HZ. MEHDİ (Ə.S.) DÖVRÜNDƏ PEYDA OLAN CÜT QUYRUQLU ULDUZ VƏ TƏBİƏT HADİSƏLƏRİ
688
Hz. Mehdinin (a.s.) zühurunda cüt quyruqlu ulduz çıxacaq və elə parlaq olacaq ki, bütöv ay kimi parlayacaq. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaq. 3 il ərzində yağış yağmadığına görə xalq bu yağışları sevinclə qarşılayacaq.
(Murtaza Lakha, R &K Tyrell Mətbəə, London, 1993)
Hədisdə Hz. Mehdinin (a.s.) çıxışı ərəfəsində görünən cüt quyruqlu ulduzdan bəhs edilir və bu ulduzun diqqəti cəlb edəcək dərəcədə parlaq olacağı bildirilir. 24 fevral 2009-cu ildə dünyaya ən yaxın nöqtədən keçən "lulin" quyruqlu ulduzu hədisdə bildirildiyi kimi digər ulduzlardan fərqli olaraq iki quyruğa malikdir və parlaqlığı digər ulduzlardan 6 dəfə daha çoxdur. Hədisin davamında kometanın görünməsindən sonra yağan yağışlar nəticəsində meydana gələn ziyana toxunulmuşdur. Eyni ilə hədisdə bildirildiyi kimi 2009-cu ilin mart ayında Dim anbarı həddindən artıq su ilə dolduğuna görə qapıları qırılmış və minlərlə insan evlərindən çıxarılmaq məcburiyyətində qalmışlar.Yaşanan 3 ildə yağmurlar azalmış və bir çox bölgədə quraqlıq başlamışdır. Hədisdə göstərildiyi kimi yağan yağışlar ziyanlara səbəb olsada xalq tərəfindən sevinclə qarşılanmışdı.