logo HARUN YƏHYA

Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar

Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar

MƏKTUBU GÖNDƏRƏN QARDAŞLAR:

Mustafa Sunqur, Hüsnü, Abdullah, Ahmed Aydemir, Tillolu Said, Seyid Salih.

Əziz Möhtərəm Qardaşlarımız!

Əvvəla: Bu gələn Ramazan-i Şərifinizi və xidmətlərinizi təbrik edirik.

Biz Ustadın vəsiyyətnaməsində yazdığı həyatda qalan varisləri kimi 27 avqust 2008-ci il çərşənbə günü İstanbulda görüşdük. Nurun bəzi məsələlərinə və nəşriyyata dair məsələlər müzakirə edildi. Hər tərəfdə qardaşlarımızın kamal-i sədaqət və ciddiyyətlə nurlara sarılmalarını kamal-i hörmət, sevinc və şükranla yad etdik.

Nəşriyyata dair bəzi məsələlərin nəzər-i diqqətə alınmasını məsləhət-i nuriyyə namına vacib bildik, belə ki:

Daxil və xaricdə nurların nəşriyyatının fövqəlhəd (həddindən artıq) yayılması və nur dərslərinin hər tərəfdə oxunmasını, Rəhmət-i İlahiyyənin bu millətə və Aləm-i İslama bayram sevinci yaşatdığını görür və şükranla qarşılayırıq (şükür edirik).

Saniyən (ikincisi), Risale-i Nurun daxil və xaricdəki nəşriyyatında bəzi cəhətlərə diqqət etmək lazım gəldiyini düşünürük.

Nurlar nəşriyyatının eynilə Ustadımızın dövründə olduğu kimi edilməsi zəruridir ki, sədaqətimizi və Ustadımıza layiq tələbə olmaq şükranımızı ifa edək (yerinə yetirək).

MƏSƏLƏN: USTADIMIZIN BƏZİ LAHİKA MƏKTUBLARINDA ŞƏRH VƏ TƏSHİH (düzəltmək) MƏNASINDA ƏLAVƏLƏR ETMƏK VƏ BƏZİLƏRİNİ ÇIXARMAQ KİMİ İŞLƏ MƏŞĞUL OLMAQ SƏDAQƏTDƏN UZAQLAŞMAQDIR. BU TƏHRİFATI (təhrifi) ƏSLA TƏSVİB ETMİRİK (doğru hesab etmirik).

Ustadımız Risale-i Nurun təlifindən sonra (yazdıqdan sonra) “BİR HƏRFİNİ DƏ DƏYİŞDİRMƏYƏ MƏZUN DEYİLƏM (səlahiyyətim yoxdur)” dediyi halda bəzi nəşriyyatların Ustadımızın bu xəbərdarlıqlarına riayət etməməsi və dəyişiklik etmələri qətiyyən doğru deyil.

Ustadımız Risale-i Nurda eynilə belə buyurur: “Risale-i Nur bu vəzifəni ən dəhşətli zamanda, ən lazımlı və vacib vaxtda hər kəsin başa düşəcəyi tərzdə həqaiq-i Quraniyyə və İmaniyyənin ən dərin və ən gizlilərini olduqca qüvvətli bürhanlarla (dəlillərlə) sübut edir” kimi çox bəyanlarla nura sədaqətimizi tələb etdiyi halda... bəzilərinin bilərək və ya bilməyərək səhifə altına lüğət qoymalarıuzun izahlarla ƏLAVƏLƏR VƏ ŞƏRHLƏR vermələri sədaqətimizə və Ustadımızın tənzim və tərtibinə müxalif (zidd) olduğu məlumdur.

Ustadımızın nəzərindən keçib təsvib etdiyi orijinal nəşriyyatlar davam edir.

Məhəbbət, İxlas və sədaqətimizin davamını Cənab-i Haqqdan niyaz edirik.

 

PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yükləmələr
Önsöz Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Zamanıyla Bağlı Sözləri (Osmanlıca) Bədiüzzamanın Hz. Mehdinin (Ə.S.) Çıxma Vaxtı İlə Bağlı Sözləri (Azərbaycanca) Bədiüzzamanın Xas Tələbələrindən Əhməd Feyzi Kul Əfəndinin Axırzamanla Bağlı Apardığı Əbcəd Hesablamalarından Bəziləri Bədiüzzaman Risale-İ Nur Külliyyatında 63 Dəfə Hz. Mehdinin (Ə.s.) Bir Şəxs, Bir Zat, Bir İnsan Kimi Gələcəyini İfadə Etmişdir Axırzamanın Böyük Mehdisi Üç Vəzifəni Eyni Anda Yerinə Yetirəcək Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Osmanlıca) Bədiüzzamanın Özünün Seyid Olmadığını, Axırzamanda Zühur Edəcək Hz. Mehdinin (Ə.S.) İsə Əhl-İ Beytə Mənsub, Yəni Seyid Olacağını İfadə Etdiyi Sözləri (Azərbaycanca) Bədiüzzamanın İslam Birliyi (İttihad-İ İslam) İlə Bağlı Sözləri Ustad Bədiüzzaman Said Nursi Həzrətlərinin Özündən 100 İl Sonraya Aid Verdiyi Açıqlamalar Bəzi Nur Tələbələrinin Risalələrdə Dəyişikliklər Etməsinə Görə Ustadın Həyatda Olan Tələbələri Bu Şəxslərə Tənqid Məktubu Yazmışlar Risale-İ Nur Külliyyatında “Ta Axırzamanda Həyatın Geniş Dairəsində...” Və “... Risale-İ Nuru Proqram Kimi Nəşr Və Tətbiq Edəcək” İfadələrinin İşlədildiyi Yerlər Ustad Hz. Mehdinin (Ə.S.) Zühurunun Qışdan Sonra Baharın Gəlməsi Kimi Allahın Bir Adətullahı Olduğunu İfadə Etmişdir Bədiüzzaman Risalələrin Şəxs-İ Mənəvisini Və Ustadı Mehdi Hesab Etməyin Səhv Və Yanılma Olduğunu İfadə Etmişdir Risalələrin Doğru Oxunmalı Və Başa Düşülməli Olduğuna Və Hər Kəsin Başa Düşəcəyi Qədər Anlaşıqlı Olduğuna Dair Bədiüzzamanın Bəzi Açıqlamaları Tövratda və Digər Musəvi Mənbələrdə Mehdiyyət İnancı İncildə Mehdiyyət İnancı Hindu Mətnlərində Axırzamana Və Hz. Mehdiyə (Ə.S.) İşarələr Zərdüştlükdə Mehdilik İnancı Beşinci Şüa (Osmanlıca) Beşinci Şüa (Azərbaycanca) Peyğəmbərimizin (Sav) Allahın İznilə Qeybdən Xəbərlər Verdiyinə Dair Bəzi Nümunələr Bədiüzzaman Said Nursi Həzrətlərinin Allahın İznilə Qeybə Aid Bildirdiyi Bəzi Xəbərlər Bədiüzzaman Said Nursi Həzrətlərinin Bəzi Kəramətləri Bədiüzzaman Said Nursi Həzrətləri İllər Əvvəl İnterneti Tərif Etmişdir Peyğəmbərimiz (S.A.V.) “Dünyanın 7000 İllik Ömrü” İfadəsilə Bir Təqvim Başlanğıcına Diqqət Çəkir Risale-i Nurda Dəccaliyyət Mövzusu Ustad “Şüalar”da Dəccaliyyəti Açıqlayır Bədiüzzaman Said Nursi Həzrətlərinin Risalələrin Yazılması və Nəşri Haqqında Bir Neçə Xatirəsi Risale-i Nur Külliyyatında Hz. Xızır (Ə.S.)