Boşanmaların artmasının altında yatan əsas səbəb eqoistlikdir. Ticari şirkət məntiqində evlənəndə, mənfəət bitdiyi anda evlilik də bitər. Qarşısındakını Allah rizası üçün sevməyi bilmədiklərində, o insanı Allahın onlara əmanəti olaraq görmədiklərində, təngə gəlmək çox sürətli inkişaf edir. "Görəsən ən varlısı ilə, ən gözəli ilə, ən yaraşıqlısı ilə evləndim? Daha yaxşı yatırım edə bilərdim?" düşüncəsi heç bitmir. O zaman da, qarşısındakının vücudunda deformasiya olduğunu ya da acizliyini görəndə dərhal başqa axtarışlara başlayır. Axirət dostu olaraq sevməyi bilməyən insanın həqiqətən sevməsi, sədaqəti və vəfası mümkün olmur.
Münafiq zehniyyətiylə, dinə kin və hirs duyaraq lağ edici üslub istifadə edənlərin yanında söhbətə qatılmaq olmaz. Bilmədiyindən ötəri bunu edən biri varsa, o adamı da, gözəl sözlə xəbərdar edirsən, "bu etdiyin Qurana uyğun deyil" deyərsən, o da peşman olar. Bir daha etməz inşaAllah.
Ağıllı qadın təbii olaraq çəkicidir. Ağıllı qadının baxışları da, səsi də çox təsir edicidir. Qurduğu hər cümlə o qadına cazibə qazandırar. Ağıl, qadını çox böyük gücə çevirər. Amma qadınların çoxu duyğusallıq, qorxu, narahatçılıq, lazımsız vəsvəsələrlə ağıllarını təzyiq altına alırlar. Bu da fitrətlərinin gözəlliyini lazımi kimi yaşamalarına mane olur.
Mömin Allaha sadiq olduğu üçün vəfası da, sədaqəti də çox güclü olar, heç vaxt yox olmaz. Lakin Allaha bağlı olmayan vəfa ayaqda dayana bilməz, dalğalıdır və qısa davam edər. O sədaqətə güvən olmaz.
Mömin, vicdan nə deyirsə ona tabe olmaqla borcludur. Mənfəətinə zidd olsa da vicdanın səsinə tabe olmalısan. O zaman çox gözəl həyat yaşayarsan.
Mağazalarda işləyən insanlara lovğalıq etmək çox böyük əxlaqsızlıqdır. O insanlar onsuz da səhərdən-axşama qədər ayaqüstü dayanır, gələn insana yardım etmək üçün gününü keçirdir. O insana çətinlik yaratmaq, tərs üslub işlətmək çox böyük vicdansızlıq və mərhəmətsizlikdir.
May 01 2017, 04:09
Aprel 20 2017, 07:13