logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 noyabr 2017

avatar

Adnan Oktar

Mağazalarda işləyən insanlara lovğalıq etmək çox böyük əxlaqsızlıqdır. O insanlar onsuz da səhərdən-axşama qədər ayaqüstü dayanır, gələn insana yardım etmək üçün gününü keçirdir. O insana çətinlik yaratmaq, tərs üslub işlətmək çox böyük vicdansızlıq və mərhəmətsizlikdir.
A9 TV; 29 noyabr 2017
981
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Atatürk musiqini, heykəli, incəsənəti, keyfiyyətli geyinməyi, gözəlliyi, ziyalılığı təşviq etmişdir. Həmçinin müasir dindarlığı da təşviq etmişdir. Quranın türkcə tərcüməsini dərc etdirib on minlərlə sayda paylatdırmışdır. Atatürkün dəyərini anlamayan cahillərə heç vaxt etibar etməyə ehtiyac yoxdur. Sitatlar
Fələstinə; "İsrail ilə masaya oturmasanız maddi kömək etmərəm" demək, vicdana uyğun deyil. Fələstin xalqı bir qrup insandır, imkanları məhduddur, xarici yardımla həyatlarını davam etdirirlər. İnsanlara qarşı belə üslub işlətmək ayıbdır. İnsan özünə edilməsini istəmədiyini heç kimə etməməlidir. Heç bir ölkənin Fələstinə qarşı üslubu bu olmamalıdır. Sitatlar
İmam Hatiplilər nur kimi insandırlar. Lağlağı, lovğa üslub işlədənlərə qardaşlarımız fikir verməsinlər. Bu cür sevgisiz insanların sevdiyi heç kim olmur və öz sevgisizlikləri içində boğulurlar. Qardaşlarımız bunlarla heç vaxt ünsiyyətdə olmasınlar. Sitatlar
İnsanların televiziya proqramlarında fərqli ruh halına girmələri səmimimiyyətsizliklərini vurğulayan, utanmaları lazım olan rəftardır. İnsan hər yerdə eyni üslub, eyni səmimiyyətdə olmalıdır. Sitatlar
Mərhəmətli insan yardımçı, səxavətli və bağışlayan olar. Gözəl danışar, acı sözlər deməz. Üslubu firavanlıq, həmişə rahatlıq verməyə çalışar. Təmizdir, keyfiyyətə, gözəlliyə önəm verər. Gözəllik təqdim etmək də mərhəmətdir. Sitatlar
Mömin, vicdan nə deyirsə ona tabe olmaqla borcludur. Mənfəətinə zidd olsa da vicdanın səsinə tabe olmalısan. O zaman çox gözəl həyat yaşayarsan. Sitatlar
Münafiqdə saxtakar əsnaf üslubu var. Qurana, İslama, Rəsulullah (s.ə.v)-ə düşmən olduqları halda, Quranla danışır və Peyğəmbərimiz (s.ə.v)-i Quranla tənqid edirdilər. Sitatlar
“Of” deyildikdə ətrafa mənfi aura yayılar. Bu söz mənfi sözdür. Buna görə də, şəxsin həm özünə sıxıcı və boğucu təsir edər, həm də ətrafındakı insanları bezdirər. Neqativ insanlarda sıxıntıya səbəb olar. Lakin möminə təsiri olmaz, mömin əksinə daha da güclənər. Hər zaman müsbət, xeyirli üslub işlətmək lazımdır. Əlhamdülillah, Allaha şükür demək qəlbi fərəhləndirər. Sitatlar
Mömin Allaha sadiq olduğu üçün vəfası da, sədaqəti də çox güclü olar, heç vaxt yox olmaz. Lakin Allaha bağlı olmayan vəfa ayaqda dayana bilməz, dalğalıdır və qısa davam edər. O sədaqətə güvən olmaz. Sitatlar
Ağıllı qadın təbii olaraq çəkicidir. Ağıllı qadının baxışları da, səsi də çox təsir edicidir. Qurduğu hər cümlə o qadına cazibə qazandırar. Ağıl, qadını çox böyük gücə çevirər. Amma qadınların çoxu duyğusallıq, qorxu, narahatçılıq, lazımsız vəsvəsələrlə ağıllarını təzyiq altına alırlar. Bu da fitrətlərinin gözəlliyini lazımi kimi yaşamalarına mane olur. Sitatlar
Münafiq zehniyyətiylə, dinə kin və hirs duyaraq lağ edici üslub istifadə edənlərin yanında söhbətə qatılmaq olmaz. Bilmədiyindən ötəri bunu edən biri varsa, o adamı da, gözəl sözlə xəbərdar edirsən, "bu etdiyin Qurana uyğun deyil" deyərsən, o da peşman olar. Bir daha etməz inşaAllah. Sitatlar
Boşanmaların artmasının altında yatan əsas səbəb eqoistlikdir. Ticari şirkət məntiqində evlənəndə, mənfəət bitdiyi anda evlilik də bitər. Qarşısındakını Allah rizası üçün sevməyi bilmədiklərində, o insanı Allahın onlara əmanəti olaraq görmədiklərində, təngə gəlmək çox sürətli inkişaf edir. "Görəsən ən varlısı ilə, ən gözəli ilə, ən yaraşıqlısı ilə evləndim? Daha yaxşı yatırım edə bilərdim?" düşüncəsi heç bitmir. O zaman da, qarşısındakının vücudunda deformasiya olduğunu ya da acizliyini görəndə dərhal başqa axtarışlara başlayır. Axirət dostu olaraq sevməyi bilməyən insanın həqiqətən sevməsi, sədaqəti və vəfası mümkün olmur. Sitatlar
Əzablar, iztirablar, xəstəliklər olmasa imtahan olmaz. O zaman gözəlliyin də, sevginin də, həyatın da mənası qalmaz. Sitatlar
İsrail oğullarına qarşı nifrət bəsləmək, çox böyük uğursuzluq, bəla gətirər. Peyğəmbər nəslinə qarşı nifrət bəslənməsi Allahın heç xoşlamadığı bir şeydir. Yox, zalım olana nifrət bəslə; niyə günahsıza nifrət bəsləyirsən, niyə mömin olandan nifrət edirsən? Hamısına cəm olaraq pis yanaşır. Olmaz belə şey. Sitatlar
Prezident idarəetmə sistemi dəhşət vericidir. Bu sistem uğursuzluq gətirər. Mehmetciyin   qanı hələ qurumadı. Yazıqdır, günahdır. Mehmetcik buna görə mübarizə aparırdı? Sən   "Amerika modeli" deyirsən, "Türkiyə Birləşmiş Ştatları" deyirsən. Bu məhv olduğumuzu   göstərir. Sitatlar
Türkiyənin bir adamın və ya yüzlərlə adamın beyniylə idarə olunması ayrı-ayrı şeylərdir.   Yüzlərlə adamla idarə olunmalıdır. Yüzlərlə adamın qabiliyyəti, bacarığı dövlətdə öz   əksini tapmalıdır. Bir adamın qabiliyyəti ilə edilməyə çalışsalar bu alınmaz. Sitatlar
Sevgisizlik ruhunuzu yandırır. O zaman Allahı da sevə bilməzsiniz. Sitatlar
Təhlükəli bölgə zirehsiz, müdafiəsiz olmaz. Məsələn, əsgərlər çöldə gəzərkən, paltarlarının altından zirehli geyim geyinir, başlarına da kaska qoya bilərlər. O formada gəzsinlər. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur