Din elmi istiqamətləndirir

Bizim içində yaşadığımız maddi aləmin təcrübə və müşahidələrin köməyi ilə öyrənilməsinə elm deyilir. Təbii ki, bu cür öyrənmədə elmi müşahidə və eksperimentlərdən alınmış məlumatlara əsaslanaraq müvafiq nəticələr çıxarılmalıdır. Həmçinin hər bir elm sahəsinin tədqiqatlardan əvvəl qəbul edilmiş hansısa əsas meyarları mövcuddur. Bu meyarların məcmusu elmi dildə "paradiqma" adlanır.

Paradiqma qarşıdakı elmi tədqiqatların istiqamətini müəyyən edir. Məlum olduğu kimi, elmi tədqiqatda ilk addım fərziyyə (hipotez) irəli sürməkdir. Alim ilk öncə öyrənməyə hazırlaşdığı hadisəyə dair öz hipotezini irəli sürür. Sonra isə bu hipotez elmi məlumatlar əsasında yoxlanılır. Əgər keçirilmiş sınaq və müşahidələr hipotezi təsdiqləsə, hipotez nəzəriyyəyə çevrilir. Hipotez təkzib edildikdə isə onun yerinə yenisi irəli sürülür və beləliklə, məsələnin öyrənilmə prosesi davam edir.

Qeyd etmək lazımdır ki, bu prosesin ilk pilləsi olan hipotezin irəli sürülməsi alimin istinad etdiyi müəyyən fundamental nöqteyi-nəzərlə bağlıdır. Məsələn, eyni nöqteyi-nəzərə əsaslanan bəzi alimlər belə bir hipotez irəli sürə bilərlər ki, materiya hər hansı şüurlu müdaxilə olmadan özünü təşkil etmək qabiliyyətinə malikdir. Sonra uzun illər boyu onlar bu hipotezi təsdiqləmək üçün öz tədqiqatlarını davam etdirəcəklər. Ancaq materiya qeyd edilmiş xüsusiyyətə qadir deyil, buna görə də onların bütün cəhdləri uğursuz bitəcək. Belə halda, əgər alimlər bu hipotezin müdafiə edilməsində çox inadlıdırsa, onların tədqiqatları uzun illər, hətta bir neçə nəsillər boyu sürə bilər. Nəticədə, xeyli vaxt və güc itiriləcək. Eyni zamanda, əgər bu alimlər öz işlərini "materiya bu və ya digər şüurlu müdaxilə olmadan özünü təşkil etmək qabiliyyətinə malik deyil" ideyası ilə başlasalar, onların elmi tədqiqatları bu ideyaya arxalanaraq çox tez və səmərəli keçərdi.

Diqqət yetirmək lazımdır ki, hipotezin irəli sürülmə anı elmi kəşflərin hansısa başqa mənbəyinin olmasını tələb edir. Bu mənbəyin təyin edilməsi çox vacibdir, çünki yuxarıda göstərilən misala görə, onun səhv müəyyən edilməsi elmə boş yerə sərf edilmiş illər, onilliklər və hətta yüzilliklər bahasına başa gələ bilər.

Tələb olunan mənbə Allahın insanlara göndərdiyi açıqlamadır. Allah kainatın və bütün canlıların Yaradanıdır və bu səbəblə onlar haqda ən düzgün və mübahisəsiz bilgi Onun Özünün göndərdiyi bilgidir. Allah onu bizə Quranda verir. Allahın bizə göndərdiyi vacib həqiqətləri biz aşağıdakı qaydada qeyd edə bilərik:

  1. Allah kainatı heç nədən yaradıb. Kainatdakı heç bir şey təsadüfən və öz-özünə yaranmayıb. Bu həqiqətin təbii nəticəsi ondadır ki, kainatda və təbiətdə təsadüfi hadisələrdən əmələ gələn xaos deyil, şüurlu planın əsasında yaradılmış mükəmməl nizam və qayda-qanun hökm sürür.
  2. Bizim üzərində yaşadığımız Yer planeti insanın burada yaşaması üçün xüsusi olaraq layihələşdirilib. Ulduzların və planetlərin hərəkətlərində, Yer səthinin formasında, suyun və atmosferin xüsusiyyətlərində məqsədi insan həyatının mümkünlüyünü təmin etməkdən ibarət olan müəyyən ideya (məna, layihə) var.
  3. Canlı orqanizmlərə gəlincə onları da Allah yaradıb. Həyatın bütün formaları Allah-təala tərəfindən düşünülmüş və yaradılmışdır. Bundan əlavə, aşağıda arıların misalında göstəriləcəyi kimi, canlı orqanizmlərin hərəkətlərinin mənbəyi Allahdan gələn ilhamdadır.

Bu həqiqətləri Quranda bizə Allah bildirir. Bu həqiqətləri əsas götürən dünyagörüşü, şübhəsiz ki, böyük elmi uğurların nailiyyətini təmin edəcək və bəşəriyyətə bol səmərə gətirəcək. Tarixdə buna gözəl misallar var. Müsəlman alimlərinin sivilizasiyanın inkişafının ön sıralarında olduqları IX-X əsrlərdə nail olunmuş uğurlar elmin sadaladığımız bu həqiqətlərinə arxalanmasının sayəsində mümkün olub. Eyni mənzərəni biz Qərbdə də müşahidə edə bilərik. Fizika, kimya, astronomiya, biologiya, paleontologiya sahəsi ilə məşğul olan əksər alimlər Allaha inanır və öz tədqiqatlarını Onun yaratdıqlarının öyrənilməsi məqsədilə aparırdılar.

İnsanların öz məqsədlərini müəyyən edərkən dini həqiqətlərə əsaslanmasının vacibliyindən danışan Eynşteyn bildirirdi:

İnsan üçün həqiqi məqsədi din müəyyən edir. Ancaq bu məqsədə nail olmaq üçün hansı vasitələrə əl atılmalıdır sualının cavabında elmin də deməyə sözü var. Həqiqəti bütövlükdə dərk etmək arzusunda olanlar elmə forma verir, onu müəyyən çərçivələrə salaraq qurub-yaradırlar. Ancaq elmin əsasında, onun başlanğıcında yenə də xeyli dərəcədə din iştirak edir. Mən dərin inamdan məhrum olmuş alimi hətta təsəvvür belə edə bilmirəm.6

saat

Yanlış iddiaların ardınca gedən alimlər xeyli vaxtı boşuna itirdilər.

Yalnız XIX əsrin ortalarından başlayaraq elm ilahi təməldən uzaqlaşdı və materialist fəlsəfənin təsiri altına düşdü. Materializm kökləri hələ qədim yunanlara gedib çıxan ideyadır.

Materialist baxışlar alimlər arasında tədricən yayılırdı və XIX əsrin ikinci yarısından başlayaraq tədqiqatların xeyli hissəsi artıq bu baxışları təsdiqləmək məqsədi ilə aparılırdı. Bu səbəblə, kainatın həmişə mövcud olduğunu və daima mövcud olacağını güman edən sonsuz kainat modeli, həyatın təsadüflərin məhsulu olduğunu iddia edən Darvinin təkamül nəzəriyyəsi, Freydin ideyaları və digər analoji nəzəriyyələr irəli sürüldü.

Ancaq bu gün geriyə boylananda görürük ki, bu materialist baxışlar sistemi elmi yalnız vaxt itkisinə gətirib çıxarıb. Saysız-hesabsız alimlər materializmin irəli sürdüyü müddəaları sübut etmək üçün onilliklər ərzində çalışıblar, ancaq əldə edilmiş nəticələr onların səhv olduqlarını göstərdi. Bunun müqabilində isə elmi kəşflər kainatın heç nədən yaradıldığını, onun insanlara yaşamaq imkanını təmin etmək üçün layihələndirildiyini, həyatın təsadüfən yaranmasının və onun təkamül yolu ilə inkişafının mümkün olmamasını Quranda göstərilənlərə tam uyğun şəkildə olmaqla təsdiq etdi. İndi isə yuxarıda göstərilən həqiqətləri ardıcıllıqla təhlil edək.

Materialistlərin sonsuz kainat haqqındakı zəhlətökən ideyalarının elmə gətirdiyi itkilər

XX əsrin əvvəlinə kimi materializmin hökm sürdüyü elm aləmində yayılmış baxışlara görə, kainat öz ölçülərində sonsuzdur, həmişə mövcud olub və əbədi mövcud olacaq. "Hərəkətsiz kainat modeli" adını almış bu fərziyyəyə uyğun olaraq kainatın nə əvvəli, nə də sonu vardır. Kainat sonsuz materiyanın bütün məcmusunu təşkil edirdi. Materialist fəlsəfəsinin əsasını təşkil edən bu baxışlar kainatın yaradılma faktını rədd edirdi.

Materializmə inanmış və ya onun təsiri altına düşmüş bir xeyli alim "hərəkətsiz kainat" modelini öz tədqiqatlarının əsası kimi qəbul edirdi. Fizika və astronomiya sahəsindəki bütün işlər materiyanın əbədi mövcudluğu haqqındakı fərziyyəyə əsaslanırdı. Bir sözlə, uzun illər boyu saysız-hesabsız alimlər əldən düşənə qədər boş yerə çalışıblar, çünki bu uydurmanı puça çıxarmaq elmə tezliklə nəsib oldu.

"Hərəkətsiz kainat" modelinin yanlışlığını hiss edən və ona elmi alternativ irəli sürən ilk insan Corc Lemetr idi. Rus alimi Aleksandr Fridmanın bəzi hesablamalarına arxalanan Lemetr həqiqətdə kainatın başlanğıcı, həmçinin başlayandan bəri kainatın daima genişlənməsi haqda ehtimal irəli sürdü. Bundan əlavə, Lemetr bu başlanğıcın bircə məqamından qalma şüanı qeydə almaq imkanının olduğunu da bəyan etdi.

habble, teleskop

Habl nəhəng teleskopun köməyi ilə kəşf etdi ki, ulduzlar bizdən uzaqlaşdıqları kimi bir-birlərindən də uzaqlaşırlar.

Burada qeyd etmək lazımdır ki, Corc Lemetr mömin idi. O, Allahın kainatı heç nədən yaratdığına qəlbən inanırdı. Yəni onun elmə yanaşması materialist yanaşmadan güclü şəkildə fərqlənirdi.

Sonrakı illər Lemetrin fərziyyəsinin düzgünlüyünü təsdiqlədi. Əvvəlcə, ABŞ astronomu Edvin Habbl böyük teleskopun köməyi ilə kəşf etdi ki, ulduzlar daima bizdən uzaqlaşdıqları kimi, həm də bir-birlərindən uzaqlaşırlar. Əgər kainatdakı bütün obyektlər bir-birindən uzaqlaşırsa, bunun yeganə izahı var: kainat genişlənir, yəni o, materialistlərin iddia etdikləri kimi, hərəkətsiz deyil.

Ümumiyyətlə, Albert Eynşteyn hələ xeyli əvvəl nəzəri cəhətdən belə hesab edirdi ki, kainat hərəkətsiz ola bilməz. Ancaq bu hesablamalardan alınan nəticələrin əsasları o zaman qəbul edilmiş "hərəkətsiz kainat" modelinə uyğun olmadığı üçün o, öz kəşfinin üzərində israr etmədi və onu bir kənara qoydu. Beləliklə, biz hətta XX əsrin dahilərindən hesab edilən Eynşteyn kimi böyük alimlərin materialist ehkamların təsiri altına düşdüklərini görürük. Buna görə də Eynşteyn öz vacib kəşfini nəşr etdirmədi. Sonralar o, bunu öz karyerasının ən böyük səhvi adlandırdı.

Kainatın genişlənməsi faktının daha bir vacib aspekti var idi, yəni əgər kainatın genişlənmə prosesinin gedişində əks istiqamətdə hərəkət edilsəydi, əvvəl-axır kainatın genişlənməyə başladığı yeganə nöqtəyə gəlib çıxardılar. Hesablamalar nəticəsində aydın olmuşdur ki, bu yeganə nöqtə sıfır həcmində olmalıdır. Kainat da elə bu nöqtədə baş vermiş və alimlər tərəfindən "Böyük partlayış" adlandırılmış partlayışdan əmələ gəlib.

Həqiqətdə "böyük partlayışın baş verdiyi nöqtə sıfır həcmindədir" ifadəsindən sırf nəzəri şəkildə istifadə edilir, çünki "sıfır həcmi" anlayışı "heç nə" məfhumuna bərabərdir. Yəni kainat heç nədən əmələ gəlib. Daha dəqiq desək, heç nədən yaradılıb.

Böyük partlayış nəzəriyyəsi kainatın heç nədən yaradıldığını göstərir. Ancaq bu nəzəriyyənin qəbul edilməsi üçün elmi sübutlar tələb edilirdi. 1948-ci ildə Corc Qamov ehtimal etdi ki, əgər Lemetrin dediyi böyük partlayış baş veribsə, kainatda bu partlayışdan qalmış şüa olmalı və bu şüa bütün kainat boyu bərabər şəkildə paylanmalıdır.

Qamovun sözlərinə görə, axtarılması lazım olan dəlil tezliklə meydana çıxdı. 1965-ci ildə Arno Penzias və Robert Uilson adlı tədqiqatçılar bu şüanın qalıqlarını aşkar etdilər. Kosmik fon şüası adını almış bu şüa kosmosun hansısa müəyyən sahəsinə bağlı deyildi, ancaq bütün kainat boyu paylanmışdı. Buradan aydın oldu ki, uzun zamanlar hər yandan bərabər şəkildə çıxan istilik dalğası böyük partlayış anından qalıb. Penzias və Uilson bu kəşflərinə görə, Nobel mükafatına layiq görüldülər.

1989-cu ildə isə Amerikanın kosmik agentliyi NASA kosmik fon şüasının öyrənilməsi üçün kosmosa COBE peykini göndərdi. Yüksək texnologiyaya malik bu peykdə quraşdırılmış həssas cihazlar Penziasla Uilsonun hesablamalarını bir neçə dəqiqə ərzində təsdiqlədilər.

roma, peyk

Böyük partlayışın sübutlarını aşkar edən COBE peyki.

Kainatın böyük partlayış nəticəsində heç nədən əmələ gəlməsinin elmi sübutlarla təsdiq edilməsi materialist alimlərin böyük çaşqınlığına səbəb oldu, çünki onlar özlərinin uzun illər boyu aparılmış tədqiqatlarının, irəli sürdükləri ideya və nəzəriyyələrin iflasının şahidi oldular. Tanınmış ateist-filosof Entoni Flyu özünün bununla bağlı fikirlərini belə ifadə edirdi:

"Deyirlər ki, etiraf insanın ruhuna müsbət təsir edir. Mən də bir etiraf edəcəyəm: böyük partlayış modeli ateistin nöqteyi-nəzərində çox kədərlidir, çünki elm dini mənbələrin kainatın bir başlanğıcının olması müddəasını təsdiq etdi. Mən hələ də ateizmə inanıram, ancaq böyük partlayışın mövcudluğu faktının olmasını nəzərə alanda bu nöqteyi-nəzəri müdafiə etməyin çətin olmasını da etiraf edirəm".7

Bu misaldan göründüyü kimi, materializmə sədaqətini kor-koranə qoruyan insana nə qədər elmi sübutlar təqdim edilsə də o, başqa nəzər-nöqtəsini qəbul etməyə meyilli deyil. Hətta əgər o, təsbit edilmiş həqiqəti şəxsən etiraf etsə belə, materializmə bağlılığından imtina edə bilməz.

Bununla yanaşı, bu gün Allahın mövcudluğunu kor-koranə inkar etməklə kifayətlənməyən və kainatın sonsuz güc sahibi Allah tərəfindən yaradılmasını etiraf etməyə hazır olan bir çox alimlər var. Məsələn, böyük partlayış mövzusundakı işləri ilə məşhurlaşmış ABŞ alimi Uilyam Leyn Kreyq bu haqda belə izah verir:

"Həqiqətdə "heç nədən yalnız heç nə alınır" qaydasına uyğun olaraq böyük partlayışın hansısa bir fövqəltəbii səbəbi olmalıdır. Əgər nəzərə alsaq ki, partlayışdan əvvəl mövcud olmuş vəhdət bütün məkan və zaman münasibətlərinin sərhəddi olmuşdur, onda böyük partlayışın hər hansı bir fiziki səbəbinin olması mümkün deyil. Böyük partlayışın səbəbi fiziki məkan və zamanın hüdudlarından kənarda idi. O, kainatdan əsla asılı deyildi və şüurun dərk etməkdə aciz qaldığı bir gücə malik idi. Bundan əlavə, bu səbəb şüura və şəxsi azad iradəyə malik olan mahiyyət olmalıdır. Deməli, kainatın yaradılışının əsl səbəbi kainatı nə vaxtsa öz şəxsi iradəsi ilə xəlq edən Yaradandır". 8
böyük partlayış, kainatın yaradılışı

Kainat sıfır həcminə malik olan nöqtədəki partlayış nəticəsində yaranıb. Böyük partlayış adlanan bu partlayış kainatın heç nədən yaradıldığını göstərən sübut oldu və materialistlərin sonsuz kainat haqqındakı hipotezalarını əsassız məsələyə çevirdi.

Böyük partlayışın bizə göstərdiyi vacib nəticə belədir: biz əvvəl də dediyimiz kimi, İlahi bilgini öz istinad nöqtəsi seçmiş elmi düşüncə kainatın sirlərini açmaqda böyük uğurlara nail olur. Materialist fəlsəfəsinin postulatlarını qəbul edən alimlər sonsuz kainat modelini qurdular, ancaq bütün çalışmalarına baxmayaraq, bu nəzəriyyənin ayaq üstə qalması üçün yetərincə möhkəm dayaqlar tapa bilmədilər. Corc Lemetrin hazırladığı və dini nöqteyi-nəzər üzərində duran Böyük partlayış nəzəriyyəsi elmin inkişafı üçün məşəl oldu və kainatın yaradılışının həqiqi mənbələrini anlamağı təmin etdi. Nəticədə, ateist Flyunun da etiraf etdiyi kimi, elm dini mənbələrin müddəalarını sübut etdi. Əgər biz XX əsr elminin tarixinə nəzər yetirsək, oxşar vəziyyəti digər sahələrdə də görərik.

Elmə "kainatda heç bir məna yoxdur" iddiası ilə vurulan zərər

Materialistlər kainatın əbədi mövcud olmasını iddia etdikləri kimi kainatın həm də heç bir məqsədinin və mənasının olmadığı fikri üzərində israr edirdilər. Onlar hesab edirdilər ki, kainatda olan bütün bərabərlik, harmoniya və uyğunluq məhz təsadüflərin nəticəsidir. Bu nöqteyi-nəzər yenə də XIX əsrin ikinci yarısında üstünlük təşkil edir və əksər elmi işlərin istiqamətini müəyyənləşdirirdi.

Məsələn, kainatda hansısa bir səbəbin olmadığını sübut etmək üçün "xaos nəzəriyyəsi" adlı hipotez irəli sürülmüşdü. Bu nəzəriyyəyə görə, qayda-qanunun xaosdan özbaşına əmələ gələ bilməsi iddia edilirdi və bu iddianı sübut etmək üçün nəhəng həcmdə iş də görülmüşdü. "Kainatın xaosun məhsulu olduğunu necə göstərmək olar" sualına cavab vermək üçün riyazi hesablamalar, fizika sahəsində nəzəri işlər, fiziki təcrübələr və kimyəvi tədqiqatlar aparılırdı.

Ancaq hər yeni tədqiqat xaos və təsadüfilik haqda hipotezləri daha da əsassız edir və hətta əksinə, kainatda hansısa böyük layihənin olmasına dair yeni-yeni sübutlar tapılırdı. Tədqiqatların nəticələri, xüsusən 60-cı illərdə göstərirdi ki, kainatda olan bütün fiziki əlaqələr insanın yaşaması hesabı ilə çox dəqiq tənzim edilib. Elmi biliklərin dərinləşməsi ilə müəyyən edilib ki, təbiətin fiziki, kimyəvi və bioloji qanunları, kainatda əsas fəaliyyətdə olan yer cazibə və ya elektromaqnetizm tipli qüvvələr, atom və elementlərin strukturu insan həyatının mümkünlüyünü tam şəkildə təmin etmək üçün tənzimlənərək müəyyən qayda-qanunlar əsasında sistemləşdirilmişdir.

Qərb alimləri bu gün bu fövqəltəbii layihəni "insan prinsipi" (Anthroric Princirle) adlandırır. Bu prinsip kainatdakı hər bir detalın insan həyatını nəzərə alaraq layihələndirildiyini təsdiq edir.

Eynşteyn, mozaik portretini

Biz müəyyən ümumi mürəkkəb nizamı görəndə bu nizamın dərrakə ilə təmin edildiyini dərhal başa düşürük.

Bu nəticə ilə yanaşı, o da aydın oldu ki, materialist fəlsəfənin elmi təngə gətirdiyi "kainat özündə heç bir məqsəd və məna daşımayan materiya kütləsidir" təsəvvürü, həmçinin "kainat hadisələr vasitəsi ilə işləyir" iddiası, əslində, qeyri-elmi uydurmadır. Məşhur molekulyar bioloq Maykl Denton özünün "Natures Destinu: Now the Laws of Bioloqy Reveal Purrose in the Universe" (Təbiətin alın yazısı: biologiya qanunları kainatın məqsədinə necə işarə edir) adlı kitabında bu mövzunu belə şərh edir:

"XX əsrin astronomiyasının elmə təqdim etdiyi yeni mənzərə son dörd əsrdə elmi dairələrdə geniş yayılmış hipotezə qarşı əsl üsyandır. Bu hipotez kainatdakı həyatın təsadüfən əmələ gəlməsi və elə də vacib fenomen olmaması haqqında təsəvvürdür. Müasir fizikanın və kosmologiyanın əldə etdikləri sübutlar XVII əsrdə təbii ilahiyyat tərəfdarlarının onlara uyğun müasir səviyyədə axtarıb tapa bilmədikləri sübutlardır".9

"XX əsrin astronomiyasının elmə təqdim etdiyi yeni mənzərə son dörd əsrdə elmi dairələrdə geniş yayılmış hipotezə qarşı əsl üsyandır. Bu hipotez kainatdakı həyatın təsadüfən əmələ gəlməsi və elə də vacib fenomen olmaması haqqında təsəvvürdür. Müasir fizikanın və kosmologiyanın əldə etdikləri sübutlar XVII əsrdə təbii ilahiyyat tərəfdarlarının onlara uyğun müasir səviyyədə axtarıb tapa bilmədikləri sübutlardır".

Şəkildə Albert Eynşteynin sökülmüş formada təqdim edilmiş mozaik portretini yalnız ağıllı bir insan yığa bilər. Kainatda mövcud olan müqayisəyəgəlməz dərəcədə mürəkkəb və mükəmməl sistemlərin sonsuz bilik və ağıl sahibi olan Allah tərəfindən yaradılması da şübhəsiz həqiqətdir.

Burada elmin "kainatda heç bir səbəb, məna və məqsəd yoxdur" sözləri ilə ifadə edilmiş materialist cəfəngiyatı üzündən itirdiklərinə diqqət yetirmək gərəkdir. Bu xurafatı təsdiq etmək üçün irəli sürülən bütün nəzəriyyələr, düsturlar, nəzəri fizika araşdırmaları, riyazi tənliklər və s bunların hamısı boş cəhdlərdir.

faşist, irqçi ideologiya

İrqçi ideologiya İkinci dünya müharibəsini alovlandırıb bəşəriyyəti fəlakətə gətirib çıxardığı kimi, materialist fəlsəfə də elmi zülmətə düçar etdi. .

Əgər materialist uydurmasının əvəzinə elm kainatın Allah tərəfindən yaradıldığı həqiqətini əsas götürsəydi, elmi tədqiqatlar lazımi istiqamətdə aparılardı.

Təkamül nəzəriyyəsinin isbatına ümidsizcəsinə sərf edilmiş səylərin elmə vurduğu zərər

Elmin əsasında dayanmış ən konkret yanlışlıq nümunəsini Darvinin nəzəriyyəsində görmək olar. Elm aləminə 140 il əvvəl təqdim edilmiş bu nəzəriyyə, əslində, bütün elmin tarixində ən böyük xəcalətdir.

Təkamül nəzəriyyəsi həyatın cansız təbiətin bir neçə birləşməsi nəticəsində təsadüfən yarandığını iddia edir. Həmin iddiaya görə, təsadüfi əmələ gəlmiş bu canlı orqanizmlər yenə də təsadüflər nəticəsində təkmilləşərək başqa canlı orqanizmlərə çevriliblər. Hadisələrin bu cür gedişatını təsdiq etmək üçün bir əsr yarım ərzində böyük səylər göstərildi. Ancaq elmi faktlar daima bu nəzəriyyəyə qarşı çıxmışlar. Hər şey həqiqətdə təkamülün baş verməməsini, canlı məxluqların başqalarına çevrilməsinin hətta söz mövzusu ola bilməməsini, bütün canlı orqanizmlərin ayrı-ayrılıqda hazırda mövcud olduqları şəkildə yaradıldıqlarını təsdiq edirdi.

Ancaq təkamülçülər bütün bu açıq-aydın faktlara baxmayaraq, təkamülün mövcudluğunu sübut etmək üçün saysız-hesabsız tədqiqatlar və sınaqlar aparmaqda, yalan və saxtakarlıqlarla doldurulmuş cild-cild kitablar yazmaqda, institutlar yaratmaqda, mühazirələr oxumaqda, televiziya verilişləri hazırlamaqda davam edirlər. Bu yalan iddianı sübut etmək üçün xeyli miqdarda pul və minlərlə alimin potensialının sərf edilməsi bəşəriyyətə böyük zərər vurur. Əgər bunun əvəzinə olan imkanlar istifadə edilsəydi, elm bir çox istiqamətlər üzrə irəli gedərdi, xeyli sahələrdə dəqiq nəticələr əldə edilərdi.

Yenə də əksər alimlər təkamül nəzəriyyəsinin necə böyük uydurma olduğunu görürlər. Məsələn, Amerika filosofu Malkolm Maqqeric bu barədə belə deyir:

"Mən əminəm ki, gələcək tarix dərsliklərində təkamül nəzəriyyəsi hər şeydən çox lağa qoyulacaq. Gələcək nəsillər çox böyük sadəliklə qəbul edilən bu əsassız və şübhəli hipotezə son dərəcə təəccüblənəcəklər".10

Skandinaviya alimi Sören Lövtrun özünün "Darwinism: The Refutation of a Myth" (Darvinizm: mifin təkzibi) adlı kitabında deyir:

"Məncə, hər kəs razılaşar ki, elmin hansısa sahəsinin yanlış nəzəriyyənin təsiri altına düşməsi çox pisdir. Biologiya məhz bu cür bədbəxtlik keçirir: artıq uzun illərdir ki, insanlar "uyğunlaşma", "seleksiya təzyiqi" və ya "təbii seçmə" kimi darvinist anlayışlardan istifadə edərək təkamül mövzularında mübahisə edirlər. Onlar bu mübahisələrlə təbii hadisələrin araşdırılmasını zənginləşdirdiklərini düşünürlər. Mən inanıram ki, bir gün darvinizm mifi elm tarixində ən böyük yalan hesab ediləcək".11

Hətta bəzi təkamülçü alimlər üzərində israr etdikləri nəzəriyyənin həqiqətlə uzlaşmadığını hiss edir və bu barədə öz narahatlıqlarını bildirirlər. Məsələn, təkamülçü alim Paul R.Erlix "Scince" jurnalında dərc edilən məqalələrinin birində yazır: "Bizim günlərimizdə təkamül nəzəriyyəsini əbədiləşdirmək cəhdi ehkam kimi müşahidə edilən aləmin daha qənaətbəxş izahlarını işləyib hazırlamağa mane olacaq". Paul R.Erlix bununla təkamül nəzəriyyəsinin ardınca kor-koranə getməyin elmə gətirdiyi zərəri, dolayısilə olsa da, etiraf edir.

İndi isə hazırda təkamül nəzəriyyəsini təsdiqləmək üçün atılan və son nəticəsi yalnız zaman və vəsait itkisi olan qeyri-elmi cəhdləri ətraflı müzakirə edək.

"Cansız materiya həyat doğura bilər" iddiasının elmə vurduğu zərər

Həyatın mənbəyi nədir? Quşu və ya zürafəni daşdan, sudan, yerdən, yəni cansız materiyadan nə ayırır?

Bu sualın cavabını qədim zamanlardan indiyə qədər axtarırlar. Bu haqda yaranan fərziyyələri iki nöqteyi-nəzərə ayırmaq olar. Onların birinə görə, canlı və cansız materiya arasında yalnız zərif sərhəd var. Bu sərhəd asanlıqla aradan qaldırılır və cansız materiya öz-özünə canlıya çevrilə bilər. Bu nöqteyi-nəzər elmi dildə "abiogenezis" adını aldı.

orta əsr, elm qurdlanma, təkamül

Orta əsrlərdə aparıcı olan elmi baxışlara uyğun olaraq belə hesab edilirdi ki, canlı orqanizmlər cansız təbiətdən törəyə bilərlər. Məsələn, düzgün saxlanmadıqda ətdə qurdların meydana gəlməsi onların öz-özünə törəməsi kimi qəbul edilirdi. F.Redi ilə L.Pasterin kəşfləri bu yanlışlığı rədd etdi.

Digər nöqteyi-nəzərin tərəfdarları iddia edirlər ki, həyatla cansız materiya arasında böyük və aşılmaz maneə var. Cansız materiyanın özbaşına canlanması mümkün deyil və hər canlı orqanizm yalnız başqa canlı orqanizmdən doğula bilər. Bu baxışı belə iddia ilə ümumiləşdirmək olar: həyat həyatdan əmələ gəlir. Elmdə o, "biogenezis" adını alıb.

Maraqlıdır ki, abiogenezis ideyası materialist fəlsəfəsi ilə bağlıdır, biogenezis ideyası isə dini təməllərin üzərində durur. Materialistlər hələ lap əvvəldən iddia edirdilər ki, cansız materiya canlıya çevrilə bilər. Qədim yunan mütəfəkkirləri sadə canlı orqanizmlərin daima cansız materiyadan öz-özünə doğulmasına inanırdılar.

Bunun əksinə olaraq dini mənbələr həyatın materiyaya yalnız İlahi yaradılış aktı vasitəsilə verilə biləcəyini xəbər verirdilər. Bu haqda Quranda belə deyilir:

"Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?" ("Ənam" surəsi, 6/95)

"Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!" ("Hədid" surəsi, 57/2)

Orta əsrlərdə aparılmış səhv tədqiqatlar və insanların təbiət haqda məlumatlarının həddən artıq məhdud olması nəticəsində abiogenezisə inam xeyli yayıldı. Ətə düşmüş qurdları görən insanlar hesab edirdilər ki, qurdlar orada öz-özünə törəyiblər. Həmçinin taxıl anbarlarında törəyən siçanların buğda qalağından özbaşına əmələ gəlməsi hesab edilirdi. Bu cür öz-özünə əmələ gəlməyə, özbaşına doğuluşa inam XVII əsrə qədər yayılmışdı.

Ancaq iki görkəmli alim tərəfindən aparılmış sınaqlar öz-özünə əmələ gəlmə inamını rədd etdi. Bu alimlərin birincisi Fransisko Redi idi. O, 1668-ci ildə həyata keçirdiyi sınaqlarla sübut etdi ki, ətə düşən qurdlar öz-başına deyil, milçəklərin gətirib qoyduğu yumurtalar sa-yəsində əmələ gəliblər. Bu vəziyyətdə abiogenezis ideyasının tərəfdarları geriyə addım ataraq iddia etdilər ki, cansız materiyadan qurd və qurbağalar kimi böyük heyvanlar əmələ gələ bilməz, ondan ancaq gözlə görülməz mikroblar əmələ gələ bilər. Mübahisə təxminən daha 200 il davam etdi. Sonda fransız bioloqu Lui Paster özünün serial təcrübələri vasitəsi ilə cansız materiyadan mikrobların əmələ gəlməsinin mümkün olmamasını sübut etdi. Paster öz nəticələrini bu cür ümumiləşdirmişdi:

"Materiya öz-özünə təşkil oluna bilərmi? Xeyr! Bu gün elm deyir ki, hətta mikroskopik orqanizmlər dünyada onların valideynləri ilə oxşarlığı olmayan canlı orqanizmlərsiz əmələ gələ bilməzlər".13
Luis Paster, elm

Luis Paster

Həm Redidə, həm də Pasterdə vacib bir cəhət var idi. Hər iki alim Allahın varlığına və bütün canlıları Onun yaratdığına inanırdı. Onların abiogenezis ideyasının cəfəngliyini üzə çıxarmasında inam amili böyük rol oynadı. Materialist fəlsəfənin təsiri altına düşmüş alimlər (Darvin, Gekkel kimi təkamülçülər) abiogenezis ideyasını inadla müdafiə etdikləri zaman Redi və Paster elmə düzgün yanaşaraq biogenezis həqiqətini anladılar.

Ancaq təkamülçülər bu aşkar həqiqətə qarşı çıxmaqda davam edirdilər. Materialist fəlsəfəyə kor-koranə bağlılıq onları bir əsr ərzində ümidsiz axtarışlara sövq edirdi. Aleksandr Oparin və C.B.Xoldeyn adlı materialist alimlər "kimyəvi nəzəriyyə" anlayışı irəli sürdülər. Oparinin və Xoldeynin iddialarına görə, abiogenezis qısa müddət ərzində baş vermir, o, yalnız uzun dövr ərzində mümkündür. Bir neçə əsas elmi qanunlara, hər şeydən əvvəl termodinamikanın ikinci qanununa zidd olan bu iddia ucbatından elə bir dalan yarandı ki, elm onun sayəsində vaxt itirməkdədir.

XX əsr ərzində saysız-hesabsız alimlər təcrübələrin və yeni nəzəriyyələrin köməyi ilə kimyəvi təkamül hipotezini sübut etməyə çalışırdılar. Bu məqsədlə, nəhəng laboratoriyalar, böyük institutlar, universitet şəhərcikləri səfərbər edilmişdi. Ancaq bütün atılan addımlar uğursuz idi.

Məşhur təkamülçü, Yohannes Quttenberq Universitetinin Biokimya İnstitutunun direktoru, professor Klaus Doze bir faktı etiraf edir ki, həyatın cansız materiyadan yaranmasını təsdiq etmək məqsədilə aparılmış bütün işlər heç bir nəticə vermədi. O, deyir:

"30 ildən artıq müddətdə kimyəvi və molekulyar təkamül sahələrində həyatın yaranması mövzusunda aparılmış təcrübələr qoyulmuş suala cavab vermək əvəzinə bu sualın nə dərəcədə çətin olduğunu anlamağa kömək etdi. Bu mövzuya həsr olunmuş bütün təcrübə və nəzəriyyələr hazırda ya dalana dirənir, ya da bu problemin həlli üçün bizim biliyimizin kifayət etməməsini etiraf etmək məcburiyyətinə gətirib çıxarır".14

Əgər elm materialist uydurmasının abiogenezis ideyasına uymasaydı, "kimyəvi təkamül" üçün sərf edilmiş bütün səylər daha səmərəli məcraya istiqamətləndirilə bilərdi. Əgər elm həyatın Allah tərəfindən yaradıldığını və yalnız Onun həyat verməyə qadir olduğunu dərk etsəydi, bütün bu zaman, pul və insan potensialı boş yerə sərf edilməzdi. Elm qədim yunan əfsanələrinin ardınca getmək əvəzinə bütün diqqətini bəşəriyyətə faydalı olacaq yeni tədqiqat və kəşflər üzərində cəmləşdirərdi.

Bu gün elm cansız materiyanın təsadüflər nəticəsində öz-özünə təşkil edilməsinin, hüceyrə kimi bu cür mükəmməl və çətin fenomenin cansız təbiətin təsadüfi maddələr birləşməsi nəticəsində yaranmasının mümkünsüzlüyünü sübut edir. Bu qayda ilə o da tam aydındır ki, bizi əhatə edən milyonlarla müxtəlif canlı orqanizmlər təkamülçülərin iddia etdiyi kimi, hüceyrələrin öz aralarında təsadüfi birləşmələri nəticəsində yarana bilməzlər. Tam aydındır ki, nə qızılgül, nə tovuz quşu, nə şir, nə qarışqa, nə də başqa bir canlı orqanizm atom şüuruna malik olmayanların iradəsi ilə əmələ gəlməyiblər.

quş, çevrilmə

Elm bu gün sübut edib ki, mükəmməl və yüksək dərəcədə mürəkkəb canlı orqanizmlər təsadüfi hadisələr şəraitində, öz-özünə, cansız maddənin müxtəlif komponentlərinin birləşməsi yolu ilə yarana bilməzlər. Həyatı yalnız bütün aləmlərin Hakimi verə bilər. O, bütün canlıları yaradandır.

Bu mövzuya dair dərin tədqiqatlar aparmış alim şüursuz atomların qərarı ilə əmələ gəlmiş canlı deyil. Şüursuz atomların inkişaf etmiş dərrakəli insan yaratması mümkün deyil.

Bununla yanaşı, Qurani-Kərimin vasitəsi ilə neçə əsr bundan əvvəl xəbər verilib ki, heç nə olmadığı halda, həyatı Allah yaratdı, Allah həyat verəndir və Ondan başqa heç kəs həyat verə bilməz.

Əgər elm Allahın insanlara bildirdiyi bu həqiqətlərin ardınca getsəydi, təkamülçülərin ondan (elmdən) nəticəsiz axtarışlar üçün aldıqları bir belə vaxtı itirməzdi.

"Növlərin təkamülü" hipotezini təsdiqləmək cəhdlərinin elmə vurduğu zərər

Yer üzündə milyonlarla canlı orqanizm növü mövcuddur. Bu növlər xeyli xüsusiyyətlərinə görə bir-birindən seçilirlər. Məsələn, atlar, quşlar, qurdlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, qurdlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, dəvələr, delfinlər, meduzalar, dəniz ulduzları... Bu növlərdən hər biri digərindən öz fiziki xüsusiyyətlərinə, mühitinə, ov texnikasına, özünümüdafiə taktikasına, qidalanma üsuluna, çoxalma xarakterinə, yəni özlərinin bütün vacib xüsusiyyətlərinə görə fərqlənirlər.

canlılar, yaradılış

"Allah hər heyvanı bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!" ("Nur" surəsi, 24/45)

Bəs bütün bu növlər necə yaranıb?

Bu sual üzərində dərin düşünən hər kəs bütün canlı orqanizmlərin mükəmməl şəkildə layihələndiyini və düşünüldüyünü, yəni yaradıldığını görəcək. Hər məna özünün şüurlu yaradanını müəyyən edir. Canlılar kainatda böyük məqsəd və mənanın olmasını sübut edən digər nümunə və misallar kimi Allahın varlığını da göstərirlər.

Bu həqiqəti bizə din söyləyib. Quranda bütün canlıların nə yolla yaranması aydınlaşdırılır: bütün növ canlı orqanizmlər ayrı-ayrılıqda Allah tərəfindən yaradılıb. Allah hər canlı orqanizmə öz orijinal quruluşunu verib, Öz müdrikliyi ilə onlara müxtəlif xüsusiyyətlər bəxş edib və insanlara Özünün sonsuz gücü, sonsuz zəkası və sonsuz biliyi haqda xəbər verib. Canlıların yaranmasından bəhs edən Quran ayələri bunlardır:

canlılar, müxtəliflik

"Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır! Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır". ("Casiyə" surəsi, 45/3-4)

"Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!"("Şura" surəsi, 42/29)

"Allah hər heyvanı bir sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!" ("Nur" surəsi, 24/45)

"Allah göyləri, gördüyünüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik. Bu, Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalimlər açıq-aşkar əyri yoldadırlar". ("Loğman" surəsi, 31/10-11)

Karl Linney, sistematika

Karl Linney

Bu yaradılış həqiqəti mömin alimlərə elmin biologiya, anatomiya və paleontologiya kimi sahələrində aparıcı yer tutmalarına kömək etdi. Canlı orqanizmləri öyrənən, onların təsnifatını ilk dəfə tərtib edən və bunun üçün sistematikanın banisi kimi məşhurlaşan Karl Linney, qazıntı halında tapılan qalıqlar haqda elmin banisi Corc Küvye, həmçinin müqayisəli anatomiyanın banisi Qreqor Mendel, irsiyyət qanunlarını ilk dəfə kəşf edən və genetikanın təməlini qoyan yaxud XIX əsrdə Amerikanın görkəmli bioloqlarından sayılan Lui Aqassis canlı orqanizmlərin Allah tərəfindən yaradıldığını dərk edərək elmi tədqiqatlar aparırdılar.

Yalnız Çarlz Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsinin qəbul edilməsi ilə elm aləmi bir növlərin başqalarından törəməsinin sübutlarının axtarışına səfərbər edilmişdi. Bu axtarış alimləri sonsuz tədqiqatlara sövq etdi. Dünyanın bütün guşələrində, əslində, heç vaxt mövcud olmamış keçid təkamül formalarını tapmaq məqsədilə qazıntı halındakı qalıqların axtarışı aparılırdı. Bundan əlavə, bir növün digərinə təkamül yolu ilə keçməsini güman edən xəyali ssenarilər qurulurdu. Bu ssenarilər elmi jurnalların səhifələrini doldurur və məktəblərdə şagirdlərə öyrədilirdi.

Təkamülçülərin elmi necə boş fantaziyalar alətinə çevirdiklərini anlamaq üçün bu təkamül ssenarilərindən bəzi misallar gətirək. Məsələn, sürünən heyvanların məməlilərə çevrilməsi haqda təkamülçü mənbələrin birində belə əfsanə nəql edilir:

sistematika, Karl Linney

Bütün canlı orqanizmlərin Allah tərəfindən yaradıldığına inanan Karl Linney onları ilk dəfə sistematik şəkildə tədqiq etdi və elm tarixinə sistematikanın banisi kimi daxil oldu.

"Soyuq vilayətlərdə yaşayan bəzi sürünənlər öz bədənlərini isitmək üsulu hazırladılar. Onların pulcuqları tədricən sivriləşib itilənirdi və təkamül prosesində yun telinə çevrildilər. Bununla bərabər, başqa uyğunlaşma da baş verdi: tər ifrazatı sisteminin inkişafı. Bu, heyvanlara ehtiyacları olduqda suyun buxarlanmasını sayəsində öz bədənlərini sərinlətmək imkanı verirdi. Elə bu vaxt gözlənilmədən bəzi körpələr qida axtararaq analarının bədənində əmələ gəlmiş təri yalamağa başladılar. Buna görə, bəzi tər vəziləri daha zəngin ifrazatlar çıxarmağa başladı və bu ifrazatlar nəticədə südə çevrildi. Bunun sayəsində ilk məməlilərin balaları öz həyatlarına bəzi üstünlüklərə malik olmaqla başladılar".15
ilan, təkamül, sürüngən

Sürünənlərin təkamül yolu ilə quşlara çevrilməsi haqqındakı iddia elmə, şübhəsiz ki, ziddir. Bunun sübutlarından biri sürünənlərin pulcuqları ilə quş lələklərinin quruluşu arasındakı böyük fərqlərdir.

Alan Feduccia, quşlar

Alan Feduccia

Bu təkamülçü mənbənin iddiasının düzgünlüyünü təsdiqləmək üçün pulcuqların tükə və ya tərin südə çevrilməsi kimi mümkünsüz hadisələri elmi şəkildə təsdiqləmək lazım gəlirdi və minlərlə alim bu əfsanəyə uymuşdu. Ancaq bütün bu çevrilmələr mümkünsüzdür. Əvvəla, bala üçün lazımi tərkibi olan ana südünün yuxarıda təsvir edildiyi şəkildə təkamül yolu ilə tərdən əmələ gəlməsi mümkün deyil. Çünki ana südü körpənin tələblərinə cavab verən xüsusi maddədir və südün hər dövr üçün müəyyən tərkibi olur. Körpəyə lazım olan hər element ana südündə məhz lazımi anda əmələ gəlir. Məsələn, uşağın kaliuma ehtiyacı olduqda o, ana südündə xüsusilə çoxalır. Uşaq inkişaf etdikcə meydana çıxan bu cür tənzimləmə bütün maddələrə münasibətdə yer alır. Bu cür möcüzəli qidanın materiyada şüursuz surətdə və təsadüfi proseslər nəticəsində əmələ gələ bilməməsi tam aydındır.

Eynilə "sürünənlərin pulcuqlarının məməlilərin xəzinə dönməsi" hipotezi da elmi dəlillərə tamamilə ziddir. Pulcuq və xəz tam müxtəlif quruluşlara malikdir:

  1. Tüklər follikulyar quruluşa malikdir, yəni onlar şişlərdən bitir. Pulcuqlarsa sadəcə olaraq dəri qatının fraqmentləridir. Həmçinin pulcuqların inkişaf, böyümə və ayrılma mərhələləri tüklərin həmin inkişaf mərhələlərindən köklü şəkildə fərqlənir. Bu baxımdan, onlar bir-birinə əsla oxşamırlar.
  2. Pulcuqların təkamül yolu ilə tükə çevrilməsinin heç bir sübutu yoxdur. Təkamülçülərin əlində onların iddialarının nə qazıntı halında tapılmış sübutları, nə də bu prosesin mexanizmləri haqda inandırıcı elmi müddəaları yoxdur. Yuxarıda gətirdiyimiz sürünənlərin məməlilərə keçidi əfsanəsi təkamülçülərin irəli sürdüyü yeganə qeyri-elmi uydurma deyil. Hər təkamülçünün öz şəxsi əfsanəsi var.

Analoji şəkildə dinozavrların quşlara çevrilməsinin xeyli fantastik ssenariləri hazırlanıb. Bu ssenarilərdən biri güman edir ki, dinozavrlar milçəklərin arxasınca qaçmaqla uçmağa başlayıblar. Başqa bir hipotez isə dinozavrlar ağacdan-ağaca tullanarkən onların qanadlarının əmələ gəlməsini güman edir. Hər təkamülçünün öz təxəyyülünün gücü sayəsində uydurduğu ssenariləri sübut etmək vəzifəsi isə elmin üzərinə düşür. Saysız-hesabsız alimlər bu günə qədər dinozavrların qaçaraq və ya budaqdan-budağa tullanaraq necə uça bilmələri sualını tədqiq edir. Pulcuqların quş lələyinə necə çevrilməsini göstərmək üçün illər sərf edilmişdir. Görkəmli təkamülçü ornitoloq Alan Feduççia da öz ömrünün xeyli ilini boş yerə sərf etmişlərdəndir. Feduççia iyirmi beş il ərzində quşlarla dinozavrlar arasında hər hansı bir əlaqənin olub-olmamasını öyrəndi və sonda bunları etiraf etmək məcburiyyətində qaldı:

"İyirmi beş il mən quş kəlləsini öyrəndim və onların dinozavr kəlləsi ilə heç bir oxşarlığını görmədim. Quşların dördayaqlılardan törəməsi nəzəriyyəsi XX əsr paleontologiyasında ən böyük rüsvayçılıq olacaq".16

Lakin təkamülçülərin ssenariləri yalnız bununla kifayətlənmir. Təkamülçü paleontoloq doktor Kolin Patterson etiraf edir: "Həyatın mənşəyi haqda bir-birindən fantastik olan iyrənc uydurmalar var".17

quş tükü, təkamül

Quş lələkləri sürünənlərin pulcuqlarının quruluşundan kökündən fərqlənən struktura malikdir. Quş lələkləri öz sahiblərinin uçmaq qabiliyyətini təmin edən zərif xüsusiyyətlərə malikdir.

Belə ki, təkamülçülər balina və delfin tipli dəniz məməlilərinin ayıların dənizə girməyi xoşlaması sayəsində və təkamül yolu ilə əmələ gəldiyi haqda fantastik hipotez irəli sürdülər. Bu cür ehtimala əsas tapmaq üçün yarı ayı-yarı balinalar haqqında nəzəriyyə hazırlanmış, "gəzən balinalar" haqqında uydurmalar yayılmışdı.

Əlbəttə, təkamülçülər öz təxəyyüllərini işə salmaqda və öz fantaziyalarına inanmaqda azaddır. Lakin problem bu fantaziyaların xəyali əsaslandırılması üçün zaman və elmi resurslar sərfindədir. Digər görkəmli təkamülçü alim Pyer Qrassenin təkamül ssenariləri haqda dediyi kimi: "Fantaziyanı qadağan edən qanun yoxdur, ancaq bu işə elmi qatmaq lazım deyil".18

dinozavr, təkamül

Təkamülçülər iddia edirlər ki, milçək dalınca qaçan dinozavrların ön ətrafları qanadlara çevrilib. Onlar bu cür qeyri-mümkün, hətta gülünc nəzəriyyələr irəli sürməkdən utanıb çəkinmirlər.

Elm darvinizm kimi yanlış hipotezlər üzərində bərqərar olmağa cəhd etdikcə ümidsiz şəkildə məhz bu cür nağıllar ardınca qaçmağa məcbur olacaq. Bu arada əgər yaradılış həqiqəti qəbul edilsəydi, elmin uğurlu irəliləyişi üçün bütün maneələr onun yolundan qaldırılırdı. Əvvəlcə, qeyd etdiyimiz kimi, hər canlı ayrı-ayrılıqda Allah tərəfindən yaradılıb. Bu növlərdən hər biri öz fiziki xüsusiyyətlərini, qidalanma üsulunu, ov texnikasını, özünüqoruma taktikasını, nəslə qulluq etmək üsulunu və s. bu kimi heyrətamiz harmoniyasını nümayiş etdirir. Bu harmoniyanın necə təsadüfən yaranması sualına cavab axtarmaq yersizdir, çünki mükəmməl canlı varlıq təsadüfən yarana bilməz, o, yalnız bizim Rəbbimizin - Yaradanın gücü ilə xəlq edilmişdir və Onun nəzarətindədir. Bu səbəblə alimlər təxəyyülün məhsulu olan əfsanələr uydurmaq əvəzinə mövcud olan sistemləri və onların xüsusiyyətlərini öyrənməklə məşğul olsaydılar, elmə xeyir verərdilər. Ən əsası odur ki, bu cür tədqiqatçılar insanı və bütün kainatı heç nədən yaradan qüdrətli Allah haqda bilgilərimizi dərinləşdirərdi.

Mutasiya dalanı

Təkamül nəzəriyyəsinin elmi faydasız axtarışlara məcbur edən başqa iddiası "faydalı mutasiya" anlayışıdır.19 Neodarvinizm "təkamül mexanizmləri" qismində iki amili irəli sürür. Onlardan biri mutasiyadır. Buna görə də mutasiyaların canlı orqanizmlərə müsbət təsir göstərə bilməsini sübut etmək təkamül nəzəriyyəsi nöqteyi-nəzərindən vacibdir. Amma mutasiyalar həmişə zərərlidir və onların hansısa faydalı təsirinin olması heç vaxt heç bir yerdə müəyyənləşdirilməmişdir.

meyvə milçəyi, mutasya

sağlam qanadları funksiyasız qanadları əyilib qarıncığı bükülüb qanadsız

meyvə milçəyi, mutasya

Onilliklər ərzində mutasiyalarla aparılan sınaqlar nəticəsində bir dənə də olsun faydalı mutasiya müəyyən edilməmişdir. Bunlar bütün diqqətini guya təkamül prosesini təmin edən faydalı mutasiya axtarışlarına yönəltmiş elmin bəhrəsiz səylərinin fraqmentlərindən yalnız biridir.

mutated foot

Şəkildə yan tərəfdən təqdim edilmiş anomaliya mutasiyaların zərərli təsirinin bir nümunəsidir. Təsadüfən əmələ gəlmiş mutasiyalar mükəmməl quruluşa yalnız ziyan gətirə bilər.

Ancaq təkamülçülər inadla süni mutasiya nümunələri yaradır və faydalı mutasiyanın nəticəsini görmək üçün on illərlə vaxt sərf edirdilər. Məsələn, "genetik informasiyanı inkişaf etdirən mutasiya" almaq ümidi ilə tez çoxalan milçəklər (drozofillər) üzərində saysız-hesabsız təcrübələr aparılmışdır. Nəticə isə yalnız labüd iflasdan ibarət oldu. Təkamülçü alim Maykl Pitman mutasiyalarla bağlı uzun illər ərzində aparılan nəticəsiz sınaqlar haqda bunları söyləyir:

"Çoxsaylı genetiklər tez çoxalan milçəkləri nəsildən-nəslə sonsuz sayda mutasiyalara düçar edirdilər. Nə oldu? Əl-lə yaradılmış təkamül baş verdimi? Təəssüf ki, yox. Genetiklərin yaratdığı çox az sayda məxluq öz həyatlarını onların bəsləndiyi kolbalardan kənarda davam etdirə bildilər. Praktiki olaraq mutasiyaya düçar olmuş bütün tez çoxalan milçəklər ya öldülər, ya anadangəlmə şikəst, ya da sonsuz oldular".20

Həyatının 50 ilini mutasiya təcrübələri ilə məşğul olmaqla itirmiş görkəmli təkamülçü Qordon Teylor belə deyir:

"Əlli il ərzində milçəklər üzərində minlərlə sınaq aparıldı, ancaq tamamilə dəqiqdir ki, hansısa növ qeydə alınmamışdır. Yeganə ferment belə alınmamışdır".21

Təkamülçülərin başqa elmi problemlərə dair iddiaları nəzərdən keçiriləndə də durum dəyişmir. Bütün elmi kəşflərə baxmayaraq, təkamülçülər "elmi təmkin" kimi ifadələrin arxasında gizlənərək darvinizmi müdafiə etməkdə davam edirlər. Onların nümayiş etdirdikləri "elmi təmkin" deyil, qeyri-elmi inadkarlıqdır

Paleontoloji dalan

Riçard Liki və Alan Uolker

Riçard Liki və Alan Uolker bütün ömürlərini təkamülün paleontoloji sübutlarını tapmağa sərf etmiş alimlərdir. Hər iki tanınmış təkamülçü axtardıqlarını hələ də tapmayıblar.

Elmin təkamül nəzəriyyəsi ucbatından boş yerə itirdiyi zamanın başqa nümunəsi bu nəzəriyyənin düzgünlüyünü sübut etmək üçün dalana salınmış paleontologiyadır. Əlbəttə, Yer üzündə həyat tarixini bilmək üçün paleontoloji tədqiqatlar aparmaq lazımdır. Ancaq təkamül nəzəriyyəsinin yanlış bünövrəsi paleontoloji tədqiqatlara mənfi təsir göstərərək alimləri səhv yola istiqamətləndirir. "İnsanın mənşəyi" məsələsini öyrənən paleontologiya xüsusilə dərin dalana düşüb. Fantastik yarı insan yarı meymun qalıqlarının axtarışı ilə bağlı olan bütün tədqiqatlar boşuna getdi.

Bu cəhəti xüsusi şəkildə qeyd etmək lazımdır ki, paleontoloji tədqiqatlar böyük vəsaitlər sərf etməklə çox çətin şəraitdə aparılır. Afrika dağlarının vadisi kimi çətinliklə keçilə bilən yerlərdə onlarla insandan ibarət tədqiqatçı qruplarının aylarla yaşaya biləcəyi xüsusi düşərgələrin qurulması, çətin şəraitdə, qızmar günəş altında xeyli pul sərf etməklə aparılan işlər son bir əsr yarım ərzində heç bir nəticə vermədi.

Görkəmli təkamülçü paleontoloq Riçard Liki və məşhur ədəbiyyatçı alim Rocer Levin bəhrəsiz səylərə dair belə etiraflar söyləyirlər:

"Təəssüf ki, insanın təkamül yolu bizə bu qədər az, bu cür zəif bələdçi ip ucu verir:

Daş alətləri, kəllə sümüyü fraqmentləri, baldır sümüyünün hissəsi, çənə sümüyünün yarısı, nadir halda bütöv kəllə və təbii ki, xeyli diş... Bizim ulu əcdadlarımızın yaşadığı o dövrdə qalın torpaq qatı altından tapa bildiklərimiz yalnız bunlardır. Əgər kimsə bir milyon ildən beş milyon il bundan əvvələ qədər yaşamış əcdadlarımızın qazıntı halında tapılan qalıqlarını bir otağa yığmaq istəsə, bütün bu eksponatlar üçün yalnız bir iri masa kifayətdir.

Altı milyon ildən on beş milyon il bundan əvvələ qədər yaşamış hominidlərə (insanabənzərə) aid olan paleontoloji tapıntıların işi lap bərbaddır. Onları yerləşdirmək üçün kiçik ayaqqabı qutusu belə kifayətdir".22

Bütün bunlar yalnız elmilik pərdəsi altında zaman, bilik, əmək, pul və vəsait israfıdır. Həqiqətdən uzaq iddiaları təsdiq etmək üçün minlərlə universitetlər, elmi cəmiyyət və təşkilatlar, milyonlarla alimlər, müəllimlər, tələbələr, laboratoriyalar, texniki işçilər, texniki vəsaitlər və digər saysız resurslar səfərbər edilmişdi. Ancaq bütün bunlar heç bir nəticələr vermir, yeni kəşflər isə təkamül hipotezinin yanlışlığını daha aydın təsdiqləyir.

Təkamülçü alim S.C.Cons "Nature" jurnalında dərc edilən məqaləsində paleoantropologiyanın, yəni insanın mənşəyi haqqında elmin bu gün düşdüyü çıxılmaz vəziyyəti belə şərh edir:

"Paleoantropoloqlar qazıntı halında tapılmış dəlillərin az-saylı olmasından doğan əsəbiliklərini gizlətməyə çalışaraq işləyirlər. Paleoantropologiya indi yeganə elm sahəsidir ki, burada sadəcə olaraq hansısa bir fikir söyləyərək məşhurlaşmaq olar. Bu və ya digər ideyanın paleoantropologiyada bəyənilməsi isə onu deməyin tempindən, həmin fikrin nə dərəcədə gurultulu səslənməsindən asılıdır".23

arxeoloji qazıntı, təkamül

Təkamülün sübutlarını tapmaq üçün təşkil edilən və Afrika vadilərində qızmar günəş altında, milyonlarla dollar xərclənməklə aparılan bütün qazıntılar lazımi nəticələri vermədi və məlum olduğu kimi, boşuna aparıldı.

Təbiətin mükəmməl nizamını inkar edənlərin elmə vurduğu zərər

Təbiətdə yaradılış həqiqətini, başqa sözlə, təbiətin əsas məna və nizamını etiraf etməmək təcrübədə elmi tədqiqatların irəliləyişinə mane olur. Çünki təbiətdə müəyyən bir məna və nizamın olduğunu bilən alim bu nizamı və onun mahiyyətini öyrənmək niyyəti ilə tədqiqatlara başlayır. Təbiəti sadəcə olaraq yalnız materiya çoxluğu kimi nəzərdən keçirən təkamülçü isə qarşısına belə məqsəd qoymur.

Amerika riyaziyyatçısı və fiziki Uilyam Dembski təbiətdə müəyyən layihənin olduğunu iddia edən alimlərdən biridir. U.Dembski bildirir ki, təkamülçülərin baxışları elmi tərəqqini ləngidir. O, buna nümunə olaraq təkamülçülərin DNT molekullarının öyrənilməsi ilə əlaqədar irəli sürdüyü "boş DNT" anlayışını göstərir (Təkamülçülərin hipotezinə görə, "boş DNT" heç bir genetik məlumat daşımayan və bunun üçün guya heç bir funksiyası olmayan DNT sahələridir). U.Dembski deyir:

"Layihənin dərk edilməməsi elmin inkişafını dayandırır. Əksinə, layihənin dərk edilməsi bizi ənənəvi təkamülçülərin məsələyə münasibəti ilə məhv edilərək puça çıxarılmış həmin sahələrdə yeni tədqiqatlar aparmağa tələsdirir. Məsələn, "boş DNT" anlayışını nəzərdən keçirək. Bu terminin əsasında canlı orqanizmin genetik informasiyasının uzun-uzadı və məqsədsiz təkamül prosesinin bəhrəsi olması haqqında fikir dayanır. Deməli, bu genetik informasiyanın yalnız bir hissəsi canlı orqanizm üçün faydalıdır".
dnt, spiral

DNT-nin mürəkkəb quruluşu və onun hər bir xüsusiyyətinin müəyyən məqsədə xidmət etməsi DNT-nin şüurlu şəkildə təşkil edilməsinə işarə edən faktlardır.

Təkamül nöqteyi-nəzərini qəbul edərək biz çoxsaylı lazımsız DNT aşkar edəcəyimizi gözləməliyik. Lakin əgər biz canlı orqanizmlərin müəyyən şəkildə layihələndiyi hipotezini qəbul etsək, DNT-nin daha böyük funksional yükləndiyini güman etməliyik. Həqiqətən, yeni kəşflər bəzi DNT sahələrinin bizim onlar haqda az bilgimiz olduğundan boş keçdiyini bildirirlər. Məsələn, "Yournal of Theoretical Bioloqy" jurnalının son saylarından birində Con Bodnar üzərində kodlaşdırma prosedurası baş verməyən, ancaq həqiqətdə orqanizmin böyüməsini və inkişafını təmin edən "DNT sahələrinin genetik dilinin kodlarını" (eukariotik hüceyrələrə aid olan genetik informasiyaları) xəbər verir. Layihənin mövcud olması hipotezi alimləri canlı orqanizmin yeni funksiyalarının axtarışına istiqamətləndirir, təkamül nəzəriyyəsi isə bu səyləri buxovlayır...

Təbiətdəki bütün şeylərin yaradılmasının əsasında dayanan layihə anlayışının elmə daxil edilməsi elmi tədqiqatları, şübhəsiz ki, zənginləşdirəcək. Bu günədək elmin inkişafı üçün istifadə edilən bütün məfhum aparatından istifadə edilməkdə davam ediləcək. Ancaq layihə məfhumu alimə yeni konseptual üsullar təqdim edəcək. Bundan əlavə, gündəmdə yeni tədqiqat mövzuları dayanacaq. Buna görə də biz hər hansı bir obyektin özündə müəyyən bir məna, məqsəd və nizam gizlətdiyini bilərək onun necə yarandığını və aqibətinin necə olduğunu anlamağı arzulayırıq.24

Gördüyümüz kimi, canlı orqanizmlərin Allah tərəfindən yaradıldığını dərk etmək elmin qarşısında yeni üfüqlər açacaq və təbiətin daha düzgün başa düşülməsini təmin edəcək.

Ancaq materialist alimlər Allahın Yaradıcı olmasını inkar edirlər. Onlar bütün canlıların təsadüfi hadisələr nəticəsində əmələ gəldiyini iddia edirlər. Onların iddiasına görə, təsadüfən yaranmış kainatda səhv və lazımsız məhsulların və ya səhv layihələrin olması tam təbiidir.

Bu səhvin sayəsində xeyli elmi dəlil bu günə qədər səhv qiymətləndirilir, bir çox vacib hadisələr isə uzun illər açılmamış qalırdı. Məsələn, quş lələklərini öyrənən materialist alim lələyin asimmetrik quruluşuna nəzər salaraq onun təsadüfən yarandığı haqda nəticə çıxaracaq və hətta onun asimmetrik quruluşunu öyrənməyi lazım bilməyəcək.

Halbuki lələyin asimmetrik quruluşu Allahın hər məxluqu müəyyən məqsədlə və mükəmməl layihə ilə yaratdığına inanan alimdən ötrü öyrənilməsinə və başa düşülməsinə kəskin ehtiyac olan mühüm bir xüsusiyyətdir. Bu istiqamətdə işləyən alim quş lələyinin asimmetrik quruluşunun quşların uçması üçün vacib olduğunu və simmetrik lələk quruluşuna malik olan quşların uça bilməməsini qısa müddət ərzində görəcək.

Bu cür misallara elmdə tez-tez rast gəlinir. Məsələn, analoji hadisə arıların öyrənilməsi ilə məşğul olan alimlərin arasında da yer almaqdadır. Arı pətəklərinin birləşdirici bucaqlarını nəzərə alan bəzi alimlər arıların istifadə etdiyi iki bucağın bu konstruksiyalar üçün ideal bucaqlardan yalnız 0,02 dərəcə kənara çıxdığını hesablayıblar. (Ölçmələr zamanı müəyyən edilmişdir ki, arılar bu bucaqları 109,28 və 70,32 dərəcə ölçüsündə yerinə yetirirlər. Riyaziyyatçı Koniq ən dəqiq hesablama üsulundan istifadə edərək müəyyənləşdirib ki, ən optimal bucaqlar 109,26 və 70,34 dərəcə ölçüsündədir).

Alimlərin gəldiyi nəticələr belədir ki, arılar hesablamalarda az da olsa səhvə yol veriblər. Şotlandiya riyaziyyatçısı Kolin Mak-Laurin (1698-1746) bu hesabı əsaslı saymayaraq sınaqları təkrar etdi. Onun gəldiyi çıxardığı nəticə belədir: Koniq və onun dəstəsi hesablamalarda loqarifmik cızıqda yol verilmiş kiçik qeyri-dəqiqlik ucbatından hesablamalarda yanlışlığa yol vermişlər və bunun da nəticəsində 0,02 dərəcəlik fərq əmələ gəlmişdir.25

Beləliklə, aydın olmuşdur ki, arılar ən ideal bucaqları düzgün hesablamışlar. Səhvə isə məhz alimlər yol veriblər!

Bütün canlıların Allahın mükəmməl yaradılışının mahiyyəti olduğunu bilən adam qarşılaşdığı hadisənin səhv olduğunu heç vaxt ağlına gətirməz. O, bilir ki, müşahidə edilənlərdən hər biri Allah tərəfindən hansısa məqsəd üçün yaradılıb.

Allahın hər şeyi mükəmməl yaratmasına inanmayan alimləri yanlışlığa sövq edən başqa bir şey yenə də arılarla bağlıdır. 1996-cı il, oktyabrın 12-də "New Scientist" jurnalında Ben Kristallın yazdığı məqalədə deyilir ki, arılar uçarkən qanadlarını bəzən həddindən artıq çırpırlar, nəticədə, onların uçuşu israfçı olur. Bu məqalədəki iddiaya görə, arılar gah tez-tez, gah da gec-gec qanad çalırlar, ancaq buna baxmayaraq, eyni sürətlə uçurlar və beləliklə, qanadlarını tez-tez çaldıqda boş yerə enerji sərf edirlər. Müəllifin fikrincə, bu, layihənin hansısa bir səhvidir.

Ancaq Arizona Dövlət Universitetinin Con Harrisonun rəhbərlik etdiyi tədqiqatçı qrupu arıların qanad çalması tezliyindəki fərqlərin çox ciddi səbəblərinin olduğunu göstərdi. Tədqiqatçıların əldə etdiyi nəticələr "Science" jurnalında (1996, 274-cü cild, səh. 88) dərc edildi. Bu tədqiqatçılar mühitin hərarətini dəyişərək, eyni zamanda, arıların bədənlərinin hərarətini, arıların qanad çalmasının sayını və onların metabolik proseslərinin parametrlərini ölçdülər. Mühitin hərarəti 20 dərəcədən 40 dərəcəyədək artdıqda qanad çalmalarının tezliyi azalırdı. Tədqiqatlar nəticəsində aydın oldu ki, arılar isti günlərdə az, soyuq günlərdə isə çox qanad çalırlar. Bu zaman uçuşun sürəti dəyişmir. Ancaq arılar soyuq havada qanadlarını daha tez-tez oynatdıqda hasil etdikləri enerji ilə həm bədənlərini, həm də öz pətəklərini isidirlər. Aydın oldu ki, arılar qanadlarının köməyi ilə iki müxtəlif mühüm məsələni həll edirlər: uçmaq və qızışmaq.

Allahın bütün canlıları ayrı-ayrılıqda, mükəmməl formada və indi olduqları kimi heç bir qüsursuz yaratdığına inanmayan təkamülçü alimlərin digər səhvi fəaliyyətdən düşmüş lazımsız orqanlar haqda uydurmadır. Bütün canlı orqanizmlərin öz əcdadlarından təsadüf nəticəsində yarandıqlarını hesab edən təkamülçülərə görə, insan bədənində onlara əcdadlarından miras qalmış orqanlar var və bu əzalar zaman keçdikcə istifadə edilmədikləri üçün həyat qabiliyyətini itirib, beləliklə də "qeyri-funksional", yəni fəaliyyətsiz olublar. Dünyanın Allah tərəfindən yaradıldığına inanmayan alimlər bu orqanları fəaliyyətsiz hesab etməklə elmə ciddi zərər vurublar, çünki elm inkişaf etdikcə bu "fəaliyyətsiz" orqanların orqanizm üçün, əslində, daha vacib olması üzə çıxıb. Elmin inkişafını ləngitmiş bu yanlış ehtimalın nə dərəcədə səhv olduğunu göstərən amillərdən biri də təkamülçülərin tərtib etdiyi "həyat qabiliyyətini itirmiş orqanların" uzun siyahısının tədricən ixtisar edilməsidir. Təkamülçü S.R.Skaddinq "Evalutionaru Theoly" jurnalında dərc etdirdiyi "Həyat qabiliyyətini itirmiş orqanlar təkamülün sübutudurmu" adlı məqaləsində bu həqiqəti etiraf edir. O, yazır:

"Bizim bilgilərimiz (biologiya sahəsində) çoxaldıqca həyat qabiliyyətini itirmiş orqanların siyahısı tədricən azaldı... Sonda mən belə nəticəyə gəlirəm: madam ki bu və ya digər orqanın qeyri-funksionallığını müəyyən etmək mümkün deyil, bütövlükdə isə həyat qabiliyyətini itirmiş orqanlar haqqındakı hipotez elmi xarakter daşımır, deməli, həyat qabiliyyətini itirmiş orqanlar təkamül nəzəriyyəsinin xeyrinə heç bir dəlil deyillər".26

İnsanın həyat qabiliyyətini itirmiş orqanlarının siyahısını 1895-ci ildə alman anatomu R.Vidershaym hazırlamışdı və ora appendiks və ya büzdüm kimi yüzdən artıq orqanlar daxil idi. Elm inkişaf etdikcə R.Vidershaymın siyahısına daxil olan orqanların sayı tədricən azalırdı. Müəyyən edilmişdir ki, bu orqanların, əslində, çox vacib funksiyaları var. Məsələn, aydın olmuşdur ki, həyat qabiliyyətini itirmiş hesab edilən apendiks orqanizmə daxil olan mikroblara qarşı çıxan limfatik sistemin bir elementidir. Bu siyahıda yer alan badamcıq vəzinin boğazın infeksiyadan qorunmasında necə vacib rol oynaması kəşf edilmişdir. Müəyyən edilmişdir ki, onurğa sümüyünün sonunda yerləşən büzdüm sümüyü qonşu çanaq sümüklərinin dayağını təmin edir və bəzi xırda əzələlərin bərkidilmə yeridir; boğaz uru vəzi (zob) T hüceyrəsini hərəkətə gətirərək orqanizmin müdafiə sistemini fəallaşdırır; epifiz vacib hormonların yetişdirilməsinə görə məsuliyyət daşıyır. Əvvəllər lazımsız hesab edilən və Darvinin həyat qabiliyyətini itirmiş orqan elan etdiyi aypara şəkilli göz çıxıntısı kimi digər orqanların da fəaliyyəti aydınlaşmışdır. Aydın olmuşdur ki, göz çıxıntısı gözün təmizlənməsinə və nəmlənməsinə görə cavabdehlik daşıyır.

arılar, kompleks quruluş

Arılar elə mürəkkəb davranış formalarına malikdir ki, alimlər onların mənasını özləri üçün hələ indi-indi kəşf edirlər.

Bütün bu nümunələr bir şeyi aydın göstərir: elmdə tez və düzgün nəticə əldə etmək üçün tədqiqatın çıxış nöqtəsi düzgün olmalıdır. Allah bütün məxluqları mükəmməl və qüsursuz layihə ilə və hansısa məqsəd üçün yaradıb. Beləliklə, təbiəti tədqiq edən alimin əsas məqsədi canlı orqanizmlərin xüsusiyyətlərini onların bütün qüsursuzluğu və mükəmməlliyi ilə birlikdə öyrənmək, aşkar edilən hər hansı hadisənin mahiyyətindəki müdrikliyi anlamaq cəhdi olmalıdır.

Təkamülçü alimlərin və ateistlərin zəhmətlərinin hədər getməsini anladıqca məyus olmaları

Ümumiyyətlə, heç bir nəticəyə gətirib çıxarmayan səhv hipotezlər, tədqiqatlar və işlər təkamülçü alimlərin özləri üçün də son dərəcə üzücüdür. Onlar bütün ömürlərini sərf etdikləri tədqiqatların heç bir nəticə vermədiyini dərk etdikcə çox ciddi surətdə məyus olub ruhdan düşürlər. Axı elmi iş böyük fədakarlıq və intizam tələb edir. Gerçək nəticəni əldə edə bilməyəcəyini bildiyin halda, illər uzunu laboratoriyalarda müəyyən mövzuya dair təcrübə və müşahidələr aparmaq və sonda da sübut etmək istədiyinin tam ziddinə olan nəticə əldə etmək... Əlbəttə, bu cür yekunlar alimlərə son dərəcə mənfi təsir göstərir.

biokimya təkamülə meydan oxuyur, Darvinin qara qutusu, Maykl Behe

Görkəmli Amerika biokimyaçısı Maykl Behe mövzusu darvinizmin elmi əsassızlığı ilə bağlı olan "Darvinin qara qutusu: biokimya təkamülə meydan oxuyur" adlı kitabında təkamülçü alimlərin canlı hüceyrələrdəki layihənin mövcudluğu ilə əlaqədar keçirdiyi psixoloji sarsıntıların daha açıq-aydın olması barədə belə deyir:

"Son qırx ildə müasir biokimya hüceyrənin sirlərinin vacib hissəsini aşkar edib. Bunun üçün çox böyük əmək sərf edilmişdir. On minlərlə insan bu sirləri açmaq üçün öz həyatlarını laboratoriyalarda uzunmüddətli işlərə sərf etdilər. Hüceyrənin öyrənilməsi üçün sərf edilən səylər yeganə, son dərəcə aydın, az qala qışqıra-qışqıra danışan bir nəticəni verdi: "Layihə!" Bu nəticə o qədər aydındır ki, ona elm tarixində ən vacib kəşflərdən biri kimi baxılmalıdır... Bu böyük kəşf on minlərlə insanın müzəffər "Evrika!" qışqırıqları ilə bayram edilməlidir.

Ancaq heç bir bayram olmadı, heç bir sevinc ifadə edilmədi. Əksinə, hüceyrənin quruluşunda kəşf edilən böyük mürəkkəbliyə münasibətdə çaşqınlıq və təşviş içində sakitlik hökm sürürdü. Bu mövzu geniş kütlə qarşısında müzakirə ediləndə əksər alimlər özlərini son dərəcə narahat hiss edirlər. Onlar şəxsi söhbətlərdə yetərincə sakitdir: onların böyük bir hissəsi bu kəşfin həqiqiliyini etiraf edir, ancaq sonra gözlərini aşağı dikir, başlarını yelləyir və özlərini sanki heç nə baş verməyibmiş kimi aparmaqda davam edirlər. Yaxşı, bəs niyə belədir? Elm elə özünün kəşf etdiyi gerçəyi nə üçün qəbul etmir? Layihənin mövcudluğu aşkar edildikdə intellektuallar onu niyə haradasa periferiyada saxlayırlar? Çünki şüurlu planın etiraf edilməsi onları istər-istəməz Allahın mövcudluğunu etiraf etməyə məcbur edəcək".27

Bəzi təkamülçülər etiraf edirlər ki, elm depressiya keçirir. Məsələn, Britaniya Təbiət Tarixi Muzeyinin rəhbərlərindən biri, "Təkamül" əsərinin müəllifi, təkamülçü paleontoloq, doktor Kolin Patterson Nyu-Yorkda Təbiət Tarixi Muzeyinin açılışındakı məşhur çıxışında növbəti tarixi sözləri dedi:

"Sual belədir: siz mənə təkamül haqda tək bir şey deyə bilərsinizmi, ümumiyyətlə isə, o, əslində, mövcuddurmu? Mən bu sualı bizim Təbiət Tarixi Muzeyinin bütün geoloji dəstəsinə verdim, cavab isə yalnız sükut oldu. Nəticədə, anladım ki, təkamülü mübahisəsiz həqiqət kimi qəbul edərək bütün ömrüm boyu özümü aldatdım".28
təkamülçü, elm adamı

Təkamülçülərin apardığı tədqiqatların böyük hissəsi boşa getdi. Bu nəticə bir çox alimləri tədqiqat ilhamından məhrum etdi.

Patterson çıxışının davam etdirərək deyirdi:

darvin, təkamül, tədqiqat

Darvin təkamül nəzəriyyəsini sübut etmək üçün həyata keçirdiyi işlərdə öz inamsızlığını ifadə etmişdi. O, deyirdi: "Bu işləri apararaq mən daima şübhələnirəm ki, onlar sərf etdiyim zamana dəyərmi".

"Mənim antitəkamül mövqeyinə keçməyimin səbəblərindən biri iyirmi il işlədiyim və öyrəndiyim mövzu haqda hələ heç nəyi aydınlaşdıra bilməməyimin mənə təsiri ilə bağlıdır. İnsanın bu böyük müddət ərzində yanlış istiqamətdə getməsini dərk etməsi çox güclü sarsıntıdır".29

Məşhur təkamülçü botanik, Lund Universitetinin professoru N.Herbert Nilsson ömrünün qırx ilini itirdiyini etiraf edib. O, deyir: "Mənim təcrübə yolu ilə təkamülü sübut etmək üçün qırx il atdığım addımlar uğursuzluqla başa çatdı"30 Bu insan etirafları elmin yanlış nəzəriyyəyə bağlılığının gətirib çıxardığı itkilərin göstəricisidir. Təkamül adlanan boş uydurma üçün on illər ərzində minlərlə alimin idrakı, zamanı, enerji və əməyi, minlərlə laboratoriyaların və onların əməkdaşlarının xeyli maddi vəsaitləri sərf edilir.

Ən maraqlısı budur ki, tək müasir təkamülçülər deyil, hətta nəzəriyyənin atası Çarlz Darvin özü də tez-tez: "Bu, yalnız boş yerə zaman itkisi olmaz ki?!" - və nəticədə: "Tam məyusluğa gətirib çıxarmaz ki?!" - deyə öz şübhələrini ifadə edirdi. Darvin öz məqalələrində və dostlarına məktublarında bu suallara dair narahatlığını tez-tez bildirirdi. Məsələn, o, etiraf edirdi ki, təbiətdə bu nəzəriyyəni dəstəkləyən heç bir dəlil tapılmayıb. Darvin deyirdi:

"Bütün təbiət, həqiqətən də, tərs və inadkardır və mənim istədiyimin heç birini etmir".31

Darvinin üzündən oxunan inamsızlığı onun növbəti ifadəsindən də görünür:

"Bu işləri (növlərin yaranması haqda nəzəriyyəni tərtib etmək üçün aparılan tədqiqatları) görərkən mən daima ona şübhə edirəm ki, görəsən, onlar mənim sərf etdiyim zamana dəyirmi?"32

Aydın olduğu kimi, yalnız ideoloji düşüncələrə görə iddia edilən və həqiqətə uyğun olmayan nəzəriyyə öz tərəfdarlarına əzablar verir və onları mənəvi iflasa gətirib çıxarır. Bütün bunlar elmin düçar edildiyi yanlış xəttin nəticəsidir.

Təkamülçülərin saxtakarlıqları ilə elmə vurulan zərbə

Təkamülçülər öz nəzəriyyələrinin təsdiqləyən dəlilləri aşkar etməyərək, elmi kəşfləri təhrif edərək və saxtakarlıqla məşğul olaraq bəşəriyyəti dəfələrlə aldadıblar. Bu saxtakarlıqlardan ən məşhuru "Piltdaun adamı" qalmaqalıdır. Təkamülçülər nə vaxtsa yaşadığını iddia etdikləri yarı meymun yarı insanın qazıntı halında olan qalıqlarını tapmadıqları üçün çıxış yolunu bir dənə bu cür nüsxə hazırlamaqda gördülər. Onlar insanın kəlləsinə oranqutanın çənəsini artırmaqla özlərinin bu əsərinə kimyəvi reaktivlərin köməyi ilə tarixə qədərki görkəm verdilər və uzun illər ərzində bu kəlləni dünyanın ən məşhur muzeyində insanın əcdadlarının kəlləsi kimi sərgilədilər. Təkamülçü F.Klark Hauell bu fırıldaqçılıqla elmə vuru-lan zərbəni belə təsvir edir:

"Piltdaun adamı insan kəlləsi ilə meymun çənəsinin birləşdirilməsindən başqa bir şey deyil. Bu, şüurlu şəkildə quraşdırılmış saxtakarlıq idi. Onlar kəllənin insana, çənənin də meymuna aid olduğunu etiraf etmirdilər. Əvəzində isə belə izahat verilirdi ki, bu qalıqlar insanla meymun arasındakı dövrə aid olan tapıntıdır. "Tapıntı"nı 500.000 il bundan əvvəlki dövrə aid etdilər və ona (Eoanthrorrus Dawsoni) "Daun adamı" adı verdilər. Bu mövzuya dair 500-ə yaxın kitab yazılmışdır. Paleontoloqlar bu "tapıntı" ucbatından 55 il ərzində yerlərində saydılar".33
Piltdaun adamı, kəllə

"Piltdaun adamı" haqda mistifikasiyada istifadə edilən saxta kəllə.

Alim F.Klark Hauellin bu sözləri bizi dərindən düşünməyə məcbur edir. Əslində, saxta olan bu "sübut" qırx il ərzində bütün elmi dairələri çaşdırdı. Boş yerə sərf edilən əməyin ən bariz göstəricisi isə saxta kəllə haqqında 500 kitabın yazılmasıdır.

Digər saxtalaşdırıcı təkamülçü Ernst Gekkel özünün saxtakarlığını etiraf etməklə yanaşı öz həmkarlarının ideologiya naminə əl atdıqları analoji hiylələr haqda da danışdı:

"Etdiyim saxtakarlıqları etiraf etdikdən sonra mən utanmalı və özümü qınamalıyam. Ancaq mənim bir təskinliyim var: mənimlə bərabər yüzlərlə həmkarım görkəmli bioloqlar və nüfuzlu müşahidəçilər də günahkardır. Onların biologiya üzrə nəşr etdiyi gözəl kitablarda, jurnallarda və dissertasiyalarda da mənimkilərə bənzər saxtakarlıqlar, şübhəli məlumatlar, hər hansı bir dərəcədə təhrif edilmiş, sxematikləşdirilmiş və ya bütövlükdə yalnız öz uydurmalarına əsaslanan illüstrasiyalar var".34

Müşahidələri, sınaqları və təcrübələri təkamül nəzəriyyəsi müddəalarının təsiri altına salmaq, həqiqəti gizləmək və ya bəşəriyyətə onu təhrif edilmiş şəkildə təqdim etmək cəhdləri elmin inkişafına, əlbəttə ki, xeyli zərər vurur. Təkamülçü yazıçı V.R.Tompson bunu dolayısilə də olsa etiraf edir:

"Alimlərin özlərinin elmi yolla müdafiə edə bilmədikləri doktrinalarının qorunması naminə tənqidi çıxışların qarşısında susmaq, mövcud problemləri birgə ört-basdır etmək və beləliklə, insanlarda öz iddialarına inam hissini qoruyub saxlamaq cəhdləri elmi nöqteyi-nəzərdən qeyri-normal və arzuedilməz vəziyyət yaradır".35

Bu mövzunun ən maraqlı tərəfi odur ki, təkamülçülərin təkamül nəzəriyyəsini dəstəkləmək üçün keçirdikləri sınaq və təcrübələr yaradılış faktının sübutlarını aşkar edirlər.

Elmi kəşflər təkamülçülərin arzusunun ziddinə olaraq yaradılışın mübahisəsizliyini sübut edir

Bu bölümün əvvəlində qeyd edildiyi kimi, səhv konsepsiyalar elmi idarə edərək zaman, pul, bəhrəsiz əmək sərf edilməsinə gətirib çıxarır. XVIII əsrdən başlayaraq materialistlər elmdə şəriksiz hökmranlıq edirdilər və demək olar ki, bütün elmi işlər materializmin müddəalarını elmi cəhətdən sübut etmək üçün aparılırdı. Materializmin postulatlarını təkzib edən elmi faktlar ya gizlədilir, ya da cəmiyyətə təhrif olunmuş şəkildə təqdim edilirdi.

Maraqlıdır ki, təkamülçülər təcrübə və tədqiqatların gedişində təkamülün sübutunu tapmağa cəhd edərkən daima yaradılışın sübutunu aşkar edirdilər. Allaha inananlar isə elmdə əzab və çətinliklərlə qarşılaşmırlar, çünki mövcud sistemləri öyrənmək, onunla əlaqəli elmi faktları axtarmaq elə də çətin iş deyil. Mövcud olmayan sübutları axtarmaq isə təkamülçülərin öz təbirincə desək, həqiqətən də, həm kədərli və sıxıntılı işdir, həm də başağrısıdır.

Belə vəziyyətin ən parlaq nümunələrindən biri Kembri dövrünə aid olan paleontoloji kəşflərdir. Kembri yer üzündə həyatın ilk izlərinin aşkar edildiyi və təxminən 550 milyon il bundan əvvəl başlamış dövrün adıdır. Bu dövrdəki bütün canlı orqanizmlər öz inkişaflarının artıq yüksək pilləsindədirlər və son dərəcə mürəkkəb sistemə malikdirlər. Məsələn, nəsli kəsilmiş tripobitlər olduqca mürəkkəb "şanaoxşar" (fasetəbənzər (faset - bir çox həşəratın ayrı-ayrı sadə gözlərdən ibarət mürəkkəb gözləri)) göz quruluşuna malik idilər. Yüzlərlə linzalardan ibarət olan bu cür gözlərin quruluşu bizim dövrdə yaşayan bəzi həşəratların, məsələn, iynəcənin göz quruluşuna bənzəyir. Kembri qatlarında heç bir əcdadı olmadan bu cür mürəkkəb quruluşlu canlı orqanizmlərin qəfildən ortaya çıxması təkamülçülər üçün başağrısına çevrildi. Bu elmi kəşflər yaradılış faktına açıq işarədir.

kembri dövrü, canlılar

Təkamülçülər bunun əksini sübut etməyə nə qədər çalışsalar da bütün elmi kəşflər Allahın mövcudluğunu sübut edir və yaradılışın müxtəlif yönlərini açıqlayır. Bu dəlillərdən biri Kembri dövründə mürəkkəb quruluşa malik canlı orqanizmlərin eyni vaxtda meydana çıxmasıdır.

Məşhur ingilis təkamülçü alimi, zooloq Riçard Doukins bütün kəşflərin yaradılış faktına işarə etdiyini etiraf edərək deyir:

"...Kembri qatları bizim, əsasən, onurğasızlar sinfinin nümayəndələrini aşkar etdiyimiz ən qədim qatlardır. İlk dəfə məhz burada aşkar edilsə də, onlar göz önündə artıq tam təkmilləşmiş formalarda dururlar, sanki arxalarında heç bir təkamül tarixi olmadan birdən-birə, indi olduqları şəkildə əmələ gəliblər. Təbii ki, ani yaranma yaradılış hipotezinin tərəfdarlarını yetərincə qane edir".36
trilobit, trilobit gözü

Qazıntı halında tapılmış Kembri dövrünə aid tribolit və onun "şanaoxşar" gözlərinin xüsusiyyətləri yaradılışın bir sübutudur.

Paleontologiya sahəsində tələb edilən nəticələrin olmaması təkamül nəzəriyyəsinin ən böyük çətinliklərindən biridir. Yuxarıda qeyd etdiyimiz kimi, təkamülçülər təkamülü sübut etmək üçün onilliklərlə keçid formaları (yəni bir orqanizm növlərinin təkamül yolu ilə inkişafının gedişatında başqalarına çevrilməsini əks etdirən canlıların qalıqlarını) axtarırlar. Ancaq Yer üzündə bu cür məxluqlar heç vaxt olmadığı üçün onlar heç nə tapa bilmədilər. Təkamülçü paleontoloq Mark Zarnetski keçid formalarının qazıntı halında olan qalıqlarını tapmağın təkamülçülərə nəsib olmadığı faktını təsdiq edərək deyirdi:

"Təkamül nəzəriyyəsinin sübutunun yolunda daima duran ən böyük maneə qazıntı halındakı tapıntılar idi. Bu tapıntılar sırasında Darvinin mövcudluğunu güman etdiyi ara keçid formalarının izləri heç vaxt aşkar edilməmişdir. Növlər qəflətən yarandıqları kimi, qəflətən də yox olurlar. Bu cür qətiyyən gözlənilməyən vəziyyət Allahın növləri yaratdığı hipotezi tərəfdarlarının dəlillərini dəstəkləyir".37

Bunu təkamülçülər də sözarası etiraf edir ki, təkamül sübutlarının istənilən elmi axtarışı heç nə ilə bitmir, heç vaxt müsbət nəticə vermir. Beləliklə, dünyada hər şeyin təsadüfən baş verdiyini hesab edən təkamülçü alimlərin apardığı tədqiqatlar bir aşkar həqiqətlə qarşılaşır: bütün canlı məxluqlar mükəmməl formada Allah - yerin və göylərin Rəbbi tərəfindən yaradılıb...

iynəcə, göz quruluşu

Bizim dövrümüzdə yaşayan iynəcənin göz quruluşu eynilə trilobitin mürəkkəb göz quruluşu kimidir.

Nəticə

Bizi əhatə edən dünyada və bütövlüklə yaşadığımız kainatda İlahi yaradılış aktının saysız-hesabsız sübutları var. Ağcaqanadın orqanizminin valehedici sistemi, tovuz quşu lələyinin heyrətamiz və şaşırdıcı gözəlliyi, göz kimi orqanın mükəmməlliyi və qüsursuzluğu və daha milyonlarla müxtəlif digər hadisələr mömin insanlar üçün Allahın mövcudluğunun, Onun ali zəkasının və biliyinin sübutudur. Yaradılış həqiqətini qəbul edən alim təbiəti məhz bu baxış bucağından öyrənəcək, aparılan hər müşahidədən və sınaqdan zövq alacaq və yeni-yeni tədqiqatları üçün ruh yüksəkliyi tapacaq.

Təkamül nəzəriyyəsi kimi cəfəngiyata inanmaq və bu cəfəngiyatı elmə zidd olaraq müdafiə etmək cəhdi alimlər üçün psixoloji cəhətdən ağır yükdür. Kainatdakı harmoniya və ya bütün canlı orqanizmlərin yaradılışının əsasında dayanan layihə anlayışları onların əhvalını bərbad edir. Darvinin aşağıda şərh edilən sözləri təkamülçülərə xas olan əsl əhval-ruhiyyəni işıqlandırır:

"Göz haqqındakı düşüncələr tez-tez mənim öz nəzəriyyəmdən soyumağımın səbəbinə çevrilirdi. Ancaq zaman keçdikcə mən özümü bu problemə alışdırdım. Hazırda isə məni təbiətin bəzi fenomenləri narahat edir. Məsələn, tovuz quşu lələyinin görünüşündən mən sadəcə olaraq xəstələnirəm".38

Həm tovuz quşunun lələkləri, həm də yaradılışın təbiətdəki digər dəlilləri təkamülçüləri daim narahat etməkdə davam edir. Özlərinin də asanlıqla gördükləri bu aşkar sübutlar qarşısında gözlərini qıyan bu insanlarda həqiqətə biganəlik hissi təbii şəkildə inkişaf edir və onunla bağlı olaraq düzgün mühakimə qabiliyyətinin pozulması sürətlənir. Məşhur təkamülçü Riçard Doukins xristianlara bu sözlərlə müraciət edir: "Siz heykəlin sizə əl etdiyini görsəniz belə, düşünməyin ki, möcüzə ilə qarşılaşmısınız... Belə bir ehtimal son dərəcə azdır. Ancaq heykəlin sağ əlinin bütün atomlarının təsadüfən eyni vaxtda bir tərəfə çəkilməsi mümkündür".39 Bu fikirlər düzgün mühakimə yürütmək qabiliyyətinin pozulmasının kliniki nümunəsidir.

Elmin tərəqqisi üçün XIX əsrin bu qalıqlarından yaxa qurtarmaq və gözləri önündəki həqiqəti etiraf etməkdən çəkinməyən sərbəst düşüncəli alimlərin olması vacibdir.

tovuzquşu

Darvinin tovuzquşu lələyinin görünüşündən "xəstələnməsinin" səbəbi ondadır ki, bu lələklər uca Yaradanın mövcudluğuna açıq-aydın işarə edir.

QEYDLƏR

6. A.g.e, ch1.354

7. Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, s. 241

8. William Lane Craig, Cosmos and Creator, Origins & Design, Bahar 1996, cilt 17, s. 18

9. AlbeMichael Denton, Nature's Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, s. 14-15

10. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 59

11. Søren Løvtrup , Darwinism: The Refutation of A Myth, New York: Croom Helm, 1987, s.422

12. Paul R. Ehrlich ve Richard W. Holm, Patterns and Populations, Science, cilt. 137 (31 Ağustos1962), s. 656-7

13. Sidney Fox, Klaus Dose,. Molecular Evolution and The Origin of Life,. New York: Marcel Dekker, 1977. s. 2

14. Klaus Dose, The Origin Of Life: More Questions Than Answers, Interdisciplinary Science Reviews, cilt 13, no.4, 1988, s. 348

15. George Gamow, Martynas Ycas, Mr. Tompkins Inside Himself, Allen & Unwin, Londra, 1966, s. 149

16. Pat Shipman, Birds Do It... Did Dinosaurs?, New Scientist, 1 Şubat 1997, s. 28

17. Colin Patterson, Harper's, Şubat 1984, s.60

18. Pierre-P Grassé, Evolution of Living Organisms, New York, Academic Press, 1977, s. 103

19. Canlı vücudunun genetik şifresinde meydana gelen değişikliklere mutasyon denir. Radyasyon ve bazı kimyasallar mutasyona neden olan etkenlerdendir. Evrimciler canlıların mutasyona uğrayarak evrimleştiklerini iddia ederler. Ancak mutasyonların tamamı zararlıdır ve canlıları sakatlamaktan başka bir etkileri olmaz.. Çernobil'de meydana gelen radyasyon sızıntısı mutasyonların zararlarının göstergelerinden biridir. Bu faciadan sonra çok sayıda insanda kan kanseri gibi çeşitli hastalıklar, sakat doğumlar gibi ciddi ve kalıcı rahatsızlıklar görülmüştür.

20. Michael Pitman, Adam and Evolution, London, River Publishing, 1984, s. 70

21. Gordon Taylor, The Great Evolution Mystery, New York: Harper and Row, 1983, s. 34-38

22. Leakey, R., & Lewin, R. People of the Lake: Mankind and Its Beginnings, New York: Anchor Press/Doubleday, 1978, s. 17

23. S. J. Jones, A Thousand and One Eves, Nature, cilt 34, 31 Mayıs 1990, s. 395

24. William A. Dembski "Science and Design", First Things, sayı 86, Kasım, 1998, s. 26

25. G. Mansfield, Creation or Chance! God's purpose with mankind proved by the wonder of the universe, Logos Publications

26. S.R. Scadding, "Do 'Vestigial Organs' Provide Evidence For Evolution?", Evolutionary Theory, Cilt 5, Mayıs 1981, s. 173

27. Michael J.Behe, Darwin's Black Box, New York: Free Press, 1996 s.231-232

28. Colin Patterson, Evolution and Creationism, Amerikan Doğa Tarihi Müzesi'nin Açılışındaki Konuşmasından, New York, 5 Kasım 1981

29. A.g.e,

30. The Earth Before Man, s. 51

31. Francis Darwin, The Life and Letters of Charles Darwin, cilt.I, New York:D. Appleton and Company, 1888, s.413

32. Francis Darwin, The Life and Letters of Charles Darwin, cilt.I, s.315

33. F. Clark Howell, Early Man, NY: Time Life Books, 1973, s.24-25

34. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204

35. Charles Darwin'in, Origin Of The Species (Türlerin Kökeni) kitabının "Dutton: Everyman's Library" baskısının Önsözü, 1956, s.xxii

36. Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, s. 229

37. Mark Czarnecki, The Revival of the Creationist Crusade, MacLean's, 19 Ocak 1981, s. 56

38. Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Boston, Gambit, 1971, s. 101

39. Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton, 1986, s. 159