logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 fevral 2018

avatar

Adnan Oktar

Ağıllı qadın təbii olaraq çəkicidir. Ağıllı qadının baxışları da, səsi də çox təsir edicidir. Qurduğu hər cümlə o qadına cazibə qazandırar. Ağıl, qadını çox böyük gücə çevirər. Amma qadınların çoxu duyğusallıq, qorxu, narahatçılıq, lazımsız vəsvəsələrlə ağıllarını təzyiq altına alırlar. Bu da fitrətlərinin gözəlliyini lazımi kimi yaşamalarına mane olur.
A9 TV; 27 fevral 2018
1351
avatar

Adnan Oktar

Hörmətli Dövlət Bahçeli çox qiymətli, ağıllı, çox yüksək dövlət tərbiyəsinə sahib mükəmməl insan. Rəhmətlik Türkeşin əxlaqını, şəxsiyyətini olduğu kimi almış.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Ərbakan hocamızı rəhmət, sevgi və hörmətlə xatırlayırıq. Çox qiymətli dava adamı, çox səmimi mömin idi. Ərbakan hocamız sanki bir mürşid kimi bir-birindən dəyərli insanlar yetişdirdi. Dindarlara, məzlumlara həmişə sahib çıxdı. Həmişə çox vicdanlı, əzmli və qərarlı idi. Müsəlmanların qüruru oldu. Allah qəni-qəni rəhmət etsin, cənnət əhli etsin, bizləri cənnət qardaşı etsin.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Münafiq yaşlı hinduşka kimidir, həmişə xəstəhaldır. Mömin isə həmişə dinc və sağlamdır. Münafiq çox narahat yaşayar. Münafiqin varlığı müsəlmanı dincləşdirər və əyləndirər.
A9 TV; 1 mart 2018
avatar

Adnan Oktar

Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Səmimi danışıq hər insana nəsib olan şey deyil. Səmimi danışan insana çətin rast gəlinər. Səmimi söhbət qarşıdakı insanda çox gözəl təsir edir. Səmimi səs tonunun təsir gücü möhtəşəmdir. İnsanların çoxu utandığı üçün ya da qarşısındakına tam etibar etmədiyi üçün candan danışmaq yerinə səmimi olmayan səslə səmimi olmayan söhbət edər. Bir insan səmimi isə danışığı ilə, səs tonuyla və baxışlarıyla sevdiyini alıb tam fərqli aləmə apara bilər.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

Keyfiyyətli və estetik olmayan bir şeyə imkan verməyən sistem yaradılmalıdır. Keyfiyyət, İncəsənət və Estetika Nazirliyi mümkün qədər tez qurularsa çox faydalı olardı. Keyfiyyətsiz, sənət dəyəri olmayan, tarixi izləri pozan heç bir şeyə icazə verilməməsi lazımdır. Belə bir nəzarət etmə olarsa keyfiyyətsizliyə maneə törədilməsi baxımından çox yaxşı olar.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Səmimiyyətsizlik dəhşətlidir, çünki səmimiyyətsiz insanın Allah ilə bağı qopar. İnsan Allah ilə əlaqəsini qopardığında eqoistləşməyə və vəhşiləşməyə başlayar. Allah ilə bağı qopan tarazlığını itirər, qəribə məxluqa çevrilər. Kişi olsun qadın olsun mütləq səmimiyyət əsas şərtdir.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Allah qorxusu, Allahın sevgisini itirmək narahatlığıdır. Bu, sevginin və ağılın təməli olan qorxudur. Allah qorxusuyla sevgi çoxalır. Mömin Allahdan gələn hər şeyə həmişə razıdır və zövqlə qarşılayar. Möminin duyduğu qorxu əzab qorxusu deyil, bu qədər çox sevən və nemət verən Allahın sevgisini itirmə ehtimalıdır.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Tayyib hocam aslan kimi maşaAllah, əsl Anadolu dəliqanlısı. Allah uzun və xeyirli ömür nəsib etsin ona. 2019, 2029, 2039-da da Tayyib hocam həmişə ölkənin başında olacaq evelAllah. Gözəl əxlaqı, dürüstlüyü və səmimiyyəti ilə millətimizin gözlərinin qarşısında olan insan. Tayyib hocam, Ərbakan hocamızın yanında yetişdi. Onun kimi imanlı və vicdanlı dava adamıdır. Tayyib hocam qışqır-bağırdan təsirə düşməz, yalnız vicdanını dinləyər.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Mömin vicdanı ilə yaşayar. Vicdanıyla yaşamayan insan cəsəddir. O insanın baxışlarında məna meydana gəlməsi qeyri-mümkündür. İnsanı ən çox narahat edən, insanları bir-birindən soyudan nankorluqdur. Mömin həmişə vicdanlı davranıb nankorluqdan və eqoizmdən var gücü ilə uzaqlaşar.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

"Tamam Allah var, mən də burada öz işimi edirəm" olmaz. Hər şeyi Allah ilə birlikdə edəcəksən. Əks halda boğularsan. Özünə zəhərli ləyən hazırlamış onun içində yuyunmağa çalışırsan kimi olarsan. "Allah ilə əlaqədəyəm amma öz gücümə güvənirəm, mənim ağlım var" demək olmaz. Özünün bir şey edəcəyinə inanmaq şirkdir. "Bir Allah var, bir də mənim ağlım var" demək olmaz. İnsan yaxşıca diqqətini açacaq, bir dəfə yığcam dəqiq qərar verəcək, hər şeyi Allah ilə həll edəcək. Allah buraxılmaz, Allahdan şübhə edilməz, Allah unudulmaz. Allahı unutmaqdan və Allaha güvənməməkdən qurtulmazsan əgər faciənin içinə düşərsən.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Məktəblərin uşaqlar üçün cənnət bağçası kimi olması lazım. Uşaqların məktəbə getdiyi üçün deyil, gedə bilmədiyi üçün ağlayacağı mühit olmalıdır. Çox gözəl və rahat oturacaqlar, ev kimi mühit, mərhəmətli müəllimlər, mərhəmətli təmizlik işçiləri, hər yer çiçək kimi olmalı.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Heyvanlar həmişə dürüstdür. Həmişə yaxşı niyyətli, həmişə günahsız. Heyvanlar dürüst yoldaşdır. Onların şirinlilikləri xüsusi olaraq yaradılmışdır. Sevmək üçün mükəmməl varlıqlardır. İnsanların çoxu heyvanların gözəlliyini fərq edə bilmir, bu çox dəhşətli vəziyyətdir.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü xatırlamaq, insan ruhunda böyük müsbət təsir edər. Təvəkkül bunun üzərinə inşa olur. Otağındaki tək bir əşyadaki atomları düşün, milyonlarla atomun nə zaman haradan keçəcəyi, hansı orbitdə gedəcəyini bilən Allah var. Bütün atomlardakı nizamı var edən və bilən Ağla güvənməmək çox böyük vicdansızlıq və ağılsızlıq olar.
A9 TV; 25 fevral 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah hər şeyi xeyirlə yaradır. Keçmişi düşünüb kədərlənmək çox böyük səhv olar. Allah keçmişi xeyirlə yaratmış, bitmiş. İnsan min dəfə dünyaya gəlsə, min dəfə eyni taleyi yaşayır. Cənnətdə insan keçmişinə dair mənfi heç bir şey xatırlamayacaq. Mömin Allahın rizasını məqsəd qoyduqdan sonra keçmişi əhəmiyyətli görməz. Mömin Allaha güvənəcək, könlünü fərah tutacaq. Sitatlar
Allah ilə əlaqəli olmayan hər şey insana sıxıntı verər. İnsan müstəqil varlıq deyil. Taleyə bağlı yaradılmışdır. Necə ki, bir televiziya verilişi müəyyən sistemə bağlıdır, onun xaricinə çıxa bilməz. Biz də tale sisteminə bağlı olduğumuz üçün Allah ilə əlaqədən başqa məqbul həyat yaşamağımız mümkün deyil. Allah ilə əlaqə olduğunda əsaslı, ağıllı, etidallı həyat yaşayırıq. Sitatlar
Allah insana hər an təlim keçir. Sıxıntı və çətinliklər xaricində insanın təhsil alması mümkün deyildir. Dünyadakı təhsil mükəmməldir. Cənnətdə sonsuza qədər yaşanacaq əxlaqı bu dünyadakı təhsillə öyrənirik. Dünya kiçik bir qab, bu kiçik qab içində insanın yaxşılıqları yığılır və o yığılan sonsuza qədər bəs edir. İgidlik, fədakarlıq, səbir, mərhəmət burada insanda yığılır və cənnətdə sonsuza qədər o gözəlliklə öyünmə, sevinmə və xoşbəxtlik olur. Sitatlar
Allah pis olanı, verəcəyi qarşılıq ilə birlikdə yaradar. Pislik və Allahın verəcəyi qarşılıq birlikdə yaradılmışdır. Allah pislikdən mütləq intiqam alar. Pislik edib də qarşılığı olmayan heç bir hadisə yoxdur. Sitatlar
Allahın böyüklüyünü xatırlamaq, insan ruhunda böyük müsbət təsir edər. Təvəkkül bunun üzərinə inşa olur. Otağındaki tək bir əşyadaki atomları düşün, milyonlarla atomun nə zaman haradan keçəcəyi, hansı orbitdə gedəcəyini bilən Allah var. Bütün atomlardakı nizamı var edən və bilən Ağla güvənməmək çox böyük vicdansızlıq və ağılsızlıq olar. Sitatlar
Münafiq zehniyyətiylə, dinə kin və hirs duyaraq lağ edici üslub istifadə edənlərin yanında söhbətə qatılmaq olmaz. Bilmədiyindən ötəri bunu edən biri varsa, o adamı da, gözəl sözlə xəbərdar edirsən, "bu etdiyin Qurana uyğun deyil" deyərsən, o da peşman olar. Bir daha etməz inşaAllah. Sitatlar
Mömin Allaha sadiq olduğu üçün vəfası da, sədaqəti də çox güclü olar, heç vaxt yox olmaz. Lakin Allaha bağlı olmayan vəfa ayaqda dayana bilməz, dalğalıdır və qısa davam edər. O sədaqətə güvən olmaz. Sitatlar
Atatürk musiqini, heykəli, incəsənəti, keyfiyyətli geyinməyi, gözəlliyi, ziyalılığı təşviq etmişdir. Həmçinin müasir dindarlığı da təşviq etmişdir. Quranın türkcə tərcüməsini dərc etdirib on minlərlə sayda paylatdırmışdır. Atatürkün dəyərini anlamayan cahillərə heç vaxt etibar etməyə ehtiyac yoxdur. Sitatlar
Mağazalarda işləyən insanlara lovğalıq etmək çox böyük əxlaqsızlıqdır. O insanlar onsuz da səhərdən-axşama qədər ayaqüstü dayanır, gələn insana yardım etmək üçün gününü keçirdir. O insana çətinlik yaratmaq, tərs üslub işlətmək çox böyük vicdansızlıq və mərhəmətsizlikdir. Sitatlar
Mömin, vicdan nə deyirsə ona tabe olmaqla borcludur. Mənfəətinə zidd olsa da vicdanın səsinə tabe olmalısan. O zaman çox gözəl həyat yaşayarsan. Sitatlar
Yaşlanma olmasa insanların böyük əksəriyyəti çox tərs və təkəbbürlü ola bilər. 25 yaşından etibarən gözlə görünəcək şəkildə qocalıq görünür. İnsanın gənc yaşayacağı dövr təkcə 20-30 yaş arasıdır və o da göz qırpımı qədər sürətlə keçir. Allah insanların dünyaya bağlanmasına mane olacaq möhtəşəm sistem yaradıb. Belə olması çox xeyirlidir. Sitatlar
Boşanmaların artmasının altında yatan əsas səbəb eqoistlikdir. Ticari şirkət məntiqində evlənəndə, mənfəət bitdiyi anda evlilik də bitər. Qarşısındakını Allah rizası üçün sevməyi bilmədiklərində, o insanı Allahın onlara əmanəti olaraq görmədiklərində, təngə gəlmək çox sürətli inkişaf edir. "Görəsən ən varlısı ilə, ən gözəli ilə, ən yaraşıqlısı ilə evləndim? Daha yaxşı yatırım edə bilərdim?" düşüncəsi heç bitmir. O zaman da, qarşısındakının vücudunda deformasiya olduğunu ya da acizliyini görəndə dərhal başqa axtarışlara başlayır. Axirət dostu olaraq sevməyi bilməyən insanın həqiqətən sevməsi, sədaqəti və vəfası mümkün olmur. Sitatlar
Əzablar, iztirablar, xəstəliklər olmasa imtahan olmaz. O zaman gözəlliyin də, sevginin də, həyatın da mənası qalmaz. Sitatlar
Sevgisizlik ruhunuzu yandırır. O zaman Allahı da sevə bilməzsiniz. Sitatlar
Dinsiz ordu məğlub olar, əzilər, alçaldılaraq məhv olar. Dindar ordu isə ali olar. Sitatlar
Ordu dinlə bərəkət tapar. Millət dinlə, imanla bərəkət tapar. Onun üçün bizim ordumuz həmişə dindardır. Sitatlar
Təhlükəli bölgə zirehsiz, müdafiəsiz olmaz. Məsələn, əsgərlər çöldə gəzərkən, paltarlarının altından zirehli geyim geyinir, başlarına da kaska qoya bilərlər. O formada gəzsinlər. Sitatlar
2023-ci ildə Allahın izni ilə, Türkiyə və İslam aləmi çox aydınlıq dövrə girmiş olacaq. Sitatlar
Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar. Sitatlar
Afrində gecəli gündüzlü dinamikdən antikommunist təbliğatlar aparılsın. Küçə-küçə kommunizmin keçərsizliyi, necə təzyiq və qorxu rejimi olduğu anladılsın. Dinə, ailəyə, əxlaqa qarşı quruluş olduğu anladılsın. Türkiyənin hədəfinin yalnız kommunist PKK olduğunu, o vətənin orada yaşayan xalqa aid olduğunu, lakin kommunist işğal istəmədiyimizi, vətənlərində xoşbəxt və dinc yaşamalarını istədiyimizi, Türkiyənin demokratik ölkə olduğunu dinamikdən həmişə bütün küçələrdə izah edək. Vətəndaş xalqın bölgədən çıxa bilməsi üçün humanitar dəhlizlər da meydana gətirək. Türkiyənin oraya daxil olma məqsədi PKK-nın təslim olmasıdır. Silahlarını buraxıb təslim olsalar gəlib Türk dövlətinə təslim olsunlar. Amma əlində silah olana vətəndaş rəftarı edilməsi mümkün olmaz. Hal-hazırda PKK ilə mübarizə boyunca vətəndaş xalq bölgədən çıxsın, PKK təmizləndikdən sonra xalq yenidən evlərinə qayıdar. Biz sərhəddə terrorçuları istəmirik. PKK, YPG, İŞİD, Əl-Qaidə, heç bir terror təşkilatını istəmirik. Biz Kürdləri canımız kimi sevirik, birlikdə çox gözəl hüzur, sevinc, sevgi içində yaşayacağıq. Lakin kommunist ideologiyasını, kommunist terrorizmini istəmirik. Afrində kürdlərin, ərəblərin və türklərin öz torpaqlarında sülh içində yaşamalarını istəyirik. Sitatlar
Afrində şəhid olan 8 igidimizin şəhadətləri mübarək olsun. Allah ailələrinə xeyirli, uzun ömür nəsib etsin. Nə xoşbəxt onlara. Allah ən gözəl məqamı qədərlərində təqdir etmiş. Qazilərimizə tez şəfalar arzu edirik. Sitatlar
Ağıl olmadan sırf ağıllı olmaq faciəyə səbəb olar. Münafiqlər çox zəkalı amma çox axmaqdırlar. Şeytani zəkaları vardır, ancaq ultra axmaqdırlar. Sitatlar
Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir. Sitatlar
Ağlı, sevgini, nəzakəti, gözəlliyi, keyfiyyəti ön plana alan həqiqi Quran müsəlmanlığını, ən çox əleyhinə olan insanlar belə şüur altında qəbul etmiş vəziyyətdədirlər. Bizim bəhs etdiyimiz həqiqi İslam xaricində yaşana bilər başqa model olmadığını bütün insanlar dərk edir. Sitatlar
Ağlı yalnız səmimiyyət inkişaf etdirər. Şeytan çox bilgilidir amma ağılsızdır. Ağıl, Allaha bağlıdır. Səmimi olanda ağıl həmişə mükəmməl olar. Ağıl, Allahdan davamlı axan sistemdir. Səmimi olanda bu axış heç vaxt kəsilməz. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur