir. Təxminən yarım milyard ildir heç dəyişmədən nəsillərini davam etdirən bu canlılar qarşısında təkamülçülər çarəsizdirlər. Çünki həmin canlılar on milyon deyil, yüz milyon deyil, iki yüz milyon deyil, təxminən beş yüz milyon ildir ki, eynidirlər. Əgər təkamülçülərin iddiaları doğru olsa idi, dəniz ulduzları beş yüz milyon illik zaman ərzində çoxdan başqa canlılara çevrilər, bu əsnada yarı dəniz ulduzu, yarı başqa bir heyvan olan bir çox qəribə canlının qalığı dövrümüzə qədər gələrdi. Ancaq fosil qeydlərində təkamülçülərin bu iddialarının heç bir dəlili yoxdur.

Şəkildəki 500 milyon illik dəniz ulduzunun da sübut etdiyi kimi, dəniz ulduzları hər zaman dəniz ulduzu olaraq mövcud olublar, başqa bir canlıdan törəyib, başqa bir canlıya çevrilməyiblər.

bivalve, bivalves, fossil

Siyənək

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Fosil qeydlərinin hər baxımdan təkamül nəzəriyyəsini açıq şəkildə təkzib etdiyi görünür. Şəkildəki siyənək fosili 54-37 milyon yaşındadır. 54-37 milyon il əvvəl yaşayan siyənək balıqlarının fizioloji xüsusiyyətləri ilə dövrümüzdə yaşayan siyənək balıqları arasında heç bir fərq yoxdur. Siyənək balığının 54-37 milyon illik fosili tədqiq edildikdə balığın kəllə quruluşunun, üzgəclərinin və quyruq formasının heç dəyişmədiyinə şahid oluruq. Siyənək fosilləri də digər nümunələr kimi bütün canlıların uca Allah tərəfindən yaradıldığını sübut edir.

bivalve, bivalves, fossil

Sarqan

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Əgər darvinistlərin iddia etdiyi kimi canlılar bir-birlərindən təkamül etsəydilər, iki fərqli canlının xüsusiyyətlərini daşıyan (məsələn, yarı sarqan, yarı siyənək; yarı akula, yarı balina; yarı alabalıq, yarı timsah və s.) bir çox fosil nümunəsinə rast gəlməli idik. Lakin belə bir fosilə heç rast gəlinməmişdir. Əslində, Darvin də hələ nəzəriyyəsini ortaya atarkən bu vəziyyətin özü üçün çıxılmaz girdab olduğunu görmüşdür. Buna görə “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin çətinlikləri” (Difficulties on Theory) adlı bölməsində belə yazmışdır:

“Əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəyibsə, nə üçün hər yerdə saysız-hesabsız keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi tam nizamlanmış növlər vardır? ...Keçmişdə yer üzündə yaşamış keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil?” (Charles Darwin, “The Origin of Species”, səh. 171, 280)

bivalve, bivalves, fossil

Favia mərcanı

Dövr: Devon
Yaş: 350 milyon il
Ərazi: Mərakeş

Təkamülçülər illərlə yeni xəyali iddialar ortaya atdılar və hər dəfə də bu iddialarını geri götürmək məcburiyyətində qaldılar. Bəzən fosilləri gizlətməyə çalışdılar, bəzən xəyali rekonstruksiyalar hazırladılar. Elmi jurnallarda xəyali təsəvvürləri ilə çəkdikləri keçid fosillərini jurnalın üz qabığında dərc etdilər, lakin qısa müddət ərzində hazırladıqları yeni nömrələrdə üzr istəmək məcburiyyətində qaldılar. Çünki yerin altından çıxarılan fosil qalıqları təkamülçülərin iddialarını məhv etdi.

Şəkildə görünən 350 milyon illik mərcan yaradıldığı ilk gündən dövrümüzə qədər heç dəyişməmişdir. Bu fosil də eynilə digər milyonlarla fosil kimi darvinizmin yalnız azğın ideologiya olduğunu, elmlə heç bir əlaqəsinin olmadığını sübut edir.

bivalve, bivalves, fossil

Gitara Skatı

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

95 milyon il əvvəlki gitara skatı ilə dövrümüzdəki gitara skatı uzun-nazik quyruğu, bədənindən çıxan kiçik üzgəcləri və konusu xatırladan kəllə quruluşu baxımından tamamilə eynidir.

Bir çox heyvan özünə xas quruluşu ilə o qədər ayırd edilə bilən şəkildə fosilləşmişdir ki, fosil qalıqlarını müşahidə edən alimlər təkamül nəzəriyyəsinin tarixə çevrildiyini qəbul etmək məcburiyyətində qalıblar. Allahın üstün yaratmasının izləri olan fosillər təkamülçülərin yalanlarını günbəgün ortaya çıxarır.

Gitara skatı on milyonlarla ildir dəyişmədən qalan canlılara sadəcə bir nümunədir. Bütün təfərrüatları ilə qorunmuş milyonlarla fosil təkamülün yalan, yaradılışın isə həqiqət olduğunu bizə göstərir və insanlara kainatdakı mükəmməlliyin təsadüfən yaranmadığını izah edir.

21-ci əsr, Allahın izni ilə, darvinist saxtakarlığın məğlub edildiyi müqəddəs dövr olacaq.

bivalve, bivalves, fossil

Angvil

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Fərqli növlərə aid fosillərin fosil qeydlərində mövcud olduqları müddət ərzində heç bir dəyişiklik göstərməməsi Darvinin “Növlərin mənşəyi”ni yayımlamasından əvvəl belə paleontoloqların bildiyi həqiqətdir. Darvin gələcək nəsillərin bu boşluqları dolduran yeni fosil tapıntıları əldə edəcəklərinə dair fikir irəli sürüb. Lakin aradan keçən 150 il boyu aparılan bütün paleontoloji araşdırmalar nəticəsində fosil qalıqlarının Darvinin bu proqnozunu təsdiq etmədiyi açıq-aydın görünür.

Şəkildə görünən angvil də 95 milyon il keçməsinə baxmayaraq, zərrə qədər dəyişiklik keçirməmiş, təkmilləşməmiş və başqa canlıya çevrilməmişdir.

bivalve, bivalves, fossil

Dəniz Atı

Dövr: Pliosen
Yaş: 3 milyon il
Ərazi: İtaliya

Dəniz atları xarici görünüşləri və olduqca xüsusi nizama malik olan ümumi quruluşları ilə diqqət çəkən canlılardır. Boyları 4-30 sm arasında dəyişən dəniz atları, əksərən, sahil zonalarında yosunların və digər bitkilərin arasında yaşayırlar. Sahib olduqları qoruyucu sümükvari zireh bu heyvanları təhlükələrdən qoruyur. Zireh o qədər möhkəmdir ki, qurumuş ölü dəniz atını əlinizlə qırmağınız, demək olar ki, mümkün deyil. Şəkildəki 3 milyon illik dəniz atı canlıların təkamül keçirmədiyini, hamısını Allahın yaratdığını söyləyir.

bivalve, bivalves, fossil

Skumbriya

Dövr: Miosen
Yaş: 5 milyon il
Ərazi: İtaliya

Bu günə qədər əldə edilən 100 milyon fosilə baxdıqda bir həqiqət görünür: o da canlıların təkamül keçirməməsidir. Əgər canlılar təkamül keçirsə idi, məsələn, skumbriyalar başqa canlı növündən dəyişərək bugünkü hallarına çevrilsə idilər, bu halda, dövrümüzdəki skumbriyalarla bundan milyonlarla il əvvəl yaşayanlar arasında çoxlu fərqlər olmalı idi. Lakin belə bir fərq yoxdur. Bugünkü skumbriyalar necədirsə, 5 milyon il bundan əvvəl yaşayanlar da elədir və bunun mənası aydındır: elmi tapıntılar təkamülün yalan olduğunu deyir.

bivalve, bivalves, fossil

Qulaqlı Xanı Balığı, Siyənək Balığı

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Canlıların milyonlarla ildir heç dəyişmədiklərini göstərən yaşayan fosillər təkamül nəzəriyyəsinə ağır zərbə vurur. Məlum olduğu kimi, təkamül nəzəriyyəsi ancaq dəyişən mühit şərtlərinə uyğunlaşa bilən canlıların həyatda qaldığını, bəzi xəyali təsadüfi dəyişikliklərin təsiri ilə canlıların təkamül vasitəsilə başqa canlılara çevrildiyini iddia edir. Yaşayan fosillər isə nəzəriyyənin növlərin vaxt keçdikcə dəyişən mühitə görə dəyişiklik keçirdiyi iddiasının əsassız nağıldan ibarət olduğunu ortaya qoyur.

bivalve, bivalves, fossil

Zirehli Durnabalığı

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Bu günə qədər əldə edilən yüzlərlə zirehli durnabalığı fosili bu canlıların milyon illərdir cüzi dəyişikliyə belə məruz qalmadıqlarını göstərir. Şəkildə görünən 54-37 milyon illik zirehli durnabalığı ilə dövrümüzdə dənizlərdə yaşayanlar arasında heç bir fərq yoxdur. Bu eynilik darvinistlərin açıqlaya bilmədikləri vəziyyətdir və yenə yaradılış həqiqətini sübut edir.

bivalve, bivalves, fossil

Yengəc

Dövr: Oliqosen
Yaş: 37 - 23 milyon il
Ərazi: Danimarka

Fosil qalıqları darvinistlərin təxminən 150 ildir önə sürdükləri “keçid forma fosilləri tapılmayıb, lakin sonrakı dövrdə tapıla bilər” arqumentinin artıq qüvvədə olmadığını göstərir. Fosil tapıntıları canlılar aləminin mənşəyini anlamaq üçün kifayət qədər zəngindir və qarşımıza aydın cədvəl çıxarır: fərqli canlı növləri aralarında təkamül xarakterli keçid formaları olmadan, yer üzündə bir anda və müxtəlif quruluşları ilə ayrı-ayrılıqda ortaya çıxıb. Bunun mənası isə aydındır: canlıları Allah yaradıb.

Bu həqiqəti göstərən tapıntılardan biri də şəkildə görünən 37-23 milyon il yaşındakı yengəc fosilidir.

bivalve, bivalves, fossil

Skat

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Skatlar qığırdaqlı dəniz canlılarındandır. Hər hansı bir təhlükə ilə qarşı-qarşıya qaldıqda quyruqlarındakı zəhərli iynəni batıraraq özlərini müdafiə edirlər. Gözləri bədənlərinin üzərində, ağızları isə bədənlərinin altında yerləşir. Yemlərini akulalar kimi iybilmə bacarıqlarından və elektrik reseptorlarından istifadə etməklə tapırlar. Çox vaxt yalnız gözləri və quyruqları görünən tərzdə dənizin dibində gizlənmiş formada yaşayırlar.

Şəkildəki fosil skatların təkamül keçirmədiyini göstərən dəlildir. 50 milyon il əvvəlki skatlar dövrümüzdəkilərdən fərqlənmirlər. Milyonlarla il keçməsinə baxmayaraq, skatların quruluşunda dəyişiklik olmamışdır. Təkamülçülərin iddiaları doğru olsa idi, bu zaman ərzində skatlar müxtəlif mərhələlərdən keçməli və bu mərhələləri göstərən kifayət qədər fosil olmalı idi. Lakin tapılan hər fosil dövrümüzdəki skatlarla keçmişdə yaşayanların eyni olduğunu göstərir, yəni təkamülçülərin iddiasını təkzib edir.

bivalve, bivalves, fossil

Kalmar

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Kalmarların tarix boyu hər zaman kalmar kimi mövcud olduqlarının sübutu olan şəkildəki 95 milyon illik fosil təkamülçülərin iddialarına meydan oxuyur. Kalmarların təkamül keçirdiyinə dair ən kiçik bir dəlil belə önə sürə bilməyən təkamülçülər fosil qeydləri qarşısında pərişan haldadırlar.

bivalve, bivalves, fossil

Siyənək

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Yaşayan fosillər canlıların təkamül keçirmədiklərini, yaradıldıqlarını göstərir. Növlər dövrümüzdəki bədən quruluşlarını təkamülçülərin önə sürdüyü kimi təsadüfi dəyişiklik mərhələlərindən keçərək əldə etməyib. Hamısı uca Allah tərəfindən qüsursuz var edilib və həmişə yaradıldıqları formada yaşayıblar.

Şəkildə görünən siyənək balığı fosili də bu aşkar həqiqətin sübutlarından biridir. Milyon illər boyu heç bir dəyişikliyə məruz qalmayan siyənəklər mövcud olduqları ilk gün necə idilərsə, bu gün də elədirlər. Digər bütün fosillər kimi bu fosil də təkamül nəzəriyyəsinin yalanlar üzərində qurulduğunu söyləyir.

bivalve, bivalves, fossil

Pişik-Akula

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Darvinizmin elmdən kənar iddialarına görə, bitkilər, heyvanlar, göbələklər, bakteriyalar həmişə eyni kökdən gəliblər. Heyvanların 100-ə yaxın fərqli tipi (yəni molyusklar, buğumayaqlılar, qurdlar, süngərlər kimi başlıca kateqoriyalar) bir xəyali ortaq əcdaddan törəmişdir. Nəzəriyyəyə görə, onurğasız canlılar zaman ərzində (və təsadüfən) onurğa qazanaraq balıqlara, balıqlar amfibiyalara, onlar sürünənlərə, sürünənlərin bir qismi quşlara, bir qismi isə məməlilərə çevrilmişdir. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla illik uzun zamanı əhatə etmiş və mərhələ-mərhələ davam etmişdir. Bu vəziyyətdə iddia edilən uzun zamanı əhatə edən çevrilmə prosesi əsnasında saysız-hesabsız keçid növ yaranmalı və yaşamalı idi. Lakin belə bir keçid növün dəlilinə fosil izlərində heç rast gəlinməmişdir. Fosillər hər zaman şəkildəki 95 milyon illik pişik-akula kimi bütün xüsusiyyətləri ilə nöqsansız var olmuş və milyon illərdir heç dəyişməmiş canlıların varlığını göstərir. Bu da təkamülün fosillər qarşısındakı məğlubiyyətinin xəbərçisidir.

bivalve, bivalves, fossil

Yengəc

Dövr: Eosen dövrü
Yaş: 50 milyon il
Ərazi: ABŞ

Fosil qeydlərinin ən nəzərəçarpan xüsusiyyətlərindən biri canlıların müşahidə edildiyi geoloji dövrlər boyu dəyişikliyə məruz qalmamalarıdır. Başqa sözlə, bir canlı növü fosil qeydlərində ilk olaraq necə üzə çıxıbsa, bu növ nəsli kəsilənə qədər və ya bu günə çatana qədər on milyonlarla, hətta yüz milyonlarla il boyu heç bir dəyişiklik göstərmədən eyni formanı qoruyub saxlayıblar. Bu, canlıların təkamül keçirmədiklərinin aşkar dəlilidir.

50 milyon ildir bütün xüsusiyyətlərini eynilə mühafizə edən, hər hansı bir dəyişikliyə məruz qalmayan yengəclər də bu dəlillərdən biridir. Bu gün yaşayan yengəclərlə milyon illər əvvəl yaşayanlar eynidir.

bivalve, bivalves, fossil

Qızılbalıq-Xanı

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Şəkildəki qızılbalıq-xanı (percopsidae) fosili bu canlıların milyon illərdir dəyişikliyə məruz qalmadığını, yəni təkamül keçirmədiyini göstərir. Əgər bir canlı milyon illər əvvəlki bütün xüsusiyyətləri ilə hal-hazırda qüsursuz şəkildə həyatını davam etdirirsə və heç bir dəyişiklik keçirmirsə, bu vəziyyət Darvinin iddia etdiyi mərhələli təkamül modelini tamamilə aradan qaldıran güclü dəlildir. Yer üzündə bunu sübut edən bir yox, milyonlarla nümunə mövcuddur. Sözügedən qızılbalıq-xanı fosili də bu sübutlardan sadəcə biridir.

bivalve, bivalves, fossil

Dəniz Kirpisi

Dövr: Daş kömür
Yaş: 295 milyon il
Ərazi: ABŞ

Dəniz kirpiləri dünyanın dörd tərəfində, dənizlərdə rast gəlinən echinoidea sinfinə daxil olan tikanlı dəniz canlılarındandır. Təxminən 300 milyon illik dəniz kirpisi fosilləri bu canlıların mürəkkəb quruluşları ilə birlikdə yüz milyon illərdir mövcud olduqlarını göstərir. Bu zaman ərzində quruluşlarında dəyişiklik olmamış, hər hansı keçid mərhələsindən keçməmişlər. Darvinistlər bu fosillər qarşısında çarəsizdirlər. Çünki bu fosillər darvinistlərin iddia etdiyi təkamül prosesinin heç vaxt baş vermədiyinin sübutudur.

bivalve, bivalves, fossil

Balıq Əsgərlər

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Fosil qeydləri canlıların on, hətta çox vaxt yüz milyon illərdir heç dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini göstərir. Bu aşkar həqiqət darvinizm üçün ciddi problemdir və kifayət qədər təkamülçü də bu vəziyyətin fərqindədir. Məsələn, təkamülçü paleontoloq Stiven M.Stenli darvinist izahların fosillərlə uyğun gəlmədiyini bu sözlərlə ifadə edir:

“Uzun müddətdir ki, qapalı bir qutu kimi qalan fosil qalıqları artıq bizi təkamülün bu ənənəvi anlayışına yenidən nəzər salmağa vadar edir. Artıq ortaya çıxmışdır ki, saysız-hesabsız canlı növü milyon illərdir heç bir nəzərəçarpan təkamül dəyişikliyi keçirmədən yer üzündə mövcudluğunu davam etdirir”. (Steven M. Stanley, “The New Evolutionary Timetable”, 1981, New York, səh. 3)

bivalve, bivalves, fossil

Katostom

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: ABŞ

Şəkildə görünən katostomlar (catostomidae) fəsiləsinə aid olan bu balıq 50 milyon ildir heç bir dəyişikliyə məruz qalmamışdır. Hal-hazırda dənizlərdə yaşayan növləri ilə eyni olan bu fosil təkamül nəzəriyyəsinin etibarsızlığının dəlilidir.

bivalve, bivalves, fossil

Qulaqlı Xanı Balığı

Dövr: Eosen
Yaş: 54 - 37 milyon il
Ərazi: ABŞ

Hal-hazırda dənizlərdə qulaqlı xanı balıqlarının bir çox növü yayılmışdır. Şəkildə görünən qulaqlı xanı fosili qulaqlı xanıların hər hansı bir təkamül prosesindən keçmədiyini göstərir. Aradan keçən milyonlarla il boyu qulaqlı xanının fizioloji quruluşunda hər hansı bir dəyişiklik olmamışdır. Bundan 55 milyon il əvvəlki qulaqlı xanı balıqlarının görüntüsü və quruluşu necədirsə, dövrümüzdəkilər də elədir.

bivalve, bivalves, fossil

Kilqarın

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Fosillər təkamülün iddialarını yerlə bir etdiyi üçün təkamülçülər tərəfindən qulaqardına vurulur. Yaxud təkamülçülər həmin fosillərdə dəyişiklik edərək onları təkamül təbliğatına vasitəçi etməyə çalışırlar. Lakin son dövrlərdə yaradılışın dəlili olan yüzlərlə fosilin sərgilər, kitablar və internet saytları ilə ortaya çıxarılması təkamülçülərin düşdükləri girdabı çılpaq şəkildə göz önünə qoyur. Fosilləri və yaşayan nümunələrini yanbayan görən insanlar əlavə açıqlamaya belə ehtiyac olmadan təkamülün yalan olduğunu dərhal başa düşürlər. Təkamülçüləri təşvişə salan səbəb də budur. Təkamülçülər bu dəfə bərpası mümkün olmayan şəkildə nəzəriyyələrinin dünya miqyasında çökdüyünü görür və buna əzabla tamaşa edirlər. Təkamül nəzəriyyəsinin dəlillərindən biri də şəkildəki 95 milyon illik kilqarın fosilidir.

bivalve, bivalves, fossil

Cərrah Balığı

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Vendell R.Börd “The Origin of Species Revisited” adlı kitabında təkamül nəzəriyyəsinin keçid forma iddiasının xəyali hekayədən ibarət olduğunu belə ifadə edir:

“... Geoloji qeyd ən başdan söylənilən şeyi bir daha vurğulayır: fərqli geoloji dövrlərə aid növlər arasında yaşadığı zənn edilən keçid formalar xəyali şeylərdir, yalnız nəzəriyyəni dəstəkləmək üçün ortaya atılmışdır”. (Wendell R. Bird, “The Origin of Species Revisited”, Thomas Nelson Inc, dekabr 1991, səh. 44)

Bu günə qədər aparılan fosil araşdırmaları təkamülçülərin iddialarına dəstək olan hər hansı bir keçid forma nümunəsi ortaya qoymamışdır. Məsələn, tapılan heç bir cərrah balığı fosili yarımçıq, az inkişaf etmiş, bəzi orqanları formalaşmış, bəziləri tam inkişaf etməmiş deyildir. Nə qədər geriyə getsək də, əldə edilən hər cərrah balığı fosili bu gün yaşayan cərrah balıqları ilə tamamilə eyni xüsusiyyətləri daşıyır. Şəkildəki 95 milyon illik cərrah balığı fosili də bu həqiqətin dəlillərindəndir.

bivalve, bivalves, fossil

Tikanlı Çütrə

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Təkamülçülər balıqların onurğasız dəniz canlılarından; amfibiyaların və müasir balıqların guya əcdad bir balıqdan; sürünənlərin suda-quruda yaşayanlardan; quşların və məməlilərin ayrı-ayrı sürünənlərdən və nəhayət, insanların və müasir meymunların ortaq bir əcdaddan təkamül keçirdiyini iddia edirlər. Lakin fosil qeydlərində bu iddiaları təsdiq edən bircə keçid forması belə tapılmamışdır.

Bu səhifədə gördüyünüz 95 milyon illik tikanlı çütrə balığının fosili ilə hal-hazırda yaşayan nümayəndəsi tamamilə bir-biri ilə eynidir. Belə ki, bu canlı da digər növlər kimi yaşadığı milyonlarla il boyu ən kiçik bir dəyişikliyə məruz qalmamış, təkamül keçirməmişdir. Tapılan hər fosil təkamül prosesinin heç vaxt gerçəkləşmədiyini və bütün canlıların Allah tərəfindən mükəmməl vəziyyətdə yaradıldığını sübut edir.

bivalve, bivalves, fossil

Naxa

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: ABŞ

Şəkildə gördüyünüz 50 milyon illik naxa balığı dövrümüzə qədər heç bir dəyişikliyə məruz qalmamışdır. Bu balıq eynilə yaradılan digər milyonlarla balıq kimi təkamül keçirməmişdir. Təkamülçülərin iddia etdiyi sudan quruya keçid də heç vaxt baş verməmişdir. Digər canlılar kimi naxa balığı da 50 milyon il əvvəlki görünüşü və forması ilə yaşayır.

bivalve, bivalves, fossil

Balta Balığı

Dövr: Oliqosen
Yaş: 37 - 23 milyon il
Ərazi: Çex Respublikası

Gümüş rəngli, baltanı xatırladan bu parlaq və kiçik balıqların digər bir çox dənizin dərinliklərində yaşayan balıqlar kimi qarınlarının altında işıq istehsal edən orqanları var. Bu balıqlar bədənlərinin altında mavi rəngə çalan işıq yaya bilən 100-ə qədər işıq orqanına malikdirlər. Bu mükəmməl yaradılışla milyonlarla ildir dənizlərdə yaşayan balta balığı başqa bir canlıya çevrilməmişdir. Şəkildə gördüyünüz 37-23 milyon illik Oliqosen dövrünə aid balta balığı fosili Çex Respublikasından tapılmışdır və dövrümüzdə yaşayan nümunəsi ilə tamamilə eynidir.

bivalve, bivalves, fossil

Pişik-Akula

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Bəzi fosillər qoşa hissəli fosil kimi adlandırılır. Belə olduqda fosilin tapıldığı daş təbəqəsi tən ortadan iki yerə bölünür və fosil daşın hər iki tərəfində də güzgü əksi kimi görünür. Şəkildə görünən 95 milyon illik pişik-akula fosili də qoşa hissəli fosildir.

Pişik-akulalar akulalar dəstəsinə daxil olan balıqlardır. Şəkildəki pişik-akula scyliorhinidae fəsiləsinə daxildir. Bu gün yaşayan pişik-akulalar ilə tamamilə eyni quruluşda olan 95 milyon yaşındakı pişik-akula fosilləri təkamül nəzəriyyəsinə meydan oxuyur.

bivalve, bivalves, fossil

Meduza

Dövr: Kembri
Yaş: 500 milyon il
Ərazi: ABŞ

Şəkildəki 500 milyon illik meduza fosilinin dövrümüzə qədər gəlməsi möcüzəvidir. Çünki dənizin altında yaşayan bu canlının balıqlarda olduğu kimi bir skeleti yoxdur, tamamilə jeleyəbənzər quruluşa malikdir. Normal şəraitdə bu heyvanın fosili dövrümüzə qədər gəlib çatmamalıdır. Lakin Allah təkamülçülərin iddialarını əsassız etmək üçün bu canlını da fosilləşdirmiş və 500 milyon il əvvəldən indiyə sübut kimi təqdim etmişdir.

Meduzaların ürəkləri, beyinləri, sümükləri, pulcuqları və gözləri yoxdur. Sinir sistemləri bütün bədəninə yayılmışdır. Meduzaların bəzi növləri zəhərlidir. Zəhərsiz olanlarda da müdafiə məqsədi ilə istifadə edilən, biolüminessensiya adlanan, kimyəvi reaksiya nəticəsində yaranan işığı yayma xüsusiyyəti var. Meduzalar da eynilə digər canlılar kimi Allahın möhtəşəm yaratma sənətinin bir təzahürüdür.

bivalve, bivalves, fossil

Kalmar

Dövr: Yura
Yaş: 148 milyon il
Ərazi: Almaniya

148 milyon illik bu kalmar digər yaradılmış canlılar kimi heç bir dəyişikliyə məruz qalmadan dövrümüzə qədər gəlib çatmışdır. Bu da təkamülün heç vaxt baş vermədiyinin və bütün canlıları uca Allahın yaratdığının açıq dəlilidir. Onqollular qrupunda olan kalmarların ağız nahiyəsindən çıxan 10 ədəd qolu vardır. Kalmarlar olduqca həssas qoxu və dadbilmə hissinə və gözlərə malikdir. Gözləri o qədər qüvvətlidir ki, düz 70 milyon hüceyrə ilə həyata keçirdikləri görmə prosesi nəticəsində arxadan gələn bir təhlükəni belə dərhal görə bilir və çox cəld hərəkət edərək özlərini qoruya bilirlər. Allah bu molyuskda mükəmməl müdafiə sistemi yaratmışdır. Hücuma məruz qaldıqda mürəkkəb kisəsindən tünd rəngli maye püskürdən kalmar düşmənini bu şəkildə aldadaraq sürətlə təhlükədən uzaqlaşa bilər.

bivalve, bivalves, fossil

Yarımdimdik

Dövr: Yura
Yaş: 152 milyon il
Ərazi: Almaniya

Yarımdimdik balığı uzun, nazik konusşəkilli, güclü dişlərlə təchiz edilmiş uzun və dimdiyə bənzər bir çənəyə malikdir. Bu canlının Almaniyada tapılan 150 milyon illik fosili ilə dövrümüzdə yaşayan nümunəsi müqayisə edildikdə xüsusi görünüşlü çənəsindən sümük və quyruq quruluşuna qədər heç bir dəyişikliyə məruz qalmadığı çox dəqiq şəkildə görünür. Yarımdimdiklər təkamülün əsassızlığını sübut edən saysız-hesabsız canlılardan biridir. Məlum olan ən qədim nümayəndələri Yura dövründə (206-144 milyon il) yaşamış yarımdimdiklər milyonlarla ildir eyni qalmışlar.

bivalve, bivalves, fossil

Mərcan

Dövr: Yura
Yaş: 150 milyon il
Ərazi: Almaniya

Mərcanlar dənizin dərinliklərində yaşayan onurğasız canlılardır. Yumşaq mərcanlar, buynuzvari mərcanlar, tikanlı mərcanlar kimi qrupları var. Mərcan quruyub qatılaşdıqda daş kimi olur, dənizin dibində isə sanki bitki kimidir. Mərcanlar dənizin diblərində rəngarəng gül-çiçək bağçalarını xatırladır.

Şəkildə görünən 150 milyon illik mərcan fosili bütün detalları ilə qorunacaq şəkildə fosilləşmişdir. Hər iki şəkildə açıq göründüyü kimi, fosillərdəki mərcanlar dövrümüzdə yaşayan nümunələri ilə tamamilə eynidir. Bu, o deməkdir ki, mərcanlar aradan keçən 150 milyon ilə baxmayaraq, heç dəyişməyiblər, yəni təkamül keçirməyiblər.

bivalve, bivalves, fossil

Buynuzlu Akula

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Buynuzlu akulanın dövrümüzdə yaşayan canlı nümunəsini araşdırdıqda balığın uzun bədənində enli çıxıntılar olduğu görünür. Balığın 95 milyon illik fosilinə baxdıqda da uzun bədənindəki çıxıntıların, baş və quyruq quruluşunun ən kiçik bir dəyişikliyə məruz qalmadığı açıq görünür. Buynuzlu akula dənizin dərinliklərində yaşayır, bəzən qarın üzgəclərini qayalara sürtür. Mağara və ya qayalarda ovlarına tələ qururlar. Təqribən 1 metr boyları var. Şəkildəki 95 milyon illik buynuzlu akula fosili də darvinistlərin məğlubiyyətini bir daha vurğulayır, bütün canlıları Rəbbimizin yaratdığı həqiqətini sübut edir.

bivalve, bivalves, fossil

Barrakuda

Dövr: Miosen
Yaş: 5 milyon il
Ərazi: İtaliya

Barrakuda balığı bütün isti və ilıq dənizlərin dayaz yerlərindən 100 metr dərinliyə qədər olan hissədə yaşayır. Sürü şəklində hərəkət edirlər və yırtıcıdırlar, belə ki, akulalara belə hücum edirlər. Balığın 5 milyon il əvvəl İtaliyada tapılan Miosen dövrünə aid fosili canlının başının düz altında və quyruqlarında olan kiçik üzgəclərini, incə və uzun baş quruluşunu, uzun nazik bədənini çox dəqiq göstərir. Bütün bu təfərrüatlar barrakudaların aradan keçən 5 milyon ilə baxmayaraq, heç dəyişmədiyini, yəni təkamül keçirmədiyini sübut edir.

bivalve, bivalves, fossil

Ağızayaqlı Xərçəng

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Daş kömür dövründən (354-290 milyon il) bəri heç dəyişmədən mövcud olan ağızayaqlı xərçənglər təkamül nəzəriyyəsini əsassız edən canlılardan biridir. Bir canlının təxminən 300 milyon il ərzində dəyişməməsi təkamülçülərin məntiqsiz izahları ilə açıqlanan vəziyyət deyil. Şəkildəki ağızayaqlı xərçəng fosili isə 95 milyon yaşındadır və həm 300 milyon il əvvəl yaşamış, həm də dövrümüzdə yaşayan ağızayaqlı xərçənglərlə tamamilə eynidir.

Ağızayaqlı xərçəngin ölçüsü 30 santimetrə çatır və üzərində müxtəlif rəngləri olan qabığa malikdir. Təhlükəli qısqaclarına görə dalğıclar tərəfindən barmaq yaran adlandırılan ağızayaqlı xərçənglər heyvanlar aləmindəki ən mürəkkəb göz sisteminə sahib olan canlılardandır. Ağızayaqlı xərçəng insanlardan dörd dəfə çox olmaqla, 12 başlıca rəngi görür və eyni zamanda fərqli polyarlaşmış işıq tiplərini, yəni işıq dalğalarındakı titrəyişlərin yönünü hiss edə bilir.

bivalve, bivalves, fossil

Osminoq

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Osminoq kimi qabıqsız və onurğasız heyvanların bütün təfərrüatları ilə fosil qeydlərində tapılması Allahın möcüzələrindən biridir. Bu molyuskların baş quruluşu, qolları və göz çuxurları belə tapılan fosillərdə çox dəqiq şəkildə görünür. Beləcə, insanlar Allahın yaratdığı bütün növlərin fosil qeydlərini görərək bütün canlıların heç bir dəyişikliyə məruz qalmadığına şahid olurlar. Osminoq başıayaqlılar sinfinə aid bir molyuskdur. Bədənləri qısa və yumru formadadır. Bir cüt inkişaf etmiş gözləri vardır. Başının kənarlarından 8 ədəd qol uzanır. Bu qolların uzunluqları eynidir və onlar dibindəki qısa bir membranla bir-birlərinə bağlıdır. Hər qolda iki sıra sormac vardır. 2-3 santimetrdən 10 metrə qədər çatan müxtəlif ölçülərdə növləri vardır. Osminoq da eynilə digər heyvanlar kimi Allahın möhtəşəm yaratmasının əsəridir.

bivalve, bivalves, fossil

Mene Balığı

Dövr: Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Ərazi: İtaliya

Menidae fəsiləsinə aid olan mene balığına xüsusilə Sakit okeanda tez-tez rast gəlinir. Canlının Kaynozoy erasına (65 milyon il – dövrümüz) aid bir çox fosil nümunəsi əldə edilmişdir. Şəkildə görünən 54-37 milyon illik Eosen dövrünə aid fosil bu canlının heç cür dəyişmədiyini göstərən mühüm sübutdur. Fosil dövrümüzdə yaşayan canlı nümunəsi ilə tamamilə eyni olub balığın geniş bədənini, kiçik quyruğunu, skelet quruluşunu və bədəninin altından çıxan iki uzun üzgəcini çox aydın formada göstərir. Fosil qeydləri canlıların milyonlarla il əvvəlki hallarının, sanki şəklini əks etdirir. Əgər bir canlı on milyonlarla il boyu ən kiçik dəyişiklik belə keçirməyibsə, onda canlıların təkamülü ssenarisindən bəhs etmək mümkün deyil.

bivalve, bivalves, fossil

Skatlar

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

95 milyon ildir dəyişməyən skatlar çox mühüm bir həqiqəti bütün parlaqlığı ilə göz önündə qoyur. Canlıların quruluşundakı dəyişməzlik təkamülü təkzib edir. Təkamül nəzəriyyəsi elmi tapıntılarla dəstəklənməyən bir ssenaridən ibarətdir. Fosillər bu ssenarinin uydurma olduğunu aşkara çıxarır və yaradılışın rədd edilməsinin mümkün olmadığını göstərir.

bivalve, bivalves, fossil

Qılıncquyruq

Dövr: Yura
Yaş: 150 milyon il
Ərazi: Almaniya

Şəkildəki 150 milyon illik qılıncquyruq xərçəngi fosili həmin canlıların yüz milyon ildən artıq zamandır ki, dəyişmədiklərinin sübutudur. Bu dəlilin göstərdiyi həqiqət çox açıq və anlaşıqlıdır. Tarix boyu təkamül baş verməmiş, bütün canlıları uca Allah yaratmışdır.

bivalve, bivalves, fossil

Polyodontidae

Dövr: Eosen
Yaş: 50 milyon il
Bölgə: ABŞ

Polyodontidae şpatelə bənzəyən ağız və burun quruluşu ilə kiçik üzgəcləri 50 milyon illik fosildə də çox aydın görünür. Canlı aradan 50 milyon il keçməsinə baxmayaraq, zərrə qədər dəyişikliyə belə məruz qalmamış, təkamül keçirməmişdir. Çarlz Darvin təkamül nəzəriyyəsini ortaya atarkən, canlıların bir-birlərindən törədiklərini, onun varisləri isə bunun mutasiyalarla baş verdiyini iddia etmişdir. Lakin tapılan milyonlarla fosil canlıların bir-birlərindən törəmədiyini, dövrümüzə qədər ilk yaradıldıqları kimi qaldıqlarını göstərir. Tanınmış alim Stiven Cey Quld mutasiyalarla növlər arasında keçidin mümkün olmadığını belə ifadə edir:

“Bir mutasiya böyük və yeni xammal (DNT) meydana gətirmir. Növləri mutasiyaya məruz qoyaraq yeni növ əldə edə bilməzsiniz”. (Stephen Jay Gould, “Is a New and General Theory of Evolution Emerging?”, Lecture at Hobart&Wm Smith College, 4 fevral 1980)

bivalve, bivalves, fossil

Treska

Dövr: Oliqosen
Yaş: 37-23 milyon il
Ərazi: Polşa

Darvinistlər bütün canlıların təkamül keçirdiyini və bir-birilərindən törədiklərini iddia edirlər. Milyonlarla il əvvələ aid fosil nümunələri də məhz bu baxımdan çox önəmlidir. Canlılar milyonlarla il keçməsinə baxmayaraq, heç bir dəyişiklik keçirməyiblər. Təkcə bir fosil belə bu həqiqəti isbat etmək üçün kifayət etsə də, yerin qatları saysız-hesabsız fosil nümunələri ilə doludur.

Təkamül nəzəriyyəsini təkzib edən nümunələrdən biri də təxminən 37-23 milyon illik treska balığıdır. Canlının hazırkı skelet, kəllə, quyruq və üzgəc quruluşları tədqiq edildikdə anatomik xüsusiyyətlərinin bu gün yaşayan nümunəsi ilə tamamilə eyni olduğu müşahidə edilir. Treska balıqları mülayim və olduqca soyuq sularda 30-300 metr dərinliklərdə yaşayan səyyah balıqlardır. Zərif, uzun bədənə malik olan treska balığının ölçüsü 20-50 sm arasında dəyişir. Kütləsi 1-2 kq olan nümayəndələri var. Treskalar sürü halında yaşayırlar. Dənizdəki kiçik balıqlar və digər qabıqlı dəniz canlıları ilə qidalanırlar. Dişi treska təxminən 200 000 yumurta qoyur. Treska balığının fosili də digər növlərin fosillərində olduğu kimi, təkamül prosesinin heç zaman baş vermədiyini sübut edir.

bivalve, bivalves, fossil

Krevet

Dövr: Yura
Yaş: 150 milyon il
Ərazi: Almaniya

150 milyon il əvvəl yaşayan bir canlının fosil qeydlərində bu qədər aydın müəyyənləşdirilməsi, canlının bədəninin bütün təfərrüatları ilə müşahidə edilməsi təkamül nəzəriyyəsinə böyük zərbə vurmuşdur. Şəkildə göstərilən 150 milyon il əvvəl yaşamış krevetin bədən quruluşu bədəninin altından çıxan ayaqları və kəllə quruluşu ilə birlikdə çox açıq şəkildə görülür. Düz 150 milyon il boyunca heç dəyişmədən mövcud olan krevetlər canlıların daima dəyişərək guya ibtidaidən aliyə doğru təkmilləşdiklərini iddia edən darvinistlərin yalan söylədiklərini açıq-aydın göstərir.

Avropa dənizlərində və Şimali Amerika sahillərində yaşayan krevet xərçəngkimilər yarımtipindəndir. Silindrik bədənləri və uzun bığcıqları var. Bədəni kalsium-karbonatdan ibarət zirehlə örtülüdür. Bədəni buğumludur.

bivalve, bivalves, fossil

Ximer Balığı

Dövr: Daş kömür
Yaş: 320 milyon il
Ərazi: ABŞ

Şəkildə üzgəcləri, kəllə və quyruq quruluşu ilə mükəmməl qorunmuş düz 320 milyon illik ximer balığının fosili göstərilib. Müntəzəm diş quruluşuna, hər iki tərəfində üzgəclərə, insan gözünə bənzər göz quruluşuna və ip şəklindəki 30 sm uzunluğunda quyruğa malik olan bu balıqlar düz 320 milyon ildir ki, heç bir dəyişikliyə məruz qalmayıblar. Canlının bütün təfərrüatları və heç bir dəyişikliyə məruz qalmaması fosilin göstərildiyi şəkildə açıq-aydın görünür. Təkamülün əsassızlığı fosil qeydlərinin təqdim etdiyi dəlillərlə hər ötən gün daha açıq şəkildə ortaya çıxır. Allah bütün canlıları sonsuz elm və sənətlə yaratmışdır.

bivalve, bivalves, fossil

Denteks

Dövr: Eosen
Yaş: 50 milyon il
Ərazi: İtaliya

Fosillərin təfsilatlı şəkildə daşların üzərində qalması təkamülçülərin bütün ssenarilərini alt-üst etmişdir. Allah milyonlarla il əvvəl yaşamış canlıların fosillərini sanki bir şəkil kimi daşların üzərində yerləşdirmişdir. Beləcə, canlıların zərrə qədər belə dəyişikliyə uğramadıqları, təkamül keçirmədikləri elm dünyası tərəfindən müşahidə olunmuşdur. Belə ki, Darvin də bunun nəzəriyyəsini çıxılmaz vəziyyətə saldığını “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin çətinlikləri” başlıqlı bölməsində belə etiraf etmişdir:

“Əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəyibsə, nə üçün hər yerdə saysız-hesabsız keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi, tam nizamlanmış növlər vardır? ...Keçmişdə yer üzündə yaşamış keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”. (Charles Darwin, “The Origin of Species”, səh. 171, 280)

bivalve, bivalves, fossil

Gitara Skatı

Dövr: Tabaşir
Yaş: 144 - 65 milyon il
Ərazi: Livan

Darvinistlər bütün canlıların dəyişdiyini iddia edirlər. Milyonlarla il əvvələ aid fosil nümunələri də məhz bu səbəbdən çox önəmlidir. Canlılar dəyişiklik keçirməyiblər. Bir fosil belə bu həqiqəti sübut etməyə kifayət etsə də, yerin qatları saysız-hesabsız yaşayan fosil nümunələri ilə doludur. Təkamül nəzəriyyəsini təkzib edən nümunələrdən biri də təxminən 130 milyon illik gitara skatıdır. Canlı 130 milyon il əvvəl də bugünkü kompleks quruluşa və anatomik xüsusiyyətlərə malik idi. Fosil təfsilatlı tədqiq edildikdə bu gerçək açıq şəkildə ortaya çıxır. Təkamül nəzəriyyəsi bu həqiqət qarşısında çıxılmaz vəziyyətdədir.

bivalve, bivalves, fossil

Ağızayaqlı Xərçəng

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Elmi kəşflər canlıların təkamül keçirmədiyini göstərir. Şəkildə gördüyünüz ağızayaqlı xərçəng fosili də təkamülçülərin gizlətməyə çalışdıqları bu həqiqəti ortaya çıxaran dəlillərdəndir. Bu fosilin bu gün yaşayan ağızayaqlı xərçənglərdən heç bir fərqi yoxdur.

Ağızayaqlı xərçənglər döş hissədən uzanan çıxıntılar vasitəsi ilə qidalanırlar. Bunlar qısqaclıdır. İkinci çıxıntı xüsusilə iridir, ovu vurmaq və tutmaq üçün istifadə olunur. İkinci çıxıntının tikanlı quruluşu dəvədəlləyinin çıxıntılarına bənzədiyi üçün bu canlılar, əsasən, dəvədəlləyi kreveti kimi tanınırlar. İri ağızayaqlı xərçəng 22 kalibrlik silahdan çıxan güllə kimi güclü zərbə vura bilir. (“Seeing the World in Many Colors”, Merilend Universitetinin internet saytı)

bivalve, bivalves, fossil

Mişarburun Skat

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Şəkildə gördüyünüz 95 milyon illik mişarburun skat ilə bugünkü nümunələri arasında heç bir fərq yoxdur. Təkcə bu belə təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Uca Rəbbimiz bütün canlıları müxtəlif növlər kimi yaratmışdır və bu canlılar yaradıldıqları andan etibarən heç bir dəyişikliyə məruz qalmadan bu günə qədər gəlib çıxmışlar.

bivalve, bivalves, fossil

Pişik-Akula

Dövr: Tabaşir
Yaş: 95 milyon il
Ərazi: Livan

Milyonlarla il əvvəl yaşamış pişik-akulalar əskiksiz olaraq bu gün mövcud olan pişik-akulalardakı bütün xüsusiyyətlərə malikdir. Şəkildə göstərilən 95 milyon illik pişik-akulanın bugünkü pişik-akulalardan fərqlənməməsi də bu həqiqəti təsdiq edir.

Allah bütün canlılar kimi pişik-akulaları da bütöv və nöqsansız yaratmışdır, bu balıqlar da digər canlılar kimi təkamül keçirməmişdir.

bivalve, bivalves, fossil

Nərə Balığı

Dövr: Yura
Yaş: 144 - 65 milyon il
Ərazi: Çin

Hal-hazırda ancaq iki fəsiləsi nəslini davam etdirən nərə balıqları həmişə nərə balığı olaraq mövcud olmuşdur. Başqa bir canlıdan törəməmiş, başqa bir canlıya da çevrilməmişlər. Bu həqiqəti təsdiq edən fosil tapıntıları digər bütün canlılar kimi nərə balıqlarının da təkamül keçirmədiklərini göstərir.

bivalve, bivalves, fossil

Uçan Balıq

Dövr: Tabaşir
Yaş: 100 - 95 milyon il
Ərazi: Livan

Uçan balıqlar quyruq üzgəcinin çox sürətli hərəkəti sayəsində sudan bayıra tullanır və havada müəyyən qədər süzdükdən sonra yenidən yavaş-yavaş suya düşürlər. Uçuş zamanı sürətləri saatda 50 km-ə çatır. 100 milyon ildir ki, ən kiçik dəyişikliyə belə uğramayan bu balıqlar təkamülçülərin canlıların mənşəyi və tarixi haqqındakı bütün iddialarını yerlə bir edir. Elmi kəşflər canlıların mərhələli təkamül keçirmədiklərini, uca Allah tərəfindən yaradıldıqlarını ortaya qoyur.