Yaradılış Həqiqəti 1/2
Yaradılış Həqiqəti 1/2
| |
Yumurta cücəni 20 günlük kürt dövrü boyunca qoruyacaq qədər möhkəm, lakin çölə çıxmağına imkan verəcək qədər də qırılmağa meyillidir. Cücələr yumurtanı qırmaq üçün xüsusi yumurta dişinə malikdir. Maraqlısı budur ki, bu xüsusi diş cücə yumurtadan çıxmamışdan öncə əmələ gəlir və yumurtanı qırdıqdan sonra yoxa çıxır. Hər canlı növünün ehtiyacına uyğun yaradılan yumurtaların bütün xüsusiyyətləri uca Allahın qüsursuz yaratmasının, ağlının və sonsuz elminin göstəricilərindən biridir. heyvanlardakidizayn.elmisaytlar.com |
Bakteriyalar canlılar aləmində sürətlə çoxalan qrup təşkil edirlər. Buna görə bu canlılar dünyanın ən sıx topluluğu qəbul edilirlər. Yeni formaya düşməyi bacarırlar. Eyni zamanda sayları dəqiqələr ərzində milyardlara çata bilir. Bakteriyalar çoxalmaq üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Düşmən və ya ovlarını görmək üçün radara bənzər sistemlərdən istifadə həmin kompleks mexanizmlərdən bir neçəsidir. http://www.elmimovzular.com/ |
Sürfə dövrünü baramanın içində keçirən bir tırtıl növü sürfədən çıxdıqdan sonra üstünü yarpaqla örtüb gizlənir. Əvvəlcə, yarpaq düşməsin deyə onu ipəklə möhkəm bağlayır, daha sonra yarpağın sapını qoparır. Beləliklə, yarpaq qurumağa başlayır, sonra büzülüb yuvarlaq hala düşür. Tırtıl bunun sayəsində bir neçə saat sonra yarpaqdan ideal bir yuva əldə etmiş olur. Kainatdakı bütün canlılar kimi, bu tırtıl növü də uca Allahın ilhamı ilə hərəkət edir. www.tekamulnezeriyyesi.com |
Ağacdələn şam ağaclarını deşməyə başlamadan öncə ilk növbədə onları araşdırıb 100 yaşını keçənləri seçir. Çünki 100 yaşı keçən ağacların bir növ xəstəlik nəticəsində sərt və qalın qabıqları yumşalır. Sizin, bəlkə də, ilk dəfə eşitdiyiniz və elmin son illərdə kəşf etdiyi bu məlumatı ağacdələnlər yüz illərdir ki, bilir. www.gecevegunduz.net
|
Ekvator bölgəsində minlərlə metr yüksəklikdə yetişən kanarya bitkisi soyuqdan donan gövdəsini qızdırmaq üçün antifriz sisteminə bənzər üsuldan istifadə edir. Bunu yarpaqlarındakı xüsusi maddə sayəsində bacarır. Uca Rəbbimizin üstün yaratmasının təzahürü olan kanarya bitkisi bu xüsusiyyətinə görə əhəmiyyətli araşdırma mövzusu olmuşdur. www.dasdovru.elmisaytlar.com
|
Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. www.sosialdarvinizm.com |
Quşların yer üzündə təxminən on min növü var və bu canlılar möcüzəvi xüsusiyyətlərə malikdir. Onların müxtəlif növlərinə yaşadığımız hər yerdə rast gəlirik və bu, bizdə heyranlıq oyadır. Quşlar xarici görünüşləri, qüsursuz uçuş mexanizmləri, yuva qurmaq bacarıqları, fədakar davranışları və s. digər möhtəşəm xüsusiyyətləri ilə yaradılış həqiqətinə dəlil təşkil edirlər. |
Göz qapağının kənarından çıxan kirpiklər gözə estetik gözəllik və ifadə verməklə yanaşı, onu tozlardan və yad maddələrdən qoruyur. Kirpiklər qopanda yerinə təzələri çıxır. Bu, Rəbbimiz olan Allahın yaratmasındakı gözəlliyin bənzərsiz nümunələrindəndir. www.usaqlarindunyasi.com/
|
Qış yuxusuna gedən canlıların bədən temperaturu normadan aşağı (məsələn, 38oC-dən 10oC-yə kimi) düşür və ürək döyüntüləri azalır (4 saniyədə bir dəfə), beləliklə, dərin yuxuya gedirlər. Hətta bu yuxu zamanı bəzi heyvanların nəbzi tamamilə dayanmış kimi görünür. Heyvanların qış yuxusuna getməsi sonsuz şəfqət sahibi Allahın təqdiridir. www.canlilardakamuflyaj.com |
