Din gözəl əxlaqdır, sevgidir
Qəzəblənməyən insan ibadət zövqünü alar, biz pisliyə qarşı hər zaman bağışlayıcılıqla, şəfqətlə cavab verərik. (Fussilət surəsi, 34: Yaxşılıqla pislik eyni ola bilməz. Sən, ən gözəl tərzdə (pisliyi) uzaqlaşdır; bu zaman, (görərsən ki,) səninlə onun arasında düşmənçilik olan kimsə, sanki mehriban dost(un) olmuşdur.)
Allah istəsə hər kəs iman edər. Biz ibadət olaraq səy göstəririk. Allah bizim səyimizi ibadət olaraq istəyir.
Qadınla kişi qohum belə olsa bir yerdə yemək yeyə bilməz deyənlərin çox azğın zehniyyəti var. Həccdə qadın və kişi birlikdə ibadət edir.
Vəsvəsəyə ən gözəl cavab heç cavab verməməkdir. Vəsvəsə ilə heç müsahib olmamaq lazımdır. Vəsvəsə gəldikdə heç təşvişə ehtiyac yoxdur. Vəsvəsə ilə heç vaxt müsahib olmamaq şeytana tabe olmamaqdır, müsahib olmadıqda insan ibadət savabı qazanmış olar.
Müsəlman əxlaqi cəhətdən çökmüş, nifrətə qərq olmuş, korlanmış insanları xilas etməyi hədəfləyər. Onların qurtulması üçün səy göstərmək ibadətdir. Müsəlman birinci növbədə müsəlmana deyil, İslamı heç tanımayan, şeytanın təsirinə qapılmış insanlara təbliğ edər. Bizim əsil təbliğimiz bu kütləyədir.
Quranda zirehə diqqət çəkilmişdir. Tədbir almaq, lazımi mühafizə tədbirlərinin alınması ibadət hökmündədir.
Avqust 28 2017, 18:50
Yanvar 05 2016, 08:59
Noyabr 06 2012, 14:56