DELFİNLƏRDƏKİ İNFORMASİYA ŞƏBƏKƏSİ İNTERNETDƏN DAHA YAXŞIDIR
Allah Axırzamanda möminlərə İslamı izah etmək üçün çox geniş imkanlar verir. İnternet, televiziya, qəzetlər, jurnallar, smartfonlarla çox sayda insana təbliğ etmək imkanı Axırzamanın nemətlərindəndir.
Dabbətül-ərz, dünyada imanın çökdüyü dövrdə Allahın verdiyi söz, yəni Mehdi zahir olduqda Mehdiyə kömək edəcək internet texnologiyasıdır.
Dabbətül-ərz ilə əlaqədar hədisləri araşdırdığımız zaman bugünkü internet və televiziya texnologiyasını xəbər verdiyini görərik.
Çox sayda qəzet, televiziya kanalı və internetin yaradılması təbliğ üçün çox böyük nemətdir. Bu imkanlar mehdiyyət üçün xüsusi yaradılıb.
İman əhlinin internetdən ən təsiredici şəkildə istifadə etməsi çox əhəmiyyətlidir. İnternet insanlara həqiqi məlumatı çatdırmaq üçün Allahın verdiyi nemətdir.
İnternetdən müsəlmanları əzmək üçün istifadə etmək istəyirdilər, tam əksinə müsəlmanlar küfr əhlinin və münafiqlərin sistemini internetlə dağıdırlar.