HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Rəsimlər
  • Audiolar
  • Sitatlar
  • Digər

Adnan Oktarın həyatı və əsərləri
Harun YahyaAdnan Oktarın həyatı və əsərləri
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarRəsimlərAudiolarSitatlarDigər
MÖVZULAR
VatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiyaGül
Harun Yahya © 2025
Harun Yahya © 2025
  1. Kitablar
  2. Həzrəti İbrahim və Həzrəti Lut
  3. Sonsöz

Sonsöz

Bu kitabda Hz.İbrahim və Hz.Lut peyğəmbərlərin Allah`a olan güclü imanlarını, hər işlərində Rəbbimizə üz tutub Ona doğru dönmələrini, üstün əxlaqlarını, bütpərəst və azğın qövmləri ilə apardıqları çətin mübarizəni Quran ayələri ilə təsdiqləyərək izah etdik. Hz.İbrahim bütpərəst qövmünə qarşı qətiyyətlə təbliğat aparmış, Allah`a olan təslimiyyəti sayəsində qarşısına çıxan hər maneəyə səbr etmiş, imanında ardıcıl və qətiyyətli olmuşdur. Hz.Lut isə azğın qövmünə qarşı səbrlə mübarizə aparmış, onları Allah`a iman gətirməyə və əxlaqsızlıqlardan uzaq durmağa dəvət etmişdi. Allah`ın aləmlərə üstün seçdiyi bu mübarək insanlar həyatları boyunca göstərdikləri iman dərinliyi və yüksək əxlaqla Allah`ın rizasını qazanmış, sonsuz nemətlərlə bəzənmiş cənnət yurduna çatmışlar.

Səmimi iman sahiblərinin həyatındakı ən böyük məqsədləri də bir hidayət rəhbəri olan peyğəmbərlərimizin bu şərəfli yolunu davam etdirmək və beləcə Allah`ın razı olduğu müvahhid qullardan olmaqdır. Allah Ona itaət edənlərin alacağı mükafatı "Nİsa" surəsində bu şəkildə müYdələyir:

"Allah`a və Peyğəmbərə itaət edənlər Allah`ın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!" ("Nİsa" surəsi, 69).

Peyğəmbərlər kimi Allah`ın dostu ola bilmək və axirətdə də peyğəmbərlərlə birlikdə ola bilmək üçün insanın bütün həyatını Allah`ın rizasına uyğun olaraq yaşaması, daim Allah`a etibar etməsi, Allah`ı və Onun dinini hər şeydən üstün tutması lazımdır. Hər kim bu əxlaqı göstərərsə, hər kim Hz.İbrahim kimi "aləmlərin Rəbbinə təslim oldum" deyir və bu şəkildə yaşayarsa, o, ən böyük xoşbəxtliyə və nicata çatmağı Allah`dan uma bilər.

Dünya üzərində Allah`ın varlığından yana qəflət içində olan insanların olması heç bir insanı yanıltmamalıdır. Unutmaq olmaz ki, Hz.İbrahim bütpərəst bir qövmü təkbaşına iman gətirməyə dəvət etmiş, Rəbbimiz də onun bu üstün əxlaqını "...İbrahim özü bir ümmət idi..." ("Nəhl" surəsi, 120) ayəsi ilə öymüşdür. Hz.Lut yanındakı çox az sayda möminlə birlikdə çox üstün bir təslimiyyət və təvəkkül nümunəsi göstərərək azğın qövmünü iman gətirməyə dəvət etmişdi ("Zariyat" surəsi, 36). Ancaq o ev əhli qövmün hamısından daha qüvvətlidir, çünki Allah`ın yardımı və dəstəyi onların yanındadır.

Əhəmiyyətli olan məsələ dünyanın bu böyük sirrini, hər şeyin Allah`ın qüdrətində olduğunu, hər şeyin Ona boyun əydiyini başa düşmək və buna görə yaşamaqdır. Hz.İbrahim və Hz.Lut bu sirri qavramış və Allah`ın dostu olmuşlar. Bütün iman sahiblərinin də Allah`ın mübarək elçiləri kimi dərin bir imanı və mənəviyyatı əldə etməyi qarşılarına məqsəd qoyması, Allah`ın Özünə dost qəbul etdiyi xoşbəxt insanlardan olmaq üçün ciddi bir səy göstərməsi lazımdır.

"Onlar dedilər: “Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”"
(Bəqərə Surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
pdf
  • Giriş
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahimin Qövmünün Xüsusiyyətləri
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahim'in Dini
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahim'in Gözəl Əxlaqi
  • 2. Kitap: Hz. Lut (as) _ Hz.Lut'un Həyatı
  • Sonsöz