QURANDA MƏRHƏMƏT NECƏ TƏSVİR EDİLİR?

 

Sonra da iman edən, bir-birinə səbir etməyi tövsiyə edən və mərhəmətli olmağı tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəfdəkilərdir. (Bələd surəsi, 17-18)

 

A

llahın, axirət günü nicat tapanlardadan olmaları, rəhmətinə və cənnətinə qovuşa bilmələri üçün qullarına əmr etdiyi hökmlərdən biri, ayədə görüldüyü kimi, “mərhəmətli olmağı bir-birinə tövsiyə edənlərdən olmaq”dır. Həyatını Allahın rizasını qazanmaq üçün həsr edən möminlər də, Allahın bu hökmünü əskiksiz və qüsursuz şəkildə yerinə yetirməyə çalışırlar. Onların mərhəmət anlayışlarının əsasında, Allaha olan səmimi imanları yatır. Möminlər, Allahın iznindən kənarda heç bir hadisənin reallaşmayacağını və Onun bəxş etdiklərinə nə qədər möhtac olduqlarını bilirlər. Bu səbəbdən, sahib olduqları bu qavrayışdan qaynaqlanan təvazökarlığa sahibdirlər. Məhz bu xüsusiyyətləri də, onların mərhəmətlərinin təməlini təşkil edir.

 

Əks halda, yəni təvazökar olmayan bir insan həqiqi mənada mərhəmətli ola bilməz. Çünki yalnız özünü düşünər, özünü sevər və öz maraqlarını, öz nəfsinin istəklərini hər kəsdən üstün tutar. Bu səbəblə, başqalarının ehtiyaclarını əhəmiyyətli hesab etməz. Özündən başqalarını əhəmiyyətsiz və dəyərsiz görər. Bunun təbii nəticəsi olaraq da, heç kimə qarşı şəfqət və mərhəmət hissləri bəsləməz.

 

Möminlərin mərhəmət göstərmədəki qətiyyətlərinin bir səbəbi də, Allahın əxlaqını yaşamağa çalışmalarıdır. Allah, bir çox ayədə açıqlandığı kimi, “mərhəmətlilərin ən mərhəmətlisi”dir. Bu səbəbdən, möminlər də mərhəməti var gücləriylə yaşamağa çalışarlar.

 

Həmçinin möminlər, “Allahın sizə lütfü və mərhəməti olmasaydı (halınız necə olardı)? Şübhəsiz ki, Allah şəfqətlidir, rəhmlidir.” (Nur surəsi, 20) ayəsiylə də bildirildiyi kimi, Allahın onlara olan şəfqətinə və mərhəmətinə möhtacdırlar. Allahın onlara mərhəmət etməsini istədikləri üçün də, digər möminlərə də qarşı əllərindən gəldiyi qədər mərhəmətli olmağa çalışarlar.

 

Hər mövzuda olduğu kimi “necə mərhəmət göstərəcəkləri” mövzusunda da onlara sərhədləri və ölçünü təsbit edən, yol göstərənimiz Qurandır. Ona görə mərhəməti ancaq Allahın mərhəmət edilməsini bildirdiyi hallarda və Allahın təyin etdiyi şəxslərə göstərirlər.

 

Qurana uyğun mərhəmət anlayışının fərqi də məhz bu nöqtədə ortaya çıxır. Çünki din əxlaqından uzaq yaşayan insanların çoxu son dərəcə yanlış mərhəmət anlayışına sahibdirlər. Şahid olduqları bir hadisə qarşısında haqlını, haqsızı bilmədən, ədalətli və ağıllı qiymətləndirmə etmədən və ən əhəmiyyətlisi, Quranın hökmlərini nəzərə almadan cahil şəkildə kədərlənmə duyğusuna qapılaraq hərəkət edərlər. Ümumiyyətlə, həm özlərini, həm də qarşılarındakı insanları zərərə salacaq, səhv yola yönəldəcək yanlış qərarlar verərlər. Bu səbəbdən də yaşadıqları mərhəmət, Quranda əmr edilən gözəl əxlaqdan uzaq forma ortaya çıxarar.

 

Bununla əlaqəli olaraq əhəmiyyətli mövzunun üzərində durmaq lazımdır. Xalq arasında Qurana görə yanlış mərhəmət anlayışı hakimdir. Bu, qarşı tərəfə fayda yerinə zərər gətirəcək mərhəmət olması səbəbiylə “şeytani” mərhəmət olaraq xarakterizə edilir. Din əxlaqından uzaq cəmiyyətdə insanlar, qarşılarındakı adamın axirətdə zərərə uğrayacağını düşünmədən hər şey etmələrinə göz yumarlar. Məsələn, pis əxlaq göstərməsinə icazə verər, Allahın haram etdiyi hərəkətə qarşı çıxmaz, hətta bu mövzuda köməkçi olarlar.

 

Möminlərin bu mövzuda üzərinə götürdükləri ölçü isə, göstəriləcək mərhəmətin qarşı tərəfin axirətini mütləq müsbət istiqamətdə təsir etməsidir. Bəzən möminə olan sevgi və mərhəmət, nəfslərinə çətin və ağır gələcək bəzi hallarda onlara müdaxilə və ya tənqidlər etməyi tələb edə bilər. Qarşılarındakı adamın etdiyi pis hərəkətinə görə onu tənqid edə bilər, düşdüyü vəziyyətdən çəkindirəcək, Quranın əmri olaraq pislikdən uzaqlaşdıracaq söhbətlər edə bilərlər. Əsl mərhəmət də budur.

 

Çünki möminlər bunları edərək qarşılarındakı adamın nəfsinə ağır gələcək söz deməyi, onun Qurana uyğun olmayan bir hərəkətinə mane olmağı qəbul edə bilər, amma o adamın sonsuz həyatını cəhənnəm kimi geri dönüşü olmayan əzab içində keçirmələrini qəbul etməzlər. Bu səbəblə də, Allahın ən çox bəyənəcəyi əxlaqı yaşaması üçün təşviq edərək onu cənnətə hazırlayar və ən üstün mərhəmət nümunəsini nümayiş etdirərlər. Unutmamaq lazımdır ki, əsl mərhəmətsizlik, qarşı tərəfin axirətini düşünmədən etdiyi səhvləri bilə-bilə seyr etməkdir.

 

Möminlərin göstərdikləri bu əxlaq anlayışına bir nümunə, Allahın: “Həqiqətən, sən uca bir əxlaq sahibisən” (Qələm surəsi, 4) ayədə bildirdiyi Peyğəmbərimizin (s.ə.v) gözəl əxlaqıdır. Allah Peyğəmbərimizin (s.ə.v) üstün mərhəmət anlayışını bir ayədə: “Həqiqətən, sizə öz içinizdən elə bir elçi gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir.” (Tövbə surəsi, 128) ifadəsiylə bildirmişdir.

 

Məhz bu əxlaqı özlərinə nümunə götürən iman edənlər möminlərə qarşı, hər an onların axirət mənfəətlərini nəzərə alaraq, Allahın əmr etdiyi şəkildə şəfqətli və mərhəmətli davranarlar.


 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda Mərhəmət Necə Təsvir Edilir?
  • Möminlər Şəfqət və Mərhəməti Kimlərə Göstərirlər?
  • Möminlərin Mərhəmətlərini Əks Etdirən Əxlaq Xüsusiyyətləri
  • Quranın Qazandırdığı Mərhəmət Anlayışı Yaşanmadığında Nələr Baş Verər?
  • Nəticə