Nəticə

Görəsən, Darvin “Növlərin mənşəyi” kitabında nə üçün yaşayan fosillərdən narahatlıqla bəhs etmişdir? Nə üçün təkamülçü alimlər bu fosillər qarşısında mərhələli təkamül iddialarından əl çəkib yeni təkamül nəzəriyyəsi hazırlamağa ehtiyac duyublar? Nə üçün selakantın canlı nümunəsinin tapılması böyük təəssüf hissi doğurmuş, ona bel bağlayan təkamülçüləri səssizliyə qərq etmişdir? Yaşayan fosillər həqiqəti qarşısında bütün darvinistləri alt-üst edən nədir?

Cavab isə yaşayan fosillərin yaradılışı elan etməsidir.

Darvinistlərin yaşadıqları təəssüf hissi isə nəzəriyyələrinə olan bağlılıqlarına görədir. Nəzəriyyələrinin təkzib edilərək yaradılışın sübut edildiyini bildikləri halda, bütün bunları görməzliyə vurmaları, hətta düşdükləri vəziyyətin üstünü örtmək üçün saxtakarlığa əl atmaları bunun ən böyük dəlillərindəndir. Yaşayan fosillər qarşısında yaradılışı qəbul etmək əvəzinə, ağıla və məntiqə zidd olan, elmi olaraq isə hər hansı sübuta əsaslanmayan nəzəriyyələrə əl atmaları da başqa bir böyük şübhədir. Yaşayan fosilləri gizlətməyə cəhd etmələri, əllə hazırlanmış saxta fosilləri keçid forması kimi ön plana çıxardıqları halda, milyonlarla yaşayan fosil nümunəsini aradan götürmə səyləri qorxularının açıq göstəricisidir. Muzeylərdə saysız-hesabsız saxta fosil sərgiləyib, selakant kimi kompleks canlıları keçid nümunəsi kimi təqdim etməyə çalışarkən yaşayan fosilləri muzey anbarlarında gizlətmələri düşündürücüdür. Görəsən, nəzəriyyəyə dəlil tapılmadıqda dəlilləri nəzəriyyəyə uyğunlaşdırmağa çalışmaq nə dərəcədə elmidir? Təkamülçülər iddialarının lehində heç bir dəlil olmamasına baxmayaraq, görəsən, nə üçün bunu sübutlu və elmi həqiqət kimi irəli sürürlər? Görəsən, nə üçün kəşf etdikləri elmi dəlillərə sahib çıxmaq əvəzinə, bunlara görə utanırlar? Əleyhlərindəki bütün kəşflərə baxmayaraq, təkamülçüləri nəzəriyyələrindən əl çəkməməyə vadar edən səbəb nədir?

Çünki darvinizm batil din və inanc sistemidir. Qətiyyən rədd edilməyən doqmadır. Maddənin sonsuzdan bəri var olduğunu və maddədən başqa heç bir şeyin olmadığını müdafiə edən materialist fəlsəfənin dayağıdır. Məhz buna görə də nəzəriyyə hər gün saysız-hesabsız dəlillə təkzib edilməsinə baxmayaraq, yaşadılmağa çalışılır. Lakin artıq bu cəhdlərin təsiri sona çatmışdır. Darvinizmin və darvinistlərin saxtakarlıq üsullarının artıq faydası yoxdur. Təkamülü təkzib edən dəlillər hər gün daha da artır. Hər gün təkamülçülərə təəssüf hissi yaşadan, onları yeni yalanlara vadar edən yaradılış dəlilləri ortaya çıxır. Buna görə də yaşayan fosillər darvinistləri təəccübləndirir, Darvin üçün böyük narahatçılığa səbəb olur və tələm-tələsik anbarlara yığılır. Darvinistlər bu üsullarla Allahın üstün sənətini gizlətməyə çalışırlar. Halbuki Allah bütün varlıqları yaradan, onların bütün etdiklərini bilən, onları hər an hakimiyyəti altında saxlayandır. Darvinistlər Allaha qarşı planlar qurarkən Allah onları görür. Onlar Allahın üstün yaratma sənətini gizlətməyə çalışarkən Allah onları izləyir. Onlar Allahın varlığını inkar edərkən Allah onların bütün etdiklərini yazır. Həmçinin onlar inanıb-inanmasalar da, istəyib-istəməsələr də axirətdə mütləq Allahın hüzuruna çıxarılacaqlar.

Darvinistlərin fərqinə vara bilmədikləri həqiqət isə budur: Allaha qarşı mübarizə aparanların etdikləri mütləq məhv olub puça çıxacaqdır. Haqq və qalib olan mütləq Allahın qanunudur.

Yaşayan fosillərin varlığı darvinistlərin bütün hiylələrini ortadan qaldırmaq, bütün saxtakarlıqlarını üzə çıxarmaq üçün Allahın yaratdığı üstün dəlildir. Darvinistlər haqq dinlə mübarizə apararkən bunun dəlillərini də Allahın yaratdığını unudurlar. Halbuki onlar bəri başdan məğlub olublar. Təkamül nəzəriyyəsinin məktəblərdə tədris edilməsi, saysız-hesabsız media qurumları tərəfindən təkamülçü iddiaların spekulyasiyalarının aparılması və alimlərdən tərəfdar yığılması müvəqqətidir. Allah “Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz...” (Ənbiya surəsi, 18) ayəsində bildirdiyi kimi, batil olan hər inancı ortadan qaldıracaqdır.

İndi darvinistlər bunun narahatçılığını yaşayırlar. Həqiqətlər bu qədər açıq olduğu üçün darvinizmi doğru hesab edənlər bütün dəlillərin yaradılış gerçəyini göstərdiyini ən qısa zamanda görməli və təkamül nəzəriyyəsi kimi saxta bir dinin aldadıcı oyununa aldanmamalıdırlar. Yer üzünü bənzərsiz şəkildə yaradan Allahın sonsuz axirət həyatını yaratmağa qadir olduğunu dərk etməlidirlər. Çünki insan yalnız bu həqiqəti görüb qavrasa, qurtuluş tapacaq. İnsana tək xilaskarı olan Allahı inkar etməkdən başqa bir yol göstərməyən, davamlı yalan və oyunlarla yaşamağa çalışan təkamül nəzəriyyəsi böyük vaxt itkisidir. Bu həqiqəti axirətdə böyük peşmançılıq içində başa düşmək əvəzinə, dünyada bütün dəlillər ortada ikən görə bilmək insan üçün dünyada və axirətdə böyük qurtuluş olacaq:

Hər kəsin qazandığını qoruyub saxlayan (Allah buna qadir olmayan bütlər kimi ola bilərmi)? Allaha şəriklər qoşurlar. De: “Onlara ad verin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar (doğru) yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.

Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz.

Müttəqilərə vəd edilmiş cənnətin vəsfi belədir; onun altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə oddur. (Rad surəsi, 33-35)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)