Hz. Nuh eynilə hz. Yusif, hz. İbrahim və Hz. Musa kimi müddəti müəyyən edilməmiş, yəni ömür

lük həbs cəzasına bənzər şəkildə uzun illər zindanda qalmışdır. Həbs peyğəmbərlər və səmimi iman edənlər üçün Allahın bir sünnəti kimi təzahür etmişdir.
Hz. Nuh xalqı Allaha iman etməyə dəvət etdiyi üçün dövrünün kralı Mahvil tərəfindən tutulmuş və zindana atılmışdır.
Kral Mahvilin vəfatından sonra taxta çıxan oğlu Hz. Nuhu təbliğ etməmək şərti ilə azad etmiş, lakin Hz. Nuh təbliğə davam etdiyi üçün yenidən həbs edilmişdir.
İslam tarixi, siyer və İslam elmləri sahəsində apardığı dərin və ətraflı araşdırmaları ilə tanınan, 31 il Dini İşlər üzrə Rəyasət Heyətində fəaliyyət göstərmiş türk İslam alimi, yazıçı və şair Mustafa Asım Köksal (1913–1998) “Peyğəmbərlər Tarixi” adlı əsərində Hz. Nuhun iki dəfə zindana salındığını qeyd edir:
Hz. Nuhun ilk dəfə həbs olunması:
“Kral Mahvil bunu eşidəndə Hz. Nuhu hüzuruna gətizdirdi və ona dedi:
“Sənin haqqında eşitdiklərim nədir?! Mənim dinimə və ataların oğullarının üzərində olduqları inanca qarşı bu davranışın nədir?! Bütləri taxtlarından salan bu güc nədir?! Bunu sənə kim öyrədib?”
Hz. Nuh dedi: “Əgər dediyin kimi onlar ilah olsaydılar, üzüstə yerə düşməzdilər. Mən Allahın qulu və elçisiyəm! Sən Uca Allahdan qorx və Ona heç bir şeyi şərik qoşma!”
Kral Mahvil isə Hz. Nuh'un həbs olunmasını əmr etdi.”
Hz. Nuhun ikinci dəfə həbs olunması:
“…Hz. Nuha dilləri ilə hər cür pislik etdilər, onu söydülər, təhqir etdilər. Kral Mahvilin ölümündən sonra onun yerinə keçən oğlu Dermesil Hz. Nuhu azad etdi.
…Hz. Nuh onların yanına getdi. Aralarında ayaq üstə dayanaraq: “Lə iləhə illəllah — Allahdan başqa ilah yoxdur!” deməyə onları dəvət edərkən yenə başlarını paltarlarının altına saldılar, barmaqlarını qulaqlarına tıxadılar.
Hz. Nuhun toxunması ilə bütlərin taxtlarından yerə düşməsi bir oldu. Camaat yenə onun üstünə hücum etdi, Hz. Nuhu döydülər və üzüstə yerə yıxdılar. Başını yaraladılar. Onu sürüyərək kralın sarayına apardılar.
Kral Hz. Nuhdan soruşdu: “Sənə bütlərlə bağlı işlərə qarışma demədikmi?! Səni bundan çəkindirmədimmi?! Hətta onları taxtlarına qoyanda onlara səcdə edəcəksən deyə sənə əmr etmədimmi?! Bunu sənə kim öyrətdi?!”
Hz. Nuh qan içində krala dedi: “Əgər onlar ilah olsaydılar, yerə düşməzdilər. Ey Dermesil! Allahdan qorx! Ona heç bir şeyi şərik qoşma! Çünki O səni görür.”
Dermesil isə dedi: “Sən bu cür mənimlə belə danışmaq gücünü özündə necə tapırsan?!”
“…onun həbs olunmasını, bütlər üçün qurban kəsilməsini və yerə düşən bütlərin yenidən taxtlarına yerləşdirilməsini əmr etdi.
Bu əmr yerinə yetirildi.”
Tarixi mənbələrdə qeyd edildiyi kimi, Hz. Nuh dövrünün kralı tərəfindən xalqı Allaha iman etməyə dəvət etdiyi üçün tutularaq zindana salınmışdır. Kralın vəfatından sonra isə onun yerinə keçən oğlu Hz. Nuhu təbliğ etməmək şərti ilə azad etmiş, lakin Hz. Nuh təbliğə davam etdiyi üçün yenidən həbs edilmişdir.
Məhz Hz. İbrahimin zindana salınması kimi Hz. Nuh da həbs edilərək susdurulmağa çalışılmışdır.
Hz. Nuh Hz. İbrahim kimi qövmünün ibadət etdiyi bütləri rədd etmiş, böyük bir cəsarət, qətiyyət və əzmlə, bütün təzyiq və təhdidlərə baxmayaraq xalqına Allahın varlığını və birliyini təbliğ etmişdir.
Quranda Hz. Nuh qövmünün bütpərəst olduğu, onun dəvətinə cavab vermədikləri kimi Hz. Nuhu və onunla birlikdə olanları alçaltmağa çalışdıqları, onu dəliliklə ittiham etdikləri, ətrafındakıları dağıtmağa çalışdıqları və şiddətli təzyiqlərlə zülm etdikləri bildirilir.
Quranda bildirildiyinə görə qövmün və dövrün idarəçilərinin Hz. Nuh'a verdiyi reaksiyalar çox sərt olmuşdur:
• Onu daşqalaq etməklə hədələmişlər. (Şuəra surəsi, 116)
• Yalançı olmaqla ittiham etmişlər. (Hud surəsi, 27; Muminun surəsi, 25)
• Onu və onunla birlikdə olanları təhqir etmişlər. (Hud surəsi, 27)
• Ətrafındakıları dağıtmağa çalışmışlar. (Hud surəsi, 28)
• Təkəbbürlü və yuxarıdan baxan davranış nümayiş etdirmişlər. (Nuh surəsi, 7)
• Dəliliklə günahlandırmışlar. (Qəmər surəsi, 9)
• Azğınlıqla ittiham etmişlər. (Əraf surəsi, 60)
• Onu lağa qoymuşlar. (Hud surəsi, 38)
Bütün bunların nəticəsində dövrün hökmdarı Hz. Nuh peyğəmbəri dayandıra bilməmiş, onun öz yolu ilə getməməsi və xalqı Allahın birliyinə dəvət etməyə davam etməsi səbəbilə onu tutaraq zindana salmışdır.
Hz. Nuh peyğəmbərin tutulması ilə bağlı ayələr və izahlar aşağıdakı kimidir:
Qamər surəsi, 9-cu ayə:
“Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.”
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ
Kezzebet kablehum kavmu Nuhın fe kezzebu abdena ve kalu mecnunun vezducira.
Hz. Nuh haqqında işlədilən “hədə-qorxu gəldilər” mənasındakı “vezducira” (وازدجر) ifadəsi xüsusilə diqqətəlayiqdir.
“Vezducira” sözünün kökü “zcr” (زجر) formasındadır və bu kökdən gələn mənalar bunlardır:
• tutmaq, saxlamaq
• sərt şəkildə qadağan etmək
• zorla mane olmaq
• təzyiq göstərmək
• sözlə və ya güclə qarşısını almaq
“Vezducira” ifadəsinin xüsusi olmasının səbəbi Hz. Nuhun yalnız təkzib edilmədiyini, “dəlilik” ittihamı ilə yanaşı daha sərt və sistemli bir təzyiqə məruz qaldığını göstərməsidir.
Yəni bu ifadə ona qarşı münasibətin sadəcə inkardan ibarət olmadığını, əksinə tədricən artan bir təzyiq və zorakılıq mərhələsinə keçdiyini bildirir:
- “فَكَذَّبُوا عَبْدَنَا” → “fe-kezzebû abdênâ”→ “Qulumuzu yalanladılar”
- “وَقَالُوا مَجْنُونٌ” → “ve kâlû mecnûn” → “Dəli dedilər”
- “وَازْدُجِرَ” → “ve’zducira” → “Sıxışdırıldı, zorla qarşısı alındı,”
- Bu ifadə inkara əlavə olaraq sərt, təzyiqli və müdaxiləedici bir münasibətin mövcud olduğunu göstərir.
- Ayənin qrammatik quruluşu baxımından da bu ifadənin passiv formada işlənməsi, edilən təzyiqin tək bir şəxsdən deyil, ümumi bir otoritet və ya cəmiyyət mexanizmi tərəfindən həyata keçirildiyini göstərir.
Beləliklə, ayədən Hz. Nuhun əvvəlcə “dəlilik” ittihamı ilə ictimai nüfuzdan salındığı, daha sonra isə bu psixoloji və sosial zəmin üzərində daha sərt təzyiqlərə məruz qaldığı anlaşılır.
Muminun surəsi, 25-ci ayə:
“Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!”
اِنْ هُوَ اِلَّا رَجُلٌ بِهٖ جِنَّةٌ فَتَرَبَّصُوا بِهٖ حَتّٰى حٖينٍ
İn huve illa raculun bihi cinnetun fe terabbasu bihi hatta hinin.
.jpg)
Ayədə “gözləmək, müşahidə etmək” kimi tərcümə edilən “terabbasu” sözünün kökü “r-b-s” (ربص) hərflərindən meydana gəlir.
Sözün lüğəvi mənaları aşağıdakılardır:
• fürsət gözləmək,
• bir insanın başına pis bir hadisə gəlməsini gözləmək.
Cümlənin ərəb dili qrammatik quruluşu araşdırıldıqda “terabbasu” sözünün, yəni “gözləmək, müşahidə etmək” ifadəsinin nəticəni görmək məqsədilə şüurlu şəkildə gözləmək mənasında işlədildiyi aydın olur.
Bu söz digər ayələrdəki istifadələri ilə birlikdə qiymətləndirildikdə, qarşı tərəfdə mənfi bir nəticənin meydana çıxmasını gözləmək, fürsət axtarmaq, müşahidə edib nəticəyə görə mövqe müəyyənləşdirmək kimi mənalarda işlədildiyi görünür. Yəni Hz. Nuh zindana salındıqdan sonra onun başına gələcək müsibətləri, mənəvi cəhətdən sarsılmasını, yaşlanmasını, xəstələnməsini, hətta ölməsini gözləmək mənasında istifadə olunur.
Onsuz da Hz. Nuhu və digər bütün peyğəmbərləri zindana salmalarının əsas məqsədi də budur. Hətta bu ifadədə müəyyən bir əminlik hiss olunur. Onlar Hz. Nuhun zindana salındıqdan və orada unudulduqdan sonra ruhdan düşəcəyinə, yaşlanıb zəifləyəcəyinə, çökməyə başlayacağına, ətrafında toplanan möminlərin dağılıb onu tərk edəcəyinə, oradan əsla çıxa bilməyəcəyinə, ömrünün sonuna qədər zindanda qalacağına və nəhayət öləcəyinə qəti şəkildə inanırdılar.
Beləliklə, Hz. Nuhu digər insanlara da öz düşüncələrinə görə bir “ibrət nümunəsi” kimi göstərmək, “onun başına gələnlər sizin də başınıza gələ bilər” düşüncəsi ilə cəmiyyət üzərində təzyiq və hökmranlıq qurmaq istədikləri anlaşılır.
Bir əvvəlki ayədə yəni Quranın Muminun surəsinin 24-cü ayəsində bildirildiyinə görə, “gözləyin, nəzarət altında saxlayın” əmri qövmün öndə gedənləri, yəni idarəçi mövqedə olan şəxslər tərəfindən verilirdi.
Ğafir surəsi, 5-ci ayə:
“Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu!”
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْاَحْزَابُ مِنْ بَعْدِهِمْۖ وَهَمَّتْ كُلُّ اُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَاَخَذْتُهُمْ۠ فَكَيْفَ كَانَ عِقَابِ
Kezzebet kablehum kavmu nuhın vel ahzabu min ba'dıhım ve hemmet kullu ummetin bi resulihim li YE'HUZUHU ve cadelu bil batılı li yudhıdu bihil hakka fe ehaztuhum, fe keyfe kane ıkab.
“YE’HUZUHU” yəni “yaxalamaq” kimi tərcümə edilən söz اخذ (I kh ze) hərflərindən meydana gəlmişdir.
Sözün mənaları aşağıdakılardır:
- əsir almaq,
- ələ keçirmək,
- yaxalamaq,
- cəzalandırmaq məqsədilə nəzarətdə saxlamaq,
- zorla nəzarət altına almaq.
Raqib əl-İsfahani özünün “Əl-Müfrədat” adlı Quran anlayışları lüğətində “YE’HUZUHU” ifadəsini belə izah edir:
“Bir şeyi tutmaq, əldə etmək, yaxalamaq, sahib olmaq. Əsir düşmüş və yaxalanmış şəxs üçün də işlədilir.”
Təfsirlərdə də bu söz “həbs etmək”, “cəzalandırmaq məqsədilə nəzarətdə saxlamaq” kimi açıqlanmışdır.
Fəxrəddin ər-Razi “Təfsir-i Kəbir” əsərində belə yazır:
“Uca Allah buyurur: “Hər ümmət öz peyğəmbərinə qarşı hərəkətə keçdi”. Yəni o qrupların hər biri peyğəmbərlərini öldürmək, işgəncə vermək və həbs etmək üçün onları ələ keçirməyə çalışdı.”
İmam əl-Qurtubi, əl-Cami li əhkam əl-Qur’an, səh. 15
“Hər ümmət öz peyğəmbərini yaxalamaq, onu həbs etmək və işgəncə vermək istədi.”
İsmail Haqqı Bursevî, Ruhül-bəyan, səh. 7
“…”Yaxalamağa”, onu əsir alıb işgəncə vermək məqsədilə həbsə salmağa qərarlı idi.”
Ğafir surəsinin 5-ci ayəsində Hz. Nuhun adının xüsusi olaraq zikr edilməsi və peyğəmbərlərin Hz. Nuhdan etibarən həbs olunub saxlanıldığının bildirilməsi Hz. Nuhun da həbs edildiyinə işarə kimi qiymətləndirilir.
Muminun surəsinin 25-ci ayəsi ilə Ğafir surəsinin 5-ci ayəsi birlikdə nəzərdən keçirildikdə Hz. Nuhun “dəlilik”lə ittiham edildiyi və təbliğ fəaliyyətlərinə görə zindana salınaraq nəzarət altında saxlanıldığı anlaşılır:
Muminun surəsinin 25-ci ayəsində Hz. Nuh yaşadığı cəmiyyətin inanc sistemini qəbul etmədiyi, bütpərəst düşüncələri tənqid etdiyi, onların məntiqsiz və batil tərəflərini ifşa edərək insanlara həqiqi dini anlatdığı üçün “dəli” olmaqla ittiham edilmişdir. Daha sonra isə həmin cəmiyyətin öndə gələn şəxsləri onun bir müddət “gözlənilməsini”, yəni həbs edilərək nəzarət altında saxlanılmasını əmr etmişlər.
“Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin! (Muminun surəsi, 25)
Ğafir surəsinin 5-ci ayəsində isə Hz. Nuh və ondan sonrakı bir çox peyğəmbərin “yaxalandığı”, yəni həbs edildiyi bildirilir.
.jpg)
Bu baxımdan, Hz. Nuh haqqında “onu müşahidə edin” deyən şəxslərin onu azad vəziyyətdə deyil, zindanda nəzarət altında saxladıqları və onun haqqında davamlı məlumat toplanmasını istədikləri anlaşılır.
Hz. Nuh uzun illər zindanda qalmışdır
Hz. Nuhun yaşadığı dövrdə müasir hüquq sistemi mövcud olmadığı üçün istintaq və məhkəmə prosesləri müəyyən qayda-qanun əsasında aparılmırdı. Buna görə də bir insan zindana salındıqdan qısa müddətdə sonra azad olunması demək olar ki, mümkün deyildi. Hətta insanlar illərlə zindanlarda unudulurdular. Bir şəxsin həbsə atılması, əslində onun orada unudulması və nə vaxt çıxacağının bilinməməsi demək idi. Bu isə faktiki olaraq ömürlük həbs mənasına gəlirdi.
Müasir dövrdə olduğu kimi cəza müddəti tamamlandıqdan sonra həbsdən çıxmaq sistemi yox idi. Məhbusların azad olunması adətən hökmdarın ölməsi, evlənməsi, müharibə və ya qıtlıq kimi fövqəladə hadisələrin baş verməsi ilə mümkün olurdu. Bu səbəbdən Hz. Nuh peyğəmbərin də dövrün hüquq sistemi səbəbilə uzun illər həbsdə qaldığı ifadə edilir.
Bunun nümunələrindən biri də Hz. Yusif peyğəmbərin zindanda unudulmasıdır. Yusuf surəsinin 42-ci ayəsində keçən “…və o, zindanda bir neçə il də qaldı.” ifadəsi ilə Hz. Yusifin unudularaq illərlə həbsdə saxlanıldığı bildirilir. Ayədə keçən “nəçə illər” ifadəsinin ərəb dilində xüsusi bir mənası var. Bu, Hz. Yusifin zindanda müddəti dəqiq bilinməyən uzun illər boyunca qaldığına işarə edir.
“Yusuf onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.”
Vekâle lilleżî zanne ennehu nâcin minhumâ-żkurnî ‘inde rabbike feensâhu-şşeytânu żikra rabbihi felebiśe fî-ssicni bid’a sinîn(e)
Ayədə keçən “bid‘a sinin” ifadəsinin mənası belədir:
- bid‘a (بِضْعَ): bir neçə, birdən çox, təxminən 7–10 arası,
- sinīn (سِنِينَ): illər.
Bu ifadənin istifadəsindəki incəlik ondadır ki;
- burada məqsəd dəqiq zaman göstərmək deyil, Hz. Yusifin zindandakı gözləyişinin uzun sürdüyünü hissetdirməkdir.
- Yəni ifadə həm qeyri-müəyyən, həm də az hesab edilməyəcək qədər uzun bir müddətə işarə edir.
Hz. Yusif peyğəmbərin zindanda qalması ilə bağlı digər ayə isə Yusuf surəsinin 35-ci ayəsidir:
“Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər”.
Śumme bedâ lehum min ba’di mâ raevû-l-âyâti leyescununnehu hattâ hîn(in)
Bu ayədə işlədilən “hin”in sözünün mənaları belədir:
- vaxt,
- zaman,
- müəyyən müddət,
- dövr,
- bir an, bir zaman dilimi
Qurandakı istifadə formasına görə bu söz bəzən
- qeyri-müəyyən və
- uzun bir zaman kəsiyini ifadə edir.
Eyni ifadə Hz. Nuh haqqında da işlədilmişdir. Yuxarıda açıqlanan Muminun surəsinin 25-ci ayəsində “bir müddət” ifadəsi üçün eyni söz istifadə olunur:
“Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!” (Muminun surəsi, 25)
اِنْ هُوَ اِلَّا رَجُلٌ بِهٖ جِنَّةٌ فَتَرَبَّصُوا بِهٖ حَتّٰى حٖينٍ
İn huve illa raculun bihi cinnetun fe terabbasu bihi hatta hinin.
Bu ayələrdən də aydın olduğu kimi, Hz. Nuh peyğəmbər qeyri-müəyyən, lakin uzun bir müddət nəzarət altında, yəni zindanda qalmışdır.
Hz. Yusif, Hz. Yəhya, Hz. İbrahim və Hz. Nuh kimi həbs imtahanı yaşamış peyğəmbərlər özlərinə qarşı irəli sürülən əsassız ittihamları Allahdan gələn bir sınaq kimi qəbul etmiş, Ona razılıq, səbir, təvəkkül və təslimiyyətlə qarşılıq vermişlər. Bu çətin imtahanlar qarşısında Allaha səmimi şəkildə boyun əyərək ən gözəl əxlaq nümunəsini göstərmiş və bütün müsəlmanlara örnək olmuşlar.


