HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiya
  1. Kitablar
  2. Gizli Əzabların Həlli

Gizli Əzabların Həlli

Harun Yahya72 səhifə.

Həyatınız boyu bir çox insanla qarşılaşmısınız. Ailəniz, yoldaşlarınız, məktəb və iş həyatınızda qarşılaşdığınız insanlarla yanaşı, hər gün qəzet səhifələrində dünyanın müxtəlif yerlərindən olan yüzlərlə insan görmüş, televiziya ekranlarında yüzlərlə insanın rəftarını izləmisiniz. Bir anlıq yaddaşınızdakı bu görüntüləri gözünüzün qarşısından keçirin. Uşaqlığınızdan bəri görməyə alışdığınız üz ifadələrini, danışıqları xatırlamağa çalışın; bəzi insanların həyata dair verdikləri açıqlamaları, sıxıntılarını, dərdlərini dilə gətirdikləri hallarını; iş yoldaşlarınızın hər gün təkrarlanan gündəlik danışıqlarını, ailəvi problemlərindən, maddi sıxıntılarından, insanlarla aralarındakı problemlərindən bəhs etmələrini; küçədə gördüyünüz insanları, avtobus dayanacaqlarında gözləyən, tıxacda qalıb evinə qayıtmağa çalışanları, keçən avtomobillərin su sıçratdığı insanların üz ifadələrini, öz özlərinə deyinmələrini gözünüzdə canlandırın.

Əyləncə proqramlarından ekranlara əks olunan insan görüntülərini xatırlayın; kameraların qarşısında əylənirmiş kimi görünməyə çalışıb xoşbəxtlik oyunu oynayan, bir-birləriylə dost olduqlarını söyləyən, amma hər fürsətdə bir-birlərinin arxasınca heç gözlənilməyən pis sözlər danışan, qısqanclıq, kin və ya rəqabət kimi duyğulardan ötrü narahatlıqdan qurtula bilməyən bəzi insanların və ya peşələrinin tələbindən ötrü başqalarını əyləndirməyə çalışdıqları halda, öz bədbəxtlikləri hər hallarından bəlli olan bəzi insanların ruh hallarının necə olduğunu bir düşünün.

Bir də dünya şəraitində ola biləcək ən yüksək həyat səviyyəsini yaşayan, istədiyi anda istədiyi hər şeyi əldə edə biləcək qədər çox pulu olan, ən gözəl evlərdə oturub ən son model avtomobillərlə gəzən, ən bahalı geyimləri geyən, kariyeralarıyla, nüfuzlarıyla cəmiyyətdə ən hörmət edilən, ən sözü dinlənilən insanların həyatlarına bir nəzər salın.

pdf
logo
logo
logo
logo
logo
Gizli Əzabların HəlliGizli Əzabların Həlli

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər