Arılar qida tapmaq üçün “polyarlaşmış işığı görmə” qabiliyyətindən istifadə edirlər
Bir insanın görmə, eşitmə, toxunmadaki sistemi bildiyi halda, Allahı heç zikr etməməsi əsla başa düşülən hal deyil. Çox böyük qəflətdir.
Görmənin gözlə əlaqəsi yoxdur. Göz təkcə elektriki ötürən mövqedədir. Təsviri beyinin içində işıltılı görən biri var. Təsvirin yaranması üçün beyinə gələn elektrik çox zəif elektrikdir. Bu zəif elektriki üçölçülü aydın təsvir kimi görmək böyük möcüzədir.
Beyinin içində gözü olmadan görən kimdir? İnsanlar bunu sorğu-sual etməlidir. Elektrik siqnallarını üçölçülü mükəmməl təsvir olaraq görən ruhdur.
Gözün , görmə mərkəzinin kor olduğunun şahidi oluruq . Bəs onda görən, beyindəki elektrik cərəyanını izləyən kimdir? Baxın, əsl “mən”, insan deyilən varlıq odur, yəni əsl görən varlıq odur.
Gözlər yalnız kamera funksiyasını həyata keçirir. Adi iki ədəd kamera kimidilər. Kameralar elektrik cərəyanını video qeyd ediləcək yerə necə aparırsa, o da eynilə aparıb beyindəki lazımi görmə mərkəzinə lentləri yerləşdirir, elektrik olaraq çatdırır. Bununlada işi bitir.